KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
7
BAŞ REDAKTORDAN
Hörmətli oxucu!
Sizin görüşünüzə gələn “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri
və təcrübi jurnalı informasiya cəmiyyəti şəraitində mədəniyyətimizin ayrılmaz
tərkib hissəsi olan kitabxanaların qarşısında duran vəzifələrin öyrənilməsinə,
qabaqcıl
iş təcrübəsinin təhlilinə, ümumiləşdirilməsinə, elmi nəticələr çıxarıl-
masına xüsusi diqqət yetirəcəkdir. Dövrün, zamanın tələbatına uyğun olaraq
kitabxana işinin ahəngdar inkişafının aktual problemlərinin aşkara çıxarıl-
masında və həllində yaxından iştirak edəcək, yeni konsepsiyaların, nəzəri
müddəaların hazırlanmasının elmi-nəzəri təminatını həyata keçirilməsi üçün
mühüm tövsiyələrlə çıxış edəcək.
- Jurnal kitabxana işinə dair ulu öndər Heydər Əliyev ideyalarının elmi
izahına, təbliğinə ciddi diqqət yetirməklə yanaşı kitabxanalarda Heydər
Əliyev
irsinin öyrənilməsi, oxuculara çatdırılması üçün elmi konsepsiyaların
hazırlanmasına yönəldilmiş elmi məqalələrlə çıxış edəcək.
- Jurnal Heydər Əliyev ideyalarının respublikamızda müvəffəqiyyətlə
davam etdirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin kitabxana
işinə dair imzaladığı fərmanların, sərəncamların, qərarların və qəbul edilmiş
konsepsiyaların yerinə yetirilməsinə, təbliğinə və izahına dair elmi məqalələr
həsr edəcək.
- Jurnal kitabxana işi haqqında dövlət siyasətinin həllində yaxından
iştirak etməklə “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunu-
nun əsas müddəalarının şərh edilməsinə, qanunun
işlənməsinin böyük əhəmiy-
yətinə dair elmi araşdırmalar aparacaq, tövsiyələrin hazırlanmasında yaxından
iştirak edəcək.
- Jurnal Heydər Əliyevin “Azərbaycançılıq” fəlsəfi konsepsiyasının
öyrənilməsinə və kitabxanalarda təbliğinə dair elmi araşdırmalar aparacaq.
- Jurnal həmçinin milli kitabxanaşünaslığımızın yeni elmi ideyalarla,
baxışlarla zənginləşməsinə, geniş elmi tədqiqatların aparılmasına, kitabxana-
şünaslıqla digər elmlərin, xüsusilə informatika ilə əlaqələrinin möhkəm-
ləndirilməsinə və inteqrasiyasına təşəbbüs göstərəcək.
- Jurnal müasir şəraitdə ən aktual problem olan kitabxanaların
informa-
siyalaşdırılması, elektron kitabxanaların, kataloqların yaradılması, internetə
qoşulması, kitabxana fondlarının elektron daşıyıcılarla təkmilləşdirilməsi,
oxuculara xidmət işinin yeni əsaslar üzərində qurulması, kitabxanalarda kitab-
xana-informasiya texnologiyasının tətbiqi, elmi kitabxanalarda kitabxana-