İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə29/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

63 
 
məhəbbət hissləri bəsləyir ki, bu hal təbii qarşılanmalıdır. Mən buna görə hörmətli Baş nazirə öz 
minnətdarlığımı bildirirəm.  
O da təbiidir ki, bu vəzifədə mənim ilk səfərim məhz Türkiyəyə olmalı idi və belə də oldu. Bu gözəl ənənə 
yaşayır və bundan sonra da yaşayacaqdır. Bütün beynəlxalq təşkilatlarda, bütün məsələlərdə biz daim 
Türkiyənin dəstəyini, köməyini hiss etmişik və indi də hiss edirik. Azərbaycan da öz növbəsində  həmişə 
Türkiyənin yanındadır. Biz bir millət, iki dövlətik. Biz iki ölkəni maraqlandıran bütün məsələlərdə qarşılıqlı 
surətdə faydalı əməkdaşlıq edirik, region üçün, dünya üçün əhəmiyyətli irimiqyaslı layihələri həyata keçiririk. 
Əgər Azərbaycan və Türkiyənin iradəsi, əzmkarlığı olmasaydı, Bakı–Tbilisi–Ceyhan kimi nəhəng neft layihəsi 
həyata keçirilə bilməzdi. Biz bu əfsanəni reallığa çeviririk. Regionda və dünyada əməkdaşlığımız bizə imkan 
verir ki, Türkiyə  və Azərbaycan beynəlxalq aləmdə çox mühüm ölkələrə çevrilsinlər. Bütün məsələlər üzrə 
aramızda qarşılıqlı anlaşma, qardaşlıq hissi mövcuddur. Biz bunu çox yüksək qiymətləndiririk.  
Azərbaycanla Türkiyənin taleyi birdir. Xalqlarımız bir-birilə  sıx bağlıdır. Bizim hökumət rəhbərlərinin 
vəzifəsi ondan ibarətdir ki, xalqlarımızı daha da yaxınlaşdırsın, ölkələrimizə fayda gətirsinlər.  
Mən burada olmağıma çox şadam. Türkiyə  mənim üçün əziz bir ölkədir, həyatımın bir hissəsi burada 
keçmişdir. Mən Türkiyəni özüm üçün ikinci Vətən kimi qiymətləndirirəm. Sizi əmin etmək istəyirəm ki, öz 
vəzifəmdə  və  gələcək fəaliyyətimdə ölkələrimizi daha da yaxınlaşdırmaq üçün əlimdən gələni edəcəyəm. Bu 
bizim strateji xəttimizdir, bizim siyasətimizdir. Ölkələrimizi gücləndirən və bir-birinə daha da bağlayan 
amillərdir. Əlbəttə, Azərbaycanla Türkiyə birlikdə bu mühüm məsələləri, irimiqyaslı iqtisadi layihələri həyata 
keçirdikdən sonra ölkələrimiz daha da güclənəcəkdir.  
Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Biz irəliyə çox nikbinliklə baxırıq. Ancaq bizi ən çox narahat edən 
məsələ Ermənistan–Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Biz bu işğala 
son qoymaq istəyirik, məsələnin sülh yolu ilə  həll olunmasına tərəfdarıq. Lakin eyni zamanda, Azərbaycan 
xalqının səbri də tükənməz deyildir. Biz qısa bir müddət  ərzində beynəlxalq təşkilatların yardımı ilə 
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına tərəfdarıq. Amma bu müqavilə  ədalət 
prinsipləri əsasında imzalanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğalçı qüvvələr torpaqları-
mızdan geri çəkilməli, bir milyona yaxın qaçqın-köçkün öz doğma ata-baba torpaqlarına qayıtmalıdır. Bu 
prinsiplər əsasında sülh müqaviləsi imzalana bilər.  
Mən fürsətdən istifadə edərək, Türkiyə hökumətinə, dövlətinə bir daha minnətdarlığımı bildirirəm ki, onlar 
bu məsələdə daim Azərbaycanın yanında olmuş, bizə  dəstək vermişlər. Azərbaycan haradadır, Türkiyə  də 
oradadır, Türkiyə haradadır, Azərbaycan da oradadır. Biz bu siyasəti aparırıq və bundan sonra da aparacağıq.  
Məni doğma Vətənimə  dəvət etdiyinə görə,  əziz qardaşım hörmətli Rəcəb Tayyib Ərdoğana bir daha öz 
minnətdarlığımı bildirirəm.  
 
* * * 
 
S u a l:  Hörmətli Baş nazir Ərdoğan, Azərbaycan prezidenti Heydər  Əliyev Azərbaycan–Türkiyə 
əməkdaşlığının genişləndirilməsində böyük xidmətlər göstərmişdir.  İlham  Əliyev prezident Heydər 
Əliyevin siyasi xəttinin ən layiqli davamçısı hesab olunur. Bugünkü görüşdən sonra ölkələrimiz arasında 
münasibətlərin möhkəmlənməsi üçün bu işlər davam etdiriləcəkmi? 
R  ə c ə b   T a y y i b   Ə r d o ğ a n: Bir az əvvəl hörmətli Baş nazir İlham  Əliyevi dinlədik və istər 
təkbətək görüşümüzdə, istərsə  də geniş  tərkibdə görüşdə biz Türkiyə ilə Azərbaycan arasında  əlaqələrin 
gələcəkdə  də inkişaf etdiriləcəyini bildirmişik. Biz bu yolda mühüm addımlar atılmasının vacibliyini də 
vurğuladıq və gördüyünüz kimi, burada ilk imzalar atıldı. Bundan sonra bu prosesləri sürətləndirərək inkişaf 
etdirəcəyik. İstər qarşılıqlı enerji layihələrinə, Bakı–Tbilisi–Ceyhan boru kəmərinə dair, istərsə də hələ həyata 
keçirilməsinə başlanılmamış, beyinlərimizdə tamamilə formalaşmış olan “Şahdəniz” layihəsinə dair məsələləri 
ətraflı müzakirə etdik. İnşallah, bu məsələni 2006-cı ildə  və böyük əhəmiyyəti olan nəhəng Bakı–Tbilisi–
Ceyhan layihəsini isə 2005-ci ildə başa çatdıracağıq. 
Bütün bunlarla yanaşı, Avropaya və dünyaya yeni bir şəkildə açılacaq Azərbaycan bütün mal ixracatında, 
ticarət və iqtisadi sahələrdə daha da inkişaf edəcəkdir. Bizim qarşılıqlı iqtisadi əlaqələrimizin güclənməsi həm 
ikitərəfli əməkdaşlığımızın inkişafına, həm də üçüncü ölkələrə müştərək sərmayə qoymağımıza səbəb olacaqdır. 
Biz bu məsələdə razılığa gəlmişik və inanıram ki, bu sahədə gələcək əməkdaşlığımız çox yaxşı olacaqdır.  
S u a l: Hörmətli Baş nazir Ərdoğan, Azərbaycanda prezident seçkiləri yaxınlaşır. Bugünkü 
görüşlərinizdə bu mövzu müzakirə olundumu? Türkiyənin bir sıra mətbuat orqanlarında belə bir fikir 
səslənir ki, bu seçkilərlə bağlı Türkiyənin hansısa bir narahatlığı var. İkinci sualım Qarabağla bağlıdır. 
Ermənistanda belə bir fikir mövcuddur ki, bu ölkəni Türkiyə ilə, Qarsla birləşdirəcək dəmir yolunun 
layihəsinə dair hazırlıqlar başa çatdırılmışdır. Türkiyə Ermənistana dəmir yolu açacaqmı və yaxud belə 
bir plan varmı? 


64 
 
     R  ə c ə b   T a y y i b   Ə r d o ğ a n: Birinci sualınızla  əlaqədar demək istərdim ki, Azərbaycanda 
keçiriləcək seçkilər bizim ölkəmizdə  də diqqətlə izlənilir. Bu sual müntəzəm olaraq bizə verilir. Seçkilərdə 
İlham bəy də öz namizədliyini irəli sürmüşdür. Ümidvarıq ki, 15 oktyabrdan sonra Azərbaycan daha güclü 
sabitliyə nail olacaqdır.  Əslində, bunları  mənim söyləməyimə ehtiyac yoxdur, İlham bəy görüşlərimizdə 
bunların hamısını lazımınca açıqlamışdır. Tam bir demokratik, hər kəsin öz iradəsini nümayiş etdirəcəyi bir 
seçki olacaqdır və təbiidir ki, belə bir seçkinin nəticəsinin də dünyada qəbul olunması çox mühümdür. İnanıram 
ki, 15 oktyabrdan sonrakı zaman istər Azərbaycandakı yeni bir inkişafa, istərsə də yeni bir demokratik şəraitin 
güclənərək davam etməsinə səbəb olacaqdır.      
İkinci sualınıza gəlincə, bizim hazırda müzakirə etdiyimiz yeganə bir layihə – Qars–Tbilisi layihəsi – vardır. 
Biz hələ bu layihəni həyata keçirməmişik. Digər tərəfdən, bizim hələ Ermənistanla əlaqədar hər hansı bir addım 
atmağımız haqqında söhbət getmir. Hazırda biz Qars–Tbilisi layihəsini nəzərdən keçiririk və əsas məqsədimiz 
türkdilli cümhuriyyətləri  əhatə edəcək bir dəmir yolu layihəsini həyata keçirməkdir. Bu dəmir yolu vasitəsilə 
bütün türkdilli cümhuriyyətlərlə əlaqələri möhkəmləndirmək istəyirik. Məqsədimiz budur, lakin açıq söyləmək 
istəyirəm ki, biz bu layihəni hələ həyata keçirməmişik.  
S u a l: Hörmətli Baş nazir Ərdoğan, görüşlərinizdə beynəlxalq məsələlərin də müzakirə olunduğunu 
söylədiniz. Mən İraqla bağlı sual vermək istəyirəm. Prezident Corc Buşun Amerika xalqına müraciətində 
Şimali  İraqın özünüidarəyə    doğru getdiyi bildirilir. Bu, Türkiyənin  İraqla bağlı mövqeyinə zidd 
deyildirmi? 
R ə c ə b   T a y y i b   Ə r d o ğ a n: Hazırda İraqda müvəqqəti hökumət qurulmuşdur. Bu hökumət Şimali 
İraqın özünüidarəsi üçün deyil, bütövlükdə  İraqı idarə etmək üçün qurulmuşdur. Təbii ki, biz hadisələrin 
inkişafını izləyirik və müvəqqəti hökumətin bəzi nazirlərinin son zamanlarda verdiyi bəyanatlarını da izlədik. 
Onlar bu gün söylədiklərinin sabah tam əksini deyirlər. Belə hallar, hissiyyata qapılmaqla verilmiş bəyanatlar da 
vardır. Biz Türkiyə olaraq dərin tarixi təcrübəyə sahib olan bir dövlətik və hissiyyatlara söykənən bəyanatlar 
verə bilmərik. Ona görə də hər məsələni diqqətlə öyrənirik və ondan sonra lazımi bəyanatları verəcəyik. Hazırda 
bizim bu məsələyə münasibətimiz belədir və yaxın zamanlarda lazımi bəyanatı eşitmək imkanınız olacaqdır. 
S u a l:    Hörmətli  Tayyib Ərdoğan, yaxın zamanlarda, yəni, seçkilərə    qədər  Azərbaycana  səfər  
etməyi düşünürsünüzmü?  
R ə c ə b   T a y y i b   Ə r d o ğ a n: Seçkilərə təxminən 35-40 gün qalır. Bizim də, təbiidir ki, çox zəngin 
proqramımız vardır. İnşallah, seçkilər uğurla başa çatdıqdan sonra biz səfərimizi təşkil edəcəyik.  
S u a l:  Mənim sualım hörmətli  Baş nazir İlham  Əliyevədir. Prezident Heydər  Əliyevin səhhəti ilə 
əlaqədar mətbuatda bəzi xəbərlər yayılır. Bununla əlaqədar nə deyə bilərsiniz? Seçkilərdən  əvvəl Baş 
nazir təyin olunmağınızla əlaqədar nə söyləyərdiniz? 
İ l h a m   Ə l i y e v: Heydər Əliyevin səhhəti günü-gündən yaxşılaşır. Müalicə müsbət nəticələr verir və bu 
barədə onun müalicə olunduğu Klivlend klinikasının rəsmi nümayəndələri vaxtaşırı  məlumatlar verirlər. Ona 
görə  də ictimaiyyət bundan xəbərdardır.  İnşallah, yaxın zamanlarda müalicə başa çatandan sonra prezident 
Heydər Əliyev Vətənə dönəcəkdir. 
Onun haqqında yayılan şayiələrə gəldikdə isə, hesab edirəm ki, bu şayiələr nə etikaya, nə də bizim milli adət-
ənənələrə sığmır. Onları yayan insanlara məsləhət görərdim ki, düzgün məlumatlar versinlər.   
Mənim bu vəzifəyə  təyin olunmağım bütün Konstitusiya normalarına uyğun  şəkildə  həyata keçirilmişdir. 
Namizədliyim Milli Məclisə  təqdim olunduqdan sonra onun tərəfindən razılıq verilib və bundan sonra mən 
Prezidentin fərmanı ilə Baş nazir vəzifəsinə təyin edilmişəm.   
Bizim seçkilər Avropa Birliyi və Avropa Şurası  tərəfindən müsbət rəy verilmiş Seçki Məcəlləsi  əsasında 
keçirilir. Bu, çox demokratik bir sənəddir və bütün namizədlərə eyni imkanlar yaradır. Mənim də namizədliyim 
irəli sürülmüşdür və hesab edirəm ki, Azərbaycanda hər bir namizəd eyni hüquqlara malikdir.  
Bundan əlavə, mən Baş nazir vəzifəsinə  təyin olunduqdan sonra məzuniyyətə çıxdım və hökumət adından 
hər hansı bir qərarın imzalanmasını icra edə bilmərəm. Yəni öz səlahiyyətlərimi Baş nazirin birinci müavininə 
verdim. Ona görə hesab edirəm ki, mənim bu vəzifədə olmağım seçki prosesinə heç bir təsir göstərməyəcəkdir. 
Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti mövcud iqtidarın nümayəndəsinə səs 
verəcəkdir. Bunu deməyə  əsas verən amillərdən biri də odur ki, müxtəlif yerli və xarici təşkilatlar tərəfindən 
keçirilən rəy sorğuları seçkilərdə iqtidarın nümayəndəsinin böyük səs çoxluğu ilə qalib gələcəyini göstərir. 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə