İnformasiya və kommunikasiya texnologiyalari



Yüklə 349,83 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü349,83 Kb.
#79064
növüDərs


İNFORMASİYA VƏ

KOMMUNİKASİYA 

TEXNOLOGİYALARI



İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T. - 1



Giriş

İnformasiya  və  kommunikasiya  texnologiyalarının  (İKT)  milli  tədris  planı  dövlətimizin  və 

cəmiyyətimizin məqsədləri, tələbləri və maraqlarından irəli gələrək yaranmışdır.   O, dərs prosesində 

İKT-nin yeri və onun istifadə edilməsi haqqında müasir və ümumi bölüşdürülmüş nəzərlərə və ən 

yaxşı təcrübəyə əsaslanır, həm bizim ölkəmizdə, eləcə də onun hüdudları xaricində. Milli tədris 

planının ayrılmaz hissəsi olan İKT-nin tədris planı Təhsil Nazirliyi tərəfindən geniş ictimaiyyətlə 

razılaşdırılmış ümumtəhsil sisteminin məqsədlərinin həyata keçirilməsinə xidmət edir. 

İnsan fəaliyyətinin müxtəlif sahələrində İKT-nin istifadə edilməsi ictimaiyyətimiz üçün həlledici 

əhəmiyyət daşıyır ki, ümumtəhsil sistemi şagirdi milli və ümumbəşər dəyərlərin daşıyıcısı, azad 

şəxsiyyət kimi formalaşdırmaq üçün əlverişli şərtlər yaratsın. Elə bir şəxsiyyət yetişdirsin hansı ki,  

insanlar və insan qrupları arasında fərqlərə ləyaqətlə yanaşsın; onlarla bəhrəli əməkdaşlıq etməyə 

və onları anlamağa çalışsın.

Dərs prosesində İKT-nin  rolu və məqsədləri

Biz hər gün informasiya-kommunikasiya texnologiyalarından istifadə edirik: mobil telefondan 

istifadə edirik, elektron poçt vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq, internetdə informasiyalar 

axtarırıq, başqaları ilə informasiya mübadiləsini həyata keçiririk. Bizim gündəlik və ya peşəkar 

fəaliyyətimiz İKT biliyi və istifadəsini, rəqəmsal texnoloji təhsili daha çox tələb edir. Bunlardan 

sonuncusu funksiyamızı yerinə yetirə bilmək məqsədilə rəqəmsal texnologiyaların, kommunikasiya 

vasitələrinin və ya şəbəkənin etik şəkildə, məsuliyyətlə  istifadə bacarığını, informasiyanın əldə 

edilməsi, saxlanılması, bir-biri ilə əlaqələndirilməsi, qiymətləndirilməsi, təhlil edilməsi, yenidən 

hazırlanması və gələcəkdə ötürülməsi imkanları üçün müəyyən edilə bilər.

Buna uyğun olaraq, İKT-nin inteqrallaşdırılmış kursu etik, məlumat, qanuna tabe və texnoloji 

nailiyyətlərdən  effektiv  şəkildə  istifadə  etmək  bacarığı  olan  şəxsin  tərbiyəsinə  xidmət  edir.    

İnformasiyanı sərbəst şəkildə əldə edə bilən, idarə edə bilən, onu yenidən işləyib hazırlayan, 

qiymətləndirən, təhlil edən və ona əsaslanaraq sərbəst şəkildə qərar qəbul  edə bilən şəxs ölkənin 

maraqları, ənənələri və dəyərlərinə doğru məsuliyyətini hiss edəcək ki, dəyərləri özü yaratsın və 

cəmiyyətdə öz işlərini yerinə yetirsin. 

Digər dərs fənlərinə uyğun olaraq, İKT-nin inteqrallaşdırılmış kursunun məqsədlərindən biri odur 

ki, təşkil və qrup işləri cəhətdən cəmiyyətin gələcək üzvünün ümumi kommunikasiya vərdiş-

bacarıqlarını inkişaf etdirsin və  eləcə də Gürcüstanın dövlət dili ana dili olmayan insanlar informasiya 

əldə edə bilsinlər.

İKT-nin inteqrallaşdırılmış kursu şagird üçün elə bir şərtlərin yaradılması və imkanlarla tanışlığı 

məqsədini daşıyır ki, şagird öz imkanlarını və maraqlarını üzərə çıxarıb  həyata keçirə bilsin. 



İKT kursu tədrisin növbəti pilləsində ixtisaslar və ya peşəkar fəaliyyət arasında seçim etmək 

məqsədilə şagirdlərə yeni bilik və vərdiş-bacarıqlar verməlidir, hansıları ki, şagirdlər gələcəkdə 

inkişaf etdirməyi bacaracaqlar; həm ölkə daxilində, eləcə də onun hüdudlarında öz imkanlarını 

maksimal şəkildə gerçəkləşdirə biləcəklər.



İKT kursunda texnologiyaların tətbiqinin insana, cəmiyyətə və ətraf mühitə göstərdiyi təsirinə 


İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T.  - 2

xüsusi yer ayrılır. Şagirdlər ilk öncə,  İKT-nin məsuliyyətlə istifadəsi haqqında, eləcə də təbii 

mühitin saxlanılması və qorunması cəhətindən məlumatlı olmalıdırlar. Uşaq bilməlidir ki, hansı 

təbii mühitdə yaşayır, texnoloji tullantılarla zibilləmə ətraf mühitə hansı ziyanı vura bilər, ətrafı 

necə qoruya və müdafiə edə bilər.

Sərlövhədən göründüyü kimi, İKT tədrisi dərs intizamından müstəqil şəkildə, onun kontekstindən 

ayrılmış şəkildə tədris edilmirİKT tədris planı hər bir dərs intizamında həyata keçirilməlidir. 

Daha doğrusu, bu ləvazimatla əsas dərs intizamlarının bir-biri ilə effektiv inteqrasiyası 

mümkündür. 

İKT-nin inteqrallaşdırılmış məktəb kursuna dəstək göstərən əsas vərdiş-bacarıqları

Milli Tədris Planında fənn intizamlarının tədrisi onlar arasında həm informasiya, eləcə də ümumi 

vərdiş-bacarıqlar baxımından sıx inteqrasiya ilə nəzərdə tutulubdur. Əgər hər bir fənn şagirdlər 

arasında spesifik vərdiş-bacarıqlar və yanaşmaları inkişaf etdirirsə, o zaman inteqrasiyanın təyinatı 

bu fənləri bir-birinə yaxınlaşdıran ümumi vərdiş-bacarıqların ayrılmasını nəzərdə tutur. Milli Tədris 

Planı dərsin sinifdənxaric fəaliyyəti birliyini nəzərdə tutur.  

Buna uyğun olaraq, ümumtəhsil məktəbində informasiya və kommunikasiya texnologiyalarının 

müxtəlif tədris intizamlarında inteqrasiyası şagirdlər üçün növbəti vərdiş-bacarıqlar və düşüncə 

növlərinin inkişafı məqsədini daşıyır, hansıları biz  İKT tərəfindən müzakirə edirik.

Anlamaq bacarığı -

1. 

 İKT vasitələri və onların funksiyaları haqqında faktlar, məlumatlar və 

ideyalar biliyini, onların təyinatlarının şərh edilməsi və müqayisəsini nəzərdə tutur.



Kommunikasiya bacarığı - 

2. 

İKT vasitələrinin informasiya əldə etmək və mübadilə etmək 

məqsədilə istifadəsini bildirir.



Analitik düşüncə bacarığı -

3. 

 İKT vasitələrinin artıq verilmiş və əldə edilmiş informasiyaya 

əsasən qiymətləndirilməsini; onlar arasında qanunauyğunluqların təyin edilməsini, tərkib 

komponentlərinin təyin edilməsini, fraqmentlərin təşkil edilməsini nəzərdə tutur.

Sintez  düşüncə  bacarığı  - 

4. 

İKT  vasitələri  ilə  informasiyanın  böyük  həcminn  lazımi 

parçalarının seçilməsi, onların məqsədyönlü şəkildə əlaqələndirilməsi və formalaşdırılması 

vərdişini nəzərdə tutur. Belə ki, əldə edilən nəticə həm şagird üçün, həm də başqaları üçün 

tətbiq edilən və aydın olsun.



Yaradıcılıq düşüncəsi - 

5. 

İKT-nin vasitələrindən istifadə etməklə, reallıqldan irəli gələn 

problemlərin  həlli  üçün  effektiv  yolların  tapılması,  yeni  sualların  verilməsi  və  onlara 

cavabların axtarılmasını nəzərdə tutur.

Tənqidi düşüncə bacarığı - 

6. 

artıq verilmiş və əldə edilmiş informasiyanın qiymətləndirilməsinin 

məzmunu, təyinatı və səviyyəsinə əsasən onun istifadə hüdudlarının təyin edilməsini nəzərdə 

tutur.


Milli Tədris Planında müəyyən edilən əsas prinsiplər

Təhsil prosesinin mərkəzində hər bir şagird və əldə edilən nəticələr durur. (



müəllim nəyi 

öyrətmək istədiyi yox, şagirdin nəyi öyrəndiyi əsasdır).

Şagirdin fiziki, psixoloji imkanları və yaş uyğunluluğu maraqları nəzərdə tutulur.




İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T. - 3

Təhsil  informasiyanın  toplanılması,  vərdiş-bacarıqların  və  yanaşmaların  inkişafını 

bildirir.



Təhsildə bir konkret yolun keçilməsi deyil, eləcə də müəllim və şagird tərəfindən birgə seçilən 

optimal variantın axtarışı nəzərdə tutulur. Məktəbin səlahiyyəti vardır ki, öz şagirdlərinə 



fərqli yollar təklif etsin.

Əsas tərəf göstərən biliyin miqdarı yox, onun keyfiyyətinin miqdarıdır. Şagirdin təkcə 

nəyi öyrəndiyi deyil, eləcə də necə öyrəndiyi və həmin biliyini necə istifadə edə bilməsi 



vacibdir.

İKT-nin əsas vasitələri və əldə edilən nəticələr

Əldə  edilən  nəticələrin,  texnoloji  vasitələrə  sahib  olma  və  istifadə  cəhətdən  informasiya-

kommunikasiya texnologiyaları (İKT) dərs intizamlarının inteqrasiyası planında altı istiqamətə 

ayrılıbdır.  Şagird İKT-nin hər növ vasitəsi ilə tanış olur və ondan istifadə  edir.  Şagird aşağıda 

ayrıca verilən indikatorlara əsaslanaraq vasitələrin hər birinin istifadəsini nümayiş etdirir. Həmin 

çərçivədən istifadə etməklə sadalanan məqsədlərin (nəticələrin) məqsədəuyğun gediş prosesinin 

qiymətləndirilməsi və həmin məqsədlərə nail olmağın nəticəsinin ölçülməsi (indikatorları) baş verir. 

İKT-nin vasitələrini dərs intizamlarında tətbiq etmək üçün, həmin vasitələrlə dərs intizamlarının  

bir-biri ilə inteqrasiyaya yönəlmiş fəallıqları, dərs planını və kurrikulumu yaratmaq üçün məktəblər 

və konkret olaraq müəllimlər qarşıdakı sənəddən istifadə edə bilərlər.   Çərçivə şagirdin tələblərini 

nəzərə alan və onun maraqlarına uyğun olan, şagirdin dərs prosesində həyat vərdiş-bacarıqlarının 

inkişaf etdirilməsi və formalaşdırılmasına şərait yaradan məzmun və materialın yaradılmasına 

dəstək göstərmək məqsədini daşıyır.

Aşağıda altı  əsas istiqamət və hər bir istiqamətə əsasən əldə edilən nəticələr verilmişdir. Nəticələr 

tədrisin birinci (ibtidai), ikinci (baza məktəbi) və üçüncü (orta məktəb) pillələrdə fərqlənmir. Tədrisin 

müxtəlif pillələrində nəticələrin nailiyyət dərəcəsi və dərinliyi fərqlidir, indikatorlar nəticələrə əsasən 

əks etdirirlər. İndikatorların böyük hissəsi iki və ya çox nailiyyətin səviyyəsini ölçür, tez-tez  bir 

konkret nəticəyə diqqət yetirir.



Tədrisin hər pilləsində əldə edilən nəticələr

Əsas anlayışlar və əməllər

1

Şagird





 İKT vasitələrinin təyinatı və onların hərəkətinin əsas prinsiplərinin anlanılmasını 

nümayiş etdirir.  (kompüteri qoşmaq, yükləmək, söndürmək). 



İKT

 –nin vasitələri ilə yanaşmadan düzgün istifadə edir, həmin vasitələrin uğurlu fəaliyyət 



göstərməsi üçün (maus, klaviatura, monitor, printer və s.) qurğulardan düzgün istifadə 

edir.


İKT

 vasitələrindən bacarıqla istifadəni nümayiş etdirir.



Sosial, etik, mühitin mühafizəsi və insan amilləri ilə əlaqədar problemlər

2

İKT

 vasitələrinin istifadəsinin etika, mədəni və mühit  mühafizəsi ilə əlaqədar problemlərini 



müəyyən edir.

Etika və mövcud qanunvericiliyə riayət etməklə 



İKT  vasitələrindən, informasiya və proqram 



İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T.  - 4

təminatından istifadə edir.

İKT

  vasitələrinin həm əməkdaşlıq, eləcə də özünün biliyinin dərinləşdirilməsi, maraqlara 



və nailiyyətlərə olan meylinin həyata keçirilməsi üçün alətlə səmərəli işin  müsbət tərəflərini 

təyin edir.



İKT məhsulunu yaradan texnoloji vasitələr

3

Təhsilinin yaxşılaşdırılması  və yaradıcılıq prosesinin həvəsləndirilməsi üçün İKT-dən 



istifadə edir.

Sinif yoldaşları ilə birlikdə texnoloji cəhətdən təkmilləşdirilmiş modelləri hazırlayarkən İKT 

vasitələrindən istifadə edir; nəşriyyat işləri və digər yaradıcılıq işlərində (məs., fotoşəkillərin 



internet-səhifəsində sərgisi), elektron formatda orijinal işlər hazırlayır və göstərir; 

Kommunikasiyanın texnoloji vasitələri

4

Həmyaşıdları, müəllimləri və digərləri ilə ünsiyyət zamanı müxtəlif növ xəbərdarlıqları, 



elanları dərc etmək üçün İKT vasitələrindən istifadə edir.

Özü  tərəfindən  hazırlanan  informasiyanın  ictimaiyyətlə  mübadiləsi  məqsədilə  fərqli 

formatlardan istifadə edir.



Texnoloji təhlil vasitələri

5

Şagird müxtəlif mənbələrdən informasiyanın alınması, onların gələcəkdə qiymətləndirilməsi 



və təhlili üçün İKT vasitələrindən (məs., axtarıcı sistem) istifadə edir.

informasiyanın saxlanılması, göstəricilərin işlənib hazırlanması və təhlili üçün, gələcəkdə 

nəticənin başqalarına ötürülməsi məqsədilə İKT vasitələrindən istifadə edir.



Qarşıda  duran  məsələyə  uyğun  olaraq  İKT  sahəsində  mövcud  yenilikləri  (məs.,  yeni 

proqramla təminat) və resursları dəyərləndirir və onlardan effektiv şəkildə istifadə edir.



Problemlərin həllində və qərar qəbulunda texnoloji vasitələr

6

Problemin həllində və düşüncəli qərar qəbulunda/seçimində İKT vasitələrindən və elektron 



formatda olan informasiyadan istifadə edir.

Məişət məsələlərinin həlli, real vəziyyətə aid problemlərin həlli yollarının planlaşdırılması 

və həyata keçirilməsi məqsədilə İKT vasitələrindən istifadə edir.




İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T. - 5



İndikatorlar

İbtidai pillə (1-6 siniflər)

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT ilə qarşılıqlı hərəkət çağırışından istifadə edir.

1.


Şagird  İKT  vasitələrinin  fəaliyyəti  üçün  daxil  etmək  (maus,  klaviatura)  və  çıxarmaq 

qurğularından (monitor, printer)  istifadə edir. (1)



Müəllim tərəfindən keçirilən və ya sərbəst dərs fəallıqları zamanı İKT-nin vasitələrindən 

istifadə edir. (1, 3)



Müxtəlif İKT-nin vasitələrini təyin edir və adlandırır və onlar haqqında söhbət aparan zaman 

düzgün terminologiyadan istifadə edir. (1)



Tədris prosesində internetdə həmin yaş dövrü üçün mövcud olan uyğun resurslardan (məs., 

təhsil proqramları, interaktiv kitablar, şəkillər və s.) istifadə edir. (1)



İKT-nin vasitələrindən istifadə zamanı qrupda həm sinif yoldaşları ilə, eləcə də sinif otağından 

kənarda valideynlər və müəllimlərlə əməkdaşlıq edir. (elektron poçt). (2)



İKT-dən 

istifadə edərkən, məktəbin yerli şəbəkəsi və internetdən faydalanan zaman  müsbət 



sosial və etik davranışı nümayiş etdirir. (2) 

İKT-nin vasitələri və proqram təminatının etik şəkildə istifadəsi haqqında müzakirə aparır.  



(2) 

Sinif yoldaşlarının, müəllimin və ya valideynin köməyi ilə onun yaş qrupu üçün uyğun 

multimediya məhsulunu hazırlayır. (3)



Məsələlərin həlli, anlayışların, ideyaların və tarixi hadisələrin əyani şəkildə təqdim edilmə 

məqsədilə İKT-nin informasiya resurslarından istifadə edir (məs., vizual material, dərs 



oyunları). (3, 4, 5, 6) 

İnformasiyanı əldə edir və kommunikasiya vasitələrindən istifadə etməklə onu başqaları 

eləcə də, sinif yoldaşları, müəllimi və ya valideynin yardımı ilə mübadilə edir.(4)




İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T.  - 6



Baza məktəbi (7-9 siniflər)

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT-nin uğurlu çalışması və effektiv şəkildə istifadəsi üçün daxil etməkdən, klaviaturadan 

(maus, idarə pultu  və sairə) və  çıxarılma qurğularından (monitor, printer), eləcə də müxtəlif 



növ adapterlərdən (USB) istifadə edir (1) 

İKT-dən istifadənin gündəlik nümunələrindən istifadə edir; onların üstünlükləri və çatışmayan 

cəhətləri barədə, istifadə hüdudlarını müzakirə edir. (1, 2) 



İKT vasitələrini və informasiyanın etik istifadə problemlərini müzakirə edir və şəxsi və ya 

başqalarının təcrübələri əsasında (məs., informasiya mediyası və ya məktəb şəbəkəsindən 



sanksiyasız istifadə) qeyri-etik istifadə nəticələrini qeyd edir. (2) 

Ümumi  bacarıqlarını  təkmilləşdirmək  və  əsas  dərs  intizamında  öz  nailiyyətlərini 

yaxşılaşdırmaq üçün İKT vasitələri və qlobal şəbəkədə mövcud informasiyadan istifadə 



edir. (3) 

Fərdi və qrup işi üçün (multimediyanın işlənib hazırlanma vasitələri, proqram təminatı, 

təqdimat və internet səhifələrin redaktorları, skaner) elektron formatda çapı, kommunikasiyanı, 



nəşriyyat və yaradıcılıq işləri məqsədini daşıyan İKT vasitələrindən istifadə edir, hansı ki, 

həm məktəbin daxilində, eləcə də onun kənarında (bədii layihələr) təhsil dəyəri olan məhsulu 

yaratmaqdan ibarətdir. (3, 4) 

Distansion  informasiyanın  əlçatılması,  həmin  informasiyanın  saxlanılması,  işlənib 

hazırlanması, təhlili və gələcəkdə ötürülmə məqsədi üçün kommunikasiya vasitələrindən  



istifadə edir ki, birbaşa və ya vasitəsiz şəkildə şagirdə dərs prosesində və ya şəxsi maraqlarının 

və meyllərinin həyata keçirilməsində yardım etsin. (4) 

 Yaş xüsusiyyətlərinə uyğun maraqları, meylləri həyata keçirmək, problemləri həll etmək,  

başqaları ilə ünsiyyət saxlamaq və əməkdaşlıq etmək məqsədilə İKT vasitələrindən və qlobal 



şəbəkədən (elektron poçt, açıq forumlar, internet) istifadə edir; eləcə də geniş auditoriya 

üçün ayrılan işi yaratmaq məqsədilə.  (4, 5) 

Məsələnin həlli, problemin həlli və digər sinif və ya sinifdənxaric akademik nailiyyətlər 

üçün İKT-nin resurslarından (kalkulyator, göstəriciləri toplayan qurğular, audio və video 



dərs materialı) və elektron informasiyadan istifadə edir. (5, 6)

İKT vasitələrinin istifadəsinin nə zaman effektiv və məqsədəuyğun olmasını müzakirə edir; 

uyğun vasitəni seçir və başqa-başqa tapşırıqların yerinə yetirilməsində və qarşıya qoyulan 



məqsədlərin həyata keçirilməsində ondan istifadə edir. (5, 6) 

Elektron  formatda  verilən  resursları,  informasiyanın  dəqiqliyini,  obyektivliyini,  onun 

məqsədəuyğun olmasını və təyin edilənlə uyğunluğunu dəyərləndirir. (6)



Orta məktəb, 10-12 siniflər

Nəticə əldə edilmişdir, əgər şagird:

İKT-nin uğurlu çalışması və effektiv şəkildə istifadəsi üçün daxil etməkdən, klaviaturadan 

(maus, idarə pultu  və sairə) və  çıxarılma qurğularından (monitor, printer), eləcə də müxtəlif 



növ adapterlərdən (USB) istifadə edir (1) 

Müasir və qabaqcıl İKT vasitələrinin imkanlarını, onların istifadə hüdudlarını seçir və təyin 




İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T. - 7

edir, İKT-nin vasitələrindən uyğununu seçir və məqsədəuyğun şəkildə şəxsi və  ya dərs 

prosesinin tələblərindən irəli gələrək ondan istifadə edir. (2) 

İKT resursları və xidmətinin eyni və ya müxtəlif vasitələri arasında düzgün seçim edir. 



(1, 



2) 

İnsan fəaliyyətinin sahələrində və ümumiyyətlə müasir cəmiyyətdə  İKT-nin geniş və artan 

istifadəsinin üstünlüyü və çatışmayan cəhətlərini təhlil edir və  müzakirə edir. (2) 



İKT vasitələri və informasiyanın etik istifadə problemlərini müzakirə edir və şəxsi və 

ya başqalarının təcrübələri əsasında (məs., informasiya mediyası və ya məktəb şəbəkəsi 



sanksiyasız istifadə) qeyri-etik istifadə nəticələrini qeyd edir. (2) 

Gündəlik həyatda, informasiyanın idarəsi və kommunikasiya üçün (maliyyə informasiyası, 

cədvəl, ünvanlar, elektron poçtla yazışmavə sairə) İKT vasitələrindən istifadə edir.  (3, 4) 



İKT-yə əsaslanan distansion və bölünən tədris imkanları ilə tanış olur, onları qiymətləndirir 

və tədrisin növbəti mərhələsi üçün hazırlıq prosesində onlardan istifadə edir. (5) 



Başqaları ilə əməkdaşlıq etmək, təhsil təyinatlı  materialın təhlili, nəşri, kommunikasiya və 

cəmiyyətdə öz işini başqa forma ilə daxil etmək üçün sistematik və effektiv şəkildə elekton 



resurslarından istifadə edir (məs., bədii layihələr).(4, 5, 6)

Dərs intizamlarında təhlil, informasiyanın analizi, problemin həlli məqsədilə  İKT vasitələrini 

seçir və istifadə edir (məs., elektron cədvəllər). (4,5)



Başqa-başqa  server-xidmət  növü,  simulyasiya  proqramları  (məs.,  virtual  laboratoriya, 

riyaziyyatda və təbiət fənlərində apletlər) ilə tanış olur və dəyərləndirir; real, hadisəyə uyğun 



vəziyyət üçün onları axtarır və istifadə edir. (3, 5, 6)

Məzmunla əlaqədar milli resursların axtarılması, onların elektron formatda hazırlanması, 

yaranması, nəşr edilməsi və yayılması məqsədilə İKT vasitələrindən istifadə etməklə sinif 



yoldaşları, müəllim və digər maraqlı şəxslərlə əməkdaşlıq edir. (4, 5, 6) 

Çərçivənin realizasiyası məqsədini daşıyan proqram təminatının natamam siyahısı

Əməli sistemlər

Linux 

(Edu-Buntu, RedHat Linux, Fedora və ya digər distributivlər).



MS Windows

Apple OS X 





Veb-brauzer, internet-səhifələrinin redaktə edilməsi üçün aid edilən proqramlar

FireFox 


http://aiet.qartuli.net/projects/mozilla_en.php

Bluefish (brauzer və və redaktor) 

http://dec.iliauni.edu.ge/MADLInux/



Netscape (brauzer və və redaktor - Composer)

Internet Explorer və sairə.






İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T.  - 8



Mətni redaktorlar

Open Office.org Writer

KWord, 


http://dec.iliauni.edu.ge/MADLInux/

Google- tərəfindən əldə edilən və təkmilləşdirilən  Writely 

http://www.writely.com/



TextPad (Windows sistemi üçün ayrılan pulsuz çoxtəyinatlı redaktor) 

http://www.textpad.



com/

 MS Word və sairə.



Təqdimat redaktorları

KPresent, 

http://dec.iliauni.edu.ge/MADLInux/



Open Office.org Impress

MS Power Point.





Elektron cədvəllər

KSpreadsheet, 

http://dec.iliauni.edu.ge/MADLInux/



Open Office.org Calc

Google.com Spreadsheets 



http://labs.google.com/

MS Excel və sairə.



Göstəricilər bazası  (yalnız məktəbin idarə prosesi üçün istifadə)

Open Office.org Base.

MS Access





İctimai elmlər (veb-resurslar)

Gürcü ədəbiyyatı, “Maral sıçrayışı”nın layihələri

http://www.dlf.ge/ge/projects/

http://lib.ge/

Gürcüstan tarixi

http://www.matiane.com/



İngilisdilli ədəbiyyat

Qutenburq layihəsinin rəsmi internet səhifəsi

http://promo.net/pg/




İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T. - 9



Rusdilli ədəbiyyat

http://lib.ru/



Başqa-başqa

Gürcü dilində vikipediya sənədləri

http://ka.wikipedia.org/wiki

Edu-Buntu-ya analoq olan əlavə edu-paket

Əlufba, dil

KMessedWords –hərflərin ardıcıllığı  

Kletters – əlifbanın dərs proqamı     



KHangMan- sözlərin təyin edilməsinə dair oyun  

KLatin- latının təkrarı və sairə.





Riyaziyyat 

KmPlot – funksiyanın qrafiklərinin vizualizasiya proqramı

Kbruch- kəsr əməlləri



Kpercentage –faiz üzərində əməllər  

Kig - (2D) İnteraktiv həndəsə, planimetriya



K3Dsurf - (3D)  riyazi məkan modelləri



Faydalı internet resurslar

http://soft.dlf.ge



Təbiət elmləri

Kalzium-kimyəvi elementlərin dövri sistemi

Kstart – virtual planetarium  





Faydalı internet resurslar

http://soft.dlf.ge

The  Iridium  Project  –  kimyanın  virtual  laboratoriyası  ,  Karneqi  Meloun  Universitetinin 

layihəsi


http://www.chemcollective.org/vlab/vlab.php


İnformasiya və kommunikasiya 

texnologiyaları

2009

Gir. İ.K.T.  - 10

Kimya üzrə virtual tədqiqatlar – Oksford Universitetinin internet-səhifəsi

http://www.chem.ox.ac.uk/vrchemistry/

Peter Falstadın internet səhifəsi – Fizikanın apletləri

http://www.falstad.com/



Başqa-baqşa

Ktouch – klaviatura üzərində “kor tərtibat” dərs proqramı 





Yüklə 349,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə