İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


YAAP DE HOOP SXEFFER VƏ ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   2   3   4   5   6   7   8   9   ...   86


 
YAAP DE HOOP SXEFFER VƏ ONU MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ 
İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
22 oktyabr 2003-cü il 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ AZƏRBAYCANDAKI FÖVQƏLADƏ 
VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ KLAUS QREVLİX İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
27 oktyabr 2003-cü il 
 
TAMARA VƏ KOTE LEŞKAŞELİLƏRƏ 
28 oktyabr 2003-cü il 
 
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ  CƏNAB RƏCƏB 
TAYYİB ƏRDOĞANA 
27 oktyabr 2003-cü il 
 
BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ 
SƏFİRİ ENDRYU TAKER İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
29 oktyabr 2003-cü il 
 
İSRAİL DÖVLƏTİNİN AZƏRBAYCANDAKI  FÖVQƏLADƏ  VƏ  SƏLAHİYYƏTLİ 
SƏFİRİ EYTAN NAYE İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
29 oktyabr 2003-cü il 
 
TÜRKİYƏNİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ  VƏ  SƏLAHİYYƏTLİ  SƏFİRİ 
ƏHMƏD ÜNAL ÇEVİKÖZ İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
29 oktyabr 2003-cü il 
 
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ HEYKİ 
TALVİTYENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  İLƏ GÖRÜŞDƏ 
SÖHBƏT 
30 oktyabr 2003-cü il 
 
İTALİYANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ  VƏ  SƏLAHİYYƏTLİ  SƏFİRİ 
XANIM MARQARİTA KOSTA İLƏ GÖRÜŞDƏ SÖHBƏT 
30 oktyabr 2003-cü il 
 
QEYDLƏR 
 
ŞƏXSİ ADLAR GÖSTƏRİCİSİ 
 
COĞRAFİ ADLAR GÖSTƏRİCİSİ 
 


10 
 
 
AZƏRBAYCAN  XALQINA MÜRACİƏT 
 
Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları! 
Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə 
prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikası-
nın vətəndaşı, istərsə də onun rəhbəri, prezident kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər 
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu 
yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb 
vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin 
edib.  
Azərbaycan xalqı dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, 
dünya mədəniyyət xəzinəsinə  bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyəti 
artıq hamıya məlumdur. Azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə get-
dikcə daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir. 
Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək in-
kişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplə-
rini rəhbər tutaraq Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət 
göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun və bizi əhatə edən xarici 
aləmin əsas strateji və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bizi tanı-
yırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə hesablaşırlar. 
Azərbaycanın iqtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə dirçəlir və inkişaf edir. Ölkə iqtisa-
diyyatına daxili və xarici kapital qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi modernləşir, 
iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni 
yüksək maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft və iqtisadi inkişaf 
strategiyasının nəticəsidir. Mən əminəm ki, biz belə davam etsək, qarşıdan gələn bir neçə ildə Azərbaycanda nə bir 
işsiz, nə bir kasıb insana rast gəlinəcəkdir. Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə arta-
caq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil, xarici aləmdə  də  ən perspektivli və  gəlirli 
layihələrdə iştirak etmək, investisiya qoymaq imkanına və gücünə malik olacaqlar.  
Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhətdən güclənir. Milli ordumuz qabaqcıl təcrübə 
və texnologiyalara yiyələnir, gənclərimiz həvəslə xidmətə gedirlər.  
Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə birlikdə həm daxildən, həm də xaricdən qay-
naqlanan nə qədər təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyaların qarşısını almışıq, nə qədər 
çətinliklərə sinə gərmişik. Siz bunları çox yaxşı bilirsiniz. 
1988-ci ildən ermənilərin Dağlıq Qarabağda başladıqları avantürist millətçi separatizmin qarşısı 
Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə respublikamızda 
yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu 
Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə 
ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi 
məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya 
dövründə Azərbaycanın pozulmuş  ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması 
problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik. 
Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə 
bilmişik.  
İlk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların 
aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. 
İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, 
inkişaf yoluna çıxarmışıq. 
Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik 
güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik. 
Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları 
olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və 
digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq. 
Əziz Azərbaycan vətəndaşları, əziz xalqım! 
Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil 
Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə  məlumdur, lakin mənim hələ tamam-
lanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə