İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə423/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   419   420   421   422   423   424   425   426   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 371 ____________________________ 
 
AÇIQLAMA
:
 
SNMP
 modelinin əsasında 
MIB
 verilənlər 
bazası  ilə  agentin  eyni  zamanda  mövcud  olma  prinsipi 
dayanır. Prinsip şəbəkənin uzaqlaşdırılmış nöqtəsi tərəfindən 
idarə  edilməklə  yanaşı  nəzarətdə  də  saxlanılır.  Proksi-agent 
dolayı  yol  ilə  qurğuya  əlçatanlığa  icazə  verməklə  bu  modeli 
müəyyən qədər inkişaf etdirir. İdarəetmə stansiyası proksi ilə 
onda  əlaqə  yaradır  ki,  əlçatanlıq  lazımdır  və  ya 
informasiyanın  dəyişməsinə  tələbat  vardır.  Proksi-agent 
qurğu  ilə  informasiya  mübadiləsini  ayrıca  birləşmənin 
köməyilə həyata keçirir. 
 
Proksi  (ingiliscə 
proxy  –  kiminsə  adından  fəaliyyət 
göstərən)  aralıq  tranzit  Veb-serverdir,  brauzer  ilə  sonuncu 
Veb-server  arasında  ortaq  rolunu  oynayır.  Proksi-server 
xüsusi İnternet-serverdir, lokal İnternet şəbəkədə daxil olan 
və  çıxan  trafikləri  idarə  edir.  Proksi-server  faylların  və  ya 
məlumatların  şəbəkədə  təhlükəsiz  ötürülməsini  müəyyən 
edir. 
 
SNMP (ingiliscə Simple  Network  Management Protokol 
-  şəbəkə  idarəetmənin  sadə  protokolu)  IP  şəbəkələrində 
TCP/UDP  arxitekturasına  əsaslanaraq  qurğuların  idarə 
edilməsi üçün standart İnternet-protokoludur. 
 
MIB  (Management  Information  Base  –  idarəedilən 
informasiya  bazası)  –  virtual  verilənlər  bazasıdır,  rabitə 
xətlərində obyektlərin idarə olunması üçün istifadə edilir. Bir 
çox  hallarda  bu  anlamı  Simple  Network  Management 
Protokol anlamı ilə əlaqələndirirlər. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə