İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 22
şərait yaradan və onların təkrar istifadəsinə imkan verən avtomatlaşdırılmış 
sistem tətbiq olunur. 
VIRTUA avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi kitabxanaya 
daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumatın verilməsi 
məsələsini də  həll etmişdir. Bu gün külli miqdarda vəsait sərf edərək yeni 
ədəbiyyat bülletenləri çap etməyə artıq ehtiyac yoxdur. Çünki kitabxanaya 
müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxananın saytın-
dakı “Yeni ədəbiyyat” bölməsində  əksini tapıb və oxucular həmin düyməni 
basmaqla hər gün kitabxanaya daxil olan yeni ədəbiyyat barədə məlumat ala 
bilirlər. 
Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə 
dair xeyli miqdarda vəsaitlər nəşr edir və kitabxanalara göndərir. Bunların 
içərisində 60-70-ci illərdə çap olunan və müəyyən səbəblərdən uzun müddət 
çap olunmayan “Əlamətdar və tarixi günlər təqvimi”ni xüsusilə qeyd etmək 
lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri yenidən bərpa olunmuşdur və həmin 
ildə 2005-ci ili əhatə edən ilk buraxılış  işıq üzü görmüşdür. 2006-2009-cı 
illərə aid buraxılışlar çap olunmuşdur və hazırda isə 2010-cu ili əhatə edən 6-
cı buraxılış nəşrə hazırlanır. 
Son dövrdə Milli kitabxana tərəfindən bir sıra vəsaitlər çap olunaraq 
ölkə kitabxanalarına və oxuculara təqdim olunmuşdur. Bunların içərisində 
Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin “Müstəqilliyimiz 
əbədidir” çoxcildliyinin I-X cildlərinin köməkçi göstəricisi”ni, Azərbaycan 
Respublikası Prezidentinin “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət 
Proqramı”na dair ədəbiyyatı  əks etdirən “Azərbaycan Respublikası region-
larının sosial-iqtisadi inkişafı” adlı biblioqrafik göstəricinin iki buraxılışını, 
“Heydər Əliyev Fondu 5 il” biblioqrafiyasını, “Azərbaycanın görkəmli şəxsiy-
yətləri” seriyasından çap olunan “Mir Cəlal: Biblioqrafiya”, “Qara Qarayev: 
Biblioqrafiya”, “Fikrət  Əmirov: Bibloqrafiya” və “Üzeyir Hacıbəyli: Biblio-
qrafiya”, “Səttar Bəhlulzadə: Biblioqrafiya” kimi fundamental biblioqrafik 
vəsaitlərini, “Azərbaycan Xalq Cümhuriyyəti-90”, “Şəhidlər” biblioqrafik 
göstəricilərini və s. qeyd etmək olar. 
Hazırda bir sıra sanballı vəsaitlər üzərində iş yekunlaşmaq üzrədir və 
ilin sonunadək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müs-
təqilliyimiz  əbədidir” çoxcildliyinin XI-XXVIII cildlərinin köməkçi gös-
təricisi”, Azərbaycan xalçaları və tarixi abidələrimiz haqqında biblioqrafiyalar 
və s. fundamental göstəricilər çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir. 
Son illərdə Milli Kitabxana tərəfindən bir sıra metodik materiallar da 
tərtib olunaraq yerlərə göndərilmişdir. Bunların içərisində 2004-cü ildə çap 
olunan “Kitabxana işinə dair normativ aktlar” adlı vəsait, “İkirəqəmli müəllif 
işarəsi cədvəlləri”ni xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildə kitabxanaların 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 23
xahişi ilə  təkrar çap olunan bu vəsaitlər qısa bir zamanda bütün kitabxana-
çıların stolüstü kitabına çevrilmişdir. 
Milli Kitabxana tərəfindən nəşr edilən bütün vəsaitlər mütəmadi olaraq 
yerlərdəki və Bakı şəhərindəki kitabxanalara göndərilir. Lakin  bu vəsaitlərin 
nəşrinə və yerlərə göndərilməsinə xeyli vəsait və zaman sərf olunduğundan bu 
işin də  təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsədlə  avtomatlaş-
dırılmış sistemin tətbiqi nəticəsində kitabxananın nəşrlərinin tam elektron 
mətnləri kitabxananın saytının “Kitabxanamızın nəşrləri” bölməsində yerləş-
dirilir və istənilən kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan 
bəhrələnə bilər. Yəni onlar çap olunmazdan və yerlərə göndərilməzdən xeyli 
əvvəl virtual rejimdə bütün respublika kitabxanalarının və kitabxanaçılarının 
sərəncamına verilir. 
Milli Kitabxana 70-80-ci illərdə “Azərbaycan mədəniyyəti və incəsə-
nəti haqqında yeni ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisi 
nəşr edirdi və maliyyə problemləri ilə əlaqədar neçə illərdən bəri bu vəsaitin 
nəşri dayandırılmışdı. Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra bu 
cari biblioqrafik vəsaitin nəşri bərpa olub və onun tam mətni kitabxananın 
saytında müvafiq bölmədə yerləşdirilib. Həmin vəsait nəşr olunaraq Mədə-
niyyət və Turizm Nazirliyinin işçilərinə  və sahənin aparıcı mütəxəssislərinə 
çatdırılır. Eyni zamanda ayda bir dəfə çap olunan bu vəsaitdə müvafiq 
mövzuya dair qəzet və jurnal materialları  əksini tapır və  əhatə olunan ma-
terialların tam elektron mətnləri də saytın müvafiq bölməsində yerləşdirilir və 
istənilən oxucu kitabxananın saytının müvafiq düyməsini basaraq istədiyi 
materialın tam mətnini oxumaq və onu çap edərək istifadə etmək imkanına 
malik olur. 
Bir neçə il bundan öncə Yaponiya hökuməti ilə Azərbaycan hökuməti 
arasında bağlanan müqaviləyə əsasən, Milli Kitabxanaya texniki yardım kimi 
verilmiş müasir tipli texniki avadanlıqların quraşdırılması  həyata keçirilıb. 
Buraya qiymətli kitab fondlarının konservasiyasını  həyata keçirmək üçün 
onların mikrofilmlərinin hazırlanması  və mikrofilmləri oxumaq üçün ava-
danlıqlar, hələ keçən  əsrin  əvvəllərində buraxılan qiymətli qrammafon 
vallarının CD disklərə və audio kasetlərə yazılmasını təmin edən müasir tipli 
qurğular, CD disk, audio kaset, qrammafon valları oxumaq məqsədilə 15 nəfər 
fərdi yerlik fonoteka kabineti üçün avadanlıqlar, kitab təqdimatları  və 
müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün, prezentasiya, səs-gücləndirici və 
akustika avadanlıqları daxildir. 
Mikrofilmlərin mətninin xüsusi fayllar vasitəsilə kompüter yaddaşına 
köçürülməsinə imkan verən qurğu isə xüsusilə  əhəmiyyətlidir və qiymətli 
kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yaradılmasının 
sürətləndirilməsi işində böyük rol oynayır. Artıq bugünədək 450-dən çox 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə