İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   2   3   4   5   6   7   8   9   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 11
nun  əsas sənədlərində kitabxanalar informasiya cəmiyyətinin  əsas atribut-
larından biri kimi qiymətləndirilir. Cəmiyyətin sosial təsisat (institut) kimi 
formalaşdırdığı kitabxanalar tarixən mədəniyyətin normal fəaliyyətinin mü-
hüm  şərti olmuş, mədəniyyətin yaddaşını itirilməkdən qorumuş, gələcək 
nəsillərə çatdırılmasında əvəzsiz xidmət göstərmişdir. 
Kitabxanaların tarixinə  nəzər saldıqda məlum olur ki, bütün dövrlərdə 
kitabxanalar xalqın yaratmış olduğu elmi və  mədəni sərvətləri qorumuş, 
bəşəriyyətin işıqlı gələcəyinə, təhsilinə, maarifinə, mədəniyyətinə, elminə, tər-
biyəsinə xidmət etmiş, bilik, elm, informasiya mərkəzi kimi bəşər sivilizasi-
yasının yüksəldilməsi vasitəsi olmuşdur. İlk kitabxanalar hələ b.e.ə III minil-
likdə bəşər mədəniyyətinin beşiyi olan Şumerdə yaranmışdır. Sonrakı əsrlərdə 
Assuriyada, Kiçik Asiyada, Qədim Misirdə, Romada, Ərəb və Avropa ölkə-
lərində informasiya vasitələri olan kitabları  və s. yazılı materialları toplayıb 
saxlayan, onu nəsildən-nəslə ötürən kitabxanalar dövrün-zamanın keşməkeşli 
yollarından keçərək mədəniyyət və informasiya vasitəsi kimi xidmət etdikləri 
cəmiyyətin və insanların böyük hörmətini qazanmışlar. Belə kitabxanalara 
misal olaraq Assuriya carı Aşşurbanipalın öz fondunda 200 mindən artıq gil 
lövhəciklərdən ibarət kitabxanasını, dünyanın mədəni möcüzələrindən biri 
olan  İsgəndəriyyə Kitabxanasını, Perqam padşahlığının kitabxanasını, orta 
əsrlərin ümumi kitabxanalarını, müasir dünyanın böyük dövlətlərinin milli 
kitabxanalarını göstərmək olar. Dünya tarixində bəşəriyyətə 5 min ildən artıq 
xidmət edən bu kitabxanalar elm və  mədəniyyətin inkişafı  zəminində daim 
inkişaf etmiş, “öz qiymətli yükünü” bəşəriyyətin inkişafı naminə irəliyə 
aparmışdır. Kitabxanaların daim inkişaf edən, təkmilləşən, daha həyati, 
səmərəli xarakter daşıyan tarixi missiyası xalqların yaddaşına həkk edilmişdir. 
İlk kitabxanaların tarixindən 5 min il keçir. Bu beş min ildə milyonlarla 
oxucuya xidmət edən kitabxanalar öz ilk forma və strukturlarını  əsasən sax-
lamış, ancaq daim təkmilləşmiş, dövrlə, zamanla ayaqlaşmağa çalışmışlar. 
Lap qədim zamanlardan kitabxanaların iki funksiyası  fəaliyyət göstər-
məkdədir. Kitabxanaların ilk və ən mühüm funksiyası sənədləri (əlyazmaları, 
çap kitablarını və s.) toplamaq başqa sözlə, fond yaratmaq funksiyasıdır. Ar-
xivdən fərqli olaraq kitabxana fondları  həmişə oxucuların üzünə açıq ol-
muşdur. Bəzi vaxtlarda kitabxana fondlarının qapalı xarakter daşıdığı halda 
belə onlar müəyyən qrup oxuculara xidmət etmişdir. Kitabxanaların ikinci 
mühüm funksiyası oxuculara xidmət funksiyasıdır. Bu iki funksiyanın qar-
şılıqlı  əlaqəsi, birləşdirilməsi və  işlək vəziyyətə  gətirilməsi kitabxanaçıların 
fəaliyyəti nəticəsində mümkün olmuşdur. Kitabxanaçılar tarixən kitabxana 
işinin hərəkətverici qüvvəsi olmaqla, cəmiyyətlə kitabxanalar arasında əlaqə-
ləndirici vasitə rolunu oynamışdır. Kitabsız, oxucusuz kitabxana olmadığı 
kimi kitabxanaçısız da kitabxana ola bilməz. Beləliklə, kitabxana bu üç sütun 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 12
üzərində bərqərar olmaqla inkişaf edib zəmanəmizə gəlmişdir. Deməli, 5 min 
il tarixi olan kitabxanalar cəmiyyətin yaratdığı  ən mühüm təsisatlardan 
(institutlardan) biri kimi daim onu yaradan cəmiyyətə xidmət etmiş, cəmiyyət 
kitabxanaların hamısı kimi çıxış etmişdir. Cəmiyyətlə kitabxanalar arasında 
olan bu üzvi bağlılıq kitabxanaların yaşamasını təmin emtiş, onun fəaliyyətin-
dən cəmiyyət üzvləri elm, təhsil, mədəniyyət və  tərbiyə sahəsində  bəhrələn-
mişdir.  
Ancaq çox təəssüflə qeyd etmək istəyirəm ki, müasir informasiya cəmiy-
yətində kitabxanalara münasibət hec də birmənalı deyildir. Bəzi informatika 
mütəxəssisləri, müasir elektron kitabxanaların, elektron kataloqların inkişafına 
daha  çox diqqət yetirməyə, internetin fəaliyyətindən bəhrələnməyə və bütün 
informasiyaları elektron vasitələrlə  əldə etməyə üstünlük verməklə  ənənəvi 
kitabxanalardan tədricən əl çəkməyi məsləhət bilirlər. 
Əgər kitabxanalar yalnız informasiya cəmiyyəti nəzəriyyəçilərinin öy-
rənmə obyekti kimi qalarsa, deməli, kitabxanaların uzun müddət  əldə etdiyi 
təcrübə, ənənəvi kitabxanaçılığın bütün nailiyyətləri, biliklərin idarə edilməsi 
texnologiyası, oxucu və kitabxanaçı probleminin davamlı öyrənilməsi və 
proqnozlaşdırılması imkanlarından, müasir informasiya cəmiyyəti  şəraitində 
kitabxanalarda aparılan yeniliklərin, yeni iş forma, metodlarından istifadə 
kitabxana informasiya və kommunikasiya texnologiyasının  ənənəvi kitabxa-
naçılıqla əlaqələndirilməsi prosesindən istifadə etmək olduqca cətin olacaqdır. 
Bütün bunları  nəzərə alan kitabxanalar və kitabxanaşünaslıq elmləri bu düz-
gün olmayan elmi, praktik və tarixi cəhətdən  əsaslandırılmayan, səhv ten-
densiyaya qarşı çıxmalı böyük sosioloji tədqiqatlar, kitabxanaların 5 min illik 
təcrübəsinə əsaslanan informasiya cəmiyyətinin qarşıda qoyduğu aktual prob-
lemlərin öyrənilməsinə dair ciddi elmi araşdırmalar aparılmalı, əldə edilən nə-
ticələri nəzəri cəhətdən  əsaslandırmaqla müasir dövr üçün ciddi tövsiyələr 
hazırlamalıdır. Ancaq bundan sonra müasir kitabxana, onun quruluşu, struk-
turu, statusu, cəmiyyətdə tutduğu mövqe və onun vəzifələri haqqında elmi 
fikir söyləmək olar. Bunun üçün isə ölkənin kitabxana ictimaiyyəti ilə kitab-
xanaşünas alimlərin birgə fəaliyyətinin zəruriliyi ortaya çıxır. 
Qeyd etdiyimiz kimi, son illərdə  həm beynəlxalq, həm də regional sə-
viyyədə mübahisələrin, müzakirələrin ardı-arası  kəsilmir; kitabxanalar ha-
mının vərdiş etdiyi kimi öz ənənəvi formasını (bina, kitabsaxlayıcı, kataloqlar, 
oxu zalları və s.) saxlayacaqmı? Və yaxud kitabxanalar yaşamağa qadirdimi? 
Müxtəlif fikirlərin ortaya çıxdığı belə bir şəraitdə kitabxana-informaisya tex-
nologiyası sürətlə inkişaf edir, elektron kataloqlar, elektron kitabxanalar ya-
ranır, kitabxanalar internetə qoşulur. Kitabxanalardan internetə çıxış yolundan 
oxucular müvəffəqiyyətlə internetdən istifadə edir. İnternet müstəqil infor-
masiya vasitəsinə çevrilir. Həmçinin kitabxana fondlarında elektron kitabların 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə