Ingilis dilindən tərcümə edənlər


TÖVSİYƏ OLUNAN İSTİFADƏ QAYDALARI



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix08.09.2018
ölçüsü1,2 Mb.
#67024
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

INCOTERMS-2010 

TÖVSİYƏ OLUNAN İSTİFADƏ QAYDALARI 

Bəzən,  xüsusi  terminin  preambulasında  ondan  hansı  hallarda  istifadə 

olunması  barədə  məsləhət  verilir.  Bu,  «Franko-daşıyıcı»  («FCA»)  və 

«Franko-göyərtədə»  («FOB»)  terminləri  arasında  seçim  zamanı  xüsusilə 

vacibdir.  Təəssüf  ki,  tacirlər  malı  alıcının  təyin  etdiyi  daşıyıcıya  təhvil 

verdikdən  sonra  riskləri  satıcının  öhdəsinə  qoyan  «Franko-göyərtədə» 

(«FOB»)  terminindən  istifadə  edirlər.  «Franko-göyərtədə»  («FOB») 

terminindən  yalnız  mallar  gəminin  tutacağından  ötürülməklə  çatdırıldıqda 

istifadə  olunmalı,  mal  sonradan  gəmiyə  yüklənmək  üçün  daşıyıcıya  təhvil 

verildikdə,  məsələn,  mal  konteynerlərə  yığılmış  və  ya  yük  maşınlarına 

yüklənmiş  («roll-on»  və  ya  «roll-off»  (roll-on  or  roll  off  traffic)  nəqliyyatı) 

halda göndərildikdə isə, tətbiq edilməməlidir. Beləliklə, «Franko-göyərtədə» 

(«FOB»)  termininin  preambulasında  tərəflərin  malın  gəmi  tutaca-  ğmdan 

keçirilməklə  çatdırılmasını  arzulamadığı  hallarda  bu  termindən  istifadə 

etməkdən çəkinmələri tövsiyə olunur. 

Bəzən,  tərəflər  malın  dəniz  yolu  ilə  daşınması  üçün  istifadə  olunan 

terminləri daşımaların digər üsullarına səhvən tətbiq edirlər. Bu isə, satıcının 

lazım  olan  daşınma  sənədlərini  (məsələn,  yük  qaiməsini,  dəniz  qaiməsini 

yaxud  onların  elektron  ekvivalentlərini)  aliaya  təqdim  etmək  üzrə 

öhdəliklərini yerinə yetirməsində çətinliklər yarada bilər. Buna görə də, hər 

bir terminin preambulasında onun bütün növ nəqliyyat vasitələrində yaxud 

yalnız  dəniz  yolu  ilə  daşımalarda  istifadə  olunması  barədə  məlumat 

verilmişdir. 

27 



INCOTERMS - 2010 

EXW 


«EXW»  -  EX  WORKS 

(... named place) 

FRANKO-ZAVOD 

(...göstərilmiş 

yer) 

Bu termindən daşımalar istənilən bir yaxud bir neçə müxtəlif nəqliyyat 

növü  ilə  (multimodal)  yerinə  yetirildikdə,  istifadə  oluna  bilər.  Adətən,  bu 

termin daxili ticarətdə istifadə üçün daha münasibdir, 

«EXW  (...named  place)»  termini,  satıcının  malı  öz  ərazisində  yaxud 

razılaşdırılmış  başqa  yerdə  (zavodda,  fabrikdə,  anbarda  və  s.)  təhvil 

verməklə  çatdırıldığını  ifadə  edir.  Satıcıdan  malı  nəqliyyat  vasitəsinə 

yükləmək,  malın  ölkəsindən  çıxarılması  üçün  lazım  olan  gömrük 

rəsmiləşdirmələrini yerinə yetirmək tələb edilmir. 

Müqavilənin  tərəflərinə  malın  çatdırılma  yerindəki  məntəqəni  dəqiq 

müəyyənləşdirmək, habelə həmin məntəqəyədək bütün xərclərin və risklərin 

satıcının  üzərinə  düşdüyünü  təsbit  etmək  tövsiyə  olunur.  Razılaşdırılmış 

çatdırılma  yerindəki  məntəqədə  malın  qəbulu  ilə  əlaqədar  bütün  risklər  və 

xərclər alıcının üzərinə düşür. 

«EXW»də  satıcının  öhdəlikləri  minimumdur.  Bu  termindən  aşağıdakı 

səbəblərə görə ehtiyatla istifadə olunmalıdır: 

a)

 

satıcı malın yüklənməsi əməliyyatını yerinə yetirməkdə faktiki üstün 



mövqedə  olduğu  halda,  onun  bu  cür öhdəliyi  yoxdur.  Satıcı  malı  nəqliyyat 

vasitəsinə  yükləyərsə,  bunu  alıcının  xərcləri  və  riski  hesabına  edir.  Satıcı 

yükləmə  əməliyyatını  daha yaxşı  yerinə  yetirmək  imkanına  malik  olduqda, 

bu  əməliyyatın  onun  xərcləri  və  riski  hesabına  yerinə  yetirildiyini  nəzərdə 

tutan «FCA» terminindən istifadə daha münasibdir. 

b)

 



satıcıdan malı «EXW» şərti ilə alıb, onu ixrac etmək niyyətində olan 

alıcı  bilməlidir  ki,  tələb  olunan  gömrük  rəsmiləşdirmələri  üzrə  xərcləri  özü 

ödəməlidir və  satıcı  bu  işdə  ona  yalnız  yardım  göstərə bilər.  Buna  görə  də, 

malın ixracı üzrə gömrük rəsmiləşməsini yerinə yetirə bilməyən alıcı «EXW» 

terminindən  istifadə  etməkdən  çəkinməlidir.  Belə  hallarda,  «FCA» 

terminindən istifadə olunmalıdır. 

c)

 

malın  ixracı  ilə  bağlı  olan  məlumatları  satıcıya  vermək  üzrə  alianm 



öhdəliyi  məhduddur.  Amma  bu  məlumat  satıcıya  müxtəlif  məqsədlər, 

məsələn, vergiləri ödəmək yaxud hesabat üçün lazım ola bilər. 



28 


EXW 

INCOTERMS - 2010 



A. SATICININ OHDƏUKLƏRI 

Al. Ümumi öhdəliklər 

Satıcı,  alqı-satqı  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  malı  və 

kommersiya  hesab-qaiməsini  (invoysu)  yaxud  malın  bu  müqaviləyə 

uyğunluğunu təsdiq edən başqa sübutları alıcıya təqdim etməlidir. 

Tərəflər  arasında  razılaşdırıldıqda  yaxud  ümumi  hal  kimi  qəbul 

edildikdə,  Al-AlO  bəndlərində  göstərilən  sənədlər  ekvivalent  elektron  yazı 

yaxud başqa prosedura şəklində ola bilər. 

A2.  Lisenziyalar,  icazələr,  təhlükəsizliyə  nəzarət  və  başqa 

rəsmiləşdirmələr 

Tələb  olunduqda,  satıcı,  alianm  xahişinə  əsasən,  onun  riskinə  və  xərci 

hesabına  ixrac  lisenziyasını  yaxud  malın  öz  ölkəsindən  çıxarılması  üçün 

başqa rəsmi icazəni almaqda hərtərəfli yardım göstərməlidir. 

Lazımi hallarda, satıcı malın təhlükəsizliyinin yoxlanılması üçün zəruri 

olan  məlumatı  alianın  xahişi  əsasında,  onun  riski  və  xərcləri  hesabına 

verməlidir. 

A3. Daşma və stğorta müqavilələri 

a)

 



Satianın  daşıma  müqaviləsinin  bağlanması  üzrə  aha  qarşısında 

öhdəlikləri yoxdur. 

b)

 

Satıcının  sığorta  müqaviləsinin  bağlanması  üzrə  alıcı  qarşısmda 



öhdəlikləri  yoxdur.  Amma  satıcı,  alıcının  xahişinə  əsasən,  onun  riskinə  və 

xərci  hesabına  sığorta  müqaviləsinin  bağlanması  üçün  tələb  olunan 

məlumatları ona verməlidir. 

A4. Maltn çatdmlmast 

Satıcı,  malı  göstərilən  göndərilmə  yerindəki  razılaşdırılmış  məntəqədə 

nəqliyyat vasitəsinə yükləmədən alıcının sərəncamına verməlidir. 

Malın  göndərildiyi  yerdəki  konkret  məntəqə  müəyyən  edilmədikdə 

yaxud bir neçə münasib məntəqə mövcud olduqda, qənaətbəxş hesab etdiyi 

məntəqəni  satianın  özü  seçə  bilər.  Satıcı  malı  razılaşdırılmış  tarixdə  yaxud 

müddət ərzində çatdırmalıdır. 

29 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə