İnformasiya təHLÜKƏSİZLİYİ İNSİdentləRİ



Yüklə 164,31 Kb.
səhifə4/30
tarix31.12.2021
ölçüsü164,31 Kb.
#81294
1   2   3   4   5   6   7   8   9   ...   30
rikssss

Məntiqi bombalar  kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər.

Kompüter virusları  digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır.

Soxulcanlar müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin bloka alınmasına gətirib çıxarır.

Troyanlar  funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır. İşə düşdükdə troyanlar elan edilmiş faydalı funksiyalarla yanaşı, elan olunmamış funksiyaları da yerinə yetirirlər.

Son vaxtlar ziyankar proqram təminatının yeni növləri meydana çıxmışdır:



Adware  istifadəçinin kompüterində reklam göstərilməsi proqramlarıdır. Çox vaxt belə proqramlar rəsmi satılan məhsulların tərkibinə daxil olurlar, onların istehsalçıları öz proqram təminatlarının şərti pulsuz versiyalarını təklif edirlər.

Spyware casus-proqramlar, kompüter və istifadəçi haqqında fərdi məlumatların toplanması ilə məşğul olurlar: kompüterin İP-ünvanı, əməliyyat sisteminin və İnternet-brauzerin versiyası, ən çox başvurulan İnternet-resursların siyahısı, axtarış sorğuları və sonrakı reklam kampaniyalarında istifadə edilə bilən digər verilənlər (çox vaxt Spyware ilə Adware bir məhsulda olur).

Keyloqqer (ing. key – klaviş və logger – loq yazan)  klaviaturada düymələrin basılmasını fayla (loqa) yazan proqramdır, onun köməyi ilə bədniyyətli konfidensial məlumatları (login, parol, kredit kartlarının nömrəsi, PIN-kodlar və s.) toplayır və istifadəçinin razılığı olmadan bədniyyətliyə göndərir, yəni keyloqqerlər Spyware proqram təminatına aiddir.


Yüklə 164,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə