İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə88/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 76 ____________________________ 
 
nümayiş etdirir (açıq mətnin bir bitinin və ya açarının dəyişməsi 
şifrələnmiş  mətnin  çoxlu  sayda  bitlərinin  dəyişməsinə  səbəb 
olur)  və  uzun  illər  boyu  şifrənin  sındırılması  cəhdinə  qarşı 
mətanətlə  dura  bilmişdir.  Digər  tərəfdən uzunluğu  56  bit  olan 
açar  məhsuldarlığı  böyük  sürətlə  artan  EHM-lərin  tələblərini 
tutarlı  səviyyədə  ödəmədiyi  üçün  1997-ci  ildə  yeni  alqoritmin 
yaradılması üçün müsabiqə elan olundu. Müsabiqənin şərti belə 
idi:  yaradılacaq  alqoritm  ən  azı  15-20  il  müddətində 
kriptostandartlara lazımı səviyyədə qulluq göstərməlidir. 
AES alqoritmi

Müsabiqənin  qalibi  2000-ci  ildə  müəyyən  olundu  –  qalıb 
Belçika şifri RIJNDAEL elan olundu. Bir müddət sonra şifrə AES 
(Advanced 
Enecryption 
Standard) 
adlandırılır. 
Şifrə 
qeyristandart  blok  şifrəsidir  və  Feyştel  şəbəkəsindən  istifadə 
etmir.  Hər  bir  giriş  bloku  ikiölçülü  bayt  massivi  kimi  təqdim 
edilir (blokun ölçüsündən asılı olaraq 4x4, 4x6 və ya 4x8 kimi 
müxtəlif  şəkildə  göstərilə  bilər).  Blokun  ölçüsündən  və  açarın 
uzunluğundan  asılı  olaraq  alqoritm  10-dan  14-ə  kimi 
raundlardan  ibarətdir  və  hər  bir  raundda  bəzi  dəyişikliklər 
həyata  keçirilir  (ya  asılı  olmayan  sütunlar  üzərində,  ya  asılı 
olmayan  sətirlər  üzərində,  ya  da  ki,  cədvəldə  olan  baytlar 
üzərində).  
Öndə  sadalanan  şifrələrlə  yanaşı  indiki  zamanda  IDEA, 
Blowfish,  RC5,  CAST-128  simmetrik  şifrələrindən  də  istifadə 
olunur. 
 
AÇIQLAMA
:
  DES  (ingliscə    sözündən  yaranmadır)
 
– 
simmetrik şifrələmə üçün alqoritmdir, IBM firması tərəfindən 
yaradılmışdır,  1977-ci  ildə  ABŞ  hökuməti  tərəfindən  rəsmi 
standart  kimi  təsdiq  olunmuşdur.  DES  üçün  yararlı  olan 
blokun  tutumu  64  bitə  bərabərdir.  Alqoritmin  əsasını  56  bit 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə