İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə34/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 30 ____________________________ 
 
POZUCUNUN QEYRİFORMAL MODELİ 
 
Pozucu – səhv olaraq qadağan olunmuş əməliyyatı yerinə 
yetirməyə cəhd edən, bilmərəkdən və ya düşünülmüş şəkildə, 
pis  niyyətlə  (və  ya  tamah  məqsədi  ilə)  və  yaxud  həzz  almaq 
üçün  (özünü  kiməsə  göstərmək  xatirinə)  və  s.  bu  hərəkətləri 
yerinə  yetirmək  üçün  müxtəlif  imkanlar  axtaran,  üsullar  və 
vasitələrdən istifadə edən şəxsdir. 
Bədəməl  –  düşünülmüş  şəkildə  tamah  məqsədi  ilə 
pozuculuq hərəkətlərini yerinə yetirən şəxsdir. 
Avtomatlaşdırılmış  informasiya  sistemlərində  informasiya 
təhlükəsizliyinin  ehtimal  olunan  mənbəyini  müəyyən  etmək 
üçün və informasiyaya ediləcək hədələrin məsuliyyət dərəcəsini 
aydınlaşdırmaqdan ötrü 
pozucunun qeyriformal modeli qurulur. 
Model  pozucunun  potensial  imkanlarını  və  nəyə  qadir 
olduğunu,  görəcəyi  işin  vaxtını  və  yerini,  vuracağı  (yetirəcəyi) 
ziyan üçün istifadə edəcəyi avadanlıqları və s. əks etdirir.  
Pozucunun modeli özünə aşağıdakı fərziyyələri daxil edir: 
1.
Pozucunun mənsub olduğu şəxslər: Sistem istifadəçiləri, 
xidmətedici 
personallar, 
avtomatlaşdırılmış 
informasiya 
sistemlərinin  yaradıcıları,  təhlükəsizlik  xidmətinin  əməkdaşları, 
rəhbərlər  –  bunları  şirkət  daxili  pozucular  adlandırmaq  olar; 
müştərilər,  seyrçilər  (görüşə  gələnlər),  rəqiblər,  təsadüfi 
adamlar – bunları şirkətdən xaric pozucular adlandırmaq olar. 
2.
Pozuculuq  işlərini  yerinə  yetirdiyi  anlara  görə.  Əsas  üç 
dəlil (səbəb, motiv) nəzərə alınır: 
məsuliyyətsizlik, tamahkarlıq 
və 
özündənrazı.  Məsuliyyətsizlik  olanda  şəxsin  pis  niyyəti 
olmadan  ehtiyatsızlıq  və  ya  səriştəsizlik  etməsi  nəticəsində 
pozuculuq  işləri  həyata  keçir.  Şəxs  (pozucu)  özündənrazı 
olanda güya ki, avtomatlaşdırılmış idarəetmə sistemindən daha 
yaxşı  müəyyən  işləri  özü  həyata  keçirəcək  deyə  sistemin  işini 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə