İnformasiya təHLÜKƏSİZLİYİ İNSİdentləRİ



Yüklə 164,31 Kb.
səhifə30/30
tarix31.12.2021
ölçüsü164,31 Kb.
#81294
1   ...   22   23   24   25   26   27   28   29   30
rikssss

İnsanlar


Təşkilat daxilindəki insanlar. Istifadəçilər, sistem administratorları, şəbəkə administratorları, informasiya təhlükəsizliyi əməkdaşları və təşkilat daxilindəki digər insanlar insidentlərin əlamətlari haqqında məlumat verə bilərlər. Belə məlumatların hamısının həqiqiliyini yoxlamaq vacibdir. Təkcə adi istifadəçilər insidentin baş verdiyini müəyyənləşdirəndə çətinlik çəkmirlər, bəzən hətta ən yaxşı texniki ekspertlər də səhv edə

bilərlər. Yanaşmalardan bir belə məlumat verən şəxslərdən bu məlumatların dəqiqliyinə onların nə qədər əmin olmasını soruşmaqdır. Təqdim olunan informasiya ilə birlikdə bu qiymətləndirmənin də qeydiyyata alınması insidentin analizi zamanı, xüsusən də ziddiyyətli məlumatlar aşkarlandıqda əhəmiyyətli kömək edə bilər.



Digər təşkilatlardan olan insanlar. Digər təşkilatlardan olan insanlardan az sayda incident bildirişləri alınsa da, onlara ciddi yanaşmaq lazımdır. Buna klassik misal, sistemdə ciddi boşluq aşkarlayan və bu haqda təşkilata birbaşa məlumat verən və ya açıq mənbələrdə bildirən şəxs ola bilər. Başqa misal, digər təşkilatın əlaqə yaradaraq təşkilatdan kiminsə ona hücum etdiyini bildirməsidir. Kənar istifadəçilər də insidentlər, məsələn, veb-saytın defeys edilməsi və ya servisin əlyetməz olması haqqında məlumat verə bilərlər. Digər insident cavablandırma komandaları da insidentlər haqqında məlumat göndərə bilərlər. Burada kənar təşkilatların insidentlər haqqında məlumat verməsi üçün müvafiq mexanizmlərin olması və təlim görmüş heyətin bu mexanizmləri diqqətlə monitorinq etməsi vacibdir; bunu telefon nömrəsi və e-poçt ünvanı müəyyən etmək və məlumatları lazımi servis strukturuna yönləndirməklə etmək olar.
Yüklə 164,31 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə