İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


YAPONİYANIN “MAYNİÇİ SİMBUN”



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   10   11   12   13   14   15   16   17   ...   86

30 
 
 
YAPONİYANIN “MAYNİÇİ SİMBUN”  
QƏZETİNƏ MÜSAHİBƏ 
 
12 avqust 2003-cü il 
 
J u r n a l i s t:  Azərbaycanın daxili siyasəti ilə bağlı bir neçə sualım var. Siz və atanız prezident 
Heydər Əliyev qarşıdakı prezident seçkilərində namizədlər kimi qeydə alınmısınız?.. 
İ l h a m   Ə l i y e v: Bəli, elədir. Biz hər ikimiz seçkiqabağı kampaniyada iştirak edirik. Mən artıq dəfələrlə 
demişəm ki, seçkiqabağı kampaniyada iştirakımdan prezidentin mənafelərinin qorunması üçün istifadə 
edəcəyəm. Lazım gələrsə, öz namizədliyimi prezidentin xeyrinə geri götürməyi planlaşdırıram.  
S u a l:  Ölkənizdə  və onun hüdudlarından kənarda çoxları inanır ki, növbəti prezident siz 
seçiləcəksiniz. Amma tənqidlə çıxış edənlər də var. Siz bunu necə şərh edərdiniz?  
C a v a b: Belə tənqid onun mənbələrinin Azərbaycanın daxili siyasətindən və mənim şəxsi mövqeyimdən 
xəbərsizliyinin nəticəsidir. Mən, demək olar, 10 ildir ki, neftlə bağlı bütün beynəlxalq hadisələrin 
mərkəzindəyəm, yəni Azərbaycan iqtisadiyyatının ən iri sahəsini idarə etmək təcrübəm var. Səkkiz ildir ki, mən 
həm də parlamentin deputatıyam, hakim partiya sədrinin birinci müavini, Avropa Şurası Parlament 
Assambleyası sədrinin müavini və büro üzvü seçilmişəm. Bütün bunlar Azərbaycanın həm daxili, həm də xarici 
siyasətinə cəlb edilməyimə imkan verir. Odur ki, sizin dediyiniz o tənqid məsələnin ancaq formal tərəfinə aid 
edilə bilər. Əgər tənqidçilərin mənim təcrübəm və  fəaliyyətim barədə real məlumatı olsaydı, onda, zənnimcə, 
bu, tənqid olmazdı. Mənim fəaliyyətimə  bələd olan deputatlar Baş nazir vəzifəsinə namizədliyimi yekdilliklə 
bəyəndilər. Bunu hökumət üzvləri də tamamilə dəstəklədilər.  
S u a l: Tənqid edilən bəzi məqamlar da var. Məsələn, deyirlər ki, prezident Heydər Əliyevin səhhəti 
olduqca ağır idi və o Sizin təyinatınız haqqında müvafiq sənədi imzalaya, bu barədə  fərman verə 
bilməzdi...  
C a v a b: Bütün bu şayiələri indi ən çirkin üsullara əl atan müxalifət yayır. Avqustun 2-də  mən hərbi 
hospitalda Prezidentin yanında oldum, o, parlamentə məktubu hələ bundan əvvəl göndərmişdi. Biz söhbət etdik. 
Söhbət əsnasında o mənə öz qərarını bildirdi və mən buna razılıq verdim. Demək istəyirəm ki, o, tamamilə iş 
qabiliyyətli idi. Mənim təyinatımdan cəmi bir həftə keçmişdir və Prezidentin səhhəti yaxşılaşır. Bunu yəqin siz 
də bilirsiniz, axı bu informasiya rəsmi mənbədən – Klivlend klinikasından alınmışdır. Prezident özünü yaxşı 
hiss edir və mən onunla hər gün danışıram. Həkimlər hesab edirlər ki, onun səhhəti xeyli yaxşılaşıbdır. Buna 
görə də o öz hərəkətlərinə nəzarət etmişdir və tamamilə nəzarət edir. Bir sözlə, onun iş qabiliyyətsizliyi və digər 
məsələlər barədə müxalifətin yaydığı şayiələr, olsa-olsa, qeyri-etikliyin və insaniyyətsizliyin təzahürüdür.  
S u a l:  Mən atanızın səhhəti barədə  ətraflı  məlumat almaq istərdim. Siz hər gün telefonla əlaqə 
saxlayırsınız, o, danışa bilirmi? Gəzə bilirmi? 
C a v a b: Bəli, bilir. Lakin böyrəkləri, daha doğrusu, onlardan biri ilə bağlı kiçik problemlər var. Ona görə 
də müalicə həmin böyrəyin tamamilə işləməsinə yönəldilmişdir. Ürəyi tam qaydasındadır. O, danışa bilir, gəzə 
bilir, amma həkimlər onun tamamilə sağalana qədər terapiya şöbəsində qalmasını məsləhət görürlər. 
S u a l: Həkimlərin fikrincə, o, Azərbaycana nə vaxt qayıdacaq? 
C a v a b: Həkimlər bunu dəqiq demirlər. Lakin onun səhhətinin vəziyyətinə əsasən, deyə bilərəm ki, bu, 
bəlkə də iki həftədən sonra olacaqdır.  
S u a l:  Gəlin beynəlxalq münasibətlər mövzusuna keçək. Cənab Baş nazir, siz həm də beynəlxalq 
münasibətlər üzrə mütəxəssis kimi tanınmısınız. Siz dünyada yaranmış  və ABŞ-ın, necə deyərlər, 
“birtərəfli gücünün” üstünlük təşkil etdiyi vəziyyət baxımından Azərbaycanın mövqeyini necə qiymətlən-
dirirsiniz? 
C a v a b: Azərbaycan Birləşmiş Ştatların müttəfiqidir. Artıq neçə illərdir ki, biz energetika sahəsində birgə 
fəaliyyət göstəririk. ABŞ Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin tikintisinə dair 
layihələrimizi dəstəkləyir. Biz terrorizmlə mübarizədə  də ABŞ-ın müttəfiqiyik.  İraqda müharibə  məsələsində 
ABŞ-ın müttəfiqi olaraq biz terrorizmin kökünü kəsmək sahəsində onun tədbirlərini dəstəklədiyimizi dərhal və 
aydın  şəkildə açıqladıq.  Əvvəla, biz müttəfiqlərik, ikincisi isə,  biz erməni terrorundan əziyyət çəkmişik və 
çəkirik. Erməni terror təşkilatlarının törətdikləri terror əməlləri nəticəsində 2000-dən çox günahsız insan həlak 
olmuşdur. Biz bunun təkrar olmasını istəmirik, ona görə gələcəkdə də  bu koalisiyanın üzvü olaraq qalmaq niy-
yətindəyik. 
S u a l: Azərbaycan keçmiş Sovet İttifaqının respublikalarından biri idi. İraqda müharibənin əleyhinə 
çıxmış Rusiya ilə münasibətlərinizi necə qiymətləndirirsiniz? 
C  a v a b: Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Xarici siyasətimizin mühüm cəhətlərindən biri Rusiya 
və Birləşmiş  Ştatlar ilə yaxşı münasibətlər qurmaqdır. Biz hesab edirik ki, Azərbaycan böyük dövlətlərin 


31 
 
ziddiyyət meydanı olmamalıdır. Rusiyanın İraq barəsində öz siyasəti var və biz bu siyasətə hörmət edirik. Digər 
tərəfdən, bu məsələdə Birləşmiş Ştatlar ilə müttəfiqlik üzrə mövqeyimizə digər dövlətlər də hörmətlə yanaşırlar. 
Qeyd etməliyəm ki, ölkələrimizin prezidentləri Heydər Əliyevin və Vladimir Putinin səyləri sayəsində biz son 
üç ildə siyasi və iqtisadi sahələrdə əməkdaşlıqda xeyli irəliləmişik. Biz münasibətlərimizin indiki səviyyəsindən 
çox razıyıq. Beş il əvvəl Rusiya ilə münasibətlərimiz lazımi səviyyədə deyildi, hərçənd biz qarşılıqlı əlaqələrin 
yaxşılaşmasına həmişə səy göstərirdik. İndi isə biz ikitərəfli münasibətlərin vəziyyətindən razıyıq. 
S u a l:  Siz dediniz ki, beş il əvvəl Rusiya ilə münasibətlər lazımi səviyyədə deyildi. Bu Sizin 
Ermənistanla olan probleminizdən irəli gəlmirdimi? 
C a v a b: Ermənistanla problem indi də mövcuddur. Rusiyanın keçmiş rəhbərliyinin bu məsələdə mövqeyi 
ədalətli deyildi. O, Ermənistanı birtərəfli qaydada dəstəkləyirdi, ona təmənnasız olaraq 1 milyard dollar 
məbləğində silah vermişdi, başqa yardım da göstərirdi. Lakin prezident Putinin hökuməti tarazlı siyasət elan 
etmişdir və bunu həyata keçirir. Bu siyasət tərəflərdən heç birinə üstünlük vermir. Biz bunu yüksək 
qiymətləndiririk. Biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. 
S u a l: Daxili siyasətlə xarici siyasətin vəhdəti barədə fikrinizi öyrənmək istərdim. Siz Azərbaycanda 
insan hüquqları və azadlıqlarına riayət edilməsi, mətbuat azadlığı, qanunvericiliyin Qərb standartlarına 
uyğunlaşdırılması barədə nə deyə bilərsiniz? 
C a v a b: Hesab edirəm ki, Azərbaycan cəmiyyətin demokratikləşdirilməsində böyük tərəqqiyə nail 
olubdur. Təxminən üç ildir ki, biz, əsasən, insan hüquqları  məsələləri ilə  məşğul olan Avropa Şurasının 
üzvüyük. Bundan əlavə, biz bu təşkilata daxil olmaq üçün götürdüyümüz bütün öhdəlikləri yerinə yetirmişik. 
Söz və fikir azadlığı sahəsində  də nailiyyətlər var, müxalifət partiyaları  fəaliyyət göstərir.  Əgər siz qəzetlərə 
nəzər salsanız, bəzi müxalifət nəşrlərində hökumət haqqında yazılan və hökumət üzvlərinin ünvanına təhqirlər 
yağdırılan məqalələrdən dəhşətə  gələrsiniz. Bizdə senzura yoxdur, ona görə  də müxalifətin belə  şeylər 
yazmaqdan ötrü hər cür imkanları var. Onlar nümayişlər, yürüşlər keçirmək üçün tam sərbəstliyə malikdirlər. 
Ancaq 20-dən çox müxalifət partiyasının təşkil etdiyi nümayişə heç üç min adam toplaya bilməməsi isə başqa 
məsələdir. Bu, cəmiyyətdə müxalifətin dəstəyinin olmamasına  əyani misaldır. Biz isə, demək olar ki, 
demokratik cəmiyyət quruculuğu faktını təsdiqləyən bütün atributlara malikik. Təbii ki, bizi Qərbi Avropa ilə 
müqayisə etmək olmaz və tezdir. Axı biz cəmi 12 ilə yaxındır ki, müstəqil dövlətik. Amma biz bu istiqamətdə 
irəliləyirik. Düşünürəm ki, bir neçə ildən sonra cəmiyyətimiz demokratik dəyişikliklər yolunda daha böyük 
uğurlar qazanacaqdır. Biz öz seçimimizi bir çox illər əvvəl etmişik, demokratiya yolunu seçmişik və demokratik 
Azərbaycan quruculuğunu davam etdirəcəyik. 
S u a l: Bəzən Heydər  Əliyevi sərt siyasət yeritməkdə  tənqid edirlər. Bəlkə bu onun iradəsinin 
gücündən irəli gəlir? Məncə, Siz bu fikrə tərəfdar deyilsiniz. 
C a v a b:  Əlbəttə, tərəfdar deyiləm. Heydər  Əliyevi xalq layiqincə qiymətləndirmişdir.  İnsanlar onu 30 
ildən çox bir müddətdə Azərbaycanın siyasəti ilə məşğul olan adam kimi tanıyırlar. On il əvvəl o, parçalanmaq 
təhlükəsi ilə qarşılaşmış ölkəni xilas etdi. İndi rəhbərləri müxalifətdə olan o vaxtkı hökumət hər  şeyi – 
iqtisadiyyatı da, ordunu da qara günə qoymuşdu, bundan əlavə, ölkə  vətəndaş müharibəsi həddində idi. Əgər 
1993-cü ildə Heydər  Əliyev gəlməsəydi, ola bilsin, Azərbaycan bir dövlət kimi yox olacaqdı.  İnsanların onu 
sevməsi faktı heç də o demək deyil ki, onun hansısa xüsusi idarəetmə metodları var. Qətiyyən yox, o, demokra-
tik yolla seçilmiş və beynəlxalq birlik tərəfindən tanınmış prezidentdir. 
M ü x b i r: Cənab Baş nazir, müsahibəyə görə Sizə təşəkkür edirik.  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə