İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə14/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 48 ____________________________ 
 
baxımdan  formalaşdırılmışdır.  Model  əsas  istiqamətini 
konfidensiallığa yönəltmişdir. Bəzi hallarda modeldən istifadə 
edən  istifadəçi  işlədiyi  verilənlərdən  istifadə  edə  bildiyi  halda, 
onlar məxfi saxlanılır (istifadəçi onları görə bilmir). 
 
AÇIQLAMA: Konfidensial (ingiliscə confidence – inam, 
etimad,  etibar  anlamını  verir)  –  istənilən  informasiyanın 
axmasının  (hamıya  bildirilməsinin)  qarşısının  alınmasıdır. 
Etimoloji baxımdan “Konfidensial” sözü latın dilindın gəlmədir 
–  latınca  confidentia  –  etibar  deməkdir.  Müasir  rus  dilində 
söz  “yayılmaya  ehtiyacı  olmayan,  gizli,  vəkalətnamə”  kimi 
səslənir  (istifadə  edilir).  “Gizli”  sözü  fransızlardan  gəlmədir 
(secret – sirr).  
İnformasiya  texnologiyalarının  inkişafı  ilə  əlaqədar 
olaraq informasiyanın konfidensiallığı böyük əhəmiyyət kəsb 
edir.  Müxtəlif  ölkələrdə  istifadəsindən  asılı  olaraq  söz 
müxtəlif cür izah olunur. 
Avropa Birliyi Ölkələrində informasiyanın konfidensiallığı 
bir  neçə  razılaşmalar  və  direktivlər  vasitəsilə  tənzim  edilir. 
Bunlara  misal  olaraq  EC  95/46/EC,  2002/58/EC,  ETS  108, 
ETS 181, ETS 185, ETS 189 direktivlərini göstərmək olar. 
Məsələn, 
“Kompüter 
informasiyası 
mühitində 
cinayətkarlıq  haqqında” 
konvensiyada  (ETS  N  185) 
kompüter  verilənlərinin  və  kompüter  şəbəkələrinin, 
sistemlərinin  konfidensiallığına  qarşı  yönəlmiş  hərəkətlərin 
qarşısının alınması məsələlərinə baxılır. 
 
QEYD:  Konvensiya  (latınca  conventio  –  müqavilə, 
razılaşma  anlamını  verir)  müxtəlif  beynəlxalq  müqavilələr 
deməkdir.  
 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 49 ____________________________ 
 
ƏLÇATANLIĞA NƏZARƏTİN ROL MODELİ 
(RBAC) 
 
İdarəetmənin  rol  üsulu  istifadəçinin  informasiyaya 
əlçatanlığını  onların  sistemdəki  aktivlik  növünə  (roluna)  görə 
nəzarətdə  saxlayır. 
Rol  dedikdə  fəaliyyətin  növünün  müəyyən 
edilməsi  ilə  bağlı  fəaliyyətlər  və  öhdəliklər  toplumu  başa 
düşülür. 
Rola 
nümunə 
kimi: 
verilənlər 
bazasının 
administratorunu, meneceri, şöbə rəisini və s. göstərmək olar. 
Rol üsulunda hər bir istifadəçi üçün deyil, hər bir rol üçün 
icazə  verilən  əlçatanlıq  əməliyyatları  hər  bir  obyekt  ilə 
müqayisə  olunur.  Bununla  yanaşı  hər  bir  istifadəçinin  yerinə 
yetirə  biləcəyi  rol  ilə  müqayisə  edəcəyi  rol  tutuşdurulur.  Bəzi 
sistemlərdə istifadəçi eyni zamanda bir neçə rolu yerinə yetirə 
bilər,  bəzi  sistemlərdə  isə  istifadəçinin  bir  və  ya  bir  neçə  rolu 
yerinə yetirməsi məhdudlaşdırılır (nəzərə almaq lazımdır ki, bu 
rollar bir-biri ilə ziddiyyət təşkil etmirlər). 
RBAC  modelinin  formalaşdırılması  üçün  aşağıdakı 
razılaşmalardan istifadə olunur: 
S = subyekt – insan və ya avtomatlaşdırılmış agent. 
R = rol – işçi funksiya və ya ad, avtorizasiya səviyyəsində 
müəyyən edilir. 
P = icazə - resursa təsdiq edilmiş daxil olma rejimi. 
SE = sessiya – S, R və (və ya) P arasında uyğunluq. 
SA = subyektin adı (Subject Assignment). 
.
R
S
SA


 Bu 
zaman  subyektlər  rollarının  əlaqəsinə  və  “çoxluğu  çoxluğa 
doğru”  münasibəti  olan  subyektlərə  görə  təyin  edilirlər  (bir 
subyektin bir neçə rolu və yaxud bir neçə subyektin bir rolu ola 
bilər) . 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 50 ____________________________ 
 
RH  =  icazənin  təyinatı  (Permission  Assignment).
.
R
P
PA


  Bu  zaman  icazə  rolları  “çoxluğu  çoxluğa  doğru” 
münasibətdə təyin edir. 
RH  =  ierarxik  rolların  hissələrlə  düzülməsi  (Role 
Hierarchy). 
.
R
R
PH


           
   Aşağıdakı şəkildə RBAC  modelinin sxemi verilmişdir. 
 
 
 
Şəkil 3. Əlçatanlığa nəzarətin rol modelinin sxemi (RBAC) 
 
Rol modelinin əsas üstünlükləri: 
1.
Administrasiyalaşmanın sadəliyi. DAC modelindən fərqli 
olaraq  bu  modeldə  hər  bir  “obyekt-istifadəçi”  cütlüyü  üçün 
icazənin  qeyd  edilməsinə  tələbat  yoxdur,  çünki  bunun  yerinə 
“obyekt-rol”  cütlüyü  üçün  icazə  yazılır.  İstifadəçinin  cavabdeh 
obyektinin dəyişməsi zamanı sadəcə onun rolu dəyişir. Rolların 
iyerarxiyası  (rol  ozünə  məxsus  üstünlüklərlə  yanaşı  digər 
rollardakı  üstünlüklərə  də  varis  ola  bilər)  administrasiyalaşma 
prosesini sadələşdirir. 
2.
Az  üstünlüklər  prinsipi.  Rol  modeli  istifadəçiyə  tələb 
edilən məsələlərin minimum yerinə yetirilməsi üçün sistemdəki 
rola uyğun qeydiyyatdan keçməyə imkan verir.  


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 51 ____________________________ 
 
3.RBAC vahid sistem və ya əlavələr sərhəddində istifadəçi 
üstünlüklərini  idarə  etmək  üçün  geniş  istifadə  olunur.  Sistem 
özünə: Microsoft Active Directory, SELLinux, FreeBSD, Solaris, 
SUBD  Oracle,  PostgreSQL  8.1,  SAP  R/3  və  RBAC-da  effektiv 
istifadə olunan çoxlu sayda sistemləri qoşur. 
RBAC-ın köməyilə (əlçatanlıq ilə idarə edilən) diskrision və 
mandat sistemlərini idarə etmək mümkündür. 
 
ƏLÇATANLIĞA HƏDD QOYMA SİSTEMLƏRİ 
 
Əlçatanlığa  hədd  qoyma  modelinin  əlçatanlığa  hədd 
qoyma  sistemində  (СРД  -  система  разграничения  доступа  - 
əlçatanlığa  hədd  qoyma  sistemi  -  ƏHS)  konkret  təcəssüm 
edilməsi, 
hesablama 
texnikası 
vasitələrində 
və 
ya 
avtomatlaşdırılmış  sistemlərdə  əlçatanlığa  hədd  qoyma 
qanunlarının həyata keçirilməsi cəmidir. 
Hədd  qoymanın  çoxlu  sayda  sistemləri  əlçatanlığın 
dispetçer  konsepsiyasına  əsaslanır.  Konsepsiyanın  əsasında 
əlçatanlıq  dispetçeri  anlamı  –  subyektlərin  bütün  obyektlərə 
müraciəti zamanı ortaq kimi iştirak edən abstrakt maşın anlamı 
dayanır.  Əlçatanlıq  dispetçeri  müdafiə  baza  verilənlərindən 
istifadə edir. Bu verilənlərdə əlçatanlığın hədd qoyma qanunları 
saxlanılır  və  bu  informasiyaya  əsaslanaraq  subyektin  obyektə 
daxil olub-olmaması həll edilir. 
Əlçatanlıq  dispetçerinin  əsasında  aşağıdakı  tələblər 
dayanır: 

 
Nəzarət  edilən  əməliyyatlara  qoyulan  tələblər  əsasında 
bütün  subyektlərin  sistemdəki  obytektlər  uzərində 
yoxlanışı həyata keçirilir. Bu zaman dispetçerin yoxlama 
aparması qeyri mümkündür; 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə