İnformasiya təHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə117/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
Rəqəmsal imzalar. 
Rəqəmsal  imzalar  informasiyanın  həqiqiliyinə  nəzarət 
etmək  üçün  elektron  formada  istifadə  edilən  güclü  alətdir. 
Rəqəmsal  imza  elektron  verilənlərin  tamlığını  təmin  edir, 
verilənlərin  aktuallığını  müəyyən  etməklə  yanaşı  müəlliflik 
hüququnu  da  təsdiqləyir.  Rəqəmsal  imza  verilənlərin 
imzalanması  üçün  yaradılmış  informasiya  obyektidir  və  bu 
verilənlərin  tamlığına  və  mötəbərliliyinə  əmin  olmağa  imkan 
verir. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 104 ____________________________ 
 
Elektron  imza  faylda  baş  verə  biləcək  xətaların  qarşının 
alınması  üçün  təhlükəsizliyi  müəyyənləşdirən  elektron 
işarəsidir. Elektron işarə faylı yaradanı yoxlamağa və müəyyən 
etməyə  imkan  verir.  Elektron  işarə  fayla  rəqəmsal  imza  əlavə 
edildikdən sonra onda baş vermiş dəyişikliyi müəyyən edir. 
Elektron imzanın müxtəlif növləri mövcuddur. 
1.
Birləşdirilmiş  elektron  imza.  Birləşdirilmiş  elektron  imza 
yaradılan  zaman  elektron  imzanın  yeni  faylı  yaradılır  və  bu 
faylın  daxilinə  imzalanacaq  faylın  verilənləri  yerləşdiriılir.  Bu 
proses hazırlanmış sənədin konvertə (zərfə) qoyulduqdan sonra 
zərfin 
(konvertin) 
möhürlənməsinə 
bənzəyir. 
Sənədi 
konvertdən  çıxaran  zaman  onun  möhürləndiyinə  əmin  olmaq 
lazımdır. Birləşdirilmış elektron imzanın üstünlüyünə imzalanmış 
sənədin  sonrakı  mərhələdə  istifadəsi  zamanı 
manipulyasiya 
(yeni-latın  dilində  manus  -  əl,  pellere  –  itələmək,  vurmaq, 
hərəkətə  gətirmək  sözlərindən  törəmədir)  olunmasının 
sadəliyini aid etmək olar. Yəni həmin sənədin üzünü çıxarmaq, 
harasa göndərmək və s. əməliyyatları yerinə yetirmək olar. 
2.
Ayrılmış  elektron  imza.  Ayrılmış  imza  yaradan  zaman 
imza  faylı  ayrıca  imzalanmış  fayldan  yaradılır,  bu  zaman 
imzalanmış  fayl  heç  cür  dəyişikliyə  uğramır.  İmzanı  yoxlamaq 
üçün  elektron  imzalı  fayldan  istifadə  etmək  lazımdır.  Ayrılmış 
elektron  imzanın  çatışmazlığı  imzalanmış  informasiyanın  bir 
neşə fayl (imzalanmış fayl kimi və ya bir və ya bir neçə imzalı 
fayl  şəkilində)  şəkilində  saxlanılmasıdır.  Sonuncu  vəziyyət 
imzanın  qəbul  edilməsini  çətinləşdirir,  çünki  istənilən 
manipulyasiya əməliyyatında verilənlərin surətinin çəkilməsi və 
asılı olmayan faylların ötürülməsi tələb edilir. 
3.
Verilənlərin  daxilində  elektron  imza.  Belə  şəkildə 
imzanın  tətbiq  edilməsi  istifadə  olunan  əlavələrdən  asılıdır 
(məsələn, elektron imza Microsoft Word və ya Acrobat Reader 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə