|
![](/i/favi32.png) İnformasiya təHLÜKƏSİZLİYİİNFORMASİYA TƏHLÜKƏSİZLİYİINFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 371 ____________________________
AÇIQLAMA
:
SNMP
modelinin əsasında
MIB
verilənlər
bazası ilə agentin eyni zamanda mövcud olma prinsipi
dayanır. Prinsip şəbəkənin uzaqlaşdırılmış nöqtəsi tərəfindən
idarə edilməklə yanaşı nəzarətdə də saxlanılır. Proksi-agent
dolayı yol ilə qurğuya əlçatanlığa icazə verməklə bu modeli
müəyyən qədər inkişaf etdirir. İdarəetmə stansiyası proksi ilə
onda əlaqə yaradır ki, əlçatanlıq lazımdır və ya
informasiyanın dəyişməsinə tələbat vardır. Proksi-agent
qurğu ilə informasiya mübadiləsini ayrıca birləşmənin
köməyilə həyata keçirir.
Proksi (ingiliscə
proxy – kiminsə adından fəaliyyət
göstərən) aralıq tranzit Veb-serverdir, brauzer ilə sonuncu
Veb-server arasında ortaq rolunu oynayır. Proksi-server
xüsusi İnternet-serverdir, lokal İnternet şəbəkədə daxil olan
və çıxan trafikləri idarə edir. Proksi-server faylların və ya
məlumatların şəbəkədə təhlükəsiz ötürülməsini müəyyən
edir.
SNMP (ingiliscə Simple Network Management Protokol
- şəbəkə idarəetmənin sadə protokolu) IP şəbəkələrində
TCP/UDP arxitekturasına əsaslanaraq qurğuların idarə
edilməsi üçün standart İnternet-protokoludur.
MIB (Management Information Base – idarəedilən
informasiya bazası) – virtual verilənlər bazasıdır, rabitə
xətlərində obyektlərin idarə olunması üçün istifadə edilir. Bir
çox hallarda bu anlamı Simple Network Management
Protokol anlamı ilə əlaqələndirirlər.
|
|
|