«İnformasiya texnologiyaları və proqramlaşdırma» kafedrası



Yüklə 154,76 Kb.

tarix08.12.2017
ölçüsü154,76 Kb.


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏSİL NAZİRLİYİ 

 

Azərbaycan Texniki Universiteti 



 

Zəfər Cəfərov 

 

«İnformasiya texnologiyaları və  proqramlaşdırma»

  

kafedrası

 

 

Təşkilati-metodiki təminat 



 

 

 



MAGİSTRANTIN PADAQOJİ TƏCRÜBƏSİ ÜZRƏ 

TƏŞKİLATİ-METODİK GÖSTƏRİŞ 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AzTU- 2017 

 

 

 

 

 


 

 

MAGISTR TƏCRÜBƏLƏRİ

 

 



 

Magistr  təcrübələri  magistr  təhsil  proqramlarının  tərkib  hissəsidir.  Təcrübənin  məzmunu, 

həcmi  və  keçirilmə  müddəti  magistr  proqramı  üzrə  dövlət  təhsil  standartları  ilə 

müəyyənləşdirilir.

 

 Magistratura səviyyəsində təcrübə növləri aşağıdakılardır:



 

 



Elmi-pedaqoji təcrübəsi;

 



 

elmi-pedaqoji təcrübə.

 

Magistr təhsil proqramı həm elmi, həm də tədris hissələrini əhatə edir.



 

Magistrantın elm 

sahəsində  hazırlığı  konkret  tədqiqat  fəaliyyətinin  tələblərinə  uyğun  olaraq  müasir  üsullarla 

araşdırmaların  aparılması,  dissertasiya  işinin  hazırlanması  və  tədqiqat  xarakterli  tapşırıqların 

yerinə yetirilməsi ilə təmin olunur. Bu proseslərin müəyyən hissəsi empirik olaraq Elmi-pedaqoji 

təcrübəsi keçirilərkən reallaşır.  

Magistrlik  dissertasiyası  üzrə  eksprementlərin  aparılması, 

informasiya-

kommunikasiya 

texnologiyaların  imkanlarından  istifadə  olunması,

  elmi-praktiki  konfranslarda,  seminarlarda 

iştirak  üçün  məruzələrin  hazırlanması  Elmi-pedaqoji  təcrübəsinin  əsas  struktur  elementlərini 

təsvir edir.  

Elmi-pedaqoji  təcrübəsi  üzrə    fərdi tapşırıqların  yerinə  yetirməsi  sayəsində  magistrantın 

elmi bilik və bacarıq səviyyəsi yüksəlir, elmi yaradıcılıq qabiliyyəti artır. 

 

Magistrlik  təcrübələrinin    əsas  vəzifələri  ali  məktəbdə  alınan  nəzəri  bilikləri 

möhkəmləndirmək,  dərinləşdirmək  və  gələcək  əmək  fəaliyyətində  istifadəsini  təmin 

etmək,   ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, mütərəqqi iş 

üsulları  ilə,  müasir  tədqiqat  üsullraı  ilə  və  digər  məsələlərlə  tanış  etmək,  magiistrantlarda  

işgüzarlıq,  təşkilatçılıq  və  kollektivdə  çalışmaq  vərdişlərini  yaratmaq,  informasiya-

kommunikasiya  texnologiyaları  sahəsindəki  biliklərini  təkmilləşdirmək  və  pedaqoji  peşəyə 

maraq  yaratmaq  və  təlim-tərbiyə  işlərini  yaradıcılıqla  həyata  keçirmək  bacarığını  inkişaf 

etdirməkdir. 

 

I. ELMI-PEDAQOJİ TƏCÜRBƏ

 

 



MÜNDƏRİCAT 

 

Elmi-pedaqoji təcrübənin məqsədi  



Elmi-pedaqoji təcrübənin vəzifələri   

 

Elmi-pedaqoji təcrübənin məzmunu   



 

Elmi-pedaqoji təcrübənin davamlılığı və keçirilmə obyekti   

Elmi-pedaqoji təcrübənin keçirilməsin mərhələləri   

 

Elmi-pedaqoji təcrübənin keçirilməsinin təşkilati məsələləri  



Elmi-pedaqoji təcrübəyə rəhbərlik 

 

 



 

 

Elmi-pedaqoji təcrübə prosesində magistrantın hüqüq və 



vəzifələri 

 

 



 

 

 



 

 

Elmi-pedaqoji təcrübənin kitabçası   



 

 

 



Elmi-pedaqoji təcrübənin hesabatı 

 

 



 

 

Elmi-pedaqoji təcrübənin hesabat sənədlərinin 



hazırlanmasına qoyulan tələblər 

 

 



 

 

Hesabatın yazılış forması 



 

 

 



 

 

Yekun attestasiyası keçirilməsi qaydaları və 



qiymətləndirilməsi metodikası 

 

 



 

 

Elmi-pedaqoji təcrübənin keçirilməsinin material təminatı



   

 

 



 

 

 



 

 

 




GİRİŞ

 

 Magistr  təcrübələri  müvafiq  təhsil  proqramlarının  tərkib  hissəsidir.  Təcrübənin  təşkili, 



həcmi,  məqsədi  və  keçirilmə  müddəti  mütəxəssis  hazırlığı  aparılan  müvafiq  istiqamətlər 

(ixtisaslar) üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir.

 

Elmi-


pedaqoji  təcrübə  magistr  proqramının  mühüm  tərkib  hissəsi  olaraq  gələcək 

magistrlərın  ixtisas  yönümlü  fənnlərin  tədrisi  üzrə  elmi-pedaqoji  fəaliyyətlərinin  zəruri  elmi-

praktiki  bilgi,  müvafiq  səriştə  və  bacarıq  aşılama  ilə  zənginləşdirilməsini  təmin  edən  təhsil 

prosesinin məcburi formalarından biridir. 

Magistr  hazırlığında  elmi-pedaqoji  təcrübənin  digər  bir  vacib  xüsusiyyəti  ondadır  ki, 

magistratura  məzunlarının  gələcək  fəaliyyəti  əksər  hallarda  rəhbər  vəzifələrdə  çalışması,  yəni 

işçi  personalın  təlimi  (tədris  materiallarının  hazırlanması  üçün  bacarıq  və  vərdişlərin  əldə 

edilməsi, təlim proqramlarının planlaşdırılması, dərs keçirilməsi) ilə əlaqədardır.  

Elmi-pedaqoji  təcrübənin  prinsipial  cəhəti  onun  həm  elmi  və  həm  də  tədris  tərkibli 

olmasıdır. Bu mahiyyətdən irəli gələrək hər iki istiqamət üzrə fəaliyyət onun yekun hesabatında 

əks  olunur

Elmi-pedaqoji  təcrübənin  nəticələri  magistr  dissertasiyasının  yerinə  yetrilməsində 



istifadə oluna bilər. 

Elmi-pedaqoji  təcrübə  magistrantların  ali  məktəb  pedaqogikası  üzrə  nəzəri  biliklərini 

dərinləşdirib  möhkəmlən-dirməklə  yanaşı,  onlara  bu  bilikləri  bakalavr  təhsil  pilləsinin  tələbləri 

ilə aparılan təlim-tərbiyə işində tətbiq etmək bacarığını aşılayır. Magistrantlar ixtisas fənlərini ali 

məktəb  audito-riyasında  tələb  olunan  səviyyədə  tədris  etməyi,  bilavasitə  praktik  fəaliyyət,  peşə 

bacarıq və vərdişlərini öyrənirlər. Magistrantların tələbələrlə qarşılıqlı fəaliyyətini və ünsiyyətini 

təşkil  etmək,  onlarda  pedaqoji  fəaliyyətə  yaradıcı  münasibət  oyatmaq,  müəllimlik  peşəsinə 

marağı artırmaq magistr hazırlığının tərkib hissəsidir. 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN MƏQSƏDİ  

Elmi-pedaqoji  təcrübə    pedaqogikanın  təcrübi  əsaslarının  mənimsənilməsi  və  vərdişlərin 

əldə  edilməsi,  elmi-metodik  materialların  (işçi  tədris  planının,  fənlərin  proqramının,  tədris-

metodiki vəsaitlərin və  s.) tərtib  olunma metodikasının mənimsənilməsi,  təcrübəli müəllimlərin 

apardığı mühazirə, laboratoriya və məşğələ dərslərində iştirak olunması, bakalavr tələbələri üçün 

sınaq dərslərinin keçirilməsi məqsədi  daşıyır.  

Elmi-pedaqoji təcrübə  keçən  magistrantlar ali məktəb 

pedaqogikası  üzrə nəzəri biliklərini 

dərinləşdirib möhkəmləndirməklə yanaşı, onlara bu bilikləri bakalavr təhsil pilləsinin tələbləri ilə 

aparılan  təlim-tərbiyə  işində  tətbiq  etmək  bacarığını  aşılayır.  Magistrantlar  ixtisas  fənlərini  ali 

məktəb  audito-riyasında  tələb  olunan  səviyyədə  tədris  etməyi,  bilavasitə  praktik  fəaliyyət,  peşə 

bacarıq və vərdişlərini öyrənirlər. Magistrantların tələbələrlə qarşılıqlı fəaliyyətini və ünsiyyətini 

təşkil  etmək,  onlarda  pedaqoji  fəaliyyətə  yaradıcı  münasibət  oyatmaq,  müəllimlik  peşəsinə 

marağı artırmaq magistr hazırlığının tərkib hissəsidir

Elmi-pedaqoji təcrübənin əsas məqsədi aşağıdakılardan ibarətdir: 



 

magistrantları    İnformasiya  texnologiyaları  yönümlü  fənlərin  tədrisinin  fəaliyyət 



xüsüsiyyətləri  ilə  tanış  etmək  və  onlarda  pedaqoji  funksiyaların  yerinə  yetirilmə  bacarığını 

formalaşdırmaq; 

 

magistrantların  psixoloji-pedaqoji  sahədə  biliklərini  möhkəmləndirmək,  onlara  müvafiq 



məsələlərin həllində yaradıcı yanaşma bacarığı aşılamaq; 

 



magistrantlarda seçilmiş ixtisas istiqamətində peşəkarlıq biliklərini formalaşdırmaq və inkişaf 

etdirmək; 

 

magistrantların  tədris  prosesində  alınmış  nəzəri  biliklərini  təcrübi  vərdişlərlə 



möhkəmləndirmək; 

 



magistrantlarda nitq və ünsiyyət mədəniyyətlərini inkişaf etdirmək; 

 

 



 


ELMI-PEDAQOJI TƏCRÜBƏNIN VƏZIFƏLƏRI 

Magistr  hazırlığının  minimum  məzmununa  və  səviyyəsinə  qoyulan  dövlət  tələblərinə 

uyğun olaraq magistrant elmi-pedaqoji fəaliyyətə hazır olmalıdır. Elmi-pedaqoji təcrübənin əsas 

vəzifələri  aşağıdakılardan ibarətdir: 

 

Ali təhsil müəssisəsinin idarəetmə sistemi haqqında təsəvvürün formalaşdırılması;



 

 



Tədris işinin təşkilinin, məzmununun və planlaşdırılmasının əsas formaları ilə tanış olmaq;

 



 

Ali  təhsil  sahəsində  çalışan  müəllim  üçün  peşə  vərdişlərinin  formalaşdırılması  və  inkişaf 

etdirilməsi;

 



 

Ali  məktəb  pedaqogikası  üzrə  əsas  biliklərin,  tədris,  metodiki  və  tərbiyə  işlərinin  sərbəst 

olaraq yerinə yetirilməsində bacarıq və vərdişlərin əldə edilməsi.

 

Elmi-pedaqoji təcrübə prosesində magistrant aşağıdakıları 



həyata keçirməyi bacarmalıdır: 

 



tədris  prosesinin  layihələşdirilməsi  və  təşkilinin  metodik  işlərini  əsaslandırmaq  və 

reallaşdırmaq; 

 

auditoriyada çıxış etmək və dərs prosesində yaradıcı mühiti formalaşdırmaq; 



 

pedaqoji  fəaliyyətdə  yaranmış  çətinlikləri  təhlil  etmək  və  onların  həlli  istiqamətində  hərəkət 



planları hazırlamaq; 

 



müstəqil psixoloji-pedaqoji tədqiqatlar aparmaq; 

 



müstəqil  olaraq,  pedaqoji  fəaliyyət  prosesinə  nəzərət  etmək  və  onun  nəticələrini 

qiymətləndirmək. 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN KEÇİRİLMƏ YERİ 

Magistr  pilləsində  təhsil  alanların  elmi-pedaqoji  təcrübəsı  təhsil  aldıqları 

universitetin 

ixtisas  kafedralarında  təşkil  olunur.  Elmi-pedaqoji  təcrübə  bakalavr  pilləsində  təhsil  alan 

tələbələrin  akademik  qruplarının  dərs  cədvəlinə  uyğun  olaraq  universitet  auditoriyalarında  və 

tədris laboratoriyalarında keçirilir. 

Elmi-pedaqoji  təcrübəsi  keçən  magistrantlar  rektorun  əmri  ilə  ixtisas  kafedraların  təhkim 

olunur, təcrübə rəhbərinin başçılığı altında proqramda nəzərdə tutulmiş işləri icra edirlər. 

Elmi-pedaqoji  təcrübə  keçən  magistrantların  ali  məktəb  pedaqogikası  və  ali  məktəbdə 

ixtisas fənninin tədrisi metodikası üzrə əldə etdikləri bilikləri sınaqdan keçirməsi məqsədilə onlar 

kafedra  və  magistr  proqramının  rəhbərinin  təyin  etdiyi  bakalavr  təhsil  pilləsinin  akademik 

qruplarına təhkim olunurlar. 

Elmi-pedaqoji  təcrübənin  keçirilmə  obyektinin  təyinatı  hər  il  Rektorun  müvafiq  əmri  ilə 

rəsmiləşdirilir. 

 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNIN MÜDDƏTI  



Təcrübənin  keçirilmə  müddəti  magistr  hazırlığı  aparılan  müvafiq  istiqamətlər  (ixtisaslar) 

üzrə  dövlət  təhsil  standartları  ilə  müəyyənləşdirilir. 

Magistranrların  Elmi-pedaqoji  təcrübəsi  II 

tədris  ilinin  II  semestrində  4  (dörd)  həftə  ərzində  keçirilir.  Magistrantlar  təcrübə  qurtardıqdan 

sonra 2 həftə ərzində hesabat təqdim edirlər. 

Təcrübənin  başlanma  və  bitmə  tarixləri  m

agistranrların 

elmi-pedaqoji  təcrübənin  təşkil 

edilməsi və keçirilməsi barədə AZTU-nun rektorunun əmrində göstərilir 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN TƏŞKİLİ

 

Təcrübənin  təşkili  ,  həcmi,  məqsədi  və  keçirilmə  müddəti  mütəxəssis  hazırlığı  aparılan 



müvafiq  istiqamətlər  (ixtisaslar)  üzrə  dövlət  təhsil  standartları  ilə  müəyyənləşdirilir.  Elmi-

pedaqoji  təcrübənin  keçirilməsinə  ümumi  nəzarət  və  rəhbərliyi  fakultə,  kafedra  və  magistr 

proqramının rəhbərləri həyata keçirirlər. 

Elmi-pedaqoji  təcrübənin  keçirilməsi  üçün  magistranta  kafedra  tərəfindən  rəhbərtəyin 

olunur. 

Elmi-pedaqoji təcrübə «Elmi-Metodik Şura»sında təsdiq olunan müvafiq proqram əsasında 

reallaşdırılır. 



Magist  hazırlığı  proqramını  həyata  keçirən  ixtisas  kafedraları  elmi-pedaqoji  təcrübənin 

başlanmasına  azı  1  ay  qalmış  AzTU-nun  «Təcrübə  şöbəsi»nə  müvafiq  təqdimat 

göndərməlidirlər. «Təcrübə şöbəsi» isə öz növbəsində elmi-pedaqoji təcrübənin başlanmasına azı 

2  həfətə  qalmış  müvafiq  qərar  sənədlərini  elmi-pedaqoji  təcrübənin  rəhbərinə  və  təcrübənin 

keçirildiyi kafedra rəhbərinə göndərməlidir. 

Magistrant  əsaslandıraraq  ona  göstəriləcək  xidmət  haqqını  öz  şəxsi  vəsaiti  hesabına 

ödəməklə  müvafiq  imkanlara  malik  kənar  təşkilatda  da  elmi-pedaqoji  təcrübə  keçə  bilər.  Bu 

qərar rektorun əmri ilə rəsmiləşdirilir. 

Elmi-pedaqoji təcrübə bütün hallarda müvafiq tələblər dolğunluğu ilə yerinə yetirilməlidir. 

Onun  keçrilməsinin  materialları  və  hesabatları  təcrübə  təcrübə  rəhbəri  tərəfindən  baxılmalı  və 

təcrübənin yekunlarına həsr edilmiş kafedra iclasında təsdiq edilməlidir. 

Elmi-pedaqoji  təcrübəni  üzürlü  səbəbdən  keçməyən  magistrantlar  təkrar  təcrübə 

keçməlidirlər.  Magistrantın  təcrübədə  iştirak  etməməsi  və  ya  təsbit  olunmuş  normaları  yerinə 

yetriməməsi  elmi-pedaqoji  təcrübənin  gündəliyindəki  qeydlər  və  sənədlər  əsasında 

təsdiqlənməlidir. 

Elmi-pedaqoji  təcrübənin  son  yekunları  təsbit  olunmuş  sənədlərin  təqdimatı  əsasında 

müvafiq ixtisas kafedralarında attestasiya edilir. 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏYƏ RƏHBƏRLİK 

E

lmi-pedaqoji  təcrübənin  ixtisas  kafedrasının  professor-müəllim  heyəti  sırasından  seçilir 



və magistr proqramının rəhbəri ilə razılaşdırılaraq universitetin rektorunun əmri ilə təsdiq edilir. 

Magistr  proqramının  rəhbəri  və  elmi  rəhbər  eyni  magistrant  üçün  elmi-pedaqoji  təcrübə 

rəhbəri ola bilməzlər. Bir pedaqoq 5 nəfərdən çox magistranta elmi-pedaqoji təcrübə üzrə rəhbər 

təyin edilə bilməz. 

Elmi-pedaqoji təcrübənin  rəhbəri təcrübə  planının  yerinə  yetrilməsinə  bilavasitə  rəhbərlik 

və nəzarət edir. 

Elmi-pedaqoji təcrürbənin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir: 

 



magistr  proqramının  rəhbəri  ilə  təcrübənin  keçirilməsinə  dair  işçi  proqramınıvə  təqvim 

müddətlərini razılaşdırır və elmi-pedaqoji təcrübənin gündəliyini təsdiq edir

 

təcrübə proqramının keçirilməsi vəzifələrindən irəli gələn təşkilati tədbirləri həll edir; 



 

Magistranta 



fərdi 

tapşırıqların 

hazırllanmasında, 

təcrübə 


mövzularının 

müəyyənləşdirilməsində və  köməklik göstərir ona təcrürbənin sərbəst keçməsi üçün tapşırıqlar 

verir; 



 



Magistrantla  birlikdə  elmi-pedaqoji  təcrübə  keçmək  üçün  uyğun  fənni  müəyyənləşdirir  və 

onların akademik qruplara  təhkim olunmasında iştirak edir və fərdi iş planını (tapşırığı) təsdiq 

edir; 



 



elmi-pedaqoji  təcrübə  zamanı  sual  doğuran  təşkilati,  elmi-pedaqoji  məsələlərlə  bağlı 

magistranta məsləhətlər verir; 

 

elmi-pedaqoji təcrübə zamanı magistrantların müsətiqil fəaliyyətini ilkin qiymətləndirir; 



 

elmi-pedaqoji təcrübənin yekun attestasiyasında komissiyanın iclasında iştirak edir. 



 

Tələbələrə  təcrübə  proqramının  yerinə  yetirilməsi  barədə  hesabat  tərtib  edilməsində 



metodiki yardım göstərir. 

Elmi-pedaqoji  təcrübənin  rəhbəri  həmçinin  təcrübə  günü  magistrantların  təcrübə  kafedraya 

təqdim olunması prosesini reallaşdırır və 

Tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası 

qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır; 

 

Elmi-pedaqoji təcrübənin rəyi elmi-pedaqoji təcrübənin gündəyliyində öz əksini tapır/. 



 

 

 



 

 

 




ELMİ-PEDAQOJİ TƏCRÜBƏ  KEÇƏN MAGISTRANTIN VƏZIFƏLƏRI

 

 Elmi-pedaqoji təcrübə prosesində magistrant  aşağıdakıları həyata keçirməyə borcludur: 



 

Elmi-pedaqoji təcrübənin keşirilməsi üçün seçilmiş fənn üzrə mütləq bir neçə (ən azı 3 (üç) ) 



mühazirədə və seminar məşğələlərində iştirak olunması; 

 



Mühazirələrin  və  seminar  məşğələlərinin  keçirilməsi  üçün  tədris  və  metodik  materialların 

hazırlanması və təcrübə rəhbəri ilə müzakirə olunması;

 



 



Tanışlıq  həftəsi  olan  I  həftə  ərzində  universitetin  strukturu  ilə  və  elmi-pedaqoji  təcrübə 

keçirilən  bölmədəki  tədris  və  pedaqoji  fəaliyyətlə  tanış  olunması,  fəaliyyət  planının 

müəyyənləşdirilməsi və hazırlıq işlərinin aparılması;

 



 

Sonrakı üç həftə ərzində mühazirə, laboratoriya və ya məşğələ dərsinin aparılması;

 



 



Keçirilmiş  dərslərin  həm  məzmun,  həm  də  metodik  nöqteyi-nəzərdən  digər  magistrantlarla 

müzakirə olunması;

 



 



Seçilmiş  fənn  üzrə  ən  az  6  saat  mühazirədə  iştirak  olunması,  müəllimin  keçirdiyi  dərs 

haqqında və tələbələrin aktivliyi haqqında öz düşüncələrini yazması;

 



 



Eyni  ixtisasdan  təcrübə  keçən  digər  magistrantların  dərslərində  iştirak  olunması  və  öz 

mülahizələrinin təcrübənin hesabatında göstərilməsi;

 



 



Elmi-pedaqoji  və  Elmi-pedaqoji  təcrübəsi  üzrə  hesabatın  hazırlanması  və  onun  gündəliklə 

birlikdə təcrübə qurtardıqdan sonra 2 həftə ərzində təcrübə rəhbərinə təqdim olunması.

 

Magistrantlara təcrübə obyektinə daxil olduqları andan etibarən əmək mühafizəsi və daxili 



əmək intizamı qaydaları tətbiq olunur. Bu qaydaların pozulması zamanı müvafiq intizam cəzası 

tətbiq edilə bilər. 

ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİ KEÇİRİLMƏ

 MƏRHƏLƏLƏRİ 

Magistrant keçiriləcək elmi-pedaqoji təcrübənin ilk - I mərhələsində /1-2-ci həftələr/ fərdi 

plan  (tapşırıq)  hazırlayır  və  onun  təcrübə  rəhbərləri  ilə  razılaşdıraraq  təsdiq  etdirir.  Fərdi  plan 

(tapşırığı) magistrantın elmi-pedaqoji təcrübə kitabçasında öz əksni tapır. 

 

Fərdi plana (tapşırığa) uyğun olaraq magistrant aşağıdakı işləri yerinə yetirməlidir: 



 

ali təhsil müəssisəsində tədris problemləri üzrə psixoloji-pedaqoji ədəbiyyatlarla tanış olmaq 

və onları öyrənmək; 

 

mühazirə, seminar, laboratoriya və praktiki dərslərin hazırlanması və keçirilməsi metodikası 



ilə tanış olmaq; 

 

kurs və buraxılış işlərinin, məqbul və imtahanların layihələndirilməsi prosesini öyrənmək



 

innovasiyalı, mütərəqqi təhsil texnologiyalarını mənimsəmək; 

 

tədris kompüter proqamları və digər müvafiq texniki vasitələrlə tanış olmaq.



 

I mərhələnin nəticələri üzrə magistrant müvafiq icmal sənədi /konspekt/ hazırlayır. 

II  mərhələdə  /2-ci  həftə/  magistrant  təcrübəli  pedaqoqların  dərslərində  müşahidəçi  kimi 

iştirak edir. 

Magistrant müşahidəçi rolunda iştirak etdiyi dərslərdə pedaqoji prosesin təşkilini müəllim-

tələbə qarşılıqlı münasibətləri baxımından təhlil edir. Apalılmış təhlilin nəticələri müstəqil olaraq 

yazılı qaydada tərtib olunur. 

Resenziya-reytinqin  cədvəl  şəkilli  yazılış  formiası  elmi-pedaqoji  təcrübənin  gündəliyində 

öz əksini tapır. 

Magistrant eyni zamanda müşahidəçi qismində digər magistrantların da apardığı dərslərdə 

də iştirak etməlidir. 

Elmi-pedaqoji təcrübənin III mərhələsində /3-cü həftə/ magistrant sərbəst hərəkət edir: 

 

mühazirə, seminar, parktiki məşğələ, laboratoriya işi və sair üzrə  məsləhətləşmələr aparır; 



 

müxtəlif multimedia məhsullarını və hazırlanmış əyani vəsaitləri nümayiş etdirir; 



 

psixoloji-pedaqoji testlər keçirir; 



 

keyslər,  işgüzar  oyunlar  və  dərslərin  digər  innovasiya  formalarını  hazırlayır



  və  nümayiş 

etdirir. 




Son mərhələdə magistrant /4-cü həftə/ ali təhsilin keyfiyyətinin artırılmasına həsr olunmuş 

«dəyirmi  masada»  iştirak  edir.  Elmi-pedaqoji  təcrübənin  hesabatını  hazırlayır  və  onu  müdafiə 

edir. Elmi-pedaqoji təcrübə haqqında hesabata keçirilmiş dərslərin metodik təminatı (dərsin qısa 

məzmunu, yoxlama sualları, məsələlər, testlər və ədəbiyyat siyahısı) daxil edilməlidir. 

YEKUN ATTESTASİYANIN KEÇİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 

Yekun  attestasiyası  elmi-pedaqoji  təcrübənin  hesabatının  müdafiəsi  formasında  magistr 

proqramının rəhbərinin iştirakı ilə təqdim olunmuş müvafiq sənədlər əsasında kafedrada keçirilir. 

Bu  məqsədlə  ixtisas  kafedrasında  3  nəfərdən  az  olmayaraq  attestasiya  komissiyası  yaradılır. 

Komissiyanın  tərkibinə  kafedranın  müdiri  /sədr/,  elmi-pedaqoji  təcrübənin  rəhbəri  və  ixtisas 

kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir.  

Elmi-pedaqoji  təcrübənin  yekunları  differensial  məqbul  formatında  beş  ballı  sistem  üzrə 

qiymətləndirilir və nəzəri təlim qiymətləri ilə eyni səviyyədə götürülür. 

Magistrant  elmi-pedaqoji  təcrübənin  hesabatının  müdafiəsi  zamanı  çıxışını  təcrübə 

prosesində əldə olunmuş nailiyyətlər və özünün şəxsən qazandığı  yeni biliklər əsasında quraraq 

nümayiş etdirməlidir. 

Qiymətləndirmə hesabat  materialları əsasında kompleks şəkildə aparılır və buraya ümumi 

ixtisas  fənlərinin  tədrisi  üzrə  müəllimin  müstəqil  funksional  fəaliyyəti  üçün  bütün  vacib 

xüsüsiyyət və keyfiyyətlərdə əhatə olunan aşağıdakı göstəricilər daxil edilir: 

 

psixoloji-pedaqoji və metodoloji biliklər; 



 

pedaqoji bacarıq /tədris  etmə, layihələndirmə, konstruktivlik, kommunikativlik, təşkilatçılıq, 



təribiyəvi funksiyaların yerinə yetirilməsi hazırlığı/; 

 



iqtisadi fənlərin tədrisinə maraq və motivasiya

 



məsuliyyət və müstəqillik dərəcəsi; 

 



elmi-pedaqoji və metodik işin keyfiyyəti; 

 



özünü təhlil və özünü qiymətləndirmə səriştəsi. 

Müsbət  qiymət  almaq  üçün  magistrant  elmi-pedaqoji  təcrübənin  proqram  tələblərini  tam 

yerinə yetirməli, cari və yekun sənədlərini vaxtında tərtib etməlidir. 

Magistrantın  təcrürbənin  nəticələrinə  görə  fəaliyyətinin  qiymətləndirilməsi  üçün 

aşağıdakılar əsas götürülür: 

I.Müasir şəraitdə magistrantın psixoloji hazırlığının qiymətləndirilməsi. 

II.Müasir şəraitdə magistrantın texnoloji hazırlığının qiymətləndirilməsi: 

 



didaktik; 

 



metodiki; 

 



texniki; 

 



tədris-təlim prosesinin təşkili üzrə müvafiq normativ sənədlər üzrə biliklərə malik olma; 

 



tədris olunan fənlər üzrə ümumi biliklərin nümayiş etdirilməsi. 

III. Öz fəaliyyətini planlaşdırmaq bacarığının qiymətləndirilməsi: 

 



məqsədlərə çatmaq üçün real imkanların və ehtiyatların nəzərə almınması bacarığı. 

 



magistrantın öz fəaliyyətini planlaşdırma bacarığının proqnozlaşdırılması; 

IV. Magistrantın müəllimlik /pedoqoqluq/ fəaliyyətinin qiymətləndirilməsi: 

 



tədris proqramlarının yerninə yetirilməsi; 

 



dərslərin aparılmasının medodikaya uyğunluğu; 

 



magistrantın müsətəqillilik dərəcəsi

 



tədris edilən predmetə maraq; 

 



tədrisin aktiv metodlarından istifadə səviyyəsi. 

V. Magistrantın özünün professional səviyyəsinin yüksəldilməsinin qiymətləndirilməsi: 

 



tədrisin effektiv metod və tiexnologiyalarının axtarışının qiymətləndirilməsi; 

 



özünü təkmilləşdirmə bacarığı. 

VI. Magistrantın şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi: 

 



ünsiyyət mədəniyyəti; 

 



intellektual səviyyə; 

 



mənəvi-əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi. 


VII. Elmi-pedaqoji təcrübəyə və rəhbərin tapşırığının yerinə yetiriməsinə münasibət: 

Hər  bir  göstərici  5  ballıq  sistem  üzrə  qiymətləndirilir  və  bölgü  əsasında  orta  qiymət 

müəyyən olunur. 

Elmi-pedaqoji təcrübənin yekun attestasiyası müvafiq qaydada protokollaşdırılır.  



 

2.

 ELMİ-PEDAQOJİ TƏCRÜBƏNİN MƏZMUNU 

 

Elmi-pedaqoji  təcrübənin  keçirilməsində  magistrantın  pedaqoji    fəaliyyətinin  müxtəlif  növlərini  



mənimsəməsi nəzərdə tutulur: 

 



təlimatlandırıcı, 

 



layihələndirici; 

 



təşkilatçılıq; 

 



kommunikativlik; 

 



diaqnostik; 

 



analitik-qiymətləndirmə; 

 



refleksivlik; 

 



yaradıcı -tədqiqatçı

ELMİ-PEDAQOJİ TƏCÜRBƏNİN KEÇRİLMƏSİNİN TƏŞKİLATİ  MƏSƏLƏLƏRİ 



Elmi-pedaqoji  təcürbəsinin  keçirilməsinə  ümumi  nəzarət  və  rəhbərliyi  AzTU-nun 

«Doktorontura və magistratura» şöbəsi və magistr proqramının rəhbərləri həyata keçirirlər. 

Elmi-pedaqoji təcürbəsinin keçrilməsi üçün magistrantlara AzTU və təcürbənin keçirildiyi 

təşkilat  /təcrübə obyekti/ tərəfindən ayrı-ayrılıqda rəhbərlər təyin olunur. 

Elmi-pedaqoji  təcürbəsinin  AzTU  tərəfindən  rəhbəri  magistr  proqramını  həyata  keçirən 

ixtisas  kafedrasının  professor-müəllim  heyəti  sırasından  seçilir  və  magistr  proqramının  rəhbəri 

ilə razılaşdırılaraq universitetin rektorunun əmri ilə təsdiq edilir. 

Elmi-pedaqoji təcrübəsi  kənar təşkilat tərəfindən realaşdırıldıqda təcürbənin başlanmasına 

azı 10 gün qalmış tərəflər arasında müvafiq razılaşdırmalar aparılmalıdır. 

Kafedra  Elmi-pedaqoji  təcrübəsinin  başlanmasına  azı  1  ay  qalmış  AzTU-nun 

«Doktorontura  və  magistratura»  şöbəsinə  müvafiq  təqdimat  sənədlərini  göndərməlidirlər.  Şöbə 

isə öz növbəsində Elmi-pedaqoji təcrübəsinin başlanmasına azı 2 həftə qalmış müvafiq sənədləri 

elmi rəhbərə və təcürbənin keçirildiyi obyektin müdiriyyətinə göndərməlidir. 

Elmi-pedaqoji təcrübəsi bütün hallarda bu metodik göstərişin tələbləri səviyyəsində yerinə 

yetirilməlidir.  Onun  keçrilməsinin  materialları  və  hesabatları  təcrübə  keçrilən  təşkilatın  təcrübə 

rəhbəri tərəfindən baxılmalı və təcürbəsinin yekunlarına həsr edilmiş iclasda təsdiq edilməlidir. 

Üzürlü  səbəbdən  Elmi-pedaqoji  təcrübəsi  keçməyən  magistrantlar  bu  prosesə  təkrar  cəlb 

olunurlar.  Bu  zaman  bütün  xərclər  magistrantın  şəxsi  hesabına  təmin  olunur  və  təcrübə  tədris 

prosesindən kənar vaxtda yerinə yetirilir. 

Üzürlü səbəb olmadan təcrübə keçməyən magistrantlar akademik borcu qalır. Magistrantın 

təcrübədə  iştirak  etməməsi  və  ya  təsbit  olunmuş  normaları  yerinə  yetriməməsi  Elmi-pedaqoji 

təcürbəsinin kitabçasındakı qeydlər və sənədlər əsasında rəsmiləşdirilməlidir. 

ELMİ-

 PEDAQOJİ 



TƏCRÜBƏ ÜZRƏ MAGİSTRANTIN 

YEKUN ATTESTASİYASI 

Elmi-pedaqoji  təcrübəsinin  son  yekunları  təsbit  olunmuş  sənədlərin  təqdimatı  əsasında 

müvafiq ixtisas kafedralarında attestasiya edilir. 

Magistrantın  Elmi-pedaqoji  təcrübəsin  üzrə  toplaya  biləcəyi  yekun  balın  maksimum 

miqdarı 100-ə bərabərdir. Bu balların  yarısı təcrübə ərzindəki  fəaliyyətə,  digər  yarısı  isə  yekun 

atestasiyanın (müdafiənin) nəticələrinə görə toplanır: 

Davamiyyət - 10 bal 

Yekun hesabat - 30 bal 

Təcrübə rəhbərinin rəyi - 10 bal 

Təqdimat (müdafiə) - 50 bal 



Çatışmayan göstəricilər “0” olaraq qiymətləndirilir. Qeyri-kafi qiymətləndirilmiş magistrantlar 

akademik borcu qalır. 

Magistrant  fərdi  tapşırıq  (plan)  əsasında  kompüterdə  standarta  uyğun  yığılmış  20

25 



səhifədən  (probelsiz  40  min 

 



50  min  arası  sayda  işarədən)  ibarət  Elmi-pedaqoji  təcrübəsinin 

məzmununu əks etdirən hesabat hazırlayır. Elmi-pedaqoji təcrübəsinin çap edilmiş və Microsoft 



Word  (və  ya  Adobe  Reader)  formatda  yekun  hesabatı  təcrübənin  son  günü  kafedraya  təhvil 

verilir.  Rəhbər  tərəfindən  müsbət  rəy  verilən  hesabat  müdafiəyə  təqdim  olunur.  Köçürülmə 

halları aşkarlanan və ya  standarta uyğun hazırlanmayan   hesabat müdafiəyə buraxılmır.   

Yekun  attestasiya  Elmi-pedaqoji  təcrübəsinin  hesabatının  müdafiəsi  formasında  magistr 

proqramının  və  elmi  rəhbərlərin  iştirakı  ilə  təqdim  olunmuş  müvafiq  sənədlər  əsasında  ixtisas 

kafedralarında  keçirilir.  Bu  məqsədlə  ixtisas  kafedrasında  3  nəfərdən  az  olmayaraq  attestasiya 

kommisiyası yaradılır. Kommisiyanın tərkibinə ixtisas kafedrasının müdiri /sədr/, Elmi-pedaqoji 

təcürbəsinin rəhbəri və ixtisas kafedrasının müəllimləri sırasında üzv və üzvlər daxil edilir. Elmi-

pedaqoji təcrübəsi AzTU-da keçirildiyi təqdirdə təcrübə obyektinin rəhbəri də kommisiyaya üzv 

kimi daxil edilir. 

Magistrant hesabatın müdafiəsi üçün hesabatın əsas müddəalarını əks etdirən 7

8 dəqiqəlik 



6

7  slayddan  ibarət  elektron    təqdimat      (məruzə)  hazırlamalıdır.      Komissiya  tələbənin  



hazırladığı  məruzəni  onun  keçdiyi  Elmi-pedaqoji  təcrübəsinin  ən  vacib  və  əhəmiyyətli  hissəsi 

hesab edir. 

Yekun  attestasiyada  hesabatın  müdafiəsi  zamanı  magistrant  Elmi-pedaqoji  təcrübəsi 

zamanı  əldə  olunan  nailiyyətlərlə  çıxış  etməli,  özünün  qazandığı  yeni  təcrübi  bilikləri  təqdim 

etməlidir. 

Yekun  attestasiyasının  nəticələri  magistrantlar  tərəfindən  hazırlanmış  hesabat 

materiallarının  keyfiyyəti  və  həcminə  müqabil  olaraq  təcrübə  proqramı  və  fərdi  iş  planının 

(tapşırığı) yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir.  

Attestasiya zamanı rəhbər  hesabatın müvafiq balla qiymətləndirilməsi üzrə əsaslandırılmış 

qısa rəy tərtib edir.  Komissiyanın yekun qərarından sonra təkrar müdafiəyə  icazə verilmir.  




ELMİ-TƏDQİQAT TƏCÜRBƏSİNİN HESABATI 

Elmi-pedaqoji  təcrübəsinin  yekun  hesabatı  keçrilən  təcrübə  prosesinin  qiymətləndirmə 

sənədidir.  Onun strukturu və məzmunu  mövcud  standartlara cavab verməlidir 

Elmi-pedaqoji təcrübəsinin yekun hesabatı  aşağıdakı strukturda tərtib olunur: 

Titul vərəqi (

Üz səhifə )

 

Texniki tapşırıq 



(

magistrantin Elmi-pedaqoji təcrübəsi üzrə fərdi

 iş plani)

 

MÜNDƏRICAT 



İXTISARLARIN SIYAHISI (hesabatda varsa) 

GIRIŞ  


Əsas hissə (hesabatın  məzmunu)  

{ HİSSƏNİN ADI. 

   1. Birinci bölmə və ya paraqrafın adı 

   2. İkinci bölmə və ya paraqrafın adı. 

    ...} 

NƏTICƏ 


ƏDƏBIYYAT  SIYAHISI 

ƏLAVƏLƏR 

İRAD VƏ TƏKLIFLƏR 

Elmi-pedaqoji təcrübəsinin hesabatının struktur hissələri aşağıdakı məlumatları əks erdirməlidir:  

 

Üz səhifə  (1 səh.) 



Standart  (titul  vərəqi  (təhsil  müəssisəsi,  fakültə,  ixtisas,  təcrübənin  rəhbəri,  magistrant  adı   

göstərilməklə) –kafedra tərəfindən təqdim olunur. 

 

Fərdi tapşırıq 



 

(1-2 səh.) 

Elmi-pedaqoji təcrübəsi  üzrə magistrant təqdim edilmiş plan əsasında tərtib olunur  

 



Mündəricat  

Hesabata daxil olan struktur elementlərinin siyahısı 

 

İxtisarlar 



Şərti işarələrin, abbravitura, vahidlər  və terminlərin siyahısı 

 



Giriş (1-2 səh.) 

Təcrübənin məqsədi, başlanma və davam etmə müddəti, keçirilmə obyekti, təcrübə zamanı 

yerinə  yetrilmiş  iş  və  tapşırıqların  təsnifatı,  təcrübə  zamanı  əldə  edilmiş  səriştə  və  bacarıqlar 

haqqında təsviri məlumat. 

 

Əsas hissə  (15-



20 

səh.) 


Elmi-pedaqoji təcrübəsi  üzrə tapşırığın yerinə yetirilməsinin təsviri 

 



Nəticə (1-2 səhfə) 

Təcrübənin əsas nəticələr və təkliflər 

 

Ədəbiyyat  siyahısı.  



Hesabatın  hazırlanması üçün tədbiq olunan  mənbələr 

 



Əlavə  

Hesabatda  məzmunun  tələblərinə  uyğun  olaraq  bir  və  ya  bir  neçə  əlavə  verilə  bilər.  Əlavələr 

hesabatın  əsas  hissəsində  göstərilməyən  informasiya  materiallarından:  cədvəllər  qrafiklər, 

sxemlər və digər sənədləri əks etdirir və hesabatın ümumi həcminə aid olunmur. 

 

İrad və təkliflər 



Elmi-pedaqoji təcrübəsinin  təşkili üzrə arzu, istək,  təklif və iradlar (Hesabata əlavə oluna 

bilər) 


Elmi  rəhbər  hesabatın  strukturunun  və  həcminin  müəyyən  olunmasında  əlavə  göstərişlər 

verə bilər. 




ELMI-PEDAQOJI TƏCRÜBƏSININ HESABATININ TƏRTIBAT QAYDALARI 

Elmi-pedaqoji təcrübəsinin hesabatı aşağıdakı tələb və qaydalarla  tərtibat olunmalıdır:

 

Əsas tələblər 



Üz (titul)  vərəqi  

Nömrələmə 

İllüstrasiya 

Cədvəllər 

Riyazi ifadələr 

İxtisarların (Şərti işarələr, simvollar, vahidlər və terminlər siyahısı) 

İstifadə edilmiş ədəbiyyat və onlara istinad 

Əlavələr   

 

Əsas tələblər  



Elmi-pedaqoji  təcrübəsinin  hesabatı  MS  Word    proqramında  A4  formatlı  səhfə  üzrə  sətirlərarası 

interval


   

 (

Line Spacing

 

1,5 olmaqla adi (



Normal

) stil, 14 ölçü (Size) və Times New Roman şrifti (Font

ilə   eninə

   


(Justified)  yığılır.  Səhifədə  sətirlərin  sayı  29

31,  sətirdəki  işarələrin  probelsiz  sayı  65



70 


olmalıdır 

Mətndəki bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır. Kursiv (Italic

və yağlanmış (Bold) sözlər və  mətn hissələr istifadə edilməməlidir . 

Mətn boş sahələrin  (Page Setup) aşağıdakı ölçüləri gözlənilməklə çap edilir: 

sol boş sahə  (Left)                          - 30 mm, sağ boş sahə (Right)                        - 10 mm,  

yuxarı (Тор) və aşağı (Bottom)       - 20 mm, yeni sətirin başlanması  (First line) -1,27sm 

Mətn  A4 (210x297 mm) formatlı ağ kağızın bir üzündə,  şəkillər və cədvəllər A3 (297x420 mm) 

formatda çap oluna bilər.  

Hesabatın  həcmi  20-25  səhifə  (şəkillər,  cədvəllər,  qrafiklər,  əlavələr  və  ədəbiyyat  siyahısı istisna 

olmaqla) təşkil etməlidir.  

Əsas  mətni  bəndlərə  bölünür.  Əsas  hissənin  adı  mətnə  simmetrik  şəkildə,  böyük  hərflərlə, 

bölmələrin  başlıqları  isə  abzasdan  başlayaraq  birinci  baş  hərf  istisna  olmaqla  sətri  (kiçik)  hərflərlə 

yazılmalıdır. Başlıqların yazılışında sözlər sətirdən sətrə məcburi  keçirilməməli, başlığın sonunda nöqtə 

qoyulmamalıdır.  Əgər  başlıq  iki  cümlədən  ibarətdirsə,  onları  nöqtə  qoymaqla  bir-birindən  ayırmaq 

lazımdır. Başlıqlar,  eləcə  də  başlıq  və  mətnin  (bəndin)  arasındakı  məsafə  2  interval  olmalıdır.  Başlığın 

altından xətt çəkmək olmaz.  

«MÜNDƏRİCAT»,  «GİRİŞ»,  «NƏTİCƏ  »,  «İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT»,  «ƏLAVƏLƏR» 

sözləri  hesabatın  struktur hissəsinin  başlığı  kimi  qəbul  edilməlidir.  Bu sözlər  vərəqin  yuxarı hissəsində 

simmetrik yazılmalı və  sonunda nöqtə qoyulmamalıdır 

 



Nömrələmə 

Hesabatın səhifələri üz vərəqi də nəzərə alınmaqla ərəb rəqəmləri ilə ardıcıl olaraq nömrələnir. Üz 

vərəqində  nömrə  çap  edilmir,  ondan  sonra  gələn  səhifə  “2”  rəqəmi,  sonrakı  səhifələrdə  isə  ardıcıl 

nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir 

Əsas  hissənin  bölmələri,  istifadə  olunmuş  ədəbiyyat  siyahısına  daxil  olan  bütün  nəşrlər  ərəb 

rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Mündəricat,  giriş və nəticəyə nömrə qoyulmur . 

Bölmələrin  daxilində  bəndlər  olduqda  isə  məsələn:  2..1.    (ikinci  bölmənin  birinci  bəndi)  kimi 

nömrələnir 

Ayrıca  səhifədə  yerləşən  illüstrasiyalar  da  (cədvəllər,  çertyojlar,  sxemlər,  qrafiklər)  hesabatın 

səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan illüstrasiyalar bir səhifə kimi qəbul edilir 

və hesabatın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir. 

 



Cədvəllər 

Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. “Cədvəl” 

sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir.Cədvəl, mətndə ona 

ilk  istinaddan  sonra  elə  yerləşdirilir.  Sətirlərin  və  sütunların sayı  çox  olan  cədvəlləri  hissələrə  bölüb  bir 

neçə  səhifədə  yerləşdirmək  olar. Fəslin  içindəki  cədvəllər  ardıcıl  olaraq  ərəb  rəqəmləri  ilə  nömrələnir 

(əlavədə  verilmiş  cədvəllər  istisna  olmaqla).  Cədvəlin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılan  fəslin 

nömrəsindən  və  cədvəlin  ardıcıl  nömrəsindən  ibarətdir.  Məsələn:  cədvəl  1.2.  (birinci  fəslin  ikinci 

cədvəli).  Əgər  hesabatda  cəmi  bir  cədvəl  varsa,  onu  nömrələmək  və  “Cədvəl”  sözü  yazmaq  lazım 

deyildir. Cədvəlin adı və nömrəsi cədvəlin üstündə,  sağ küncdə yerləşdirilir. Nömrə çap edilir. Cədvəlin 

sütun və sətirlərin başlıqları, içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval 

olmalıdır. 



 

İllüstrasiya 



 Mətni  izah  edən  illüstrasiyalar  (cədvəllər,  çertyojlar,  sxemlər,  qrafiklər  və  ya  başqa  təsvirlər) 

keyfiyyətli  olmalıdır.  Hesabatda    ancaq  kompüter  və  ya  cizgi  yolu  ilə  yerinə  yetirilmiş  şəkillərdən  və 

orijinal fotolardan istifadə etmək olar.İllüstrasiyalar elə yerləşdirilməlidir ki, hesabatı döndərmədən və ya 

saat əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə onlara birinci 

istinaddan  sonra  yerləşdirilməlidir.İllüstrasiyalar  (cədvəllərdən  başqa)  “Şək.” sözü  ilə  nişanlanır  və 

hesabatın daxilində ərəb rəqəmləri ilə nömrələnir.  

 

Riyazi ifadələr 



Riyazi  ifadələr  (tənliklər,  düsturlar  və  başqa  riyazi  təsvirlər)    MS  Word  proqramının    düstur 

redaktoru  (Equation  3.0)  ilə  tərtib  olunur.  Mətndə  verilən  riyazi  ifadələr  (sayı  birdən  artıqdırsa)  ərəb 

rəqəmləri  ilə  ardıcıl  nömrələnməlidir.  Riyazi  ifadənin  nömrəsi  bir-birindən  nöqtə  ilə  ayrılmış  fəslin  və 

formulun  ardıcıl  nömrələrindən  ibarətdir.  Riyazi  ifadənin  nömrəsi  onunla  bir  səviyyədə  səhifənin  sağ 

tərəfində  və    sətrin  sonunda  mötərizənin  içində  yazılır.  Məsələn:  (3.1)-yəni  üçüncü  fəslin  birinci 

formulu. Riyazi  ifadədə  rast  gəlinən  simvolların  qiyməti  və  ədədi  əmsalların  izahı,  onların  bu  ifadədə 

yerləşmələr  ardıcıllığını  nəzərə  alaraq,  bilavasitə  ifadənin  altında  verilir.  Hər  bir  simvolun  və  ədədi 

əmsalın qiyməti yeni sətirdə yerləşdirilir. İzahatın birinci sətri “Burada” sözü ilə başlanır. Riyazi ifadələri 

mətndən boş sətirlər vasitəsilə ayırırlar. Hər riyazi ifadənin  üstündə və aşağısında bir boş sətir olmalıdır. 

Əgər ifadə  bir sətrə yerləşməyibsə, onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bölmə 

(:) işarələrindən sonra yeni sətrə keçirilə bilər 

 



İstifadə edilmiş ədəbiyyat və onlara istinad 

Elmi-pedaqoji  təcrübəsinin  hesabatı  yazılması  prosesində  müəllif  müvafiq  istiqamətdə  mövcud  

mənbələrə istinad edə bilər. Bunun üçün də o, istinad etdiyi və sitat gətirdiyi ədəbiyyatın siyahısını tərtib 

etməlidir.  Bu  zaman  ədəbiyyatın  adı  ilə  yanaşı  müəllifin  adı,  şəhər,  nəşriyyat,  buraxılış  tarixi  və 

səhifələrin  sayı  göstərilməlidir.  Hesabatın  mətnində  istifadə  olunmuş  informasiya  mənbələri  ədəbiyyat 

siyahısında  əlifba  sırası  ilə  yazılmalı  və  nömrələnməlidir.  İstinad  olunmuş  mənbənin  ədəbiyyat 

siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir (məsələn: [1] və 

ya /1/). 

İstifadə  edilmiş  mənbələr  çap  olunduqları  dillərdə  (əvvəlcə:  Azərbaycan,  sonra  türk,  rus,  ingilis, 

fransız, ərəb və s.) əlifba sırası ilə yazılır və ardıcıli nömrələnir. İstifadə edilmiş ədəbiyyat siyahısında son 

5-10  ilin  ədəbiyyatına  üstünlük  verilməlidir.  İstinad  olunan  mənbələrin  biblioqrafik  təsviri  onun 

növündən  asılı  olaraq  verilməlidir.Siyahıya  daxil  olan  mənbələr  haqqında  məlumat  aşağıdakı  kimi 

göstərilir:  Kitabların  (monoqrafiya,  dərsliklər  və  s.)  biblioqrafik  təsviri  müəllifin  və  ya  kitabın  adı  ilə 

tərtib edilir, müəlliflər dörd nəfərədək oduqda müəllifin və ya müəlliflərin soyadı və ya inisialları veirlir. 

Müəllifi göstərilmiyən və dörddən artıq müəllifii kitablar (kollektiv monoqroafiya və dərsliklər) kitabın 

adı ilə verilir.Mətnin altında sətiraltı istinadlar məqsədəuyğyn deyildir. 

 

İxtisarların siyahısı 



Əgər  hesabatda    spesifik  terminoloqiya,  həmçinin  geniş  yayılmamış  ixtisarlar,  yeni  simvollar, 

işarələr və s. istifadə edilmişsə, onların siyahısı «İxtisar siyahısı» başlığı altında ayrıca vərəqlə hesabatın 

əvvəlində verilməlidir. Siyahı sütün şəklində yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ 

tərəfində  isə  onun  dəqiq  açılışı  verilir.Əgər  hesabatda  xüsusi  terminlər,  ixtisarlar,  simvollar,  işarələr  üç 

dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir 

 



Əlavələr 

Əlavələr    kurs  işinin  davamı    kimi  tərtib  olunur  və    son  səhifələrdə  mətndəki  istinad  ardıcıllığı  ilə 

yerləşdirilir. Əlavədə müdafiyəyə təqdim olunan illyuİllüstrasiyalar haqqlnda məlumat, alqoritmlərin blok 

sxemi, proqramın listinqi və icrasının nəticəltəri əks olunur. 




NORMATIV ISTINADLAR: 

1.«Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu» 



Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanı 

2.«Ali təhsil pilləsinin dövlət standartı və proqramı» 



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli  qərarı (№75) 

3.  «Ali  təhsil  müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyələrində  kredit  sistemi  ilə 

tədrisin təşkili Qaydaları» 

4.Azərbaycan  Respublikasında  çoxpilləli  ali  təhsil  sistemində  magistr  hazırlığı  (magistratura) 

haqqında əsasnamə 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 1997-ci il 

tarixli  qərarı (№ 15) 

5. Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydaları 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı  

6. “Magistrlik dissertasiyasının  hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında 

əsasnamə” 

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri 20.04.1998-ci il № 202 

7.  “Magistrlik  dissertasiyasının  müdafiəsi  üçün  ixtisaslaşdırılmış  elmi  şuralar  haqqında” 

əsasnamə 

Azərbaycan Respublikası Təhsil Nazirinin əmri  10.11.98-ci il tarixli 742 saylı əmri 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə