Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   29

INCOTERMS-2010 

rın  «nəqliyyat  sənədində  yalnız  təkrarən  göstərildiyinə»  əsaslanaraq,  bu 

məlumatlara  görə  məsuliyyəti  üzərinə  götürməkdən  imtina  edir.  Ümumi 

qəbul  olunmuş  qaydalara  və  prinsiplərə  əsasən,  daşıyıcı  məlumatların 

səhihliyini  münasib  üsullarla  yoxlamalıdır  və  bunu  etməməsi,  onun  yükü 

qəbul edən qarşısında məsuliyyətini yaradır. Lakin mal konteynerlərlə nəql 

edildikdə,  konteynerin  doldurulmasına  görə  məsuliyyət  daşıdığı  hallar 

istisna  olunmaqla,  daşıyıcının  orada  yerləşdirilmiş  malı  yoxlamaq  imkanı 

yoxdur. 

Yalnız  iki  termin  -  «Dəyər,  Sığorta  və  Fraxt»  («CIF»)  və  «Daşıma  və 

Sığorta  haqqı...dək  ödənilmişdir»  («CIP»)  malın  sığortalanması  ilə  bağlıdır. 

Bu  terminlərə  əsasən,  satıcı  malı  alıcının  xeyrinə  sığortalamalıdır.  Başqa 

hallarda malın sığortalanmasının təmin edilməsi və sığortanın əhatə dərəcəsi 

bilavasitə  tərəflər  arasında  razılaşdırılır.  Satıcı  malı  alıcının  xeyrinə 

sığortaladığına görə, çox zaman onun tələblərini bilmir. London Sığortaçılar 

Birliyi 


tərəfindən 

hazırlanmış 

«Yüklərin 

sığortalanması 

haqqında 

Əsasnamə»nin «C» bəndinə əsasən mallar «minimal məbləğə», «B» bəndinə 

əsasən  «orta  məbləğə»,  «A»  bəndinə  əsasən  «yüksək  məbləğə»  sığortalana 

bilər.  «Dəyər,  Sığorta  və  Fraxt»  («CIF»)  termini  əsasında  göndərildikdə, 

tranzitlə  daşınan  kütləvi  istehlak  mallarının  bir  neçə  dəfə  müxtəlif  alıcılara 

satılmaq  imkanının  mövcudluğuna,  sığorta  məbləğinin  növbəti  alıcıları  nə 

dərəcədə qane etdiyini müəyyənləşdirməyin mümkün olmamasına görə, bu 

terminin  malın  minimum  məbləğə  sığortalanması  barədə  müddəasında 

alıcının  əlavə  sığortalama  tələb  etməsinin  mümkünlüyü  nəzərdə  tutulur. 

Lakin malın itirilməsi, oğurlanması yaxud lazımi tərzdə emal edilməməsi və 

ya  saxlanılma-  ması  riski  yüksək  olduqda,  satılan  hazır  malın  minimum 

məbləğdə  sığortalanması  əlverişli  deyil  və  göstərilən  «Əsasnamə»nin  «C» 

bəndində  nəzərdə  tutulduğuna  nisbətən  daha  böyük məbləğdə  sığortalama 

tələb olunur. Sığortanın minimum məbləğdə təmin olunmasını nəzərdə tutan 

«Dəyər,  Sığorta  və  Fraxt»  («CIF»)  terminindən  fərqli  olaraq  daha  yüksək 

sığorta  təminatı  tələb  etdiyinə  görə,  kütləvi  istehlak  mallarının  alqı-satqısı 

zamanı  «Daşıma  və  Sığorta  haqqı...dək  ödənilmişdir»  («CIP»)  terminindən 

adətən, istifadə edilmir. Lakin «Daşıma və Sığorta haqqı...dək ödənilmişdir» 

(«CIP»)  terminində  satıcının  sığortalama  üzrə  öhdəliklərinin  dəyişdirilməsi 

anlaşılmazlıq yarada biləcəyinə görə. 



15 


INCOTERMS-2010 

hər  iki  termində  malın  sığortalanması  minimum  məbləğlə  məhdudlaşır. 

«Daşıma və Sığorta haqqı...dək ödənilmişdir» («CIP») termininin bu məqamı 

alıcı  üçün  xüsusilə  vacibdir:  əgər  əlavə  sığortalama  tələb  olunursa,  o, 

satıcının  şərtləri  ilə  razılaşmalı  yaxud  bunun  alternativi  kimi,  əlavə 

sığortalamanı  bilavasitə  özü  yerinə  yetirməlidir.  Bəzi  xüsusi  hallarda  alıcı 

malın  müharibələrdən,  üsyanlardan,  tətillərdən  yaxud  digər  iğtişaşlardan 

sığortası  üzrə  «Əsasnamə»nin  «A»  bəndinin  imkan  verdiyindən  artıq 

məbləğə  təminat  ala  bilər.  Alıcı  bu  cür  sığortalanmanın  satıcı  tərəfindən 

yerinə yetirilməsini istəyirsə və bu mümkündürsə, satıcıya müvafiq göstəriş 

verməlidir. 

«D»  qrupunun  terminlərində  malın  sərhədə  yaxud  idxalçı  ölkənin 

hüdudlannda  yerləşən  razılaşdırılmış  təyinat  məntəqəsinə  çatdırmaq 

məsuliyyəti  satıcının  üzərinə  düşdüyü  üçün,  onlar  xarakter  etibarilə  «C» 

qrupuna  daxil  olan  terminlərdən  fərqlənir.  Satıcı  malın  bu  məntəqəyə 

çatdınlması üzrə bütün riskləri öz üzərinə götürməli və xərcləri ödəməlidir. 

Aydındır ki, «D» qrupunun terminləri «çatdırılma müqavilələri»ni («arriwal 

contracts»),  «C»  qrupunun  terminləri  isə,  «yüklənmə  müqavilələrini» 

(«shipment contracts») ifadə edir. 

«Rüsum ödənilməklə çatdırılmışdır» («DDP») termini istisna edilməklə, 

«D»  qrupuna  daxil  olan  terminlərə  əsasən  malın  təyinat  ölkəsinə  idxalı  ilə 

bağlı olan gömrük vergi və rüsumları alıcı tərəfindən ödənilir. 

«Rüsum  ödənilmədən  çatdırılmışdır»  («DDU»)  termini  1990-cı  ilin 

redaksiyasında əlavə edilmişdir. Bu termindən satıcının malı təyinat ölkəsinə 

idxal  üzrə  gömrük  rəsmiləşdirməsini  yerinə  yetirmədən  və  gömrük 

rüsumlarını  ödəmədən  çatdırmağı  öhdəsinə  götürdüyü  hallarda  istifadə 

olunur.  Malların  idxal  üçün  rəsmiləşdirilməsi  mürəkkəb  olan  və  xeyli  vaxt 

tələb  edən  ölkələrdə  malı  gömrük  rəsmiləşdirməsini  aparmaqla  çatdırmaq 

öhdəliyini  yerinə  yetirərkən,  satıcı  çətinliklərlə  qarşılaşa  bilər.  «Rüsum 

ödənilmədən  çatdırılmışdır»  («DDU»)  termininin  təfsirinin  B5  və  B6 

bəndlərində  alıcının  malm  öz  ölkəsinə  idxalı  üzrə  gömrük  rəsmiləşdirilməsi 

öhdəliyini  yerinə  yetirmədiyi  təqdirdə  yaranan  əlavə  risklərin  və  xərclərin 

onun  tərəfindən  ödənilməsi  nəzərdə  tutulduğuna  baxmayaraq,  malın 

idxalının  gömrük  rəsmiləşdirilməsi  ilə  əlaqədar  çətinliklər  mövcud  olan 

ölkələrlə  ticarət  aparan  sahcıların  bu  termindən 

'  istifadə  etməsi  məsləhət 

görülmür. 



16 

4 


INCOTERMS-2010 

ANLAYIŞLAR 

«Incoterms  2010»  hazırlanarkən,  on  bir  terminin  hər  birində  istifadə 

edilən  müxtəlif  ifadələrin  mümkün  qədər  aydınlığına  və  ardıcıllığına  nail 

olmaq üçün səy göstərilmişdir. Beləliklə, eyni bir ifadədən müxtəlif mənada 

təfsir olunacağı ehtimalı aradan qaldırılmışdır. Bundan başqa, mümkün olan 

bütün  hallarda  BMT-nın  1980-cı  il  «Malların  Beynəlxalq  Alqı-satqı 

Müqavilələri haqqında Konvensiyası»nda («UN Convention on Contracts for 

the  International  Sale  of  Goods»)  əksini  tapmış  ifadələrdən  istifadə 

edilmişdir. 

«Malgöndərən» 

Müvafiq alternativin olmadığına görə, iki müxtəlif mənanı ifadə etmək 

üçün bəzi hallarda eyni məfhumdan istifadə edilmişdir. Tacirlər bu çətinliklə 

həm  alqı-satqı,  həm  də  daşınma  müqavilələrində  qarşılaşacaq.  Məsələn, 

«malgöndərən» (shipper) məfhumu həm malları daşınmaq üçün təhvil verən 

şəxsi,  həm  də  daşıyıcı  ilə  müqavilə  bağlayan  şəxsi  bildirir.  Halbuki,  bu  iki 

«malgöndərən» müxtəlif şəxslər ola bilər (məsələn, FOB termininə görə, satıcı 

malı  daşınmaq  üçün  təhvil  verməli,  alıcı  isə,  daşıyıcı  ilə  müqavilə 

bağlamalıdır). 

«Gəmi» 

Malın  dəniz  yolları  ilə  daşınmasını  nəzərdə  tutan  terminlərdə  «gəmi» 

sözündən  istifadə  olunur.  Nəzərə  alınmalıdır  ki,  «Franko-göyər-  tədə» 

(«FOB»)  terminindəki  «gəminin  tutacağından  keçirilməklə»  ifadə-  sindəki 

«gəmi» sözündən də eyni mənada istifadə olunur. 

«Adi» 

«Adi»  sözünə  bir  neçə  termində,  məsələn,  «EXW»  termininin  malın 

çatdırılması müddətləri barədə (A4 bəndi), «C» qrupu terminlərinin satıcının 

daşınma müqaviləsini bağlaması üçün tələb olunan və alıcıya təqdim etdiyi 

sənədlər barədə (A3, A8 bəndləri) təsadüf olunur. «Adi» sözünün hansı məna 

verdiyini  dəqiq  söyləmək  çətin  olsa  da,  bir  çox  hallarda  onu  insanların 

ticarətdə  adətən,  necə  davrandıqları  və  təcrübəyə  əsaslanaraq  necə  hərəkət 

etdikləri  kimi  açıqlamaq  olar.  Bu  baxımdan,  qiymətləndirməni  təcrübə 

zəminində deyil, «vicdanlılıa» 

 «ədalətli 

17 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə