İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   2   3   4   5   6   7   8   9   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 16
Prezident Heydər  Əliyevin kitabxanaya hədiyyə etdiyi nəfis “Qurani-
Kərim” bu gün də Milli Kitabxananın kolleksiyasının  ən qiymətli nümunə-
lərindən biri kimi mühafizə olunur. 
90-cı illərdə Milli Kitabxanada işlərin təşkilində  əsas istiqamət müs-
təqil Azərbaycanın nailiyyətlərinin geniş  təbliğ edilməsinə  və latın qrafikalı 
Azərbaycan əlifbası ilə çap olunan kitabların fondda ümumi çəkisinin artma-
sına gətirib çıxaran tədbirlərin görülməsindən ibarət olmuşdur.  
İnformasiya cəmiyyəti quruculuğu  şəraitində Milli Kitabxananın  ən 
ümdə  vəzifəsi müasir dövrün tələblərinə uyğun olaraq informasiya-kommu-
nikasiya texnologiyalarının kitabxana işinə  tətbiqi nəticəsində oxuculara ki-
tabxana xidmətinin optimallaşdırılmasına nail olmaqdan və bütün kitabxana-
biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində  gərəkli addım-
ların atılmasından ibarət olmuşdur. 
Artıq 90-cı illərin sonundan başlayaraq Azərbaycan Milli Kitabxana-
sında informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinə 
başlanılmışdır. 1998-ci ildə Soros fondunun və Avrasiya fondunun qrantları 
əsasında  İnternet zalının açılması ilə bu işə ilk addımlar atılmışdır. Respub-
likamızda kitabxanada ilk İnternet zalı məhz M.F.Axundov adına Milli Kitab-
xanada yaradılmışdır. 
2000-ci ildə isə yenə də həmin ictimai təşkilatların qrant vəsaiti hesa-
bına Milli Kitabxanada ilk Tədris Mərkəzi təşkil olunmuşdur. Bu mərkəzdə 
ilk dəfə olaraq respublikamızın kitabxana işçiləri üçün kompüter təlimi üzrə 
və  İnternetdə axtarış aparmaq vərdişlərinin aşılanması üzrə treninqlər təşkil 
olunmuşdur. 
Həmin ildə respublikamızda ilk dəfə olaraq avtomatlaşdırılmış kitab-
xana sistemlərinin tətbiqi istiqamətində ilk addımlar atılmışdır. ABŞ  səfir-
liyinin, Soros və Avrasiya fondlarının maliyyə dəstəyi ilə ABŞ-ın VTLS kor-
porasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VIRTUA proq-
ramının tətbiqi ilə elektron kataloqun tərtibinə hazırlıq işlərinə başlanılmışdır. 
Bu layihənin kompüter avadanlıqları  və texnoloji təminatı Soros Fondu tə-
rəfindən, proqram təminatı isə Avrasiya Fondu tərəfindən həyata keçiril-
mişdir. 
Üç illik hazırlıq işləri aparıldıqdan, beynəlxalq treninqlər keçirildikdən 
və lazımi mütəxəssislərin hazırlanması prosesi başa çatdıqdan sonra 2003-cü 
ildə elektron kataloqun tərtibi işlərinə başlanılmışdır. Milli Kitabxanada elek-
tron kataloq beynəlxalq maşınla oxunan MARC-21 formatında işlənilmişdir.  
2004-cü ilin martından Milli Kitabxanada digər kitabxana-biblioqra-
fiya proseslərinin avtomatlaşdırılması  işlərinə start verilmişdir. Lakin bütün 
bunlar külli miqdarda vəsait tələb etdiyindən müvəqqəti işlər dayandırılmışdır.  


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 17
Xeyli hazırlıq və təcrübi işlər aparıldıqdan sonra 2006-cı ilin mayında 
Milli Kitabxananın veb-saytının və elektron kataloqunun təqdimat mərasimi 
olmuşdur 
[
2, 5
]
.
 
Respublikamızda ilk kitabxana saytı və elektron kataloqunun 
təqdimatı beynəlxalq ekspertlərin, respublika kitabxana ictimaiyyətinin və 
mətbuat nümayəndələrinin iştirakı ilə olmuşdur. 2006-cı ilin mayından Milli 
Kitabxananın saytı vasitəsilə bir sıra beynəlxalq məlumat bazalarında – ABŞ-
ın Konqres Kitabxanasının və Rusiyanın Milli Dövlət Kitabxanasının elektron 
məlumat bazalarında birbaşa axtarış aparmaq imkanı əldə edilmişdir. 
İnformasiya cəmiyyəti quruculuğu dövrünün tələblərinə müvafiq ola-
raq 2006-cı ildə Milli Kitabxananın strukturu yenidən işlənmiş  və yeni 
şəraitdə və yeni tələblərə uyğun müvafiq struktur bölmələri yaradılmışdır. İlk 
növbədə kitabxananın elektron resurslarının yaradılmasına olan böyük ehtiyac 
nəzərə alınaraq yeni strukturda Elektron resursların yaradılması şöbəsi təşkil 
olunmuşdur. Yeni strukturda elektron kitabxana bölməsi yaradılaraq Milli Ki-
tabxananın qiymətli fondlarının elektron daşıyıcılara köçürülməsi kimi mü-
hüm bir prosesə başlanğıc verilmişdir.  
Eyni zamanda kitabxananın yeni strukturunda Kitabxana-biblioqrafiya 
proseslərinin avtomatlaşdırılması  şöbəsi yaradılaraq bütövlükdə kitabxana 
işinin bütün istiqamətlərində qlobal avtomatlaşdırma işlərinə start verilmiş
digər iş istiqamətlərində də kompüter texnologiyaları tətbiq olunmağa başlan-
mışdır. Ədəbiyyatın komplektləşdirilməsi və kitabxana qaydası ilə işlənməsi, 
kataloq kartoçkalarının çap olunması prosesləri də kompüter avadanlıqları 
vasitəsi ilə həyata keçirilməyə başlanmışdır. 
Bu gün Milli Kitabxananın fondlarında mühafizə olunan 250 min nüs-
xədən artıq  ədəbiyyat artıq elektron kataloqun məlumat bazasında öz əksini 
tapmışdır. Kitabxanaya yeni daxil olan kitablarla yanaşı,  əvvəllər kitabxa-
nanın fonduna daxil olan və oxucular tərəfindən daha çox istifadə olunan 
ədəbiyyat da oxuculardan qayıtdıqdan sonra elektron kataloqa daxil edilir. Bu 
qayda ilə dünya təcrübəsinə uyğun olaraq ilk növbədə oxucular tərəfindən da-
ha çox istifadə olunan ədəbiyyatın elektron kataloqa daxil edilməsi təmin olu-
nacaqdır. Hazırda Azərbaycan  ədəbiyyatının arxivi, Not nəşrləri və  səsyaz-
maları  şöbələrinin fondlarındakı qiymətli nəşrlər də paralel olaraq elektron 
kataloqa daxil edilir. 
Milli Kitabxanada elektron resursların yaradılması istiqamətində  də 
uğurlu addımlar atılmışdır. Elektron resursların yaradılması və Elektron kitab-
xana  şöbələri bu sahədə  işləri iki istiqamətdə  həyata keçirirlər: bir tərəfdən 
kitabxanaya yeni daxil olan və latın qrafikası ilə çap olunan kitabların elektron 
versiyaları yaradılır, digər tərəfdən isə ötən illərdə kiril və ya latın qrafikası ilə 
çap olunan və oxucular tərəfindən daha çox soruşulan kitablar skanerdən 
keçirilərək elektron kitabxanaya daxil edilirlər. Təbii ki, kiril qrafikası ilə çap 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə