Antivirus, anticasus və antispam proqram təminatı. Antivirus və anticasus proqram təminatı ziyankar kodların müxtəlif növlərini aşkarlayır və onların hostları yoluxdurmasının qarşısını alır.
Antivirus və ya anticasus proqram təminatı ziyankar kodu aşkarladıqda, adətən, həyəcan siqnalları generasiya edir. Hazırki antivirus və anticasus proqram məhsulları ziyankar kodları onların siqnaturaları yeniləndikdə aşkarlaya və qarşısını ala bilir. Bu yenilənmə işi böyük təşkilatlarda güc yetməyən iş ola bilər. Bunun öhdəsindən gəlməyin bir yolu antivirus və anticasus proqram təminatının mərkəzləşdirilmiş şəkildə yenilənməsini və idarə edilməsini təşkil etməkdir. Aşkarlama imkanı müxtəlif olduğundan bəzi təşkilatlar bir neçə istehsalçının məhsulundan istifadə edir. Antivirus proqram təminatı ən azı iki səviyyədə qurulmalıdır: şəbəkə perimetrində (məsələn, şəbəkə ekranları, e-poçt serverləri) və host səviyyəsində (məsələn, işçi stansiyaları, fayl serverləri, kliyent proqram təminatı). Antivirus proqram təminatının casus proqramları aşkarlama imkanı yetərli olmadıqda anticasus proqram təminatı istifadə edilməlidir; anticasus proqram təminatı da antivirus proqram təminatı kimi iki səviyyədə yerləşdirilir.
Antispam proqram təminatı spamı aşkarlamaq və onların istifadəçilərin poçt qutularına düşməsinin qarşısını almaqdır. Spamda ziyankar proqramlar, fişinq-hücumları və digər ziyankar kontent ola bilər, buna görə də antispam proqram təminatının həyəcan siqnalları hücum cəhdlərini göstərə bilər.
Dostları ilə paylaş: |