|
 İnformasiya texnologiyaları kafedrası İnformasiya texnologiyalarınınKompüter texnologiyasının verdiyi faydaya görə
|
səhifə | 14/15 | tarix | 15.04.2022 | ölçüsü | 23,38 Mb. | | #85479 | növü | Mühazirə |
| Movzu 1 INFORM TEXNOL ESASKompüter texnologiyasının verdiyi faydaya görə:
- ci mərhələ (60-cı illərin əvvəllindən) - hesablama mərkəzlərinin resurslarından kollektiv şəkildə istifadə etməklə atil əməliyyatların yerinə yetirilməsi üçün informasiyanın səmərəli emalı ilə səciyyələnir. Bu mərhələdə əsas problem psixoloji problem idi. İnformasiya sistemlərinin istifadəçiləri ilə onları hazırlayanlar arasında qarşılıqlı əlaqələr zəif idi. Bunun da nəticəsində elə sistemlər qurulurdu ki, istifadəçi onları başa düşmürdü və ona görə də geniş imkanlarına baxmayaraq, onlardan tam istifadə olunmurdu.
- cimərhələ (80-cı illərin əvvəlindən) - fərdi kompüterlərin yaranması ilə bağlıdır. İnformasiya sistemlərinin qurulmasına yanaşma dəyişdi - onlar fərdi istifadəçilər tərəfindən qərarların qəbulunun təminatına istiqamətləndilər. Sistemin hazırlanmasında istifadəçinin marağı artır, layihəçi ilə əlaqə yaradılır və hər iki tərəfin bir-birini anlaması baş verir. Bu mərhələdə verilənlərin həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş emalından istifadə olunur. Sonuncu halda istifadəçilər iş yerlərində lokal bazalarla işləmək və lokal məsələləri həll etmək imkanını əldə edirlər.
- cü mərhələ (90-cı illərin əvvəlindən)- biznesdə strateji üstünlüyün analizi ilə bağlıdır və paylanmış informasiya emalının telekommunikasiya texnologiyalarına əsaslanır. İnformasiya sistemləri təkcə verilənlərin emalı səmərəliliyini artırmaq üçün deyil, həm də idarəetmə heyətinə kömək etmək üçün istifadə olunurlar. İnformasiya texnologiyaları rəqabətə davam gətirməkdə və üstünlük qazanmaqda təşkilatlara kömək edirlər.
Dostları ilə paylaş: |
|
|