Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   29

INCOTERMS - 2010 

«Incoterms  2000»də  olduğu  kimi,  yeni  redaksiyada  da  satıcının 

öhdəliklərinin hər bir bəndinə alıcının müvafiq bənd üzrə «güzgü əksi» olan 

öhdəliyi  mövcuddur.  Bu  öhdəlikləri birbaşa  satıcının  yaxud  alıcının  özü  və 

ya  onların  arasında  bağlanılan  müqavilənin  şərtlərinə  əsasən  razılaşdırılan 

başqa şəxslər tərəfindən yerinə yetirilə bilər, 



«INCOTERMS 

2010» 

TİCARƏT 

TERMİNLƏRİNİN 

QRUPLAŞDIRILMASI 

E qrupu (malın çatdmhnast) 

EXW - Ex Works (...named place)

 

Franko-zavod (...göstərilmiş yer)

 

F qrupu (əsas daşınmalar) 

FCA - Free Carrier (...named place)

 

Franko-daşıyıcı (...göstərilmiş yer)

 

FAS - Free Alongside Ship (..named port of 

shipment)

 

Franko-gomi göyərtəsi boyunca 



(...göstərilmiş yüklənmə limanı)

 

FOB - Free on Board (..named port of 



shipment)

 

Franko-göyərtədə (...göstərilmiş yüklənmə 



limanı)

 

C qrupu (əsas daşmalar satta tərəfindən ödənilmişdir) 



CFR - Cost and Freight, (...named port of 

destination)

 

Dəyər və fraxt

 

(...göstərilmiş təyinat limanı)

 

CIF - Cost, Insurance and Freight (...named 



port of destination)

 

Dəyər, Sığorta və Fraxt (...göstərilmiş 



təyinat limanı)

 

CIP - Carriage and Insurance Paid ...to 



(...named place of destination)

 

Daşıma və sığorta haqqı... dək ödənilmişdir 



(...göstərilmiş təyinat yeri)

 

CI^ - Carriage Paid To (...named place of 



destination)

 

Daşınma haqqı ...dək ödənilmişdir 



(...göstərilmiş təyinat yeri)

 

D qrupu (çatdırılma) 



DAP - Delivered At Point (...named point of 

destination)

 

Təyinat Məntəqəsinə Çatdırılmışdır 



(...göstərilmiş çatdınima məntəqəsi)

 

DAT - Delivered At Terminal (...named 



terminal of destination)

 

Terminala Çatdırılmışdır (...göstərilmiş 



çatdırılma terminalı)

 

DDP - Delivered Duty Paid (...named place of 



destination)

 

Rüsum ödənilməklə çatdırılmışdır 



(...göstərilmiş çatdırılma yeri)

 



INCOTERMS - 2010 

«INKOTERMS 2010» TERMİNLƏRİNİN XÜSUSİYYƏTLƏRİ 

«E» qrupunun EXW (Ex Works) şortində satıcının öhdəlikləri minimum 

həddədir  və  malı  alıcının  sərəncamına  razılaşdırılmış  yerdə,  adətən,  öz 

ərazisindəki  anbardan  verməklə  məhdudlaşır.  Bir  sıra  hallarda  satıcı  malın 

alıcı tərəfindən təqdim olunmuş nəqliyyat vasitəsinə yükləməkdə ona kömək 

edə bilər. Satıcı bu işdə kömək göstərməyi arzulamazsa, «EXW» terminindən 

istifadə olunması üçün satıcının minimal öhdəlikləri prinsipinə riayət olunur 

və bu məsələ alqı-satqı müqaviləsi ilə tənzimlənir. 

«F» qrupuna daxil olan FCA (Free  Carrier), FAS (Free  Alongside Ship) 

və FOB (Free On  Board) terminlərindən istifadə olunduqda, onlann bir sıra 

xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, «Franko-daşıyıcı» («FCA») termini 

əsasında  bağlanılan  müqavilələrin  bəzi  məqamlarının  müxtəlifliyi 

səbəbindən,  tərəflərin  malı  hansı  məntəqədə  təhvil  veriləcəyini  nəzərdə 

tutmasını müəyyənləşdirmək çətinlik doğurur. Belə ki, mallar həm satıcının 

ərazisində  alıcının  göndərdiyi  nəqliyyat  vasitəsinə  yüklənə  bilər,  həm  də 

bunun  alternativi  kimi,  alıcının  göstərdiyi  terminalda  sahcının  təmin  etdiyi 

nəqliyyat  vasitəsindən  boşaldıla  bilər.  «Incoterms  2010»  bu  alternativ 

variantları  nəzərə  alır.  Malın  müqavilədə  göstərilən  çatdırılma  məntəqəsi 

satıcının  ərazisidirsə,  mal  alıcının  nəqliyyat  vasitəsinə  yükləndikdən  sonra, 

başqa  hallarda  isə,  satıcının  nəqliyyat  vasitəsindən  boşaldılmaqla  alıcının 

sərəncamına verildikdən sonra çatdırılmış hesab olunur. 

Müasir  dövrdə  «Franko-göyərtədo»  («FOB»)  terminində  malın 

çatdırılması  üçün  «gəmi  tutacağından  keçməsi»  anlayışından  istifadə 

edilməsi bir çox hallarda qeyri-münasib görünsə də, hər halda tacirlər üçün 

başa düşüləndir və malın, habelə yüklənmə üçün istifadə olunan vasitələrin 

imkanlarını  nəzərə  aldığına  görə  tətbiq  olunur.  Aydındır  ki,  «Franko- 

göyərtədə»  («FOB»)  məntəqəsinin  dəyişdirilməsi  anlaşılmazlıq  yarada 

bilərdi  (xüsusilə  də,  çarter  müqaviləsi  üzrə  dəniz  nəqliyyatı  vasitəsilə 

daşınan istehlak mallarının satışı zamanı). 

Qeyd  etmək  vacibdir  ki,  «Franko-gomi  göyərtəsi  boyunca»  («FAS») 

terminində  malın  ixracı  üzrə  gömrük  vergi  və  rüsumlarının  ödənilməsi 

öhdəliyində  dəyişiklik  edilmişdir.  Mövcud  təcrübəyə  əsasən,  bu  öhdəlik 

adətən satıcının vəzifələrinə daxil edilir. 

10 



INCOTERMS-2010 

«C»  qrupunun  tcrminlori  satıcıdan  öz  hesabına  adi  şərtlərlə  daşınma 

müqaviləsini  bağlamağı  tələb  edir.  Buna  görə  də,  «C»  qrupunun  müvafiq 

terminində satıcının nəqliyyat xərclərini hansı məntəqəyədək ödədiyi mütləq 

əks  olunmalıdır.  «Dəyər,  Sığorta  və  Fraxt»  («CIF»)  və  «Daşıma  və  sığorta 

haqqı  ...dək  ödənilmişdir»  («CIP»)  terminlərinə  görə  isə,  satıcı  malı  habelə 

sığortalamalı və sığorta xərclərini ödəməlidir. 

Xərclərin  bölüşdürülməsinin  təsbit  olunmuş  məntəqəsi  malın  təyinat 

ölkəsində  yerləşdiyinə  görə,  «C»  qrupunun  terminləri  səhvən  mal 

razılaşdırılmış  məntəqəyə  faktiki  çatdırılanadək  satıcını  risklərdən  və 

xərclərdən azad etməyən «çatdırılma müqavilələri»nə («arrival cont- racts») 

aid  olunur.  Lakin  qeyd  olunmalıdır  ki,  «C»  qrupunun  terminləri  satıcının 

öhdəliklərinin  malın  göndərildiyi  ölkədə  başa  çatdığını  nəzərdə  tutan  «F» 

qrupunun terminləri ilə eyni mənşəlidir. Beləliklə, «C» qrupunun terminləri 

əsasında bağlanılan alqı-satqı müqavilələri «F» qrupunun terminləri əsasında 

bağlanmış  müqavilələr  kimi,  «yüklənmə  müqavilələ-  ri»nə  (shipment 

contracts) bənzəyir. 

Məhz  «yüklənmə  müqavilələri»nin  xarakterinə  uyğun  olaraq,  malın 

razılaşdınimış  təyinat  yerinə  adi  yollarla  və  ümumi  qəbul  edilmiş  qaydada 

daşınması  xərclərinin  ödənilməsi  satıcının  öhdəsinə,  lazımi  qaydada 

daşıyıcıya təhvil verildikdən sonra malın məhvi yaxud zədələnməsi riski və 

meydana çıxan əlavə xərclərin ödənilməsi isə, alıcının öhdəsinə düşür. 

«C»  qrupunun  terminləri  digər  terminlərdən  risklərin  bölüşdürülməsi 

və  xərclərin  ödənilməsinə  aid  olan  iki  həlledici  cəhətlə  fərqlənir:  birincisi, 

satıcının  malın  daşınması  üzrə  müqavilə  bağlaması  və  daşınma  xərclərini 

ödəməsi,  ikincisi  riskin  bölüşdürülməsi.  Buna  görə  də,  «C»  qrupuna  daxil 

olan  və  satıcının  risklər  üzrə  öhdəliklərini  yuxarıda  göstərilən  bənddə 

nəzərdə tutulduğundan artıq genişləndirən terminlərdə həmin risklər barədə 

qeydlərin aparılmasına xüsusi diqqət yetirilməlidir. 

Terminlərin  bu  qrupunun  mühüm  xüsusiyyətlərindən  biri  də  daşınma 

müqaviləsini  bağlamış,  malı  daşıyıcıya  təhvil  vermiş,  «Dəyər,  Sığorta  və 

Fraxt»  («CIF»)  və  «Daşıma  və  sığorta  haqqı...dək  ödənilmişdir»  («CIP») 

terminlərinə  uyğun  olaraq  onu  sığortalamış  və  beləliklə  də,  müqavilə 

öhdəliklərini  lazımi  qaydada  yerinə  yetirmiş  satıcının  gələcəkdə  baş  verə 

biləcək hər hansı riskdən və xərclərdən azad olunmasıdır. 

11 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə