İnformasiyanın yüklənmə qabiliyyətinə görə registrlər



Yüklə 199,81 Kb.
tarix31.12.2021
ölçüsü199,81 Kb.
#82278
C fakepathREGISTR 2021


Registrlər

Məntiq elementlərindən və triggerlərdən təşkil olunan və ikilik kodların müvəqqəti olaraq saxlanılması üçün istifadə edilən sxemlər "qeydedicilər" və ya registrlər adlanır. Registrlər və sayğaclar arasında yeganə fərq registrlər sayğacdakı kimi həmişə müəyyən bir sayma sırasını təkrarlaya bilmir. Registrlər məlumatların kompüterlərdə saxlanması, iki tərəfli toplayıcı / çıxma dövrələrində məlumatların saxlanması və məlumatların ötürülməsi, sayğaclarda yaddaş vahidləri kimi və s. yerlərdə istifadə olunur.

Registrlar informasiyanın yüklənə formasına və məlumat giriş-çıxış modelinə görə təsnif edilə bilər.

Məlumatların yüklənmə qabiliyyətinə görə registrləri təsnifləşdirməkdə; bütün məlumatların triggerlər eyni anda yükləndiyi registrlər “paralel registrlər (parallel registers)” olaraq adlandırılarkən, məlumatların bir-bir yükləndiyi və sürüşdürüldüyü registrlər “ardıcıl registrlər (serial registers) və ya sürüşdürücü registrlər” (shift registers) olaraq adlandırılar.

Registrlərdə məlumatların giriş-çıxış sxeminə görə təsnif edilir; məlumatın ardıcıl və ya paralel olaraq giriş və çıxışlarda meydana gələ biləcəyi əsas götürülür. Bu istinada görə 4 fərqli vəziyyət meydana gələr: ardıcıl giriş-ardıcıl çıxış, ardıcıl giriş-paralel çıxış, paralel giriş-ardıcıl çıxış, paralel giriş-paralel çıxış.
İnformasiyanın yüklənmə qabiliyyətinə görə registrlər

Registrlərin məlumatın yüklənməsi istinad alınaraq paralel registrlər və ardıcıl registrlər şəklində alt siniflərə ayrılırlar.



Paralel Registrlər: Bütün məlumatların bütün triggerlərə eyni anda yükləndiyi registrlərə 'paralel registrlər olaraq adlandırılır. Paralel registrlərdə məlumatın yüklənmə prosesi sinxron və ya asinxron olaraq həyata keçirilir. Takt girişi istifadə edilmədən məlumatların qurma girişinin köməyi ilə yükləndiyi registr dövrələri 'asinxron paralel registrlər olaraq adlandırılarkən, məlumatların yüklənməsi üçün takt girişindən istifadə edildiyi dövrələr isə sinxron paralel registrlər olaraq adlandırılır. Yeni məlumatların yüklənməsi zamanı takt girişindən istifadə edilməyən asinxron paralel yazıcı dövrələrində hər yeni məlumatın yüklənməsindən əvvəl triggerlərin sıfıra gətirilməsi lazımdır (Şəkil 12.23).



Paralel asinxron registr

Məlumatların yüklənənilməsində əvvəl edilməsi lazım olan sıfırlama əməliyyatı sıfıra gətirmə girişinin (R) aktiv edilməsiylə həyata keçirilir. Triggerlərin aktiv edilməsilə yüklənəcək məlumatlar məlumat girişləri olaraq istifadə edilən “NAND” elementinin girişinə tətbiq olunur. Qurma girişi “1” olduğu zaman istənilən məlumatlar registrlərə ötürülə bilər. Bunun mənası; məlumat girişlərinə tətbiq olunan məlumatlarının registrlərə yüklənməsini istədiyimiz anda qurma girişinin '1' olması kafidir. Registrə yüklənən məlumatlar bir sonrakı sıfıra gətirmə əməliyyatına qədər triggerlərdə saxlanılır.

Giriş məlumatlarının registrə yüklənməsi üçün lazımlı takt siqnallarının eyni anda ,eyni mənbədən tətbiq olunduğu paralel ragistrləri sinxron paralel registrlər olaraq adlandırılar. D tipi triggerlərdən istifadə edilən bu cür registrlərin “Clk” girişi “1” olarsa girişdən triggerlərə tətbiq olunan məlumatları yükləməyə və çıxışa tətbiq etməyə imkan verir. “Clk” girişinin “0” edilməsi vəziyyətində isə, girişdən tətbiq olunan məlumat çıxışdan alına bilməz (Şəkil 12.24).



Sinxron paralel registr

25.74LS75 Sinxron paralel registrinin prinsipial sxemi



Sinxron paralel registrlərə nümunə olaraq 74LS75 4-bit registr mikrosxemi verilə bilər. Sturukturunda D tipi triggerlədən istifadə edildiyi bu mikrosxemdən iki ədəd iki bit və ya bir ədəd dörd bit regstr olaraq istifadə edilə bilər (Şəkil 12.25). Mikrosxemdə “enable-E” girişinin bütövlükdə hər bir elementi ilə əlaqəsi olduğundan bütün triggerlərin eyni anda işə hazır hala gəlməsi idarə olunur.
Yüklə 199,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə