|
 İnformasiya texnologiyaları kafedrası İnformasiya texnologiyalarınınaşağı - 8 bit və ya 5,5 Kilohers (Khz) tezlikli
|
səhifə | 11/15 | tarix | 15.04.2022 | ölçüsü | 23,38 Mb. | | #85479 | növü | Mühazirə |
| Movzu 1 INFORM TEXNOL ESAS1. aşağı - 8 bit və ya 5,5 Kilohers (Khz) tezlikli
2. yüksək -16 bit və ya 44 Kilohers (Khz) tezlikli
informasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticəvi informasiyanın keyfiyyətinə ciddi təsir etmiş fərdi kompüter hesab olunur. Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə çatdırdı. Bununla da «informasiya texnologiyası» söz birləşməsinə «yeni» sözü əlavə olundu: yeni informasiya texnologiyası.
Dostları ilə paylaş: |
|
|