Infrastrukturunun yaradılması la yi həsi isə Azərbaycan ali məktəb



Yüklə 199,25 Kb.
Pdf görüntüsü
tarix22.05.2018
ölçüsü199,25 Kb.
#45430


infrastrukturunun yaradılması” la -

yi həsi isə Azərbaycan ali məktəb -

ləri  içərisində  ən  irihəcmli

layihədir.

Məlumat 

verilmişdir 

ki,

“Azər baycanda  ali  məktəblərin



reytinqinin  müəyyən  edilməsi”

layihəsində  beynəlxalq  səviyyədə

qəbul  olunmuş  metodikaya  əsa -

sən,  respublikanın  ali  məktəb lə -

rin də tədrisin keyfiyyətini qiymət -

lən dirmək  məqsədilə  çoxisti qa -

mət li  tədqiqatlar  aparılmış,  ali

mək təb lərin  milli  reytinq  cədvəli

beynəlxalq  təcrübəyə  əsaslanaraq

hazırlanmışdır.  Reytinq  tədqiqat -

la rı 20 dövlət, 12 qeyri-dövlət ali

təhsil müəssisələri və Azərbaycan

Müəllimlər  İnstitutunun  11  filialı

arasında  aparılmış,  hazırlanmış

for ma qiymətləndirilmək üçün 17

nazirlik və komitəyə, özəl müəs si -

sə lərə göndərilmişdir. Ali məktəb -

lə rin  reytinq  tədqiqatları  üçün

götürülmüş  kompleks  fəaliyyətin

keyfiyyət  göstəriciləri  bir-birin -

dən asılı olmayan 3 müstəqil kate-

qoriyadan ibarət olmuşdur. Naxçı -

van  Dövlət  Universiteti  bu  kate-

qoriyalardan  ali  məktəbin  akade -

mik resursları üzrə 320,   ali mək -

tə bin daxildən müəllim və tələ bə -

lər  tərəfindən  qiymətlən dirilməsi

üzrə 192, ali məktəbin məzunları -

nın  ölkə  ictimiyyəti,  mərkəzi  və

regional    icra  orqanları,  müxtəlif



NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ AZƏRBAYCANIN ƏN DƏYƏRLİ, QABAQCIL ALİ MƏKTƏBLƏRİNDƏN BİRİDİR

NDU-NUN “FİKİR” İNFORMASİYA BÜLLETENİNƏ ƏLAVƏ                     17 yanvar 2015-ci il.№1(10) 

HEYDƏR ƏLİYEV

təchiz  edilmiş  tədris  korpusları,

internet  mərkəzləri,  fənn  kabinə -

lə ri, laboratoriyalar yaradılmışdır.

Bu gün 10 fakültədə 56 ixtisas üz -

rə  ali  təhsil  alan  5000-ə  yaxın

tələbə, magistr və aspirant müstə -

qil  Azərbaycanın  dövlətçilik  ma -

raqla rını  gerçəkləşdirə  biləcək

layiqli  nəsil,  dəyərli  mütəxəssis

kimi yetişir. Bu ali məktəb 80-dən

çox tanınmış dünya universitetləri

ilə tərəfdaşlıq etməklə yanaşı, bir

sıra  beynəlxalq  layihələrdə  də

uğur la təmsil olunur. Koreya Bey -

nəl xalq  Əməkdaşlıq  Agentliyi

(KOİCA)  ilə  birgə    tamamlan-

maqda  olan  “Naxçıvan  Dövlət

Universiteti  üçün  elektron  təhsil

şəbəkəsi  və  rəqəmsal  multimedia



Mətbuat şöbəsinin

müdiri diplomla təltif

olunub

Elmi fəlsəfənin 

banisi

NDU-da növbəti qış

semestr imtahanları

elektron  qaydada

keçirilir

Azərbaycan Milli

Elmlər Akademiyasının

vitse-prezidenti,

akademik İsa

Həbibbəylinin təbriki

səhifə-3-də

səhifə-2-də

səhifə-2-də

səhifə-4-də

M

ə l u m   o l d u ğ u   k i m i,



“Azər baycan  Respubli -

kasın da  təhsilin  inkişafı

üzrə  Dövlət  Strategiyası”nın  əsas

hədəflərindən biri olan təhsil mü -

əs sisələrinin  reytinq  sisteminin

yaradılması  məqsədilə  Azərbay -

can Respublikasının Təhsil Nazir -

li yi yüzdən artıq hökümət və qeyri

hökümət təşkilatlarının iştirakı ilə

“İctimai təşəbbüslərə dəstək” mü -

sa biqəsi təşkil etmişdir.  Azərbay -

can dan  Kənarda  Təhsil  Almış

Mütəxəssislər təşkilatı (AKTAM)

“Azərbaycanda  ali  məktəblərin

reytinqinin  müəyyən  edilməsi”

layihəsi  ilə  müsabiqənin  qalibi

ola raq  layihəni  həyata  keçirmək

üçün dövlət sifarişi almışdır. Layi -

hə yə  əsasən  ilk  dəfə  Azərbaycan

Respublikasının 30 ali məktəbinin

çoxkriteriyalı,  beynəlxalq  stan -

dart la ra  uyğun  reytinq  cədvəli

hazırlanmış,  ali  məktəblərin  fə -

aliy yəti müqayisəli qiymətlən diri -

lə rək ölkə ictimaiyyətinə çatdırıl -

mış dır. Tədqiqat nəticəsində Nax -

çı van  Dövlət  Universiteti  reytinq

cədvəlində  birinci  yer  tutmuş,

Naxçıvan Müəllimlər İnstitutu isə

ilk onluqda yer almışdır. 

Bu  münasibətlə  Naxçıvan

Dövlət  Universitetində  keçirilən

tədbirdə  əvvəlcə  universitetin

yarım əsrə yaxın tarixinə, keçdiyi

inkişaf  yoluna  nəzər  salınmış,

elm,  tədris,  beynəlxalq  əlaqələr,

mədəniyyət,  idman  sahəsində  qa -

zan dığı  nailiyyətlər  barədə  mə lu -

mat verilmişdir. 

Universitetin rektoru, AMEA-

nın  müxbir  üzvü  Saleh  Məhər -

rəmov kollektivi təbrik edərək bu

böyük  uğuru  Azərbaycanda,  o

cümlədən  Naxçıvanda  elm  və

təhsilin  inkişafına  göstərilən  hər -

tərəfli  dövlət  qayğısının  bəhrəsi

kimi dəyərləndirmişdir. Naxçıvan

Muxtar Respublikası Ali Məclisi -

nin  Sədri Vasif Talıbovun  bilava -

sitə təşəbbüsü və qayğısı sayəsin -

də  universitetin  güclü  maddi-tex -

ni ki  bazası  formalaşmış,  dünya

standartlarına  cavab  verən,    mü -

asir texnologiya və avadanlıqlarla

kampaniyalar  tərəfindən  qiymət -

lən diril məsi  üzrə  287  bal  topla-

yaraq  799  yekun  balla  birincilik

əldə etmişdir. 

AMEA  Naxçıvan  Bölməsinin

sədri,  akademik  İsmayıl  Hacıyev

çıxış  edərək  Naxçıvan  elmi  icti -

maiy yətinin  əksəriyyətinin  uni -

ver sitetlə sıx bağlı olduğunu, regi -

onun intellekt potensialı ilə tə min

olunmasında,  elmi-pedaqoji  kadr

ha zırlığında  bu  ali  məktəbin  fun -

da mental  baza  rolu  oynadığını

vur ğulamışdır. Akademik,  Naxçı -

van Dövlət Universitetinin bugün -

kü  səviyyəyə  çatmasında  profes -

sor-müəllim  heyətinin,  qocaman

ped qaoqların  danılmaz  əməyin -

dən, universitetə müxtəlif dövrlər -

də rəhbərlik edən rektorların, xü -

su silə  on  yeddi  ildən  artıq  bu  ali

tə h sil  müəssisəsinə  rəhbərlik  et -

miş AMEA-nın vitse-prezidenti, aka -

demik  İsa Həbibbəylinin, bu gün

çoxillik ənənləri layiqincə davam

etdirən, universitetə uğurla rəh bər -

lik  edən AMEA-nın  müxbir  üzvü,

Əməkdar elm xadimi Saleh Məhər -

rəmovun rolundan danış mış dır. 

Naxçıvan Özəl Universitetinin

rektoru,  pedaqogika  üzrə  elmlər

doktoru, professor İsmayıl Əliyev,

Naxçıvan Müəllimlər İnstitutunun

rektoru,  pedaqogika  üzrə  elmlər

doktoru,  professor  Oruc  Həsənli,

Naxçıvan  Dövlət  Universitetinin

Azərbaycan  tarixi  kafedrasının

müdiri,  AMEA-nın  müxbir  üzvü

Zəhmət  Şahverdiyev  çıxışlarında

qeyd etmişlər ki, Azərbaycanda, o

cümlədən  Naxçıvan  Muxtar  Res -

pub likasında  təhsilə  göstərilən

qayğı nəticəsində təhsil müəssi sə -

lərinin  fəaliyyəti  gücləndirilmiş,

ali təhsil müəssisələrində də tədris

müasir  tələblər  səviyyəsində  təş -

kil  olunmuşdur. Azərbaycan  Res -

pub likasının  ali  məktəblərinin

rey tinqinin  müəyyənləşdirilməsi

real  nəticəni  obyektiv  şəkildə

ortaya  qoymaqla  yanaşı  bəzi  ali

təhsil  müəssisələrində  göstərici -

lərin  aşağı  olmasının  səbəblərini,

universitetlərin  böyük  əksəriyyəti

üçün  xarakterik  olan  problemləri

üzə çıxarmaq baxımından da əhə -

miy yətlidir. 

Sonda  universitetin  Teatr  və

mədəniyyətşünaslıq  kafedrasının

tələbələri  kollektivi  bədii  qiraətlə

təbrik  etmişlər.  Tədbirdə  Naxçı -

van Dövlət Universitetinin inkişaf

yolunu  əks  etdirən  slaydlar

nümayiş olunmuşdur.

Mehriban SULTAN

NDU-nun Mətbuat şöbəsinin

müdiri

Naxçıvan Dövlət Universiteti reytinqdə birinci

olmuşdur

Fars dili və

ədəbiyyatını Urmiya

universitetinin

professoru tədris

edəcək

səhifə-2-də

“Azərbaycanın  azadlığı  və

ərazi bütövlüyü uğrunda mübarizə

tarixinə qəhrəmanlıq səhifəsi kimi

daxil  olmuş  1990-cı  ilin  20 Yan -

va rında  ölkəmizə  qarşı  ərazi

iddiaları  irəli  sürən  Ermənistanın

təcavüz kar  hərəkətlərindən  və

keçmiş SSRİ rəhbərliyinin onlara

havadar lı ğın dan  hiddətlənən,  Ba -

kı  nın kü çə lərinə və meydan la rı na

çıxa raq  buna  öz  qəti  etirazını

bildirən  geniş  xalq  kütlələrinə

qarşı  sovet  ordu su nun  döyüş

hissələrinin  yeridilməsi  Azərbay -

canda  misli  görünməmiş  faciəyə

gətirib  çıxardı”:  -  bu  fikir lə ri

Naxçı van  Dövlət  Universite tin də

20  Yanvar  faciəsinin  25-ci  il dö -

nümü  ilə  əlaqədar  keçirilən  təd -

birdə  rektor,  AMEA-nın  müx bir

üzvü  Saleh  Məhərrəmov  səslən -

dirib. Rektor bildirib ki, ulu öndər

Heydər  Əliyev  xalqın  təkidli

tələbi  ilə  ikinci  dəfə  hakimiyyətə

qayıt dıq dan  sonra  bu  məsələ

yenidən gündəmə gəlib, 20 yanvar

hadisə lə rini  lazımınca  qiymətlən -

dir mək  yo lun da  ciddi  addımlar

atılıb. Məhz ulu öndərin sərən ca -

mı ilə 20 Yanvar Ümumxalq hüzn

günü elan olunub. 

Azərbaycan  xalqının  milli

müs təqil liyi  uğrunda  qurban  get -

miş  şəhid lərin  əziz  xatirəsi  bir

dəqi  qə lik sükutla yad edilib. 

Tədbirdə  Ümumi  tarix  kafed -

ra sı nın  müdiri,  tarix  üzrə  fəlsəfə

doktoru, dosent İlqar Kəngərli “20

Yan var  faciəsinin  tarixi  və  ibrət

dərsləri”, Tələbə Elmi Cəmiyyə ti -

nin  sədri,  hüquqşünaslıq  ixtisası

üzrə IV kurs tələbəsi, prezident tə -

qa üdçüsü  Ramazan  Abdullayev

“20 Yanvar  hadisələri  beynəlxalq

hüquq  prizmasında”  mövzu la rın -

da məruzələr ediblər. Məruzələrdə

qeyd olunub ki, həmin faciəli gün -

lərdə öz ölkəsinin, xalqının azad -

lı  ğı nı, şərəf və ləyaqətini hər şey -

dən  uca  tutan  mərd Vətən  övlad -

ları  can larından  keçərək  şəhidlik

zirvə sinə ucalıblar. Böyük itki lər -

lə,  gü nah sız  insanların  qətli  ilə

nəticə lə nən  20  Yanvar  faciəsi

M.Qorba çov  baş da  olmaqla  cina -

yətkar  imperiya  rəhbərliyinin

Azər bay cana  qarşı  xəyanətkar

siyasətinə dözməyən, öz azad lı ğı -

na, müstəqilliyinə can atan xalqı -

mı zın həm də mübariz li yini, əyil -

məzliyini, məğrurluğunu nümayiş

etdirdi.  Azərbaycan  xalqı nın

məruz qaldığı bu təcavüz bey nəl -

xalq müstəvidə hələ də bəşəriyyət

əleyhinə  cinayət  kimi  yetərincə

qiymətləndirilmir.  Bu  faciəni

Azərbaycan tarixinə milli əsarətə,

qətliama  qarşı  mü ba rizə  günü

kimi  yazan  qəhrəman  şəhid lə -

rimizin  müqəddəs  xatirəsi  xal -

qımızın qəlbində daim yaşayacaq.

Tədbirdə  qısametrajlı  film

nüma yiş etdirilib.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin

əməkdaşı

Qəhrəmanlıq tariximizin 

20 Yanvar səhifəsi



2  / GÜNDƏM                       

YENİ FİKİR

YANVAR 2015

AZƏRBAYCAN                                              

AZERBAIJAN

MİLLİ ELMLƏR    

NATIONAL ACADEMY

AKADEMİYASI   

OF SCIENCES

Naxçıvan Dövlət Universitetinin rektoru,

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmova

Hörmətli Saleh müəllim!

Naxçıvan  Dövlət  Universitetinin  “Azərbaycanda  ali  məktəblərin

reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə bir-

inci  yeri  qazanması  kimi  əlamətdar  hadisə  münasibətilə  Sizi  və

rəhbərlik  etdiyiniz  böyük  kollektivi:  professor-müəllim  heyətini  və

çoxminli tələbə kollektivini ürəkdən təbrik edirəm.

Ümummilli  liderimiz,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin

uzaqgörən  ideyalarının  işığında  və  Azərbaycan  Respublikasının

Prezidenti  İlham  Əliyevin  apardığı  məqsədyönlü  dövlət  siyasəti

nəticəsində  ölkəmizin  ali  məktəblər  ailəsinin  layiqli  üzvü  olan

Naxçıvan  Dövlət  Universiteti  ən  müasir  tələblərə  yüksək  səviyyədə

cavab verən mükəmməl bir ali təhsil ocağına çevrilmişdir.

Bu mühüm nailiyyət Azərbaycanın müstəqillik dövrünün meydana

çıxardığı  yeni  tipli  dövlət  xadimi,  Naxçıvan  Muxtar  Respublikası Ali

Məclisinin  Sədri,  yeni  Naxçıvanın  böyük  qurucusu,  hörmətli  Vasif

Talıbovun cəmiyyət həyatının digər sahələri ilə yanaşı elmin, təhsilin,

milli ziyalılığın inkişafını, xüsusən universitet quruculuğunun hərtərəfli

şəkildə inkişaf etdirilməsini yüksək dövlət siyasəti səviyyəsində, ardıcıl

və  məqsədyönlü  şəkildə  həyata  keçirməsinin  konkret  əməli  nəticəsi

olan böyük hadisəsidir.

Xüsusən, son illərdə idarəetmənin və tədrisin yüksək texnologiyalar

əsasında  yenidən  qurulması  baxımından  böyük  sürətlə  inkişaf  edən

Naxçıvan  Dövlət  Universiteti  müasir  mərhələdə  Avropanın  qabaqcıl

universitetləri  ilə  rəqabətdə  iştirak  edə  bilən,  Asiyanın  inkişaf  etmiş

ölkələrinin  universitetlərinin  səviyyəsində  yenidən  qurulan  və  ali

məktəblər üçün böyük örnək ola bilən yüksək səviyyəyə çatmışdır.

Bu  gün  Naxçıvan  Dövlət  Universiteti  ölkəmizdə  və  beynəlxalq

aləmdə  əsas  elmi  mərkəzlərdən  biri  kimi  qəbul  olunur.  Universitetin

mədəni mühiti istənilən ali məktəblə rəqabətdə ən yüksək səviyyələrdən

birini fəth etməyə layiqdir.

Naxçıvan  Dövlət  Universiteti  Azərbaycançılıq  idealına  sadiq

qalmağın  da  nümunəsidir.  İctimai-siyasi  baxımdan  möhkəm  birlik

nümayiş  etdirən,  yüksək  elmi  dünyagörüşə  malik  olan,  daim

çalışmaqda davam edən və möhkəmlənməkdə olan böyük bir ailə kimi

yaşayıb fəaliyyət göstərən professor-müəllim heyəti və böyük gələcəyə

doğru  inamla  yürüşdə  olan  tələbə  kollektivi  Naxçıvan  Dövlət

Universitetinin ən böyük sərvətidir.

Azərbaycan  ali  məktəbləri  arasında  birincilik  qazanmış  Naxçıvan

Dövlət  Universitetinin  dünyada  keçirilən  aliməktəblərarası  reytinq

müsabiqələrində  də  iştirak  edərək  dünya  miqyasında  uca  yerlər  tuta

biləcəyinə inanıram.

Naxçıvan Dövlət Universitetində qazanılan böyük uğurun işığında

yüksək  ixtisaslı  və  vətənpərvər  yeni  nəsillərin  yetişdirilib

formalaşdırılması  üçün  var  qüvvə  ilə  çalışmaq  müstəqil  Azərbaycan

dövlətinə məsuliyyətlə xidmət etmək deməkdir.

Düzgün müəyyən edilmiş aydın mövqe və meyarlar əsasında böyük

inkişafa  doğru  aparan  yollarda  fədakarlıqla  addımlamaqda  olan

Naxçıvan  Dövlət  Universitetinin  kollektivinə  daha  parlaq  uğurlar

arzulayıram.

Dərin hörmətlə

İsa Həbibbəyli 

Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, akademik

N

axçıvan  Dövlət  Universi -



tetində  “Əlil  şəxslərin

Azərbaycan  ali  təhsil

müəssisələrinə  inteqrasiyasının

təməlinin qoyulması” adlı Tempus

layihəsi  çərçivəsində    ikigünlük

konfrans  keçirilib.  Konfransın

keçirilməsində əsas məqsəd fiziki

imkanları məhdud olan insanların

Azərbaycan ali təhsil müəssisə lə -

rinə  inteqrasiyasını  dəstəkləyən

mexanizmin  qurulması  və  bu  sa -

hə də Avropa təcrübəsini universi -

tet lərdə tətbiq etməkdir.

Naxçıvan Dövlət Universiteti -

nin  tədris  işləri  üzrə  prorektoru,

filo logiya  üzrə  fəlsəfə  doktoru,

do sent  Surə  Seyid  qonaqları

salamlayaraq,  konfransın  işinə

uğurlar  arzulayıb.  Universitetin

keç diyi  inkişaf  yolu  haqqında

konfrans iştirakçılarına geniş mə -

lu mat  verən  natiq  vurğulayıb  ki,

müasir  dövrdə  Avropa  ölkələri

təh sil  sistemlərinin  inteqrasiyası

və  Avropa  ali  təhsil  məkanının

for ma laşdırılması xüsusi aktuallıq

kəsb  edir.  Bu  baxımdan  həyata

keçirilən  tədbirlər  arasında Avro -

pa təhsil prosesini özündə əks et -

dirən  Tempus  proqramının  da

mühüm  əhəmiyyəti  var.  Tempus

tərəfdaş  ölkələrdəki  təhsil  müəs -

sisə lərinin  Avropadakı  universi -

tet lərlə  əməkdaşlığını  nəzərdə

tutur.  Bu  əməkdaşlıq,  təhsildə

Avro pa  standartlarına  dair  təcrü -

bə nin  bölüşməsi,  bazar  iqtisadiy -

yatına  uyğun  təhsil  gündəlik lə ri -

nin və proqramların diqqətlə mü -

za kirə olunması, müasir ədəbiy ya -

tın  təminatı,  tədrisin  səviyyəsinin

artırılması  üçün  məşğələlər,  tələ -

bə lərin xaricdə təhsil alması, uni -

ver sitetlərdə idarəetmənin təkmil -

ləşdirilməsi, ali təhsildə islahatlar,

yeni  informasiya  texnologi ya la -

rının tətbiqinə xidmət edir. 

Layihənin  Naxçıvan  Dövlət

Universiteti  üzrə  koordinatoru,

tarix  üzrə  fəlsəfə  doktoru,  dosent

Şamxal  Məmmədov  çıxış  edərək

bildirib ki, Naxçıvan Dövlət Uni -

ver siteti  Avropa  İttifaqının  Tem -

pus proqramı üzrə keçirilən müsa -

bi qəsində Qrant layihələrinin işti -

rak çısı  və  icraçısı  olmaq  imkanı

qazana raq,  bu  layihəyə  qoşulub.

NDU Tempus proqramı ilə qarşı -

lıqlı əməkdaşlıq şəraitində 7 layi -

hə nin iştirakçısıdır. Vurğulanıb ki,

Tempus  proqramı  əməkdaşlıq

çər çivəsində Avropa universi tet lə -

rinin  nümayəndələri  Naxçıvan

Dövlət Universitetində olur, təcrü -

bə mübadiləsi aparır. Eyni zaman -

da,  Naxçıvan  Dövlət  Universi te -

tinin  rəhbərliyi  və  əməkdaşları

layihə əsasında Avropa universi tet -

lə rin dən iş təcrübəsini öyrənir lər. 

Sonra  konfrans  öz  işinə

başlayıb.  Layihənin  Azərbaycan -

dan olan tərəfdaş təşkilatları Azər -

bay can  Respublikası,  həmçinin

Naxçıvan  Muxtar  Respublikası

Əmək  və  Əhalinin  Sosial  Müda -

fiəsi Nazirliklərindən, Əlil Təşki -

latl arı  İttifaqından,  Azərbaycan

Respublikası Təhsil Nazirliyindən

ekspertlər,  Naxçıvan  Dövlət

Universiteti,  Xəzər  Universiteti,

Azərbaycan Dövlət İqtisad Uni ver -

siteti,  Sumqayıt  Dövlət  Univer -

siteti,  Lənkəran  Dövlət  Universi -

teti,  Gəncə  Dövlət  Universitetin -

dən nümayəndələr  iştirak edirlər. 

Çıxış  edən  nümayəndələr  və

ekspertlər layihə çərçivəsində gö -

rülən işlər və qarşıda duran vəzi -

fələr  haqqında  konfrans  iştirak çı -

larına  məlumat  veriblər.  Kon -

frans da  həmçinin  sağlamlıq  im -

kan ları  məhdud  olan  tələbələr

üçün  Azərbaycanın  ali  məktəb -

lərində  yaradılacaq  şərait  barədə

də müzakirələr aparılıb.

Iki  gün  davam  edən  kon -

fransda “Əlilliyə təsir edən səbəb -

lər və əlilliyi olan şəxslərin həyat

şəraitinin yaxşılaşdırılması istiqa -

mə tində aparılan dövlət siyasəti”,

“Əlilliyi  olan  şəxslərin  təhsil

hüquqları”, “Azərbaycan Respub -

lika sında  əlilliyi  olan  şəxslərin

təhsilinin  təşkili”  və  s.  mövzular

dinlənilib.

Qeyd  edək  ki,  sözügedən

Tempus  layihəsinin  yekununda,

layihənin  əməkdaşları  tərəfindən

Əsasnamə  hazırlanaraq  Azərbay -

can Respublikası Milli Məclisinin

müzakirəsinə təqdim olunub.

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin

əməkdaşı


Tempus layihəsi çərçivəsində NDU-da

növbəti konfrans 

N

axçıvan  Dövlət  Universi -



te  tin  də 2012-ci ildən elek-

tron  imta ha nın  müvəffə -

qiy yətlə keçiril məsi dünya ali təh -

sil sisteminə  inteqra siya, tədrisdə

müasir  texnolo giya ların  tətbiqi

baxımından zəruridir.

Universitetin rektoru, AMEA-

nın  müxbir  üzvü  Saleh  Məhər -

rəmov  keçirilən  növbəti  elektron

imtahanların gedişi prosesi ilə ta -

nış olub, tələbələrə uğurlar arzula -

yıb.  Elektron  imtahanların  tətbiqi

ilə  bağlı  tələbələrin  arzu  və

təkliflərini  öyrənib.  Qeyd  olunub

ki, bu günədək elektron test üsulu

ilə keçirilən imtahanlar obyektiv -

lik  və  şəffaflığın  gözlənilməsi,

tələ bənin  öz  biliklərini  operativ

şəkil də sərgiləməsi, obyektiv qiy -

mət ləndirmə  baxımından  böyük

üstünlükləri  ilə  özünü  doğruldub.

Qeyd edək ki, tələbələr  müəyyən

olunmuş  vaxt  ərzində  kompüter

vasitəsi ilə 50 sualı cavablandırır,

nəzarətçilər imtahanın  bitirdiyini

təsdiqlədikdən  dərhal  sonra,  tələ -

bə  imtahan  nəticələri  ilə  bağlı

məlumat  əldə  edə  bilir.  Elektron

imtahanların  gedişində  ciddi  tex -

niki  problemlərə,  neqativ  hallara

rast gəlinərsə, tələbənin şikayətinə

baxılması  və  obyektiv  həlli  məq -

sə dilə  appelyasiya  komissiyası

yara dı lır. Gələcəkdə imtahan fən -

lə rini  daha  dolğun  əhatə  etmək

məqsədilə  sualların  artırılması  və

təkmilləşdirilməsi  nəzərdə tutulub.

Vurğulayaq  ki,  qış  semestr

imtahanları  ərzində  universitetin

I,  II  və  III  kurslardan  olan    3027

nəfər tələbəsi  elektron test üsulu

ilə 927 imtahan verəcək.



NDU-da növbəti qış semestr

imtahanları elektron  qaydada keçirilir

N

axçıvan  Muxtar  Respub -



likası Ali Məclisinin Sədri

Vasif  Talıbov  2014-cü

ildə  İran  İslam  Respublikasının

Qərbi  Azərbaycan  Vilayətinin

ostan darı  Qurbanəli  Səadəti    qə -

bul edərkən elm, təhsil sahəsində

əməkdaşlığın  möhkəmlənməsi,

fars  dili  və  ədəbiyyatının  tədri -

sinin  keyfiyyətinin  yüksəldilməsi

məqsədilə  müəllim  və  tələbə

mübadiləsi,  ixtisaslı  mütəxəs sis -

lərin  muxtar  respublikaya  dəvət

olunması  məsələləri  müzakirə

olunub.  Əldə  olunan  razılaşmaya

əsasən İran İslam Respublikasının

Urmiya  Universitetinin  professo -

ru,  filologiya  elmləri  doktoru

Əlirza Müzəffəri növbəti semestr -

dən  Naxçıvan  Dövlət  Univer si -

tetində  fars  dili  və  ədəbiyyatını

təd ris  edəcək.  Tanışlıq  məqsədi

da şı yan  görüş  zamanı  univer-

sitetin rektoru, AMEA-nın müxbir

üzvü  Saleh  Məhərrəmov  muxtar

respubikada ali təhsilin inkişafına

göstərilən  dövlət  qayğısından

bəhs edib, universitetin strukturu,

beynəlxalq  əlaqələri  barədə  mə -

lumat verib. Qeyd olunub ki, dün -

yanın bir çox ölkəsi ilə beynəlxalq

əlaqəyə  malik  olan  Naxçıvan

Dövlət  Universiteti  İran  İslam

Respublikasının  Təbriz  Dövlət

Universiteti,  Azad  İslam  Univer -

siteti, Tehran  və Zəncan universi -

tet ləri,  digər  ali  məktəbləri  ilə  də

əməkdaşlığa malikdir. 

Universi tetdə  12  ölkənin  350

vətəndaşı  ali  təhsil  alır  ki,  onlar -

dan 16 nəfəri İran İslam Respub -

likasını təmsil edir.

Dünyaya  inteqrasiya  yolunu

tutan ali məktəbdə beynəlxalq təc -

rübənin  mənimsənilməsi  və  tət -

biqi  üçün  müəllim  və  tələbə  mü -

ba diləsinə xüsusi diqqət  yetirilir.

Erasmus  Mundus    (HUMERİA),

“ M ö v l a n a ” p r o q r a m l a r ı ,

MUMEENA  layihəsi  xətti  ilə  bu

sahədə  əhəmiyyətli  uğurlar  əldə

olunub. 

Beynəlxalq münasibətlər və xarici

dillər 

fakültəsinin 



dekanı,

Naxçıvan Muxtar Respublikasının

Əməkdar  müəllimi,  dosent  Qur -

ban  Qurbanlı  fakültədə  Avropa,

eləcə  də  Şərq  dillərinin  tədrisi,

Şərq dilləri və ədəbiyyatı kafed ra -

sının fəaliyyəti, ərəb və fars dilləri

üzrə  tərcüməçi  mütə xəs sislərin

hazırlanması  barədə  məlumat

verib.  Dekan  bildirib  ki,  hazırda

Tərcümə (fars-Azərbaycan dilləri)

ixtisası üzrə II və IV kurslarda 28

nəfər ali təhsil alır. 

Fars dili və ədəbiyyatını Urmiya universite-

tinin professoru tədris edəcək

Professor  Əlirza  Müzəf fə ri

fars  dilinin  qrammatikasının  spe-

sifik  xüsusiyyətlərinin,  elmi  və

bədii tərcümə  məsələlərinin  mü -

kəm məl  tədrisi  üçün  səy  və

bacarığını 

əsirgəməyəcəyini

bildirib. 

Sonra  Beynəlxalq  münasibət -

lər  və  xarici  dillər  fakültəsi  ilə

tanışlıq  olub,  tələbələrlə  görüş

keçirilib.  Növbəti  semestrdən

universitetdə 

fars 

dili 


ədəbiyyatını  tədris  edəcək  Əlirza

Müzəffərinin  dərs  yükü  və  tədris

proqramı müəyyənləşdirilib. 

Mehriban SULTAN

NDU-nun Mətbuat şöbəsinin

müdiri



3 / GÜNDƏM                                                                                  

YENİ FİKİR

YANVAR 2015

N

axçıvan  Dövlət  Universi -



tetinin Elmi kitabxanasın -

da  tarix  üzrə  fəlsəfə  dok-

toru, dosent Şükür Məmmədovun

“Heydər  Əliyevin  dövlətçilik  və

hüquq  təlimi”  kitabının  təqdimat

mərasimi keçirilib.

Təqdimat  mərasimində  çıxış

edən,  Naxçıvan  Dövlət  Univer si -

te  ti nin  rektoru,  AMEA-nın  müx -

bir üzvü Saleh Məhərrəmov Azər -

baycan xalqının ümummilli lideri

Heydər  Əliyevin  müstəqil  dövlət

quruculuğu, demokratik prinsip lə -

rin  tətbiqi,  insan  hüquq  və  azad -

lıqları  ilə  bağlı  qanunvericiliyin

for ma laşmasındakı əvəzsiz rolun-

dan,  yeni  nəşrin  dünya  şöhrətli

tarixi şəxsiyyətin siyasi irsinin öy -

rə nilməsi  və  təbliğində  əhəmiy -

yət li  rol  oynayacağından  danışıb.

Natiq qeyd edib ki, “Heydər Əliye -

vin dövlətçilik  və  hüquq  təlimi”

kitabı  yüksək  elmi  səviyyəsi  və

məzmunu  cəhətdən  dəyərlidir.

Vurğulanıb  ki,  çoxsaylı  tarixi

mən bələrə  və  əsaslı  faktlara  söy -

kə nən yeni nəşr akademik İsmayıl

Hacı ye vin  elmi  məsləhətçiliyi,

universitetin Hüquq fənləri kafed -

rasının  dosenti  Elman  Cəfərlinin

elmi redaktorluğu ilə böyük tirajla

çap olunub. 

Naxçıvan Muxtar Respublikası

Ali  Məclisinin  deputatı,  YAP

Naxçı van  şəhər  təşkilatının  sədri,

universitetin Hüquq fənləri kafed -

rasının  dosenti  Elman  Cəfərlinin

“Heydər  Əliyevin  dövlətçilik  və

hüquq təlimi və onun bəşəri əhə -

miy yəti” adlı məruzəsi dinlənilib.

Qeyd  olunub  ki,  ali  məktəb  tələ -

bə ləri və magistrləri üçün nəzərdə

tutulan  kitabda  böyük  tarixi  şəx -

siy yət,  dünya  şöhrətli  siyasi  xa -

dim, Azərbaycanın milli müstəqil -

liyinin  yaradıcısı  və  memarı,

Azər bay canın  beynəlxalq  müstə -

vi də tanınmasında, sosial-iqtisadi,

siyasi,  mədəni  tərəqqisində  əvəz -

siz  xidmətləri  olan  ümummilli

lider  Heydər  Əliyevin  müstəqil,

de mok ratik,  sivil  Azərbaycan

döv  lə tinin təşəkkülündə və inkişa -

fındakı möhtəşəm xidmətlərindən

bəhs  olunur.  Kitabın  bütövlükdə

Heydər  Əliyevin  dövlətçilik  təli -

minə  böyük  töhvə  olduğunu  bil -

dirən  natiq,  ümummilli  liderin

müstəqillik  və  azadlıq  ideyaları,

azərbaycançılıq məfkurəsi naminə

yorulmaz,  qətiyyətli  mübarizəsi -

nin yeni nəşrdə öz əksini tapdığını

qeyd edib. Vurğulanıb ki, müəllif

kitabda ümummilli liderin dövlət -

çilik  təliminin,  siyasi  məfkurəsi -

nin  tarixi  kökündə  Dədə  Qorqud

müdrikliyi,  Nizami  maarifçiliyi,

Xətai  vətənpərvərliyi  dayandığını

göstərib.  Kitabda  “Sağlığında

əfsanələşən  şəxsiyyət”,  “Dövlət

müs təqil liyi  Azərbaycan  xalqının

milli  sərvətidir”,  “Hüquqi  dövlət

və vətəndaş cəmiyyəti quruculuğu

məsələləri”,  “Azərbaycançılıq

kon sepsiyası”,  “Ordu  quruculuğu

sahəsindəki  düşüncələr”,  “Böyük

Metsenat”, “Yeni tipli partiya haq -

qında  düşüncələr”,  “Azərbay can -

çı lıq konsepsiyası” və s. kimi döv -

lət çi li yin ayrı-ayrı sahələrinə həsr

edil miş bölmələr  yer alıb. Kitabın

sonunda  “Heydər  Əliyevin  müd -

rik fikirləri” adlanan bölmədə mə -

na lı həyatını öz xalqına bəxş etmiş

ümummilli liderin müdrik kəlam -

ları  əks etdirilib.

Hüquq  fənləri  kafedrasının

müəllimi  Reyhan  Sadiqovanın,

Sosial  idarəetmə  və  hüquq  fakül -

tə sinin  IV  kurs  tələbəsi  Vüsal

Məm mədovun yeni nəşr haqqında

çıxışları dinlənilib.

Təqdimetmə  mərasiminin  so -

nun da “Heydər Əliyevin dövlət çi -

lik  və  hüquq  təlimi”  kitabının

müəl lifi,  tarix  üzrə  fəlsəfə

doktoru,  dosent  Şükür  Məmmə -

dov əldə etdiyi elmi faktlardan söz

açıb.  Müəllif  tədbirin  təşkilatçı -

ları na,  kitabın  ərsəyə  gəlməsində

əməyi  keçənlərə  minnətdarlığını

bildirib. 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin  əməkdaşı



Heydər Əliyevin dövlətçilik və hüquq

təlimi kitabının təqdimatı 

N

axçıvan  Dövlət  Universi -



tetinin Elmi kitabxanasın -

da  tarix  üzrə  fəlsəfə  dok-

toru,  dosent  Sevinc  Abbasovanın

“Nəsillərə  örnək:  Azərbaycan

qadını”  (Qədim  dövr-orta  əsrlər-

XIX  əsr)  kitabının  təqdimetmə

mərasimi keçirilib. 

Təqdimat  mərasimini  Naxçı -

van  Dövlət  Universitetinin  rekto -

ru, AMEA-nın müxbir üzvü Saleh

Məhərrəmov açaraq kitab haqqın -

da  təəssüratlarını  bildirib.  Qeyd

olunub ki, “Elm və təhsil” nəşriy -

ya tında  işıq  üzü  görən  yeni  nəşr,

AMEA  Naxçıvan  bölməsinin

sədri,  akademik  İsmayıl  Hacıye -

vin elmi məsləhətçiliyi, tarix üzrə

elmlər doktoru, dosent Firdovsiy -

yə  Əhmədovanın  elmi  redaktor -

luğu,  filologiya  üzrə  fəlsəfə  dok-

toru,  dosent  Seyid  Surənin,  tarix

üzrə fəlsəfə doktoru, dosent Xəzər

Hüseynovun rəyləri əsasında yük -

sək  poliqrafik  səviyyədə  çap

olunub.

“Muxtar  Respublikanın  90



illik  yubiley  təntənələrinə  ziyalı -

larımızın yaradıcı tovhələri sırası -

na  bu  gün  təqdimatına  yığış dığı -

mız  Sevinc  Abbasovanın  yeni

araş dır ması olan “Nəsillərə örnək:

Azərbaycan  qadını”  kitabı  da

daxil  olur”-  bu  fikirləri  universi -

tetin  tədris  işləri  üzrə  prorektoru,

filologiya  üzrə  fəlsəfə  doktoru,

dosent Seyid Surə kitab haqqında

ümumi  məlumatında  qeyd  edib.

Natiq  yeni  nəşr  barədə  ətraflı

danı şaraq  vurğulayıb  ki,  kitab,

Azərbaycan  xalqının  ümummilli

lideri  Heydər  Əliyevin  Azərbay -

can  qadınlarının  birinci  qurulta -

yın da  etdiyi  dəyərli  çıxışından

sitatla  başlayır.  Qeyd  olunub  ki,

Sevinc  Abbasovanın  “Nəsillərə

örnək: Azərbaycan  qadını”    kita -

bın da  adlarını  tariximizdə  əbədi

həkk  etmiş  görkəmli  dövlət  baş -

çıları,  sərkərdə  və  diplomat

qadınlar  haqqında  məlumat  veri -

lib, onların fəaliyyətləri və qəhrə -

man lıqların dan  bəhs  olunub.

Müəllif  məhşur  şairə  qadınların

həyat və yaradıcılıqlarına da geniş

yer  verib,  onların  fəaliyyəti  ön

plana  çəkilib.  Bildirilib  ki,  təqdi -

matı  keçirilən  yeni  nəşr,  tarixi

kökü  eradan  əvvəl  V  əsrə  daya -

nan,  Qobustan  qayaüstü  rəsim -

lərində  təsvirini  tapan  cangavər

qadınlar- Amazonkalar,  Massaget

hökmdarı  Tomris,  miladdan  öncə

VII  əsrdə  yaşamış  Məhinbanu

Şəmiran,  XII  əsr  Azərbaycan

ədəbiyyatının  tanınmış  simaların -

dan olan Məhsəti Gəncəvi, Mömi -

nə  xatın,  bütün  Şərqdə  dövrünün

yeganə  istedadlı  diplomat  qadını

Sara  xatın,  Azərbaycanın  hökm -

dar  qadını  Səfəvilər  sülaləsinin

nümayəndəsi Pərixan xanım və bu

kimi  tanınmış  qadınlarımızın

həyat  və  fəaliyyəti  haqqında  mə -

lu matlarla  zəngindir.  Seyid  Surə

kitabın  sonunda  ümummilli  lider

Heydər Əliyevin qadınlar haqqın -

da  aforizmlərinin  verilməsinin

təqdirəlayiq olduğunu bildirib. 

Təqdimetmə 

mərasimində

“Qey rət”  nəşriyyatının  direktoru,

tarix  üzrə  fəlsəfə  doktoru,  dosent

Vaqif  Məmmədovun,  Naxçıvan

Muxtar  Respublikası Ailə,  Qadın

və  Uşaq  Problemləri  üzrə  Dövlət

Komitəsinin  əməkdaşı  Sahir

Rüstəmovun,  Naxçıvan  Muxtar

Respublikası Rəssamlar Birliyinin

sədri Ülviyyə Həmzəyevanın, uni-

versitetin  Beynəlxalq  münasibət -

lər  və  xarici  dillər  fakültəsinin

dekanı,  filologiya  üzrə  fəlsəfə

doktoru  Qurban  Qurbanlının,  Ki -

tab xa naçılıq  ixtisası  üzrə  III  kurs

tələbəsi  Səriyyə  Alməmmədo va -

nın kitab haqqında çıxışları din lə -

ni lib  və  müəllifə  yeni  yaradıcılıq

uğurları arzulanıb.

Sonra  tələbələr  tərəfindən

qadın lara  həsr  olunmuş  şeirlər

səsləndirilib.

Təqdimetmə  mərasiminin  so -

nun da müəllif,  universitetin Azər -

bay can tarixi kafedrasının dosenti,

tarix üzrə fəlsəfə doktoru  Sevinc

Abbasova əldə etdiyi elmi faktlar -

dan  söz  açıb.  Tədbirin  təşkilatçı -

larına,  kitabın  ərsəyə  gəlməsin də

əməyi  keçənlərə  minnətdarlığını

bildirib. 

Təqdimat  mərasimində  müəl -

li fin  elmi-pedaqoji  fəaliyyətini

əks  etdirən  slaydlar  nümayiş

olunub.


Nəsillərə örnək: Azərbaycan qadını 

A

zərbaycan  Respubli ka sı



Təhsil  Nazirliyi nin  təşki -

lat çı lı ğı  ilə  Azər bay can

Respublikasının Preziden ti yanın -

da  Dövlət  İdarəçilik  Aka demi ya -

sın da  və  Bakı  Ali  Neft  Məktə -

bində  “Media  və  təhsil  dia lo qu”

mövzusunda  praktik  konfrans

keçirilib.  Konfransda Azər bay can

Respublikası  Təhsil  nazi ri  nin

müavini  Ceyhun  Bayramovun

imzası ilə təhsil sahəsində həyata

keçirilən  islahatların  ictimaiyyətə

daha  dolğun  çatdırılmasına  və

media  ilə  fəal  əməkdaşlığa  görə

Naxçıvan  Dövlət  Universitetinin

Mətbuat  şöbəsinin  müdiri  Mehri -

ban Sultan diplomla təltif olunub.

Təltif  olunanlar  sırasında

Azərbay  can  Respublikası  Prezi -

den ti  yanında  Dövlət  İdarəçilik

Akademiyası,  Bakı  Dövlət  Uni -

ver siteti,  Azərbaycan  Dövlət

İqtisad Universiteti, Bakı Ali Neft

Məktəbinin  mətbuat  katibləri  də

var. Xatirladaq  ki,  Mehriban  Sul tan

2007-ci  ildə  gənc  nəslin  təlim-

tərbiyəsi  sahəsində  səmərəli  fə -

aliy yətinə  görə  və  Naxçıvan

Dövlət  Universitetinin  40  illik

yubileyi  münasibəti  ilə Azərbay -

can  Respublikası  Təhsil  Nazirli -

yi nin  fəxri  fərmanı  ilə,  2007  və

2010-cu  illərdə  isə  Naxçıvan

Dövlət  Universitetinin  fəxri

fərmanları ilə təltif olunmuşdur. 

Mətbuat şöbəsinin müdiri diplomla

təltif olunub

N

axçıvan  Dövlət  Universi -



tetinin  (NDU)  Meliora si -

ya və su təsərrüfatı tikinti -

si  mühəndisliyi  kafedrasının

müdi ri,  Beynəlxalq  Ekologiya,

İnsan  və  Təbiətin  Təhlükəsizliyi

Akademiyasının  həqiqi  üzvü,  aq -

rar  elmləri  doktoru,  professor

Əlövsət  Quliyevin  “Müstəqillik

illərində  Azərbaycanın  Naxçıvan

Muxtar  Respublikası  ərazisində

qədim kəhrizlərin bərpası və yeni -

lərinin  layihə  olunması”  mövzu -

sunda yazdığı məqalə Özbəkistan

Respublikasının  alimləri  arasında

geniş əks-səda doğurub.

Ölkələrinin ekoloji vəziy yətin -

dən, Aral dənizi problemindən, su

ehtiyatlarının  azalmasından  nara-

hat  olan  Özbəkistan  alimləri  bu

öl kə də keçirilən beynəlxalq tədbi -

rə  professor  Əlövsət  Quliyevi  də

dəvət ediblər.

NDU-nun  professoru  Əlövsət

Quliyev  Özbəkistan  alimləri  ilə

bir lik də  Daşkənd  şəhərində  adı -

çəki lən  məsələ  ilə  bağlı  bey nəl -

xalq  müzakirələr  və  ekspedisi ya -

lar da iştirak edib. Beynəlxalq təd -

bir də  Özbəkistanda  içməli  və  su -

var ma suyunun azalması, vaxtı ilə

olan  kəhrizlər,  onların  mövcud

vəziyyəti,  kəhrizbərpa  işlərinin

aparılma  mümkünlüyü,  onlardan

suvarmada,  məişətdə  istifadə  və

sair  bu  kimi  məsələlər  müzakirə

edilib. Vurğulanıb ki, MDB ərazi -

sin də  ilk  dəfə  Naxçıvan  Muxtar

Respublikasında  aparılan  kəhriz -

bər pa işlərinin, eləcə də Naxçıvan

Muxtar  Respublikası  Dövlət

Meli o ra siya  və  Su  Təsərrüfatı

Komitəsinin  Kəhrizlər  İdarəsinin

yaradılmasının analoqu yoxdur.

Beynəlxalq  tədbirdə  bildirilib

ki,  Özbəkistanda  həyata  keçirilə -

cək  kəhrizbərpa  işlərində  Naxçı -

van təcrübəsindən istifadə olunacaq.

Məlumat  üçün  onu  da  qeyd

edək  ki,  professor  Əlövsət  Quli -

yev  bu  yaxınlarda  İran  İslam

Respub likasının  Yəzd  şəhərində

keçirilən  UNESCO-nun  “Qədim

hidravlik  sistemlər  –  kəhrizlər”

üzrə  6-cı  dövlətlərarası  İdarə

Heyətinin  cari  toplantısında  da

iştirak  edib.  Onun  “Naxçıvanda

aparılan  kəhrizbərpa  işləri,  Orta

Asiya  kəhrizləri  və  Böyük  İpək

Yolu”  mövzusunda  məruzəsi

dinlənilib.  Böyük  İpək  Yolunun

(Çin,  Qazaxıstan,  Özbəkistan,

Tacikistan,  Türkmənistan  və

Azərbaycan  ölkələri  olmaqla)

karvan yolları, bu yollar üzərində

yerləşən karvansaralar, sərdabələr,

kəhrizlər,  su  quyuları  və  qədim

şəhərlər  barədə  məlumatların

toplanaraq  tədqiqat  işlərinin

aparılması qərarına gəlinib. 

Özbəkistanda kəhrizbərpa işlərində

Naxçıvan təcrübəsindən istifadə olunacaq



Müdrik kəlamlar

□ Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər. (L.Tolstoy)

□ İnsanın cahil olduğunu bilməsi, elmə atılmış ilk addımdır. (Benjamin Franklin)

□ Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)

□ Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur. (Heydər Əliyev)

□ Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın. (Hz.Məhəmməd)

□ Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının

üzvi hissəsi kimi formalaşmalıdır. (R.Taqor)

□ Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (L.Tolstoy)

□ Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)

□ Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)

Məntiqi suallar

1)  Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 ədəd qayıq olur və ancaq

1 nəfər qayığa minə bilər. Buna baxma yaraq hər iki balıqtutan sahili

keçir. Necə?

2)  Elə iki ədəd tapın ki, yalnız 1-lərdən düzəlsin, onların cəmi və hasili

bir-birinə bərabər olsun? 

3)  Hansı ədəd digərlərindən fərqlənir?  3268, 2246, 4216, 1448. 

4)  2 və 3 ədədləri arasında hansı işarəni qoymaq lazımdır ki, alınan

ədəd 2-dən böyük 3-dən kiçik olsun? 

5)  Hamının bir-birinə salam verərək əlini sıxdığı bir görüşdə cəmi 66

dəfə əl sıxılmışdır. Görüşdə neçə adam var idi? 

Q

ədim  yunan  mütəfək kiri



Aristotel  bizim  eramız dan

əvvəl 384-cü ildə Makedo niyanın

Stagira şəhərində anadan olub. O,

Şərq  ölkələrində  Ərəstun  adı  ilə

də  tanınır. Aristotel  saray  həkimi

olan  atasından  biologiya  və

təbabətə  dair  ilkin  bilikləri  əldə

edib,  xəstələri  qəbul  etməsində

ona yardımçı olub.

Aristotel  17  yaşında  məşhur

mütəfəkkir  və  tarixçi  Platonun

akademiyasında  oxumaq  üçün

Afinaya  gedib.  Rəvayətə  görə,

özü nün tibbi biliyi sayəsində yol -

da bir varlı adamı yoluxucu xəstə -

likdən xilas edib. Platonun məktə -

bində  təhsil  alan  gənc  oğlana  iki

ildən  sonra  ritorikadan  mühazirə

oxumaq  etibar  edilib.  Aristotel

reallığı dərk etməyə çalışıb. Hətta

onun  dilindən  belə  bir  deyim  də

var:  “Platon  mənim  dostumdur,

amma həqiqət daha vacibdir”.

Eramızdan əvvəl 342-ci ildən

Aristotel  13  yaşlı  çar  oğlunun,

tarixə  Makedoniyalı  İsgəndər

kimi düşmüş şəxsin tərbiyəçisi və

müəllimi  olub.  Lakin  Makedo ni -

ya lı İsgəndər taxt-taca sahib olan-

dan sonra onun yürüş salnaməsini

yazmaqdan imtina edib. Müəllim -

li yə üstünlük verən Aristotel 334-

cü ildə Afinaya qayıdaraq öz mək -

təbinin əsasını qoyub. Onun mək -

təbi  Apollon  Likey  məbədinin

yaxınlığında  yerləşdiyindən  mək -

tə bə  Likey  adı  verilib.  Aristotel

fəlsəfə,  ritorika,  məntiqdən  dərs

deyərkən  ənənəvi  mühazirə  oxu-

maqdan imtina edib. O, dərsi söh -

bət və diskussiya şəraitində, gənc -

lərlə birgə gəzərək onlara öyrədib.

Aristotelin məktəbində fəlsəfədən

başqa  fizika,  tarix,  coğrafiya,

astronomiya  elmləri  də  öyrədilib.

O,  şagirdlərinə  məsləhət  görürdü

ki, müvəffəqiyyət qazanmaq üçün

qabaqdakıları ötüb keçmək lazım -

dır,  arxadakıları  isə  gözlə mək

olmaz.


Makedoniyalı  İsgəndərin  ölü -

mün dən sonra dinə qarşı cinayət -

də təqsirləndirilən Aristotel təqib -

dən  qurtarmaq  üçün  Evbey  ada -

sına  qaçmış  və  eramızdan  əvvəl

322-ci ildə orada mədə xəstə liyin -

dən vəfat etmişdir.

Aristotelin  əsərləri  bir  çox

elmləri  əhatə  edir.  Formal  mənti -

qin  əsasını  qoymuş  mütəfəkkir

astro nomiya,  biologiya,  təbabət,

kosmosun  təşkili,  Yerin  quruluşu

haqqında 

traktatlar 

yazmış,

insanın  cəmiyyətdə  davranışına



dair  qaydalar  hazırlamış,  incəsə -

nət  haqqında  öz  nəzəriyyəsini

hazırlamışdı.  Estetikaya  katarsis

anlayışını – insan ruhunun təmiz -

lən məsini Aristotel gətirib.

İdeal insanın necə olması haq -

qında  düşünən  Aristotel  xarak -

terdə  11  cizgini  ayıraraq  onları

“məziyyət” adlandırıb. Bu, kişilik,

mülayimlik,  səxavətlilik,  əzəmət,

mərdlik,    şöhrətpərəstlik,  rəvan -

lıq,  doğruluq,  lütfkarlıq,  səmimi -

lik,  ədalətlilikdir.  Aristotelin

fikrincə,  sonuncu  məziyyət  -

ədalətlilik cəmiyyətdə insan üçün

ən  vacib  olan  cəhətdir.  Bütün  bu

keyfiyyətləri  insan  özü-özündə

inkişaf etdirməlidir.

Kosmos  haqqında  mühakimə

yürüdən Aristotel öyrədirdi ki, Yer

kainatın  mərkəzində  yerləşir  və

kürə  formasındadır.  Aristotel

Yerin  kürə  şəklində  olmasını  ay

tu  tul  maları  haqqında  müşahidə lə -

rinə  əsaslanaraq  sübut  etmişdi.

Alim  daha  çox  qədim  riyaziy yat -

çıların əsərlərini öyrənərək, ekva-

torun  uzunluğunu  düzgün  hesab -

la mış dı.  Onun  “Meteorologiya”

əsəri  fiziki  coğrafiyada  ilk  əsər -

lərdən biridir.

Aristotelin  başlıca  xidməti

onun  bilikləri  sistemləşdirmə -

sində olub. O, dünyanı, cəmiyyəti,

incəsənəti  və  təbii  hadisələri  öy -

rən mək üçün qanunları, yolları və

qaydaları göstərib. Onun nəzəriy -

yələrindən bəziləri zaman keçdik -

cə  köhnəlsə  də,  əksəriyyətindən

alimlər əsrlər boyu  istifadə etmiş -

lər və indi də onlara söykənirlər.

Elmi fəlsəfənin banisi

Redaktor:

Şəhla Şirəliyeva

shshahla36@gmail.com

Qeydiyyat №330

Sifariş №

Tiraj 200

Ünvan: AZ 7012, 

Naxçıvan şəhəri, 

Universitet şəhərciyi

Telefonlar:

544-08-61 (13-60)

yenifikir.ndu@gmail.com

Dizayner: 

Samir Tarverdiyev

“Əcəmi” Nəşriyyat-Poliqrafiya

Birliyində ofset üsulu ilə çap

olunmuşdur.

4 / SƏRBƏST                             

YENİ FİKİR

YANVAR 2015

M

esaj  yollamaq  mü asir



zamanda  xüsu silə  gənc

istifadəçi lərin  imtina

edə  bilmədikləri  bir  vasitədir.

Amma  kaş  ki,  bu  160  simvol

məhdudiyyəti  olmayaydı.  Sırf

buna  görə  bir  çox  istifadəçi

qısaltmalardan  istifadə  etmək

məcburiyyətində  qalır.  Amma

nəyə  görə  mesaj  160  simvol  ilə

məhdudlaşdırılıb? Niyə 140 və ya

260 yox, məhz 160 simvoldur? 

Bunun  səbəbinin  texniki  bir

zərurət  olduğunu  düşünmək  olar.

Lakin  əslində  isə  belə  deyil.  Bu

məhdudlaşdırmada  hər  hansı  bir

texniki  səbəb  yoxdur.  Bunun

butun  səbəbi  Friedhelm  Hilleb -

ran dın adı ilə bağlıdır.

1985-ci ildə rabitə tədqiqatçısı

olan  Friedhelm  Hillebrand  və  bir

neçə  həmkarının  əhəmiyyətli  bir

vəzifəsi  vardı.  Vəzifələri,  daşına

bilən telefonların göstərə biləcək -

ləri mətn əsaslı mesajlar ilə əlaqə -

dar  standartlar  təyin  etmək  idi.

Hillebrand  bir  mesajın  ən  çox

neçə  xarakter  ehtiva  edə  biləcə -

yinə qərar verməli idi. Buna görə

də o oturub yazmağa başladı...

İnsanların  bir  mesajda  yaza -

caq ları  ehtimal  olunan  təsadüfi

qeydləri və sualları yazaraq bütün

bir  kağızı  doldurdu.  Sonra  bu

qeyd lərin  hamsını  oxudu.  Görü -

nü şə  görə  160  simvol  hər  bir

istifadəçi üçün yetərli olacaqdı və

o  gündən  1  mesajda  160  simvol

standart olaraq qəbul olundu. 



Mesaj niyə 160 simvolludur?

Filosoflar haqqında maraqlı məlumatlar

►Platon  filosof  olmaqla  yanaşı,  olimpiya  çempionu  olub.  İki  dəfə  o,  pankration  üzrə  yarışda  qalibiyyət

qazanıb. Pankration boks və qaydasız döyüşün qarışığıdır.

►Jan Jak Russo beyninin daha da yaxşı işləməsi üçün qızmar günəşin altında başı açıq dayanardı. Fridrix

Şiller isə öz əsərləri üzərində işləyərkən ayaqlarını soyuq suda saxlayırdı.

►Deni Didro adətən günləri, ayları, illəri və yaxınlarının adlarını unudurdı.

►Artur Şopenhauer qaldığı mehmanxanalarda öz soyadının iki “p” hərfi ilə yazıldığını görəndə əsəbləşər

və hesabı ödəməzdi.

►Qədim  yunan  filosofu  Platondan  tələbələri  bir  dəfə  xahiş  etmişdi  ki,  insanın  tərifini  versin,  o  isə  belə

cavab  vermişdi:  “İnsan  lələkdən  məhrum  olmuş,  iki  ayaqlı  heyvandır”.  Lakin  Diogen  tükləri  yolunmuş

xoruzu Akademiyaya gətirib onu platonsayağı insan elan etdikdən sonra, Platon sözlərini dəyişdirməli oldu

və dediyi sözlərə yalnız bunu – “düz dırnaqlı” sözünü əlavə etdi.

►Gənc oğlan Sokratdan soruşur:

- Müdrik, mənə məsləhət ver, evlənim yoxsa yox.

- Nə istəyirsən onu da elə – onsuzda peşman olacaqsan.

►Sokrat harınlığa və israfçılğa nifrət edirdi, o hesab edirdi ki, insan üçün vacib şeylər yalnız həyat üçün

zəruri ehtiyaclardır.

►İlk elmi əmək işinin yazılması Aristotelə məxsusdur. Aristotel kolleksioner olduğundan, bir çox ölkələr -

dən topladığı bitkilər haqqında elmi iş yazırdı. Kolleksiyasının tədarükçüsü isə Makedoniyalı İsgəndər olub.

B

əşəriyyət  tarixində  elə  bir



mükafat  yoxdur  ki,  öz

nüfuzuna  və  beynəl xalq

əhəmiyyətinə görə Alfred Nobelin

(1833-1896) 

adını 

daşı yan


mükafatla  müqayisə  edilə  bil sin.

Elm  aləmində  ən  çox  dina mi tin

ixtiraçısı kimi tanınan No bel ölü -

mündən  bir  qədər  əvvəl  bu

mükafatın təsis olunmasını vəsiy -

yət etmişdi. 

İlk  mükafat  Alfred  Nobelin

vəfatından beş il sonra verilib.

Dinamiti  kəşf  edən,  isveçli

kim yaçı Alfred  Nobelin  sərvətini

fonda  bağışladığını  eşidən  qo -

hum  ları məhkəmə vasitəsilə onun

vəsiyyətinə  etiraz  etmişdilər.  Be -

lə liklə, ilk Nobel Mükafatı, ixti ra -

çının  ölümündən  düz  5  il  sonra

sahiblərinə təqdim olun muşdur.



Dünyasını 

dəyişmiş 

elm

xadim lərinə 

verilən 

Nobel

mükafatları:

Əslində Nobel Mükafatı ancaq

yaşayan  insanlara  verilir.  Buna

bax mayaraq,  1961-ci  ildə  Nobel

Sülh  Mükafatına  layiq  gö rülən

Dag  Hammarskyold  ilə  1934-cü

il də  Nobel  Ədəbiyyat  Mükafatını

qa zanan  Erik Axel  Karlfelin  mü -

ka fatları dərhal verilməyib. Na mi -

zəd lik müddəti ilə mükafatın təq -

dim  olunduğu  zaman  kəsiyində

qa lib lər  vəfat  ediblər.  Buna  görə

də bu şəxslərə mükafatlar ölüm lə -

rin dən sonra verilib. 1974-cü ildə

ölümündən sonra mükafat verilmə

qadağan olunub.



İki dəfə Nobel alanlar

Dörd  elm  xadimi  iki  dəfə

Nobel  mükafatı  qazanıb.  Ameri -

ka lı Con Bardeen 1956 və 1972-ci

illərdə Fizika üzrə Nobel Müka fa -

tına layiq görülüb. İngilis kimyaçı

Frederik  Sanger  1958  və  1980-ci

illərdə  Nobel  alıb. Amerikalı  kim -

ya çı  Linus  Paulinq  fərqli  nomina -

siyalarda  1954-cü  ildə  Kimya  üz rə

Nobel  mükafatı,  1962-ci  ildə  isə

Nobel  Sülh  Mükafatı  alıb.  İki  dəfə

Nobel  Mükafatı  almış  ən  məş hur

qadın elm xadimi Mariya Kuridir.

Mariya Küri 1903-cü ildə radi -

asiya  tədqiqatlarına  görə,  1911-ci

ildə kimyəvi elementlər – polo ni -

um və radiumun tapılmasına görə

mükafat alıb.

Nobel  Ədəbiyyat  Mü ka fatını

qazanan  kanadalı  yazıçı  Alince

Munroyla birlikdə Nobel alan qa -

dın ların  sayı  45  nəfərdir.  Onların

arasında ancaq 16 nəfər elm üzrə

qalib olub. Qadınlara elm nomina -

si yasında  verilən  Nobel  mükafat -

ları üç faiz təşkil edir.

Mükafatdan imtina edənlər və

mükafat alma qadağası

Vyetnamlı məşhur siyasi xadim

Le Duc Tho ölkəsindəki vəziyyəti

əsas  gətirərək  mükafatı  qəbul  et -

məyib. Fransız yazıçı Jan-Pol Sartr

isə  hər  cür  rəsmi  mükafata  qarşı

olduğu  üçün  Nobel  Ədəbiy yat

Mükafatından  imtina  edib.  Elm

nominasiyalarında  mükafatlardan

imtina hallarına rast gəlinməyib.

Hitler Almaniyasında isə alman

elm  adamlarının  Nobel  almağı

qadağan olunub. 1938-39-cu illər -

də iki kimya, bir tibb üzrə olmaqla

üç alman elm xadiminin namizəd

olmasına  baxmayaraq  onlar  mü -

ka fat ala bilməyib.

Ən  çox  Nobel  Mükafatı  alan

ölkələr

Üç  elmi  nominasiyada  ən  çox

Nobel  Mükafatı  alan  ölkələr  ara -

sın da  Amerika  Birləşmiş  Ştatları

başda  dayanır.  Fizika,  kimya  və

tibb sahəsində mükafatların 43 fa -

izi ABŞ-dan olan elm adam larına

verilib. ABŞ-ın ardından müvafiq

olaraq  Almaniya,  İngiltərə  və

Fransa gəlir.



Ötən saydakı məntiqi sualların cavabları:

1.  Bazar günü

2.  Bir ədəd. Bundan sonra yumurtalar acqarına yeyilməyəcək.

3.    30  dəqiqə.  Odunçu  ağacı  üç  hissəyə  bölmək  üçün  onu  iki  yerdən

kəsməlidir. Deməli o hər dəfə ağac kəsməyə 7.5 dəqiqə vaxt sərf edir.

Ağacı 5 yerə bölmək üçün onu dörd yerdən kəsmək lazımdır. 4x7.5=30

4.  Qum saatlarını eyni zamanda “işə salmaq” (çevirmək) lazımdır. 7

dəqiqəlik qum saatı bitəndə xörəyi bişirməyə başlayırıq. 11 dəqiqəlik

qum saatı boşaldıqda onu tərs çeviririk və tam boşalana qədər xörəyi

bişiririk.

5.  Bölüşdürmək olar, əgər iki atadan biri o birinin oğludursa.

6.  Əlimdə 3 çiçək var: 1 qızılgül, 1lalə, 1 qərənfil.

7.  Ana südü.

8.  3-3 tərəzinin gözünə qoyuruq. Eynidirsə, yerdə qalan 3-dən 2-sini

tərəzidə  ölçürük,  onlarda  eynidirsə,  yerdə  qalan  saxtadır.  Əgər  3-3

qoyduqlarımız eyni deyilsə, yüngül olan 3-dən 2-sini tərəzidə ölçürük,

onlarda eynidirsə, yerdə qalan saxtadır

9.  Bakı-4 hərf 4^4=64, Qax-3 hərf 3^3=27,  Qusar-5 hərf 5^5=125

10.  11  12  15  20  27  36

11+1=12         12+3 =15       15+5=20         20+7=27             27+9=36



Nobel Mükafatı

Yüklə 199,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə