İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə3/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 8 ____________________________ 
 
 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 9 ____________________________ 
 
 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ. GİRİŞ 
 
 
ƏSAS ANLAYIŞLAR  
 
İnformasiya  təhlükəsizliyi  dedikdə  informasiyanın  və 
informasiya  mühitinin  təsadüfi  və  ya  düşünülmüş  təbii  və  ya 
süni  xarakterə  malik  təsirlərdən  müdafiə  vəziyyəti  başa 
düşülür.  Belə  təsirlər  informasiyaya  və  ya  informasiya 
obyektlərinə,  həmçinin  informasiya  istifadəçisinə  və  sahibinə 
yolverilməz ziyanlar vura bilir. 
İnformasiyanın  mühafizəsi  –  informasiya  təhlükəsizliyinin 
təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. 
Bu  baxımdan  dərsliyin  mahiyyəti  nisbətən  cavan,  amma 
dinamik  inkişaf  edən  informasiya  texnologiyaları  sahələrində 
istifadə  olunan  informasiyanın  müdafiə  olunma  modelinin  və 
üsullarının,  həmçinin  bu  məqsədlə  istifadə  edilən  vasitələrinin 
öyrənilməsi və tədqiq edilməsidir. 
İndiki 
zamanda 
informasiyanın 
təhlükəsizliyi 
informasiyanın ən çox yayılmış üç əsas xüsusiyyətinə əsaslanır: 
konfidensiallıq, tamlıq və əlçatanlıq. 
İnformasiyanın  konfidensiallığı  həddindən  artıq  məhdud 
dairədə  olan  insanlar  ilə  tanış  olmağın  mümkünlüyünü  ifadə 
edir. Bu insanlar informasiya sahibləridirlər. Əgər informasiyanı 
bu  şəxslərdən  başqa  icazəsi  olmayan  digər  şəxslərdə  istifadə 
edə bilirlərsə, onda informasiyanın konfidensiallığı itmiş olur. 
Bəzi  informasiya  növləri  üçün  konfidensiallıq  əsas  atribut 
sayılır  (məsələn,  strateji  tədqiqatlarla  bağlı  olan  məlumatlar, 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 10 ____________________________ 
 
tibbi  qeydlər,  sığorta  ilə  bağlı  yazılar,  yeni  istehsal  olunacaq 
məhsul  haqqında  xüsusi  məlumatlar  və  s.).  Bəzi  hallarda 
konkret  şəxslər  barədə  olan  məlumatlarda  da  konfidensiallığı 
saxlamaq  lazımdır  (məsələn,  bankın  müştərisi  haqqında 
informasiyanı,  kredit  verənlər  haqqında,  vergi  haqqında 
verilənləri,  tibbi  müəssisələrdə  pasientlərin  vəziyyəti  haqqında 
məlumatları və buna bənzərləri). 
İnformasiyanın  tamlığı  onun  təhrif  olunmamış  şəkildə 
saxlanma bacarığını (qabiliyyətini) müəyyənləşdirir. Səlahiyyəti 
olmayan, qabaqcadan nəzərdə tutulmamış istifadəçi tərəfindən 
informasiyanın  itirilməsi  (operatorun  səhvi  və  ya  səlahiyyətsiz 
şəxsin  qəsddən  etdiyi  hərəkət  nəticəsində)  onun  tamlığının 
itirilməsinə səbəb olur. Tamlıq əsasən kritik infrastruktura malik 
obyektlərin müəyyən fuksiyanı yerinə yetirməsində yararlı olan 
maliyyə  verilənləri  üçün  xüsusilə  vacibdir  (məsələn,  enerji 
təminatında, hava yollarının idarə edilməsində və s.).  
Pisniyyətli  şəxsin  İsveçrədə  yerləşən  nüvə  fizikası 
laboratoriyasına  gizli  yolla  daxil  olaraq  kompüter  sisteminə 
daxil  olması  və 



  ədədində  bir  işarənin  və  ya  vergülün 
yerinə dəyişməsi laboratoriyada həyata keçirilən eksperimentin 
mənasız  aparılmasına,  nəticədə  milyonlarla  paranın  havaya 
sovrulmasına səbəb olacaqdır. 
 
AŞIQLAMA:  π  ədədinin  vergüldən  sonra  1000  işarə 
dəqiqliklə hesablanması.
 
 
   
3,1415926535 8979323846 2643383279 5028841971 6939937510 
5820974944 5923078164 0628620899 8628034825 3421170679 
8214808651 3282306647 0938446095 5058223172 5359408128 
4811174502 8410270193 8521105559 6446229489 5493038196 
4428810975 6659334461 2847564823 3786783165 2712019091 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 11 ____________________________ 
 
4564856692 3460348610 4543266482 1339360726 0249141273 
7245870066 0631558817 4881520920 9628292540 9171536436 
7892590360 0113305305 4882046652 1384146951 9415116094 
3305727036 5759591953 0921861173 8193261179 3105118548 
0744623799 6274956735 1885752724 8912279381 8301194912 
9833673362 4406566430 8602139494 6395224737 1907021798 
6094370277 0539217176 2931767523 8467481846 7669405132 
0005681271 4526356082 7785771342 7577896091 7363717872 
1468440901 2249534301 4654958537 1050792279 6892589235 
4201995611 2129021960 8640344181 5981362977 4771309960 
5187072113 4999999837 2978049951 0597317328 1609631859 
5024459455 3469083026 4252230825 3344685035 2619311881 
7101000313 7838752886 5875332083 8142061717 7669147303 
5982534904 2875546873 1159562863 8823537875 9375195778 
1857780532 1712268066 1300192787 6611195909 2164201989 
 
Hamıya  məlum  olan 
π
  ədədinin  keçmiş  adı 
Ludolfov 
ədədidir. π ədədi ilk dəfə İohan Lambert tərəfindən 1761-ci 
ildə  sübut  olunmuşdur.  1794-cü  ildə  Lejendr  π  ədədinin 
irrasional  ədəd  olduğunu  sübut  edir.  1882-ci  ildə  Münhen 
universitetinin professoru Feliks Kleyn ədədin 
transsendent 
ədəd olduğunu sübuta yetirir. 
İlk  dəfə  ədədin  yunan  hərfi  ilə  işarə  edilməsini 
ingiltərəli  riyaziyyatçı  Jons  1706-cı  ildə  təklif  edir.  Amma 
ədədin  hamı  tərəfindən  qəbul  olunması  Leonard  Eylerin 
apardığı elmi işlərlə bağlıdır (1737-ci il). Ədədin π kimi işarə 
olunması  yunan  hərflərindən  yaranmış  iki  söz  ilə  bağılıdır: 
περιφέρεια — çevrə, kanar və περίμετρος — perimetr. 
Ədədin keçdiyi tarixi yolu üç dövrə ayırırlar: qədim dövr 
(ədəd  həndəsi  baxımdan  öyrənilir),  klassik  dövr  (ədəd 
Avropada XVII əsrdə riyaziyyatın inkişafi ilə bağlı araşdırılır) 
və  rəqəmsal  kompüterlər  dövrü  (Con  fon  Neyman  ENİAK 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə