İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   2   3   4   5   6   7   8   9   10   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 18
olunmuş kitabların elektron versiyasının yaradılması daha çox vaxt tələb 
etdiyindən bu işlərin surətinə mənfi təsir göstərir. 
Hazırda Milli Kitabxananın elektron kitabxanasının məlumat baza-
sında 10 mindən çox tammətnli nəşrlər oxucuların sərəncamına verilmişdir. 
Bu iş kitabxananın işçiləri tərəfindən adi skanerlərin köməyi ilə həyata keçi-
rildiyindən hələ  də bu sahədə lazımi operativliyə nail olunmamışdır. Göstə-
rilən istiqamətdə köklü irəliləyişlərə nail olunmasında “Kitabxana işi haq-
qında” Azərbaycan Respublikası Qanununda müvafiq düzəlişlər edilməsi və 
həmin qanuna Milli Kitabxanaya ölkədə dərc olunan bütün çap məhsullarının 
elektron variantlarının verilməsi barədə ayrıca maddə daxil edilməsi əhəmiy-
yətli rol oynaya bilər.  
2008-ci ilin noyabr ayından Milli Kitabxanaya daxil olan 100 adda 
qəzet və digər dövri nəşrlərin də tammətnli elektron məlumat bazasının yara-
dılmasına başlanılmışdır. Başqa sözlə desək, alınan 100 adda nəşrdə çap olu-
nan bütün materiallar skanerdən keçirilərək ayrı-ayrı mövzular və predmetlər 
üzrə qruplaşdırılaraq həmin gün saat 16-00-dək kitabxananın saytı vasitəsilə 
oxucuların və istifadəçilərin sərəncamına verilir. Nəticədə internetə  çıxış 
imkanı olan hər bir ucqar kənd kitabxanası  və yaxud onun oxucusu heç bir 
çətinlik çəkmədən və əlavə vəsait ödəmədən gündəlik dövri mətbuatı oxumaq 
imkanı əldə etmiş olur.  
Digər tərəfdən dünya oxucuları da bu yolla hər gün operativ şəkildə 
Azərbaycan həqiqətləri ilə tanış ola bilir və onları maraqlandıran məsələlər 
üzrə hər gün Azərbaycan mətbuatında dərc olunan yazıları əldə edib onlardan 
operativ şəkildə bəhrələnə bilirlər. Bu da dünya informasiya məkanında Azər-
baycan həqiqətlərinin lazımınca yer tutmasında və geniş  təbliğində  əhə-
miyyətli rol oynayan amillərdən biridir.  
Bu gün kitabxanalarımızda kifayət qədər dövri mətbuatın alınması və 
onların operativ şəkildə yerlərə çatdırılması problemi olduğu bir zamanda 
ayrı-ayrı mövzular üzrə dövri mətbuatın tammətnli elektron bazasının yara-
dılması xüsusi əhəmiyyət kəsb edən çox vacib bir məsələdir.     
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Azərbaycan Res-
publikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiy-
yatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi 
metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq və biblioqra-
fiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan və nəhayət, Azər-
baycan elminin inkişafında xüsusi xidmətləri olan elm məbədi və mənəviyyat 
xəzinəsidir. 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci 
maddəsinə müvafiq olaraq M.F.Axundov adına Dövlət kitabxanasına Azər-
baycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 19
“Milli Kitabxana” statusu verilmişdir 
[
5,  1143
]
. Bu status kitabxananın qar-
şısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş və ölkənin ictimai 
həyatında onun rolunu artırmışdır.     
Son illərdə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin 
baş kitabxanası kimi, respublikanın əsl mədəniyyət mərkəzinə, mədəni-kütləvi 
tədbirlərin, yeni kitabların təqdimat mərasimlərinin, kitab bayramlarının, 
müəlliflərlə oxucuların görüşlərinin keçirildiyi məkana çevrilib. Son illər  ər-
zində elə bir ay olmamışdır ki, Milli Kitabxanada böyük bir tədbir keçiril-
məsin, ziyalılar,  kitabsevərlər burada toplaşmasın. 
2007-ci il ərzində Milli Kitabxananın fonduna 18 min yeni ədəbiyyat 
daxil olmuşdursa, 
[
6, 3
]
 2008-ci il ərzində yeni alınan ədəbiyyatın sayı 25 min 
nüsxəni keçmişdir ki, bu da ötən illərlə müqayisədə xeyli artıqdır 
[
7, 6
].
 Milli 
Kitabxanaya daxil olan yeni ədəbiyyatın sayının artmasında ölkədə nəşr olu-
nan bütün çap məhsullarından pulsuz məcburi nüsxələrin alınması  və Azər-
baycan Respublikası Prezidentinin sərəncamına əsasən latın qrafikası ilə çap 
olunan ədəbiyyatın mühüm rolu var.  
Bütün bunlar isə oxucuların, kitabxanaya gələnlərin sayının xeyli art-
masına səbəb olub. Ötən il ərzində Milli Kitabxananın daimi oxucularının sayı 
38 min nəfər, virtual oxucuların sayı isə 80 mini keçmişdir, kitabxanaya gə-
lənlərin sayı  isə 230 min nəfərə çatıb. 
Fərəhləndirici haldır ki, 60-70-ci illərdə Axundov adına Milli Kitabxa-
nada mövcud olan zallarda oxumaq üçün növbələr bərpa olunub. Ilin bəzi ay-
larında şənbə və bazar günləri kitabxanaya gələnlərin sayı 1300-1500 nəfərə 
çatır və zallarda yerlər dolduğundan oxucuların qarşısını saxlamaq məcburiy-
yətində qalırıq. Oxucuların, kitabxanaya gələnlərin sayının artmasında ən va-
cib  şərt yeni ədəbiyyatın artması  və zallarda oxucular üçün hər cür şəraitin 
yaradılmasıdır. 
M.F.Axundov adına Milli Kitabxana “Kitabxana işi haqqında” Azər-
baycan Respublikası Qanunu ilə ona verilmiş milli çap məhsullarının arxiv 
fondunun yaradılması  və Milli biblioqrafiya vəsaitlərinin tərtibi funksiyasını 
da müvəfəqiyyətlə yerinə yetirir. Artıq 2004-cü ildən başlayaraq kitabxana 
ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının dövlət qeydini aparır və il 
ərzində ölkədə  nəşr olunan bütün materialları özündə  əks etdirən "Birillik 
Azərbaycan kitabiyyatı"nı çap edir. Cari dövlət biblioqrafiyasının vacib atri-
butu olan bu nəşrin artıq 10 buraxılışı çap olunub, 2 buraxılışı isə  nəşrə 
hazırdır və bu günlərdə işıq üzü görəcəkdir. 
Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni ədəbiyyatın 
cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. «Yeni kitablar» adlı  
cari biblioqrafik informasiya göstəricisi hər rübdə  bir dəfə nəşr olunur və hə-
min dövr ərzində Milli Kitabxananın fondlarına daxil olan bütün yeni ədəbiy-


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə