İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   46   47   48   49   50   51   52   53   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 124
            
Artıq 1992-1995-ci illərdə CD-ROM-un kitabxana işinə tətbiqi prosesi 
başlandı (2,s.14). CD-ROM-bu yenilik kitabxanalar ücün yeni perspektivli 
texnologiya idi. Qeyri şərtsiz olaraq CD-ROM texnologiya kitabxanaların 
həyatında bir cox dəyişikliklər etdi. Oxucular böyük informasiya və  şəbəkə 
azadlığı əldə etdilər, kitabxanalar özlərinin cari texnologiyalarına CD-ROM-u 
tətbiq etməyə başladılar.  
 Bəs CD-ROM kitabxanalara nə verdi? 
           
1.Öz  oxucularına müxtəlif informasiya məhsulları ilə biblioqrafik, 
referativ, faktoqrafik və cürbəcür informasiya resursları və məlumat bazaları  
ilə xidmət etmək imkanı; 
             
2.Hətta internet epoxasına qədər onlayn cıxışla, kağızla, mikrofor-
malarla, maqnit lentləri və disklərlə müqayisədə yüksək üstünluklərə, böyük 
imkanlara malik, cox da bahalı olmayan kompleks enerji və resurs qoruyucu 
infomasiya vasitələrindən  istifadə etmək imkanı; 
            3.CD-ROM Networking sisteminin köməyilə bir necə istifadəciyə eyni vaxtda 
bir CD-ROM-la bir sənədə cıxış imkanı; 
            
4.Elektron  nəşrlər-sənədlərin yeni növü -1990-cı illərin sonlarında 
daha cox rast gəlinən: ensklopediyalar, göstəricilər, sorğu kitabcaları, nəhayət 
tam mətnli nəşrlər.  
Kompakt disklər (onları  həm də lazer, optik disklər, CD də 
adlandırırlar) ilk dəfə musiqi yazmaq ücün işlənib hazırlanmışdır. Lakin artıq 
1984-1985-ci illərdə nəinki ilk oyunlar və ya texniki katoloqlar (“Perqamon” 
şirkəti Boinq təyyarələri ücün təlimat)  hətta ilk CD-ROM verilənlər bazası da 
işləndi. Belə tanınmış ümumdünya məlumat bazası Elmi İnformasiya İnstitutu 
(Filadelfiya, ABŞ) tərəfindən buraxılmışdır 
[
9, 45
]
. CD-ROM texnologiya-
sının yaranması ilə kitabxanalar yüksək informasiya texnologiyalarının tətbiqi 
sahəsində daha bir pillə irəli addım atmış oldular.
 
1992-ci ildə kitabxana məlumat bazaları  və  katoloqları ücün CD-R 
(CD-Recordable) texnologiyası–CD-ROM-a informasiya yazılması texnologi-
yası yarandı. Qərb kitabxanalarında CD-ROM-un meydana cıxması 1985-
1989-cu illəri  əhatə edir 
[
5,42
]
. Belə ki, CD-ROM yavaş-yavaş, lakin haqlı 
olaraq Onlayn cıxışı sıxışdırıb cıxartdı. Cünki o daha az etibarlı və bahalı idi. 
Eyni zamanda axı İnternet yox idi və onlayn seans telefon kanalları və paket 
komutasiya vasitəsilə həyata kecirilirdi.
 
CD-lərin kicik ölcülü, böyük tutum, etibarlılıq və uzunömürlülüyü 
sayəsində xarici yaddaş qurğuları keyfiyyətcə müvəffəqiyyətlə  dəyişir. Bir 
cox Avropa ölkələrində 1980-cı illərin ortalarında elmi və xüsusi kitabxanalar 
öz oxucularına CD təqdim etməyə başladılar 
[
8,50
]
.Əvvəllər onlar sorğu və 
biblioqrafik məlumat bazalarından ibarət idi.Sonralar ora xüsusi rəsmi nəşrlər, 
daha sonralar isə tam mətnli jurnallar  və elmi hesabatlar da əlavə edildi.CD-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 125
lərin geniş şəkildə elmi və xüsusi kitabxanalarda tətbiqi, şəbəkə versiyasının 
yaranması 1991-ci illərə  təsadüf edir 
[
4,10
]
. Multimedia CD-lər daha gec 
ensklopediyalar, dərsliklər, xüsusi soraq nəşrləri və s. formasında gəldi. CD-
lər oxuculara xidmət işi təcrübəsinə daxil olmağa başladı. 1995-ci ildə ABŞ-ın 
26% elmi və akademik kitabxanalarında, lokal CD-şəbəkələr isə 75% univer-
sitet kitabxanalarında istifadə olunurdu. 
 
             
Qeyd edək ki, dünyada audiovizual sənədlər bazarı və sənədlərlə xid-
mət  və eyni zamanda CD-ROM texnologiyası əsasında məlumat bazası bazarı 
kifayət qədər rəngarəng və böyükdür. Nomenklatura və tiraj genişlənməsi 
dəyişməz tendensiya daşıyır və yaxın zamanlarda kifayət qədər daha da 
böyüyəcək, artacaqdır. Belə ki, bir cox milli kitabxanalar artıq özlərinin müs-
təqil olaraq fondlarını  əks etdirən kompakt disklərini yaratmağa başlayıblar. 
Buna misal Almaniya, İngiltərə, Fransa, İspaniya və s. ölkələri göstərmək olar 
[
3,9
]
. Təbii ki, bunun ücün ölkə kitabxanaları öz siyasətlərini işləyib 
hazırlamalıdırlar. Lakin bir cox qeyd etdiyimiz xarici ölkələrdən fərqli olaraq 
təəssüf ki, bu sahəyə respublikamızda cox az diqqət yetirilir. Audiovizual 
sənədlər, onların saxlanması  və istifadəsi sahəsində kitabxana siyasəti hələ  
müəyyən edilməmişdir. Bizdə yeni audiovizual daşıyıcılar bazarı  və onların 
tərkibi, xidməti haqqında kitabxanalara məlumat verən elə bir təşkilat da 
yoxdur.  
  Hal 
hazırda optik (lazerli) disklər rəqəmli üsulla yazılmış  daha etibarlı 
informasiya daşıyıcılarıdır. Bunlarla  yanaşı elm və texnologiya inkişaf et-
dikcə  yeni nanotexnologiya vasitəsilə atom və molekulla işləyə biləcək daha 
yığcam informasiya daşıyıcılarının yaradılmasına başlanmışdır. Atomlardan 
toplanmış elementlər qablaşdırmasının qalınlığı müasir mikroelektronikadan 
1000 dəfələrlə böyükdür 
[
6,12
]
. Nəticədə nanotexnologiya əsasında hazırlan-
mış bir kompakt disk yüzlərlə lazerli diski əvəz edə bilər. Beləliklə  sənəd- 
informasiya sahəsinə optik texnologiyanın tətbiqini sənədləşmiş informasi-
yanın yayılması, saxlanması, qorunması erasının başlanğıcı hesab etmək olar.  
                      
ƏDƏBİYYAT 
 
1.  Xələfov A., Qurbanov A. Kitabxanaların kompüterləşdirilməsinin 
əsasları: Dərslik.-B.:BUN, 2007.-200 s. 
2. Булычева О.С. Использование компактного оптического диска 
CD-ROM  в  справочно-библиографической  работе//  Науч.  и  техн.  б-ки.-
1991.-№9.-С.3-8.  
3.  Гениева  Е.  Вторжение  электронных  изданий:  Плюсы  и  ми-
нусы// Библиотека.- 1997.- №8.- С.14-16.  


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 126
4.  Доброва  В.А.  Проблемы  формирования  фондов  аудиовизуаль-
ных документов в библиотеках // Библиотеки стран в новых социально-
экономических условиях: Сб. науч. тр. /РГБ.-М., 1994.- С.92-103.  
5.  Майстрович  Т.В.  Возможности  использования  оптических 
компакт-дисков в библиотеках// Науч. и техн. б-ки.-1997.-№5.-С.9-14.  
6.  Маркис  Д.  Основы CD-ROM // Науч.  и  техн.  б-ки.-1995.-
№10/11.-С.39-46.  
7.  Меняев  М.Ф.,  Земсков  А.И.,  Денисов  Б.В.  Оптические  диски  в 
библиотечной технологии// Науч. и техн. б-ки.-1997.-№3.-С.3-15.  
8.  Милованова Л. Интерактивные компакт-диски // Библиотека.- 
1992.-№9-10.- С. 48-51.  
9.  Позо  Лео  Ф.  Основы  технологии CD-ROM// Науч.  и  техн.  б-
ки.-1994.-№8.-С.33-50.  
        
ИСПОЛЬЗОВАНИЕ СОВРЕМЕННЫЕ АУДИОВИЗУАЛЬНЫЕ 
ИНФОРМАЦИОННЫЕ НОСИТЕЛИ В БИБЛИОТЕКАХ 
 
С.И.МАМЕДОВА 
 
РЕЗЮМЕ 
 
В  статье  освящаeтся  использование  новых  аудиоавизуальных 
информационных  носителей  в  библиотеках  в  период  информационного 
общества. А также, широко  обьясняется электронная документация, 
значение  новых  аудиоаизуальных  информационных  носителей.  Особое 
внимание  уделяется  на  компактный  оптический  диск    CD-ROM,  его 
использование, значение, история создания и типы. 
                            
 MODERN AUDIOVISUAL  INFORMATION  
MEDIA USED IN LIBRARIES 
 
S.I.MAMMADOVA 
 
SUMMARY 
 
  
The article is deducated to the modern audiovision information 
carriers of uses in a library  in modern information  society. The electronic  
documentation and value of modern information carriers are explained in this 
article.The special attention is given optical disks, its uses in libraries, the 
important advantages, types, history of creations. 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 127
 
 
YAŞLILARIN FASİLƏSİZ TƏHSİLİNİN TƏŞKİLİNDƏ  
KİTABXANALARIN  ROLU VƏ İŞTİRAKI 
 
A.S.HÜSEYNOVA 
Bakı Dövlət Universiteti 
 
Cəmiyyətin inkişafının hazırkı  vəziyyətı, sosial-iqtisadi şəraiti ümu-
milikdə  təhsil sisteminin qarşısında xüsusi tələblər qoyur. Biliklərin sürətlə 
köhnəlməsi hər bir şəxsin bilik potensialının daima yüksəldilməsini tələb edir. 
Məhz bu mənada bütün ömür boyu təhsil almaq ideyası xüsusi aktuallıq kəsb 
edir. Onun həyata keçirilməsi fasiləsiz təhsil sisteminin yaranması  və 
inkişafinda özunu ifadə edir 
Təhsildə fasiləsizlik insanın bütün ömür boyu tam, əhatəli, zamanın 
tempinə uyğun individuallaşmiş  və  təkmilləşdirilmiş  təhsilidir və inkişaf 
səviyyəsindən asılı olamayaraq hər bir ölkə üçün aktualdır. Məsələn, müasir 
Avropada elm və texnologiya elə sürətlə inkişaf edir ki, məlumatların hər il 
orta hesabla 20%-i aktuallığını itirir və beləliklə  də 5-8 il ərzində peşələrin 
məzmunu tamamilə köhnəlir. Təsadüfi deyil ki, məşğulluq üzrə Avropa 
strategiyası  çərçivəsində ömür boyu təhsil biliklər və bacarıqların, peşə 
səriştəsinin artırılması məqsədi ilə və daimi əsaslarla aparılan hərtərəfli təlim 
fəaliyyəti kimi müəyyən edilmişdir. Bu kimi sənədlərin sayı çoxdur - Fasiləsiz 
Təhsil haqqında Avropa Memorandumu, Hamburq Bəyannaməsi, Dakar 
Bəyannaməsi, Sofiya Bəyannaməsi və s. 
Qeyd olunanların Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələr üçün 
aktuallığı daha böyükdür. Avropada Ömür Boyu Təhsilin qarşısında duran 
vəzifə, sadə dillə desək, vətəndaşın bilik və bacarıqlarının 3-5 il ərzində 
yeniləşən texnologiyaya uyğunlaşdırmaqdırsa, Azərbaycanda uzun müddətli 
dövr ərzində mövcud olmuş planlı iqtisadiyyat şəraitində və totalitar ideoloji 
mühitdə qazanılmış ixtisasların və  əldə edilmiş peşə  vərdişlərinin müasir 
dövrün tələblərinə uyğunlaşmanı  təmin etməkdir. Təkcə bir faktı göstərmək 
kifayətdir ki, hazırda ölkədə mövcud olan əməkqabiliyyətli əhalinin təqribən 
60-70%-i inzibati-amirlik münasibətləri sistemində  təhsil almış  və ya 
çalışmışdır. O dövrdə bir dəfə əldə edilmiş ixtisas insanın ömrü boyu işlə tə-
min olunmasına imkan verirdi. Lakin indi bazar iqtisadiyyatı  şəraitində tex-
nologiyaların sürətlə dəyişməsi çevik və dinamik şəkildə peşə və ixtisasların 
artırılmasını, yeni ixtisaslara yiyələnməni tələb edir. Aparılan tədqiqatlar 
göstərir ki, ölkədə mövcud işsizlik problemi təkcə  iş yerlərinin olmaması 
səbəbində deyil, işsiz və işaxtaranların peşə-ixtisas təhsilinin və vərdişlərinin 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 128
müasir  əmək bazarına cavab verməməsi səbəbindəndir. Məhz bu faktlar 
Azərbaycanda yaşlıların təhsilini aktual edir. 
Yaşlıların təhsili – fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, 
vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uy-
ğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata 
keçirilən təhsil prosesidir. Yaşlıların təhsili ilə  ənənəvi təhsilin arasında 
müəyyən fərqlər mövcuddur. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət 
üçün layiqli vətəndaş  və iqtisadiyyat üçün lazımi kadr hazırlamaqdırsa, 
konkret olaraq yaşlıların təhsilinin vəzifəsi isə artıq ənənəvi təhsil sistemindən 
çıxmış  vətəndaşların cəmiyyətdə  və iqtisadiyyatda daim baş verən dəyişik-
liklərə uyğunlaşmasını və fəal iştirakını təmin etməkdir. 
Yaşlı təhsilalan – cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyi-
şikliklərə uyğunlaşmaq məqsədilə, andraqoji (andraqogika-yaşlıların təsili 
aqqında elm sahəsidir) prinsiplər  əsasında təhsil almaqla, bilik, bacarıq və 
şəxsi keyfiyyətlərinin,  əmək vərdişləri və peşə bacarıqlarının inkişaf etdiril-
məsinə və təkmilləşdirilməsinə olan etiyaclarını ödəmək istəyən şəxsdir. 
Yaşlıların təhsili prosesində kontingentə  aşağıdakı sosial-demoqrafik 
qruplar aid edilə bilər: 
 
əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və 
yeniliklərlə  əlaqədar ixtisasartırmaya və ixtisasdəyişməyə  cəlb edilən 
peşəkar əmək sahəsi işçiləri; 
 
şəxsi təsərrüfatla və fərdi əmək fəaliyyəti ilə məşğul olanlar;  
 
məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər
 
uzunmüddətli fasilədən sonra, o cümlədən analıq məzuniyyətindən 
sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar; 
 
müstəqil həyata yeni başlamış yaşlı mütəxəssislər; 
 
peşəsi olmayanlar; 
 
yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan 
işsizlər; 
 
hərbi xidmətdən təxris olunanlar; 
 
məcburi köçkünlər və qaçqınlar; 
 
adi şəraitdə tədris materiallarını qavraya bilməyən və sağlamlığı 
məhdud olan şəxslər; 
 
müxtəlif səbəblərdən yeni sosial-mədəni şəraitə uyğunlaşmağa məcbur 
olan şəxslər; 
 
şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini 
genişləndirmək arzusunda olan şəxslər və s. 
Azərbaycanda yaşlıların təhsili problemini aktual edən bir sıra səbəblər 
vardır: 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 129
-
 
Ölkədə mövcud olan işsizlik problemi təkcə  iş yerlərinin olmaması 
səbəbindən deyil, eyni zamanda işsiz və  işaxtaran vətəndaşların peşə-ixtisas 
təhsilinin və  əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab 
verməməsi; 
-
 
Bir milyona qədər qaçqın və  məcburi köçkünlərin öz doğma yurd-
yuvalarını itirmələri ilə yanaşı, mövcud iş yerlərini də itirmələri; 
-
 
Ölkədə    həyata keçirilən idarəetmə prosesində  iştirak edən çoxsaylı 
məmurlar ordusunun nəzəri biliklərinin və praktiki bacarıqlarının müasir 
dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsi problemi; 
-
 
Ölkədə informasiya texnologiyalarının tətbiqi sferalarının genişlən-
dirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilir. Bu isə informasiya 
texnologiyalarının yeni tətbiq olunduğu müəssisə  və  təşkilatların  əməkdaş-
larının bu istiqamətdə bacarıqlarının artırılmasına yönəldilmiş  təlimlərin 
keçirilməsisi zəruri edir. 
-
 
Ölkədə ciddi ekoloji problemlərin mövcud olmasının müqabilində 
əhalinin bu istiqamətdə maarifləndirilməsu səviyyəsi aşağıdır. Bu isə  həmin 
istiqamət üzrə yaşlıların təhsili prosesini zəruri edir.  
-
 
Ölkənin  ənənəvi təhsil sistemində aparılan islahatlar başa çatma-
dığından təhsil sistemində hazırlığı ilə  və  əmək bazarının tələbləri arasında 
ciddi uyğunsuzluqlar hələ  də mövcuddur. Buna görə  də  hətta yenicə hazır-
lanmış kadrların da əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün, onların 
çevik və  qısamüddətli  əlavə  təhsilə ehtiyacları vardır ki, bu da yaşlıların 
təsilini aktual edən daha bir səbəbdir.  
-
 
Ölkə  əhalisinin demokratik vətəndaş quruculuğu istiqamətində 
ciddi maariflənməyə ehtiyacı vardır ki, bu istiqamətdə yaşlıların təhsili prosesi 
hələ uzun müddət aktual olaraq qalacaq və s.  
Yaşlıların fasiləsiz təhsil prosesinin təşkil edən müəssisələr icərisində  ən 
aparıcı yeri kitabxanalar tutur. Müasir şəraitdə  cəmiyyət həyatının bütün 
sahələrində olduğu kimi kitabxanalarda da əsaslı  dəyişikliklər baş vermək-
dədir.  Bazar iqtisadiyyatı  şəraitində kitabxanaların yeni iqtisadi mexanizmə 
uyğunlaşması  ən aktual problemlərdəndir. Müasir dövrdə geniş oxucu kütlə-
lərinin dünyagörüşünün düzgün istiqamətləndirilməsi, təhsil səviyyəsinin 
yüksəldilməsi, mütaliə mədəniyyəti vərdişlərinə yiyələnməsi üçün  kitabxana-
ların fəaliyyətinin fasiləsizliyi təmin olunmalıdır. Qeyd etmək lazımdır ki, 
Amerika kitabxanaşünasları fasiləsiz təhsil sistemini yaşlılar üçün kütləvi 
kitabxana xidmətinin  əsası olaraq qiymətləndirirlər.  Şəxsitəhsil mütaliənin 
fasiləsiz təhsilə kömək edən mürəkkəb formasıdır. Qeyd etmək lazımdır ki, 
informasiya texnologiyalarının inkişaf etdiyi, kompüter telekommunikasiya 
vasitələrinin kütləvi xarakter daşıdığı müasir dövrümüzdə dünya əhalisi 
içərisində  məhz yaşlı  nəsl daha çox mütaliə etməyə maraq göstərir. Onlar 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 130
cəmiyyət həyatının hadisələrində şüurlu və fəal iştirak etmək üçün  daha çox 
şəxsitəhsillə məşğul olurlar. Şəxsitəhsil eyni zamanda biliklərə yiyələnməyin 
əsas yollarından biridir. Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin 
sərvətinə çevrilməsinə kömək edir. Kitabxana işinin düzgün və geniş  təşkili 
olmadan  şəxsitəhsil işi inkişaf edə bilməz. Kitabxanalar yalnız  şəxsitəhsilə 
maraq göstərən oxucuları deyil, bütün oxucuları  şəxsitəhsilə  cəlb etməlidir. 
Çünki kitabxana xidmətinin düzgün təşkili olmadan çəxsi təhsil işi inkişaf edə 
bilməz.  Şəxsitəhsil elmi nailiyyətlərin geniş xalq kütlələrinin sərvətinə çev-
rilməsinə yardım edir. Müasir həyatın hadisələrində  şüurlu və  fəal  şəkildə 
iştirak etmək yalnız şəxsitəhsillə mümkündür. Bu işdə kitabxanaların səmərəli 
fəaliyyəti mühüm rol oynaya bilər. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik H.1-2.B., 2001- 400 s. 
2.
 
Baxşəliyev V. İ. Yaşlıların təhsili zamanın tələbidir // Təhsil.- dekabr 
2004 
3.
 
Yaşlıların təhsilinə dail Hamburq konfransı.-1997. 
4.   Осипова И. Библиотека и образование: К постановке проблемы// 
Библиотековедение.- 1999.-№1.-С. 22-28 
5.   Проблемы непрерывного образования взрослых: Сб. науч. тр.- Л., 
1979.- 77 с. 
6.  Збаровская  Н.  В  Формирование  информационно-образовательной 
среды современных библиотек //Библиотековедение.- 2006.- №4.-C.50-54 
 
РОЛЬ И УЧАСТИЕ БИБЛИОТЕК  
В НЕПРЕРЫВНОМ ОБУЧЕНИИ ВЗРОЗЛЫХ 
 
А.С.ГУСЕЙНОВА 
 
РЕЗЮМЕ 
 
В  статье  раскрыта  суть  актуальности  образования  взрослых 
как  составной  части  системы  непрерывного  образования.  Также  от-
мечается роль и значение библиотек в образовании взрослых в общества 
знаний. 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 131
THE ROLE AND PARTICIPATION OF LİBRARİES İN THE 
ORQANİZATİON OF THE ADULTS CONTİNUOUS EDUCATİON 
 
A.S.HUSEYNOVA 
 
SUMMARY 
 
The a article is dedicated to the essence of the urgency of the edu-
cation adults as component of continuous education system. The role and 
importanse of libraries in the adults in the knovledge society are elucidated as 
well of adult knowledge in societies. 

Document Outline

  • titul-1
  • KİTABXANAŞÜNASLIQ-1

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə