İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   28   29   30   31   32   33   34   35   ...   86

69 
 
baxımından, inflyasiyanın səviyyəsi baxımından, ümumi daxili məhsulun səviyyəsi baxımından biz bir çox 
ölkələri geridə qoymuşuq və bu ənənə davam edir. Azərbaycanı  gələcəkdə gözəl perspektivlər gözləyir. O 
perspektivlərin təməli 9 il bundan əvvəl, sentyabrın 20-də qoyulubdur. Heydər  Əliyevin neft strategiyasının 
təməli həmin gün, birinci neft müqaviləsinin imzalanması ilə qoyulubdur. Bu neft müqaviləsi və ondan sonrakı 
hadisələr Azərbaycana nə veribdir?! Onu verib ki, ölkəyə 10 milyard dollardan çox sərmayə qoyulubdur. Onu 
verib ki, Azərbaycan öz neftini dünya bazarlarına çıxarır və ondan gəlir əldə edir. Onu verib ki, Azərbaycanda 
neft kəmərləri tikilir və xüsusilə Bakı–Ceyhan kimi nəhəng, irimiqyaslı neft kəməri artıq tikilməkdədir və 2005-
ci ildə biz onun açılışını qeyd edəcəyik. 
Bütün bu amillər imkan verib ki, Azərbaycan böyük bir valyuta ehtiyatı yarada bilsin. Bu məqsədlə Neft 
Fondu yaradılıbdır. Bu fond müxtəlif sahələrə kömək göstərməyə imkan verir. Məhz Neft Fondunun vəsaiti 
hesabına cənab Prezidentin fərmanı ilə böyük qrup insanların maaşları qaldırıldı, təqaüdlər artırıldı. Məhz Neft 
Fondunun fəaliyyəti və orada yığılan vəsait sayəsində biz Ermənistanın işğalından  əziyyət çəkən, öz 
torpaqlarından didərgin düşmüş qaçqın-köçkünlərə kömək göstəririk. Çadır  şəhərcikləri ləğv edilir, əvəzində 
yeni evlər, qəsəbələr,  şəhərciklər salınır. Deyə bilərəm ki, qısa bir müddət  ərzində  cənab prezident Heydər 
Əliyevin göstərişi ilə 30 mindən çox qaçqın və məcburi köçkün yeni müasir evlərə köçürülübdür. Onlar bütün 
lazımi infrastrukturla təmin olunublar.  
Budur, Heydər Əliyevin neft strategiyası  və onun nəticələri. Bu proses bundan sonra da davam edəcəkdir. 
2005-ci ildən sonra, Bakı–Tbilisi–Ceyhan neft kəməri istismara veriləndən sonra Azərbaycana daha böyük 
həcmdə valyuta gələcəkdir. Bu da öz növbəsində imkan verəcək ki, insanlarımız daha da yaxşı yaşasınlar. 2008-
ci ildən sonra isə təkcə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin xəzinəsinə 
milyardlarla dollar daxil olacaqdır. O vəsaitlə Azərbaycanı yenidən qurmaq mümkün olacaqdır. O vəsaitlə yeni 
fabriklər, zavodlar, yollar, xəstəxanalar, təhsil ocaqları, digər infrastruktur yaradılacaqdır. Bütün bunlar olacaq 
və mütləq olacaqdır. Bu, artıq özünü göstərir. 
Azərbaycanda son dövrdə görülən işlər böyük nəticələr verir. Ölkədə canlanma gedir, iqtisadiyyat, o 
cümlədən özəl sektor inkişaf edir. “Qafqaz” konserv zavodu kimi nəhəng müəssisələr yaradılır. Bir daha 
deyirəm ki, bütün bunlar Heydər  Əliyevin siyasətinin nəticəsidir. Bu siyasət gələcəkdə  də davam edəcəkdir. 
Cənab Prezident yaxın günlərdə öz sağlamlığını tam bərpa edib Vətənə dönəcək və uzun-uzun illər Azərbaycana 
rəhbərlik edəcəkdir. Azərbaycan xalqının məhəbbəti, inamı, hörməti, duaları ona kömək edəcək və o bizimlə bir 
yerdə olacaqdır.  
Bu ilin oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir.  Əminəm ki, Azərbaycan xalqı 
düzgün seçim edəcəkdir. 1993-cü ildə Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət edəndən sonra xalqımız bir 
daha gördü ki, çox düzgün və müdrik addım atmışdır. O vaxt yaranan vəziyyətin qarşısını almağa, Azərbaycanı 
vətəndaş müharibəsindən xilas etməyə, müharibəni dayandırmağa, iqtisadi inkişafa nail olmağa yalnız bir adam – 
Heydər Əliyev qadir idi və o bunu etdi. Azərbaycanı inkişaf etdirdi. Əminəm ki, oktyabrın 15-də Azərbaycan xalqı 
yenidən öz müdrikliyini göstərərək Heydər Əliyevə, onun siyasətinə səs verəcəkdir.  
Əziz dostlar! 
Əziz xaçmazlılar! 
Mən Xaçmaz rayonunda dəfələrlə olmuşam. Hər dəfə buraya gələndə məndə çox xoş təəssürat yaranır. Hər 
dəfə buraya gələndə getmək istəmirəm, sizinlə bir yerdə olmaq istəyirəm. Xaçmaz Azərbaycanın gözəl 
guşəsidir. Burada yaşayanlar gözəl, zəhmətkeş, vətənpərvər insanlardır. Azərbaycanın müstəqilliyini 
gücləndirən insanlardır. Mən çox şadam ki, bu gün sizinlə bir yerdəyəm, bu sevinci sizinlə bölüşürəm. Əminəm 
ki, bundan sonra da biz daim bir yerdə olacağıq. Bundan sonra da xaçmazlılar Azərbaycanın müstəqilliyinin 
möhkəmləndirilməsində, ölkəmizin iqtisadi inkişafının təmin olunmasında fəal iştirak edəcəklər. Sizi bu gözəl 
müəssisənin açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizi öpürəm, qucaqlayıram, bağrıma basıram, 
hamınıza xoşbəxtlik, cansağlığı və səadət arzulayıram. Sağ olun. 
 
BAŞ NAZİR İLHAM ƏLİYEVİN JURNALİSTLƏRİN  
SUALLARINA CAVABI 
 
S u a l: İlham müəllim, zavodu gəzdiniz, nəticədən razı qaldınızmı? 
C a v a b: Əlbəttə, çox razı qaldım. Nəhəng bir müəssisədir. Çox sevindirici haldır ki, Azərbaycanın bölgələ-
rində belə müəssisələr yaradılır. Bu onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə inam var. 
Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadiyyatı inkişaf edir. Biz çox istəyirik və hökumətin də məqsədi budur 
ki, Azərbaycanın müxtəlif bölgələrində emal müəssisələri yaradılsın.  Əlbəttə, hesab edirəm, bu müəssisə 
başqaları üçün örnək olacaqdır. Burada yüksək səviyyədə  məhsul istehsal olunacaqdır. Müəssisədə  ən müasir 
standartlar tətbiq olunur. Belə zavodun Azərbaycanda tikilməsi onu göstərir ki, ölkəmiz inkişaf edir, yaşayır. 


70 
 
Mən gələcəkdə başqa yerlərdə  də belə zavodların tikilməsini arzulayardım. Mənim investorlardan xahişim 
bundan ibarətdir. 
S u a l: İlham müəllim, cənab Prezidentin bir çox fərmanları var ki, Nazirlər Kabineti tərəfindən uzun 
müddət icra olunmayıbdır. Bunların icrası məsələsi qarşıda dururmu? 
C a v a b: Əlbəttə, o məsələlərə baxılacaqdır. Harada yubanma varsa, biz onu aradan qaldırırıq. O cümlədən, 
bu yaxınlarda Türkiyə ilə imzaladığımız viza sazişi uzun illər idi qalmışdı. Halbuki, mən bu məsələ ilə 
maraqlananda gördüm ki, orada heç bir problem yoxdur. Sadəcə, hansısa bürokratik hala görə qalmışdı. Ona 
görə belə hallar ola bilər. Amma deyə bilmərəm ki, bunlar kütləvi xarakter alıbdır. Mən Nazirlər Kabinetinin 
fəaliyyətini yüksək qiymətləndirirəm. O, Azərbaycanın iqtisadiyyatının inkişafı üçün çox mühüm işlər görüb, 
indi də görür. Amma belə hallar da olur. Əlbəttə, hər bir hal fərdi qaydada müzakirə ediləcək və Nazirlər Kabi-
neti çalışacaq ki, cənab Prezidentin bütün fərmanları vaxtlı-vaxtında öz həllini tapsın. 
S u a l: İlham müəllim, Siz Baş nazir təyin olunandan sonra Dağlıq Qarabağ məsələsinə xüsusi önəm 
verilir. Rusiya tərəfdən yeni həmsədr bəyan edib ki, tərəflər kompromisə getməyə hazırdırlar. 
Ümumiyyətlə, hansı kompromislərdən söhbət gedir? 
C a v a b: Heç bir kompromisdən söhbət getmir. Mən bilmirəm, o bəyanat nəyin  əsasında verilibdir. Bu 
məsələ hələ müzakirə olunmayıbdır. Mənə də bildirilib ki, Azərbaycanda prezident seçkiləri keçiriləndən sonra 
Minsk qrupunun həmsədrləri regiona gələcək və hansısa təkliflər verəcəklər. Hələlik bu barədə bir şey deyə 
bilmərəm, çünki heç bir təklif yoxdur. Ona görə də hansısa kompromislərdən söhbət gedə bilməz.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə