İnformasiya təHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə112/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

M
ı 
şifrələnmiş mətnə və K
açıq 
açara malik
 
olsada 
belə, açıq 
M
 mətnini hesablama imkanı olmamalıdır. 
Beləliklə,  şifrələmə  və  deşifrələmə  istənilən  ardıcıllıqla 
yerinə  yetirilsə  də,  belə  etmək  də  mümkündür:  mətni  bağlı 
açarla şifrələməli, açıq açarla şifrədən çıxarmalı. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 99 ____________________________ 
 
RSA alqoritmi

RSA  açıq  açarla  şifrələmə  alqoritmlərindən  biridir. 
Alqoritm  1977-ci  ildə  Rivest,  Şamir  və  Adleman  tərəfindən 
yaradılmışdır.  Alqoritm  20  il  ərzində  ən  populyar  sayılmış  və 
açıq açarla istifadə olunan alqoritmlər içərisində praktiki olaraq 
ən çox istifadə ediləni olmuşdur. 
RSA ikilik mətnlərin şifrələnməsi üçün istifadə edilir. Açıq 
mətn  bloklara  bölünür  və  hər  bir  blok 
M
  ikilik  ədədi  kimi 
götürülür. Bu zaman Mpq, burada p 
və 
q  iki böyük təsadüfi sadə ədədlərdir). 
Açıq  və  bağlı  açarlar  RSA  alqoritmində  bir-birilə 
əlaqəlidirlər,  yəni  bir  açarın  şifrələnməsi  o  biri  açarın  şifrədən 
çıxarılmasına səbəbdir. 
Alqoritmin  çatışmazlığı  əməliyyatı  aşağı  sürətlə  yerinə 
yetirməsidir.  RSA  alqoritmində  şifrələmə  və  deşifrələmə 
əməliyyatları  çox  böyük  tərtibli  çox  böyük  ədədlərin  qüvvətə 
yüksəldilməsi  ilə  yerinə  yetirilir,  bu  isə  öz  növbəsində 
əməliyyatı  yerinə  yetirmək  üçün  həcmli  resursların  olmasını 
tələb edir. 
Bu  baxımdan  təcrübədə  ən  çox  iki  alqoritmin 
kombinasiyasından  istifadə  olunur.  Məlumat  simmetrik 
alqotmin  köməyilə  şifrələnir  (məsələn,  AES),  bu  zaman  hər 
dəfə təsadüfi açar generasiya olunur. Təsadüfi açar açıq açarla 
şifrələnir  (məsələn,  RSA  alqoritmi  ilə)  və  məlumat  ilə  birlikdə 
göndərilir. Belə hibrid sxem şifrələmə/deşifrələmə əməliyyatının 
sürətini təmin etməklə yanaşı onun etibarlığını da artırır.  



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə