Ingilis dilindən tərcümə edənlər



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   29

INCOTERMS-2010 

Lakin  bəzi  hallarda,  alıcı  çatdırılmış  malı  qəbul  etməməklə  yaxud 

satıcıya  müvafiq  göstərişlər  (malın  çatdırılma  tarixi  və/və  ya  məntəqəsinə 

dair)  verməməklə,  risklərin  və  xərclərin  öz  üzərinə  keçməsi  məqamını 

ləngidə bilər. Onu bu imkandan məhrum etmək məqsədilə bütün terminlərdə 

mal  sərəncamına  verilməzdən  əvvəl  risklərin  və  xərclərin  alıcının 

məsuliyyətinə keçdiyi hallar nəzərdə tutulmuşdur. 

Malın  konkret  alıcı  üçün  təyin  olunması  yaxud  ayrılaraq  saxlanılması, 

risklərin  və  xərclərin  vaxtından  əvvəl  onun  məsuliyyətinə  keçməsinin  əsas 

şərtidir.  «EXW»  şərtləri  əsasında  bağlanılan  müqavilələr  üçün  bu,  xüsusilə 

vacibdir.  Belə  ki,  başqa  şərtlərə  əsasən  mal  yalnız  yükləndikdən, 

göndərildikdən  (ikinci  və  üçüncü  qrupun  terminləri)  yaxud  təyinatı  üzrə 

çatdırıldıqdan  (dördüncü  qrupun  terminləri)  sonra  konkret  alıcı  üçün  təyin 

olunmuş sayılır. 

Bəzi müstəsna hallarda satıcı yükü pərakəndə şəkildə, hər bir alıcı üçün 

təyin olunmuş miqdar dəqiq göstərilmədən göndərə bilər. Bu zaman yükün 

təyinatı  dəqiqləşdirilənədək,  risklər və  xərclər  alıcıya  keçə  bilməz  (BMT-nın 

1980-ci  il  «Malların  Beynəlxalq  Alqı-satqısı  Müqavilələri  haqqında 

Konvensiya»smın 69.3 maddəsi). 

LİMANLAR, YERLƏR. MƏNTƏQƏLƏR VƏ ƏRAZİLƏR 

«Incoterms»də malm çatdıniması ilə bağlı istifadə olunan bir çox ifadələr 

maraq  doğurur.  «Franko-gəmi  göyərtəsi  boyunca»  («FAS»),  «Franko- 

göyərtədə»  («FOB»),  «Dəyər  və  Fraxt»  («CFR»),  «Dəyər,  Sığorta  və  Fraxt» 

(«GIF»), terminlərində istifadə olunan «yüklənmə limanı» və «təyinat limanı» 

ifadələri  malın  daşınması  üçün  yalmz  dəniz  nəqliyyatmdan  istifadə 

edildiyini bildirir. Bütün başqa hallarda «yer» sözündən istifadə olunmuşdur. 

Bəzən müqavilənin qüvvəyə mindiyi tarixdə malın təyinat yerini yaxud 

satıcının  malı  daşınmaq  üçün  hara  çatdıracağmı  dəqiq  müəyyənləşdirmək 

mümkün  olmur.  Belə  halda  qeyri-müəyyən  tərzdə  «bir  sıra»  təyinat  yerləri 

yaxud kifayət dərəcə geniş ərazi, məsələn, dəniz limanı göstərilə bilər. Qeyd 

olunmalıdır ki, alıcı yerin yaxud ərazinin hüdudlarında təyinat məntəqəsini 

dəqiqləşdirmək və ya konkretləşdirmək hüququna və ya öhdəliyinə malikdir. 

Alıcı  təyinat  yerini  müəyyənləşdirmək  öhdəliyini  yerinə  yetirmədikdə, 

bununla əlaqədar yaranan riskləri və əlavə xərcləri ödəmək məsuliyyətini öz 

üzərinə götürməlidir. 



21 


INCOTERMS - 2010 

Alıcı  məntəqəni  təyin  etmək  hüququndan  imtina  etdikdə,  mal 

göndərişinin məqsədlərinə daha münasib olan məntəqəni satıcmın özü seçə 

bilər. 


Malın təkcə hansı yerdə (məsələn, şəhər) yaxud limanda deyil, həmçinin 

onun  hüdudlarında  yerləşən  hansı  məntəqədə  alıcıya  təhvil  verəcəyini 

bilmək  satıcı  üçün  mühüm  olduğu  hallarda  isə,  «məntəqə»nin  göstərilməsi 

vacibdir.  Çox  vaxt  alqı-satqı  müqavilələrində  bu  barədə  informasiya  qıtlığı 

hiss  olunur  və  buna  görə  də,  «Incoterms»də  müəyyənləşdirilmiş  yerin 

hüdudlarında malın təhvil verildiyi məntəqə razılaşdı- rılmadıqda yaxud bir 

neçə  mümkün  məntəqə  mövcud  olduqda,  satıcının  malı  çatdırmaq  üçün 

müvafiq  saydığı  məntəqəni  seçmək  imkanı  nəzərdə  tutulmuşdur.  Malın 

çatdırıldığı  məntəqə  satıcının  «yeri»  olduqda,  «satıcının  ərazisində»  ifadəsi 

işlədilmişdir. 



YOXLAMA VƏ BAXIŞ 

«Incoterms»in  A9  və  B9  bəndlərində  müvafiq  olaraq  «Yoxlama, 

qablaşdırma  və  markalama»  və  «Mala  baxış  keçirilməsi»  ifadələrindən 

istifadə  edilmişdir.  «Yoxlama»  və  «baxış»  anlayışları  ilk  nəzərdən  sinonim 

kimi görünsə də, birinci söz malın A4 bəndinə müvafiq qaydada çatdırılması 

üzrə satıcının öhdəliyini bildirir, ikincisi isə, malın müqavilə şərtlərinə yaxud 

rəsmi tələblərə uyğunluğunu təmin etmək məqsədilə alıcının yaxud ixrac və 

ya  idxal  edən  ölkələrin hakimiyyət  orqanlarının  tələbinə  əsasən  «yüklənmə 

qabağı baxış keçirilməsi» üçün istifadə olunur. 

Bir  çox  hallarda  alıcıya  malın  satıcı  tərəfindən  daşınma  üçün  təhvil 

verilənədək yaxud təhvil zamanı baxış keçirmək tövsiyə olunur. Müqavilədə 

başqa hal nəzərdə tutulmadıqda, bu baxış alıcının maraqlarını təmin etmək 

üçün  keçirildiyinə  görə,  müvafiq  xərcləri  onun  özü  ödəməlidir.  EXW 

terminindən  istifadə  halları  istisna  olunmaqla,  baxiş  satıcınm  ölkəsində 

malların  ixracına  tətbiq  edilən  qaydaları  yerinə  yetirmək  məqsədi  ilə 

keçirilirsə, xərclər satıcı tərəfindən ödənilir. 



MAUN QABLAŞDIRILMASI 

Tərəflər  təyinat  yerinə  daşınması  üçün  malın  tələb  olunan 

qablaşdırılması  şərtlərini  əvvəlcədən  bilməlidir.  Bu  zərurət,  satıcının  malı 

qablaşdırmaq  öhdəliyi  nəqliyyatın  növündən  və  daşınmanın  müddətindən 

asılı olaraq fərqləndiyinə görə, onun bu öhdəliyi lazımi qaydada yerinə 

22 



INCOTERMS - 2010 

yetirə bilməsi səbəbindən yaranır. Buna görə də, malın qablaşdırılması- nın 

şərtləri  alıcı  tərəfindən  əvvəlcədən  satıcıya  bildirilməli  və  alqı-satqı 

müqaviləsində göstərilməlidir. 

«Malın qabı» anlayışı, malın alqı-satqı müqaviləsinin tələblərinə uyğun 

olaraq  qablaşdırıldığını,  daşınmaq  üçün  yararlı  olmasını  və  konteynerdə 

yerləşdirildiyini  ifadə  edir.  «İncoterms  2010»da  tərəflərin  malları 

konteynerdə yerləşdirmək vəzifələri müəyyənləşdirilmir. 



KONOSAMENT VƏ ELEKTRON TİCARƏT ÜZRƏ SƏNƏDLƏR 

Ənənəyə görə, bort konosamenti CFR və GIF terminlərinə uyğun olaraq 

satıcının  təqdim  edə biləcəyi  yeganə  məqbul  sənəddir.  Konosament  üç  əsas 

funksiyanı yerinə yetirir: 

malın gəmi göyərtəsinə çatdırıldığını sübut edir; daşınma 

müqaviləsinin bağlandığını bildirir; kağız sənədi təqdim etməklə, tranzitlə 

daşınan malın üzərində mülkiyyət hüququnun müqabil tərəfə ötürülməsi 

vasitəsidir. 

Konosamentdən  savayı,  başqa  nəqliyyat  sənədləri  ilk  iki  funksiyanı 

yerinə yetirəcək, amma tranzitlə daşınan malın təyinat yerinə çatdırılmasma 

nəzarət  etmək  yaxud  sənədləri  alıcıya  təqdim  etməklə  tranzit  mah  ona 

satmaq  imkanı  verməyəcək.  Həmin  nəqliyyat  sənədləri  malları  təyinat 

yerində  almaq  hüququ  olan  tərəfi  bildirir.  Təyinat  yerində  malları 

daşıyıcıdan  təhvil  almaq  üçün  konosamentin  olmasının  vacibliyi  onun 

elektron  sənədlə  əvəz  olunmasım  xüsusilə  çətinləşdirir.  Amma  buna 

baxmayaraq, konosamentin yaxm gələcəkdə elektron sənədlə əvəz olunacağı 

ehtimal edilir. 

Adətən,  konosament  bir  neçə  əsil  nüsxədə  tərtib  olunur  və  bu  cəhət, 

alıcının  yaxud  onun  göstərişinə  əsasən  ödənişləri  həyata  keçirən  bank 

tərəfindən bütün nüsxələrin («konosamentlərin tam dəsti», «full set») satıcıya 

ötürülməsini  zəruriləşdirir.  Bu,  Beynəlxalq  Ticarət  Palatasının  sənədli 

akkreditivlər üçün müəyyənləşdirdiyi qaydalara uyğundur. 

Nəqliyyat  sənədləri  malın  daşıyıcıya  təhvil  verildiyini  təsdiq  etməklə 

yanaşı,  malın  lazımi  vəziyyətdə  olduğu  barədə  daşıyıcının  məlumatlılığı 

dərəcəsini  da  göstərir.  Nəqliyyat  sənədində  malın  bu  vəziyyətə  uyğun 

olmaması  barədə  hər  hansı  bir  qeyd,  onu  «qeyri-təmiz»  edir,  buna  isə, 

«Sənədli akkreditiv üçün uyğunlaşdırılmış qaydalar və adətlər»lə (ICC Rules 

for Documentary Credits) yol verilmir. 



23 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə