İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə4/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 12 ____________________________ 
 
hesablama  maşınında 
π
  ədədini  2037  ədəd  dəqiqliklə 
hesablamış, buna 70 saat vaxt sərf etmişdi.  Bu 1949-cu ilə 
təsadüf edir). 
XX  əsrin  başlanğıcında  hind  riyaziyyatçısı  Spinivasa 
Ramanudjan  ədədin  hesablamasına  yararlı  olan  çoxlu 
düsturların olduğunu aşkar edir. 
2005-ci  ildə  dünya  rekordu,  yəni  vergüldən  sonra  67 
890  ədəd  dəqiqliklə 
π
  -nin  hesablanması  çinli  Lyu  Çaoya 
məxsusdur.  Çao  buna  24  saat  4  dəqiqə  vaxt  sərf  etmişdi. 
Vergüldən sonra 70 000 ədədin yadda saxlanılması 21 yaşlı 
hindistanlı tələbə Racvir Mina (Rajveer Merena) məxsusdur. 
Dünya rekordu 9 saaat 27 dəqiqə ərzində tələbə tərəfindən 
həyata keçirilmişdir (bu 2015-ci ilə təsadüf edir) və s. 
1897-ci  ildə  Amerikanın  İndiana  ştatında  ədədin  3,14 
deyil 3,2 –yə bərabər olduğunu sübut edəcək qanun işıq üzü 
görür,  amma  bu  məsələyə  universitetin  professoru  Perdyu 
qarışdıqdan  sonra  qanun  qüvvəsini  itirir,  ədədin  qiymətinin 
əvvəlki kimi hesablanmasına qərara verilir. 
 
Transsendent  ədəd   (latınca transcendere -  keçmək, 
üstələmək) — cəbri olmayan, kompleks və ya həqiqi ədədlər, 
başqa  sözlə,  qüvvəti tam  ədəd (və  ya rasional  ədədlər) 
olan polinomun  (çoxhədlinin) kökü  olmayan  həqiqi  ədədləri 
adlandırırlar. 
İlk  dəfə  transsendent  ədəd  anlayışını  elmə, 1844-cü 
ildə  Liuvill  Jozef  (1809-1882)  daxil  etmişdir.  Alim  yaratdığı 
teoremində  sübut  etdi  ki,  cəbr  ədədə,  rasional  kəsrlə 
yaxınlaşmaq  mümkün  deyil.  1873-cü  ildə  Ermit  Şarl  (1822-
1901) natural 
loqarifmaların 
əsaslarında 
e
 ədədinin transsendentliyini sübut etdi. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 13 ____________________________ 
 
  
 
         Liuvill Jozef                                Ermit Şarl                              
 
  
 
     Karl Luis Ferdinand             Aleksand Osipoviç Qelfond 
        fon Lindeman 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 14 ____________________________ 
 
1882-ci  ildə  Lindeman  Ferdinand  (1852-1939) 
“sıfır”dan  fərqli  cəbr  göstəricisi  ilə 
e
 ədədinin dərəcəsinin 
transsendentliyi haqqında teoremi sübut etdi, bununla da 
π 
ədədinin və dairə kvadraturası məsələsinin həll edilməzliyinin 
transsendentliyini sübut etdi. 
1934-cü  ildə  A.O.  Qelfond  (1906-1968)  sübut  etdi  ki, 
bütün bu tip ədədlər həqiqətən transsendentdir. 
 
İnformasiyanın 
əlçatanlığı 
sistemdəki 
informasiya 
obyektinə  müvafiq  səlahiyyət  sahibi  olan  istifadəçinin  ona 
mənsub olan vaxt ərzində həmin obyektə maniəsiz daxil olma 
xüsusiyyətinin 
müəyyən 
edilməsidir. 
İnformasiyanın 
bloklanması  və  ya  məhv  edilməsi  əlçatanlığın  itməsinə  gətirib 
çıxarır  (məsələn,  əməliyyatın  düşünülmüş  şəkildə  və  ya  səhv 
olaraq yerinə yetirilməsi). 
Əlçatanlıq  informasiya  sisteminin  maliyyələşdirilməsinin 
əsas 
atributudur. 
Əlçatanlıq 
müştərilərə 
xidmətin 
göstərilməsinə istiqamətlənir (məsələn, sərnişinlərə dəmir yolu 
biletlərinin  satılması,  proqram  təminatının  yenilənməsinin 
həyata  keçirilməsi  və  bu  sahə  ilə  maraqlananlara  çatdırılması 
və s.). 
Əgər  səlahiyyət  verilmiş  (təhkim  edilmiş)  istifadəçi 
müəyyən  işləri  yerinə  yetirmək  üçün  informasiya  sisteminə 
əlşatanlıqdan məhrumdursa, bu vəziyyət xidmətdən imtina kimi 
nəzərə  alınır  (məsələn,  şəbəkə  sistemindən  istifadə  edəçək 
şəxsin şəbəkədən istifadə etməsinə icazə verilmir). 
Öndə  göstərilənlərdən  başqa  daha  iki  xüsusiyyət 
informasiya  təhlükəsizliyi  üçün  çox  vacibdir.  Bu  xüsusiyyətlərə 
autentifikasiyanı və appelliyasiyanın verilməsini aid etmək olar. 
Autentifikasiya 
məlumat 
sahibinin 
kimliyinin 
gerçəklənməsi imkanını müəyyən edir. 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 15 ____________________________ 
 
Apellyasiyanın  verilməsi  isə  məlumat  sahibinin 
həqiqətəndə  başqası  deyil,  o  şəxs  olduğunu  sübut  etməyə 
imkan verir. 
 
AÇIQLAMA:  Autentifikasiya  istifadəçi  tərəfindən 
təqdim  edilən  identifikatorun  əsl  (həqiqi)  olmasının 
yoxlanması 
prosesidir. 
Autentifikasiya 
(ingiliscə 
authentication) – real, həqiqi, müəllif anlamlarını verir. 
Qədim  zamanlardan  insanlar  qarşısında  mürəkkəb  bir 
məsələ  dürürdü  –  vacib  bir  məlumatın  dəqiqliyinə  əmin 
olmaq.  Bu  məqsədlə  müxtəlif  formalı  möhürlərdən,  danişiq 
vaxtı  deyilən  parollardan  istifadə  edilirdi.  Mexaniki 
qurğulardan  istifadə  etməklə  autentifikasiya  üsullarının 
yaranması  bu  problemi  müəyyən  qədər  aradan  qaldırdı 
(məsələn,  müxtəlif  qıfılların  və  açarların  hazırlanması, 
yazıların  müəyyən  şriftlərlə  kodlaşdırılaraq  yazılması  və  s.). 
Autentifikasiya  misal  kimi  yaşından  asılı  olmayaq  bütün 
insanlar  tərəfindən  sevilə-sevilə  oxunan  “Əlibaba  və  qırx 
quldur”  nağılını  göstərmək  olar.  Quldurlar  sadə  bir  sözdən 
(“Sim-Sim  açıl”)  istifadə  etməklə  iri  bir  qayanı  yerindən 
oynadırdılar.   
Autentifikasiyanın 
müsbət 
nəticələrindən 
biri 
istifadəçinin 
müəlliflik 
huqunun 
tanınmasıdır. 
Yəni 
istifadəçiyə  ona  tapşırılmış  müəyyən  məsələlərin  həll 
edilməsi  üçün  bu  məsələlərin  həllində  istifadə  olunacaq 
vəsait  mənbəyindən  istifadə  hüququnun  verilməsidir. 
Resursun  vacibliyindən  və  ona  yaxınlaşma  (daxil  olma) 
üsullarından  asılı  olaraq  autentifikasiyanın  müxtəlif  üsulları 
istifadəçilərə təqdim edilir.    
Rus 
dilində 
termin 
əsasən 
informasiya 
texnologiyalarında  istifadə  edilir.  Bu  baxımdan  sistemin 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə