İnfraqırmızı şüalanmalar diapazonunu dalğa uzunluq­la­rına görə üç sahəyə ayırmaq olar



Yüklə 16,85 Kb.
tarix13.05.2022
ölçüsü16,85 Kb.
#86941

3.5.4. İnfraqırmızı şüalanmadan mühafizə
İstehsalat şəraitində infraqırmızı (istilik) şüalanmaların mənbələri açıq alov, qızdırıcı sobalar, əridilmiş və qızdırılmış metal, texnoloji avadanlığın qızmar səthləri, süni işıqlandırma cihazları və s. ola bilər. İnfraqırmızı şüalanmalar insan orqaniz­minin xarici mühitlə istilik mübadiləsində mühüm rol oynayır. Bu şüalanmaların insana istilik təsiri effekti enerji axını sıxlığından, təsiretmə müddətindən və şüalanmanın dalğa uzunluğundan asılı olaraq müxtəlif olur.

İnfraqırmızı şüalanmalar diapazonunu dalğa uzunluq­la­rına görə üç sahəyə ayırmaq olar: A sahəsi (λ=700¸1500nm); B sahəsi (λ=1500¸3000nm); C sahəsi (λ>3000nm)



A sahəsindəki şüalanma dəri örtüyündən yüksək nüfuz­etmə qabiliyyətinə malikdir, qan və dərialtı piy qatı tərəfindən yaxşı udulur. BC sahələrindəki şüalanmaların böyük qismi dərinin xarici qatı tərəfindən udulur.

İnsanın infraqırmızı şüalanmalar zonasında uzun müddət olması nəticəsində orqanizmdə istilik balansının kəskin pozul­ması baş verir, bədənin hərarəti yüksəlir, tərləmə güclənir və orqanizmə zəruri olan duzların itirilməsinə gətirib çıxarır. İnfraqırmızı şüalanmaların uzun müddət təsiri gözün katarakt xəstələnməsinə səbəb ola bilər.

İnfraqırmızı şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol verilən səviyyələri cəd­vəl 3.12-da verilmişdir.
Cədvəl 3.12

İnfraqırmızı şüalanmaların enerji axını sıxlığının dalğa uzunluğundan asılı olaraq yol verilən səviyyələri



İnfraqırmızı şüalanmalar sahəsi

Dalğa uzunluğu, nanometr (nm)

Enerji axını sıxlığının yol verilən səviyyəsi, W/m2

A

700 -1500

100

B

1500 – 3000

120

C

>3000

150

İş zonası havasına olan tələbələrə uyğun, dövlət standartına görə texnoloji avadanlığın və işıqlandırma cihazla­rı­nın qızmar səthlərindən ayrılan istilik şüalanmalarına işçilə­rin məruz qalma intensivliyinin yol verilən normaları cədvəl 3.13-də verilmişdir.


Cədvəl 3.13

İstilik şüalanmalarına işçilərin məruz qalma intensivliyinin yol verilən normaları



Şüalanmaya məruz qalan sahə

Şüalanmaya məruz qalma intensivliyinin yol verilən normaları, W/m2

Bədənin səthinin 50% və daha artıq sahəsi

35

Bədənin səthinin 25 – 50% sa­hə­si

70

Bədənin səthinin 25%-dən az sahəsi

100

Açıq istilik mənbələrindən (qızdırılmış metal, şüşə, açıq alov və s.) işçilərin şüalanmaya məruz qalma intensivliyi 140Wt/m2-dan artıq olmamalıdır, şüalanmaya məruz qalan sahə bədəninin səthinin 25% - dən artıq olmamalı və bu zaman fərdi mühafizə vasitələrindən, o cümlədən sifəti və gözləri qoruyan vasitələrindən istifadə edilməlidir.

Daimi və müvəqqəti iş yerlərində istilik şüalanmasının intensivliyinin təyin edilməsi (ölçülməsi) hər bir istilik mənbə­yinin maksimum istilik şüalandırma istiqamətində aparılmalı və şüalanmanı ölçən cihaz qəbuledicisi düşən şüa axınına perpendikulyar olaraq döşəmədən (və ya iş meydan­çasından) 0,5m; 1,0m və 1,5m hündürlükdə yerləşdirilməlidir. Alınan nəticə cədvəl 3.13-də göstərilən yolverilən hədlə müqayisə edilməlidir.

İstilik şüalanması səthlərinin temperaturunu ölçmək üçün aktinometr, bolometr və elektrotermometr tipli cihazlardan istifadə edilir.

İnfraqırmızı şüalandırıcılardan mühafizə üçün qızmar səthlərin istilik izolyasiyası, istilik şüalandıran səthlərin soyu­dul­­ması, işçinin istilik şüalandırma mənbələrindən uzaqlaş­dı­rılması (istehsal proseslərinin uzaqdan idarə edilməsi və avtomatlaşdırılması), aerasiyanın və hava şırnaqlarının tətbiq edilməsi, şüalanma mənbəyinin ekranlanması, iş kabinələrin­dən və fərdi mühafizə vasitələrindən istifadə edilir.

İnfraqırmızı şüalanma mənbələrini ekranlamaq üçün şüanı əks etdirən və ya şüanı udan materiallardan hazırlanmış konstruksiyalardan istifadə edilir. Konstruksiyalar stasionar və səyyar ola bilər. Bunlar, mənbəyi nəinki istilik şüalanmaların­dan, həm də qığılcımlardan, ərimiş metal hissəciklərindən və s. mühafizə edə bilər.

Şüalanmanı əks etdirən ekranlar kərpicdən, alüminium­dan, asbestdən, alfoldan (üzünə alüminium folqa çəkilmiş asbest) və ya metal tordan hazırlanır. Ekranlar birqat və çoxqat ola bilər. Çoxqat ekranlarda qatlararası hava ekranlamanın səmərəliyini daha da artırır.

Şüa udan ekranlar istiliyi pis keçirən materiallardan hazırlanmış pərdələr, şitlər formasında olur. Pərdələr xırda metal zəncirlərdən hazırlanır və bilavasitə şüa yayılan oyuqların qarşısına qoyulur, bunlar şüa axınını 60-70% azaldır. Pərdələr nazik su qatı formasında da hazırlana bilər, bunlar şüa axınını 90%-ə qədər azaldır.



İnfraqırmızı şüalanmadan fərdi mühafizə vasitələri kimi, odadavamlı maddələr hopdurulmuş kətan parçadan hazırlanmış xüsusi üst geyim, yüksək hərarətə davamlı xüsusi ayaqqabı, işıq süzgəcli şüşədən hazırlanmış mühafizə eynəyi, əlcəklər və mühafizə kaskalarından istifadə edilir.
Yüklə 16,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə