İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə7/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 22 ____________________________ 
 
6.Xəlvəti  qulaq  asmaq  üçün  yararlı  olan  qurğulardan, 
uzaq məsafədən şəkil çəkməyə imkan verən fotoaparatlardan, 
video çəkilişlərdən və s. istifadə etmək; 
7.Rabitə  xəttində  elektromaqnit,  akustik  və  digər  şüa 
buraxan  qurğulardan,  həmçinin  aktiv  şüalanma  yaradan 
koməkçi texniki qurğulardan, informasiyanın təhlil olunmasında 
bilavasutə iştirak etməyən qurğulardan (telefon xəttindən, qida 
mənbəyindən,  istilik  sistemindən  və  buna  bənzərlərdən) 
istifadə etmək; 
8.Rabitə  kanalı  vasitəsilə  ötürülən  məlumatların  əldə 
olunması,  onların  təhlili,  avtorizasiya  edilmiş  istifadəçilərin 
sistemə daxil olmasının imitasiya edilməsinin təşkili; 
9.İnformasiya daşıyıcılarının oğurlanması; 
10.İnformasiya 
daşıyıcılarına 
yazılmış 
qiymətli 
informasiyanın icazəsiz surətinin alınması; 
11.İstehsal tullantılarının (möhürü qopardılmış sənədlərin, 
əlyazmalarının, hesabdan silinmiş informasiya daşıyıcılarının və 
s.) oğurlanması; 
12.
Operativ  yaddaşda  və  xarici  yaddaş  qurğusunda 
saxlanılmış informasiyanın oxunması; 
13.Əməliyyat  sistemindən  istifadə  etməklə  operativ 
yaddaşın  müəyyən  sahələrində  qalmış  informasiyanın 
oxunması,  həmçinin  asinxron  rejimdə  əməliyyat  sisteminin 
çatışmazlıqlarından istifadə etməklə informasiyanın oxunması; 
14.Parolların  və  digər  məhdud  istifadəyə  malik 
rekvizitlərin  qeyri-qanuni  alınması  (məsələn,  istifadəçinin 
səhlənkarlığından  istifadə  etməklə,  sistemin  interfeysini 
imitasiya  etməklə,  sistemin  interfeysini  seçim  etməklə,  cəsus 
yönümlü işçiləri ələ almaqla və s.) və şirkətdə onlardan heç bir 
işçinin şübhələnməməsi üçün özlərini maskalaması; 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 23 ____________________________ 
 
15.Unikal 
fiziki 
xarakteristikaları 
olan 
istifadəçi 
terminallarından icazəsiz istifadə edilməsi (məsələn, şəbəkədəki 
işçi  stansiyanın  nömrəsindən,  fiziki  ünvandan,  rabitə 
sistemindəki ünvandan, kodlama aparat bloklarından və s.); 
16.Kriptoqrafiyadan 
istifadə 
etməklə 
şifrələnmiş 
informasiyanın açıqlanması; 
17.Rabitə  xəttinə  qeyri-qanuni  qoşulmaqla  informasiyanı 
təhlil  etməklə  lazım  olan  “sətirlərarası”  məlumatlardan 
bəhrələnmək  və  bu  məqsədlə  bu  sahənin  sahibinin  adından 
istifadə etmək; 
18.Şəbəkədən  qanuni  istifadə  edən  işçiyə  mane  olmaq 
üçün qeyri-qanuni yolla onu şəbəkədən fiziki şəkildə ayırmaqla 
lazım  olan  informasiyanı  əldə  etdikdən  sonra  həmin 
informasiyanı  mənasız,  yalanlardan  ibarət  olan  informasiya  ilə 
əvəz etmək. 
Aparılmış  tədqiqatlar  göstərir  ki,  pisniyyətli  işçilər  öz 
əməllərini  şirkət  daxilində  həyata  keçirmək  üçün  öndə 
göztərilmiş  yollardan  ya  birini  seçir,  ya  da  ki,  onun  üçün 
əlverişli olanlardan (bir neçəsindən) istifadə edirlər. 
 
AÇIQLAMA:
  Rekvizit  (latınca  requisitum)  sözü  bizim 
dilimizə  latın  dilindən  gəlmədir,  “tələb  edilən”,  “lazım  olan” 
anlamını verir. Rekvizit sözü çoxmənalıdır və harada istifadə 
edilməsindən  asılı  olaraq  mənasını  dəyişir.  Qədim 
zamanlarda  rekvizit  kəlməsi  küçələrdə  təşkil  edilmiş 
tamaşaların  gedişi  zamanı  aktyorlara  lazım  olan  butafor 
əşyalarını (səhnə ləvazimatı hazırlayan usta butafor adlanır) 
işarə  etmək  üçün  istifadə  olunurdu.  İndiki  zamanda  kino 
çəkilən  meydançalarda  istifadə  edilən  ləvazımatları  da 
rekvizit adlandırırlar. 
Köhnə  sənəd  qüvvəsini  itirdikdə  onun  yerinə  yeni 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 24 ____________________________ 
 
sənəd  hazırlandıqda  həyata  keçirilən  əməliyyatı  rekvizit 
adlandırırlar.  
 
AÇIQLAMA:  Opedrativ  yaddaş  (ingiliscə  Random 
Access  Memory,  RAM,  ixtiyari  əlçatanlıqlı  yaddaş,  Operativ 
Yaddaş Qurğusu, Operativka, kompüterin enerjidən asılı olan 
yaddaşı).  İstifadəçi  kompüterlə  işləyən  zaman  yerinə 
yetirilən  maşın  əmrləri  (proqramlar)  operativ  yaddaşda 
saxlanılır.  Bununla  yanaşı  operativ  yaddaşda  prosessor 
tərəfindən  təhlil  edilmiş  giriş,  çıxış  və  aralıq  verilənlərdə 
saxlanılır. 
Ümumi  halda  operativ  yaddaş  əməliyyat  sisteminin 
proqramlarından  və  verilənlərindən,  istifadəçinin  buraxılmış 
tətbiqi proqramlarından ibarətdir. Odur ki, operativ yaddaşın 
tutumu  eyni  zamanda  əməliyyat  sisteminin  rəhbərliyi  ilə 
kompüterin həll etdiyi məsələlərin sayından asılıdır. 
OYQ  ya  ayrıca  modul  kimi  hazırlanır,  ya  da  ki, 
prosessor ilə bir kristalda yerləşdirilir. 
1834-cü  ildə  Çarlz  Bebbic  analıtık  maşının  yaradılması 
ilə  məşğul  olurdu.  Maşının  əsas  hissələrindən  birini  alim 
“anbar”  (store)  adlandırır.  “Avbar”ın  funksiyası  aralıq 
nəticələri  yadda  saxlamaq  idi.  Ö  dövrdə  hazırlanan  “anbar” 
mexaniki  qurğudan  ibarət  idi.  Dişli  çarxların  və  vərdənənin 
(barabanın)  fırlanması  nəticəsində  alınmış  nəticə  yadda 
saxlanılırdı. 
Yaddaş  qurğusunu  aşağıdakı  texniki  elementlərdən 
istifadə edilməklə yaratmaq mümkündür: 
Elektromaqnit relelər əsasında; 
Akustik saxlama xəttindən istifadə etməklə
Elektron-şüa borusundan istifadə etməklə; 
Maqnit barabanlarından istifadə etməklə; 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə