Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   29

INCOTERMS - 2010 

ticarət»  kimi  mücərrəd  prinsiplər  əsasında  aparılmasını  nəzərdə  tutan 

«ağlabatan» sözündənsə, «adi» sözündən istifadə olunması daha münasibdir. 

Lakin  bəzən  «ağlabatan»ın  nə  olduğu  barədə  qərar  qəbul  etmək  zərurəti 

yarana bilər. Bu səbəblərdən, «Incoterms»də «ağlabatan» sözündənsə, «adi» 

sözünə üstünlük verilmişdir. 



«Öhdəliyi yoxdur» ifadəsi 

«Satıcı  etməlidir»  və  «Alıcı  etməlidir»  ifadələrindən  görünür  ki, 

«Incoterms»də  yalnız  tərəflərin  qarşılıqlı  öhdəlikləri  nəzərdən  keçirilir. 

«Öhdəliyi yoxdur» sözləri mətnə bir tərəfin digər tərəf qarşısında öhdəliyinin 

olmadığını  bildirmək  üçün daxil  edilmişdir.  Beləliklə, müvafiq terminin  A3 

bəndinə  əsasən  satıcının  daşınma  müqaviləsini  bağlamaq  və  dəyərini 

ödəmək  öhdəliyi  göstərilmişdirsə,  alıcının  bu  vəzifələrini  ifadə  edən  B3 

«Daşınma  müqaviləsi»  bəndində  «öhdəlikləri  yoxdur»  ifadəsini  görəcəyik. 

Tərəflərin müvafiq bənd, məsələn, sığortalama üzrə öhdəliyi olmadıqda isə, 

«öhdəliyi  yoxdur»  ifadəsi  onlardan  hər  birinin  öhdəliklərində  əks 

ediləcəkdir. 

Bununla belə, qeyd edilməlidir ki, bir tərəfin digər tərəf qarşısında hər 

hansı  öhdəliyinin  olmaması,  onun  bu  vəzifəni  yerinə  yetirməkdə  maraqlı 

olmadığını  göstərmir.  Məsələn,  «Dəyər  və  Fraxt»  («CFR»)  termininin  B3 

bəndində alıcının satıcı qarşısında sığorta müqaviləsi bağlamaq öhdəliyinin 

olmadığı göstərilsə də, aydındır ki, onun A3 bəndinə əsasən sığortalanmanı 

təmin  etmək  öhdəliyi  olmayan  satıcı  tərəfindən  belə  sığorta  müqaviləsinin 

bağlanmasında marağı vardır. 



MAUN ÇATDIRILMASI 

Ticarət təcrübəsində bu anlayışa birmənalı yanaşılmasa da, «Inco- terms 

2010»da  malın  məhvi  yaxud  zədələnməsi  riskinin  satıcıdan  alıcıya  keçdiyi 

anı bildirmək üçün istifadə edilir. Xüsusi qeyd olunmalıdır ki, «lncoterms»də 

«malın  çatdırılması»  anlayışı  iki  müxtəlif  mənada  istifadə  edilir.  Birincisi, 

«Incoterms»in  A4  bəndlərində  göstərilən  öhdəliklərin  satıcı  tərəfindən  tam 

yerinə yetirildiyi vaxtı müəyyənləşdirmək üçün; ikincisi, alıcının çatdırılmış 

malı  götürmək  yaxud  qəbul  etmək  üzrə  «Incoterms»in  B4  bəndlərində 

göstərilən öhdəliklərini yerinə yetirməsi baxımından. 

18 

■' i» ? ? 




INCOTERMS *2010 

«Malın çatdırılması» anlayışından ikinci mənada istifadə olunması, alıcı 

tərəfindən  «C»  qrupu  terminlərinin  şərtlərini  qəbul  edildiyini,  yəni  malı 

çatdırdıqdan  sonra  satıcının  öhdəliklərinin  tam  yerinə  yetirildiyini,  alıcının 

isə,  həmin  malı  qəbul  etmək  vəzifəsini  bildirir.  Göstərilən  sonuncu  öhdəlik 

mal  alıcı  tərəfindən  toplanılanadək  yarana  biləcək  əlavə  xərclərin  qarşısını 

almaq üçün vacibdir. Məsələn, «Dəyər və Fraxt» («CFR») və «Dəyər, Sığorta 

və Fraxt» («GIF») müqavilələrinə əsasən, alıcı çatdırılmış malı qəbul etməli və 

daşıyıcıdan təhvil almalıdır. Alıcı bunları etmək iqtidarında deyilsə, daşıyıcı 

ilə daşınma müqaviləsi bağlamış satıcıya dəyən ziyanın əvəzini yaxud malı 

daşıyıcıdan qəbul edənədək daşıyıcının boşdayanmalar nəticəsində yaranan 

xərcini ödəməlidir. 

«Alıcı çatdırılan malı qəbul etməlidir» ifadəsi bu mənada işlənil- dikdə, 

alıcının malı alqı-satqı müqaviləsinə uyğun olaraq qəbul etdiyi deyil, yalnız 

satıcının  «C»  terminlərinin  A3  a)  yarımbəndlərinə  əsasən  bağlamalı  olduğu 

daşınma  müqaviləsi  üzrə  malı  daşıyıcıya  təhvil  vermək  öhdəliyinin  yerinə 

yetirildiyini  qəbul  etməsi  kimi  başa  düşülməlidir.  Belə  ki,  malı  qəbul 

etdikdən  sonra  alıcı  onun  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun 

gəlmədiyini  aşkar  edərsə,  alqı-satqı  müqaviləsinə  və  tətbiq  olunan  hüquqa 

əsaslanaraq, satıcıya qarşı hüquqi müdafiə vasitələrinə əl ata bilər; lakin bu 

məsələlər «lncoterms»in çərçivəsindən kənardır. 

Mal  alıcınm  sərəncamına  konkret  yerdə  təhvil  verildiyi  hallarda, 

«Incoterms  2000»də  müvafiq  olaraq  «malın  alıcının  sərəncamına  verilməsi» 

(«placing  the  goods  at  the  disposal  of  the  buyer»)  ifadəsindən  istifadə 

olunmuşdur. Bu ifadə BMT-nın 1980-cı il «Malların Beynəlxalq Alqı-Sat- qısı 

Müqavilələri  haqqında  Konvensiyası»nda  istifadə  olunmuş  «malların 

verilməsi»  («handing  over  the  goods»)  anlayışının  ifadə  etdiyi  mənaya 

malikdir. 



XƏRCLƏR 

Malın  idxalına  görə  gömrük  vergi  və  rüsumlannın  ödənilməsi 

öhdəliyində  mal  ölkəyə  gətirildikdən  sonra  çəkilən  «xərclər»  dəqiq 

müəyyənləşdirilməlidir.  Malın  ölkəyə  gətirilməsi  və  idxalın  gömrük 

tənzimlənməsi  ilə  əlaqədar  olan  xərclər  idxal  qaydalarını  tənzimləyən 

təlimatlara  müvafiqqay  dada  ödənilməlidir.  Tərəflərinmalmidxalı  ilə 

əlaqədar öhdəsinə götürdüyü istənilən əlavə xərclər, məsələn, gömrük vergi 

və 


19 


INCOTERMS - 2010 

rüsumlarının  ödənilməsi  üzrə  hesablaşmaların aparılması  ilə  bağlı  olmayan 

saxlanc xərcləri bu xərclərə daxil edilməməlidir. Öhdəliyi daşıyan tərəf işləri 

bilavasitə  özü  yerinə  yetirmirsə,  gömrük  brokerlərinə  yaxud  ekspeditorlara 

ödənilən haqq bu xərclərə daxil edilə bilər. 

GÖMRÜK HESABLAŞMALARI 

«Gömrük hesablaşmaları» ifadəsi bir çox hallarda anlaşılmazlıq yaradır. 

Buna  görə  də,  malı  ixrac  yaxud  idxal  edən  ölkələrin  gömrükxa-  nasından 

keçirilməsi  üzrə  satıcının  və  alıcının  öhdəliklərinə  baxılarkən  nəzərə 

alınmalıdır  ki,  bu  öhdəliklərə  təkcə  rüsumların  və  digər  ödənişlərin  deyil, 

həmçinin  inzibati  məsələlərin  həlli  və  hakimiyyət  orqanlanna  müvafiq 

informasiyanın verilməsi xərcləri də daxildir. 

Bundan  başqa  qeyd  olunmalıdır  ki,  dünyanın  bir  çox  ölkələrində, 

məsələn,  Avropa  İttifaqına  daxil  olan  ölkələrdə  yaxud  digər  sərbəst  ticarət 

bölgələrində  ixrac  və  ya  idxal  üzrə  rüsum  ödəmək  öhdəlikləri  və 

məhdudiyyətlər  aradan  qaldırıldığına  görə,  mal  üzrə  gömrük  vergi  və 

rüsumla-  nnın  və  gömrük  rəsmiləşdirilməsi  xərclərinin  bölüşdürülməsini 

nəzərdə tutan terminlərdən istifadə olunması məqsədəuyğun deyil. 

Gömrük  proseduralarının  yerinə  yetirilməsi  tələb  edilmədiyi  hallarda 

ikimənalı  təfsirin  qarşısını  almaq  üçün  «Incoterms»in  A2  və  B2,  A6  və  B6 

bəndlərinə  «mümkün  olan  yerdə»  («where  appiicable»)  sözləri  əlavə 

olunmuşdur. 

Gömrük hesablaşmalan adətən, tərəflərin ölkələrində, gömrük vergi və 

rüsumlarmın  ödənildiyi  yerdə  onların  özləri  yaxud  onlann  admdan  çıxış 

edən şəxslər tərəfindən apanlmalıdır. Beləliklə, ixracatçı malm ixraa, idxalçı 

isə, malm idxalı üzrə gömrük vergi və rüsumlannı ödəməlidir. 

«Rüsum ödənilməklə çatdırılmışdır» («DDP») termininin adına - rüsum 

ödənilməklə  çatdırılmaya  -  müvafiq  olaraq,  satıcının  malı  alıcının  ölkəsinə 

idxal  gömrük  vergi  və  rüsumlan,  habelə  bununla  əlaqədar  olan  istənilən 

xərcləri ödəməyə razılıq verdiyi müəyyənləşdirilir

MAL İLƏ BAĞU RİSKLƏR VƏ XƏRCLƏR 

Satıcı  malın  çatdırılması  üzrə  öhdəliklərini  yerinə  yetirdikdən  sonra 

yükün itirilməsi yaxud zədələnməsi riski, habelə bununla əlaqədar yaranan 

xərclərin ödənilməsi öhdəliyi alıcıya keçir. 



20 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə