İnfrastrukturun reabilitasiyası



Yüklə 34,85 Kb.
tarix08.11.2018
ölçüsü34,85 Kb.
#79180

Əlavə 1

İnfrastrukturun reabilitasiyası

Hesabat dövründə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi etnik azlıqların kompakt məskunlaşdığı regionların inkişafı istiqamətində aşağıdakı işləri görmüşdür:



Kvemo Kartli regionu


  1. Rustavi

  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Rustavi bələdiyyəsində ümumi dəyəri 6 757 000 lari təşkil edən 15 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 3 592 000 lari təşkil edən “ Məhəllədaxili həyətlərin və beton örtüklərin reabilitasiyası” layihəsi, həmçinin ümumi dəyəri 715 260 lari olan “Rustavi şəhərində uşaq əyləncə məkanlarının təşkili” layihələri də qeyd edilməlidir.




  1. Bolnisi bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Bolnisi bələdiyyəsində ümumi dəyəri 1 554 500 lari təşkil edən 7 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 557 000 lari təşkil edən “Bolnisi şəhər küçələrində yağış suları üçün drenaj sisteminin təşkili işləri” layihəsi, həmçinin Bolnisi bələdiyyəsində ümumi dəyəri 997 000 lari olan uşaq bağçalarının reabilitasiyası layihələri də qeyd edilməlidir. Qeyd edilmiş layihələr çərçivəsində 4 uşaq bağçasının binasında reabilitasiya işləri həyata keçirildi.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində bələdiyyədə ümumi dəyəri 1 259 243 lari olan 60 layihə həyata keçirildi.



  • Bələdiyyələrin inkişafı fondu tərəfindən Bolnisi bələdiyyəsində dəyəri 4 644 150 lari təşkil edən Bolnisi şəhərinin su təchizatı sisteminin reabilitasiyası (9/15/2014-3/14/2016) ilə bağlı 1 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdilir.



  • Gürcüstan bərk məişət tullantılarının idarə olunması şirkəti” MMC-si tərəfindən Bolnisi bələdiyyəsində 317 600 lari dəyərində Bolnisi şəhərində məişət tullantıları poliqonlarının abadlaşdırılması, təmiri və quraşdırılması (1/20/2015-19/05/2015) işləri üzrə 1 layihə həyata keçirildi.



  1. Qardabani bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Qardabani bələdiyyəsində ümumi dəyəri 3 540 000 lari olan 18 layihə maliyyələşdirildi. Onlar sırasında 341 000 lari dəyərində olan “Qardabani şəhərində daxili yolun reabilitasiyası” layihəsi , həmçinin Qardabani bələdiyyəsi kəndlərində ümumi maliyyə dəyəri 548 350 lari olan içməli su sistemlərinin daxili şəbəkələrinin reabilitasiyası üzrə layihələr də qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Qardabani bələdiyyəsində ümumi maliyyə dəyəri 1 553 587 lari olan 62 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Qardabani bələdiyyəsində dəyəri 685 869 lari təşkil edən Qardabani bələdiyyəsi Muxrani kəndinin daxili yollarının reabilitasiyası (25/12/2014-5/18/2015) üzrə 1 layihə maliyyələşdirildi və həyata keçirildi.




  1. Dmanisi bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Dmanisi bələdiyyəsində ümumi dəyəri 1 647 000 lari olan 4 layihə maliyyələşdirildi. Onlar sırasında 600 000 lari dəyərində olan “D.Dmanisi –Dmanisi –Qomareti dövlət əhəmiyyətli yoldan İpnari-Qızılhacılı kəndinə gedən yolun reabilitasiyası” layihəsi , həmçinin ümumi maliyyə dəyəri 175 000 lari olan “Qomareti kəndi dağ suyu baş tikilisi və 6 km magistral xəttin reabilitasiyası ” layihələri də qeyd edilməlidir.




  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Dmanisi bələdiyyəsində ümumi maliyyə dəyəri 659 778 lari olan 92 layihə həyata keçirildi.



  1. Tetridzğaro bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Tetridzğaro bələdiyyəsində ümumi dəyəri 1 334 000 lari olan 8 layihə maliyyələşdirildi. Onlar sırasında ümumi maliyyə dəyəri 931 700 lari olan Tetridzğaro şəhəri küçələrinin asfaltlanması istiqamətində görülən işlər də qeyd edilməlidir.




  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Tetridzğaro bələdiyyəsində ümumi maliyyə dəyəri 714 804 lari olan 89 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Tetridzğaro bələdiyyəsində dəyəri 4 759 850 lari təşkil edən Tetridzğaronun daxili yollarının və körpülərin reabilitasiyası (5/1/2015-12/1/2015) və Tetridzğaro şəhəri su təchizatı sisteminin reabilitasiyası (4/17/2015-1/12/2016) üzrə 2 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdirilir.




  1. Marneuli bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Marneuli bələdiyyəsində ümumi dəyəri 4 461 800 lari olan 8 layihə maliyyələşdirildi. Onlar sırasında ümumi maliyyə dəyəri 779 000 lari olan “Sadaxlı kəndində içməli suyun daxili şəbəkəsinin reabilitasiyası” layihəsi, həmçinin ümumi dəyəri 593 700 larilik “Tamarisi kəndinin daxili yollarının reabilitasiyası” layihəsi qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Marneuli bələdiyyəsində ümumi maliyyə dəyəri 1 999 451 lari olan 95 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Marneuli bələdiyyəsində dəyəri 449 776 lari təşkil edən Marneuli şəhərində, 26 May küçəsində 2 saylı uşaq bağçasının reabilitasiyası (9/3/2015-2/3/2016) üzrə 1 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdirilir.



  • Birləşmiş su təchizatı şirkəti” MMC tərəfindən Marneuli bələdiyyəsində ümumi dəyəri 684 862 lari olan baş tikilinin reabilitasiyası, mərkəzi su boru kəməri və şəhərdaxili paylayıcı şəbəkənin reabilitasiyası (3/09/2014-25/02/2015) ilə bağlı layihə maliyyələşdirildi və həyata keçirildi.



  1. Zalqa bələdiyyəsi



  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Zalqa bələdiyyəsində ümumi dəyəri 1 467 000 lari olan 2 layihə maliyyələşdirildi. Onlar sırasında ümumi maliyyə dəyəri 807 700 lari olan “Zalqa bələdiyyəsi Avranlo kəndi su kəmərinin reabilitasiyası və quyuların təşkili” layihəsi qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Zalqa bələdiyyəsində ümumi maliyyə dəyəri 532 806 lari olan 53 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Zalqa bələdiyyəsində dəyəri 3 746 188 lari təşkil edən Zalqa şəhəri su təchizatı sisteminin reabilitasiyası (5/28/2015-11/18/2016), ilə bağlı 1 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdirilir.




  1. Kvemo Kartli regionu



  • Avtomobil yolları departamenti tərəfindən ümumi dəyəri 20 692 900 lari olan 7 layihə maliyyələşdirildi. Layihələrin həcmindən irəli gələrək cari 2 layihə üzərində iş 2016-cı ilin ikinci rübündə başa çatdırılacaq.



Samsxe-Cavaxeti regionu

  1. Axalsixe bələdiyyəsi



  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Axalsixe bələdiyyəsində ümumi dəyəri 3 527 000 lari təşkil edən 11 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 588 875 lari təşkil edən “Tzğruti-Çvinta-Eliadzmindanın 2,7 km uzunluğunda olan avtomobil yolunun reabilitasiyası” layihəsi, həmçinin ümumi dəyəri 1 549 000 lari olan Axalsixe şəhər küçələrinin reabilitasiyası layihəsi də qeyd edilməlidir. Qeyd edilmiş layihələr çərçivəsində Axalsixe şəhərində 12 küçədə yağış suyu kanalları quraşdırıldı və asfalt-beton örtüyü döşəndi.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Axalsixe bələdiyyəsində ümumi dəyəri 650 590 lari olan 55 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Axalsixe bələdiyyəsində dəyəri 2 070 700 lari təşkil edən Axalsixe və Aspindzanın su təchizatı sisteminin reabilitasiyası (10/13/2014-11/12/2015), ilə bağlı 1 layihə maliyyələşdirildi və həyata keçirildi.



  1. Axalkalaki bələdiyyəsi




  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Axalkalaki bələdiyyəsində ümumi dəyəri 2 594 000 lari təşkil edən 5 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 868 374 lari təşkil edən “Axalkalaki-Diliski kəndinin 1,75 km uzunluğunda olan avtomobil yolunun asfalt-beton örtüyü ilə döşənməsi və yağış suları sisteminin təşkili” layihəsi, həmçinin, ümumi dəyəri 594,743 lari olan “Sulda-Dadeşi-Miasnikiani kəndləri içməli su şəbəkəsinin təşkili” layihəsi də qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Axalkalaki bələdiyyəsində ümumi dəyəri 1 067 602 lari olan 137 layihə həyata keçirildi.




  1. Adigeni bələdiyyəsi




  • Regionlarda həyata keçirilməli layihələr fondu çərçivəsində, Adigeni bələdiyyəsində ümumi dəyəri 1 887 000 lari təşkil edən 5 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 639 600 lari təşkil edən “Kurtsxaninin içməli su şəbəkəsinin reabilitasiyası” layihəsi, həmçinin ümumi dəyəri 390,000 lari olan “Kiçik Smadi kəndinin yerli əhəmiyyətli avtomobil yolunun reabilitasiyası” layihəsi də qeyd edilməlidir.




  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Adigeni bələdiyyəsində ümumi dəyəri 545 017 lari olan 80 layihə həyata keçirildi.



  1. Aspindza bələdiyyəsi

  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Aspindza bələdiyyəsində ümumi dəyəri 1 658 000 lari təşkil edən 4 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 588 875 lari təşkil edən “Orqora, Sağudabeli, Dzveli, Çobareti kəndlərinin gediş-gəliş təyinatlı 2,6 km uzunluğunda olan avtomobil yolunun reabilitasiyası” layihəsi, həmçinin, ümumi dəyəri 405 460 lari olan “Aspindza qəsəbəsində Ağmaşenebeli, Paliaşvili, Arağişvili küçələrinin reabilitasiyası” layihəsi də qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Aspindza bələdiyyəsində ümumi dəyəri 277 262lari olan 29 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Axalsixe bələdiyyəsində dəyəri 1 285 000 lari təşkil edən Aspindzanın 1 və 2 saylı uşaq bağçalarının reabilitasiyası (3/12/2015-1/12/2016) və Vani mağara keşişləri monastırı və Dzunda məbədinə gedən yerli əhəmiyyətli yolların reabilitasiyası (9/15/2015-12/15/2015) üzrə 2 layihə maliyyələşdirildi və həyata keçirildi.




  1. Ninodzminda bələdiyyəsi




  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Ninodzminda bələdiyyəsində ümumi dəyəri 1 488 000 lari təşkil edən 3 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 520 000 lari təşkil edən “Qandza kəndinin 1 km uzunluğunda olan avtomobil yolunun asfaltlanması” layihəsi qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Ninodzminda bələdiyyəsində ümumi dəyəri 543 087 lari olan 40 layihə həyata keçirildi.




  • Gürcüstan bərk məişət tullantılarının idarə olunması şirkəti” MMC-si tərəfindən Ninodzminda bələdiyyəsində 319 135 lari dəyərində 1 layihə, Ninodzminda şəhərinin məişət tullantıları poliqonlarının abadlaşdırılması, təmiri və quraşdırılması (1/20/2015-4/04/2015) işləri həyata keçirildi.



  1. Borcomi bələdiyyəsi




  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Borcomi bələdiyyəsində ümumi dəyəri 2 664 000 lari təşkil edən 7 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 629 900 lari təşkil edən “Daba (qəsəbə) Bakurianinin avtomobil yollarının reabilitasiyası” layihəsi, həmçinin ümumi dəyəri 531 190 lari təşkil edən “Kvibisi kəndində içməli suyun reabilitasiyası” layihəsi qeyd edilməlidir.




  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Borcomi bələdiyyəsində ümumi dəyəri 428 866 lari olan 46 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Borcomi bələdiyyəsində dəyəri 2 987 800 lari təşkil edən Likani və Dzağverinin su təchizatı sistemlərinin reabilitasiyası (3/12/2015-4/27/2016) ilə bağlı 1 layihə maliyyələşdirildi və həyata keçirildi.




  1. Samsxe-Cavaxeti regionu




  • Avtomobil yolları departamenti tərəfindən Samsxe-Cavaxeti regionunda ümumi dəyəri 18 775 400 lari olan 7 layihə həyata keçirildi. Layihənin həcmindən irəli gələrək 3 layihə üzərində iş 2016-cı ilin birinci rübündə başa çatdırılacaq.


Kaxeti regionu



  1. Axmeta bələdiyyəsi


  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Axmeta bələdiyyəsində ümumi dəyəri 2 024 000 lari təşkil edən 11 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 337 700 lari təşkil edən “Xorbalo kəndində mövcud Yuxarı Ağvaninin içməli su üzrə baş tikilisinin və magistralının təşkili ” layihəsi, həmçinin, ümumi dəyəri 380 200 lari olan “Matni kəndinin daxili məhəllə yollarının reabilitasiyası” layihəsi də qeyd edilməlidir.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Axmeta bələdiyyəsində ümumi dəyəri 762 786 lari olan 118 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Axmeta bələdiyyəsində ümumi dəyəri 11 133 822 lari təşkil edən Tuşeti yolunun təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi (1/9/2015-10/28/2015), Axmeta şəhəri su təchizatı sisteminin reabilitasiyası (6/10/2015-7/10/2017) və Partlo kəndində yaşayış evlərinin reabilitasiyası (faza 2) (9/2/2014-12/2/2015) ilə bağlı 3 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdirilir.


  1. Laqodexi bələdiyyəsi



  • Regionlarda həyata keçirilməli layihələrin fondu çərçivəsində, Laqodexi bələdiyyəsində ümumi dəyəri 2 320 000 lari təşkil edən 13 layihə maliyyələşdirildi. Onlar arasında ümumi dəyəri 676 000 lari təşkil edən “Leliani kəndinin daxili kənd yollarının reabilitasiyası” layihəsi, həmçinin Laqodexi bələdiyyəsində ümumi dəyəri 331 800 lari olan su təchizatı sistemlərinin yaxşılaşdırılması üzrə layihələr də qeyd edilməlidir. Qeyd edilmiş layihə çərçivəsində 4 kənddə yeni quyuların təşkili və içməli su magistrallarının reabilitasiyası həyata keçirildi.



  • Kəndlərin dəstəklənməsi proqramı çərçivəsində Laqodexi bələdiyyəsində ümumi dəyəri 1 087 812 lari olan 74 layihə həyata keçirildi.



  • Bələdiyyənin inkişafı fondu tərəfindən Laqodexi bələdiyyəsində dəyəri 7 006 466 lari təşkil edən Laqodexi şəhəri su təchizatı sisteminin reabilitasiyası (5/11/2015-11/1/2016) üzrə 1 layihə maliyyələşdirildi və həyata keçirilməsi davam etdirilir.

Yüklə 34,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə