|
İnformasiya təHLÜKƏSİZLİYİSİMMETRİK ALQORİTMLƏRİN PROBLEMLƏRİINFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017SİMMETRİK ALQORİTMLƏRİN PROBLEMLƏRİ
Bütün simmetrik alqoritmlər ümumi bir problemə malikdir,
yəni məlumatı göndərən və qəbul edən eyni bir açardan
istifadə etməlidir. Bununla yanaşı nəzərə alınır ki, onların
etibarlı əlaqə kanalları yoxdur, əks halda məlumatı şifrələməyə
ehtiyac olmazdı.
Yüz il bundan əvvəl bu problem sadə şəkildə həll edilirdi,
məlumatı göndərən şəxs ilə qəbul edən şəxs üzbə-üz
görüşərdilər. İndiki zamanda bu mümkün deyil. Bu baxımdan
müxtəlif ölkələrdə yaşayan işgüzar tərəfdaşlar məlumatın
konfidensiallığına çalışırlar.
İnternet-bankinq işgüzar insana mənzilindən və ya
ofisindən kanara çıxmadan ona məxsus bank hesablarının idarə
edilməsini, müştərilər ilə əməkdaşlığı yerinə yetirməyə və s.
həyata keçirməyə imkan verir. Şifrələnmiş açarlardan istifadə
edənlər şifrələri mütamadi dəyişir, bununla da şifrələmənin
etibarlığını tutarlı səviyyədə artırırlar.
Deməli, simmetrik şifrələmə üçün
açarların dəyişilmə
problemi xarakterikdir. İndiki zamanda müəyyən sayda
üsulların köməyilə bu problemi aradan qaldırmaq mümkündür.
|
|
|