İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   2   3   4   5   6   7   8   9   ...   86

11 
 
ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 
oktyabrında keçiriləcək prezident seçkilərində  iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və 
qeydiyyata alınıb. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən 
istifadə edərək  bu insanlara, namizədliyimi irəli sürən və dəstəkləyən Yeni Azərbaycan Partiyasının bütün üzv-
lərinə, digər ictimai-siyasi təşkilatların nümayəndələrinə, elm, təhsil və  mədəniyyət xadimlərinə, ziyalılara və 
mənə  dəstək verən bütün Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ümidvaram ki, tezliklə  səhhətimi 
bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam.  İndi isə öz namizədliyimi  İlham  Əliyevin 
xeyrinə geri götürürəm. 
Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim si-
yasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intel-
lektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və  təşəbbüskar bir 
şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqı-
mızın  ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı  və xalqımızın fira-
vanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, plan-
ları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və 
gələcəyinə böyük ümidlər bəsləyirəm.  
 
Dərin hörmətlə, 
HEYDƏR ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
      1 oktyabr 2003-cü il 
 
 


12 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR  
SESSİYASI 
 
4 avqust  2003-cü il 
 
M u r t u z   Ə l ə s g ə r o v:  Məclisin gündəliyində bir məsələ vardır. Azərbaycan Respublikasının Baş 
naziri vəzifəsinə  təyin edilməsinə razılıq verilməsi haqqında. Bu məsələ ilə  əlaqədar Azərbaycan 
Respublikasının Prezidenti zati-aliləri cənab Heydər  Əliyevin Milli Məclisə  məktubu daxil olmuşdur. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, İlham Heydər oğlu 
Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə  təyin edilməsi üçün razılıq verilməsi məsələsini 
müzakirənizə təqdim edirəm. Cənab prezident Heydər Əliyevin məktubu 2 avqust 2003-cü ildə imzalanmışdır. 
Bildiyiniz kimi, İlham Heydər oğlu Əliyev Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə çox genişmiqyaslı 
işlər aparmışdır. 
Hər  şeydən  əvvəl demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, eləcə  də 
Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş  fəaliyyəti ilə yanaşı,  İlham  Əliyev Azərbaycan Respublikası 
Milli Məclisinin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın taleyi ilə bağlı, 
dövlətimizin gələcək taleyi ilə bağlı çox böyük işlər görmüşdür. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər İlham 
Əliyevin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında müzakirəsi ilə bağlı Azərbaycan 
nümayəndə heyəti çox böyük uğurlar  əldə etmişdir.  Əsirlərin və girovların qaytarılması, Dağlıq Qarabağda  
narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terror məqsədi ilə istifadə edilməsi, Dağlıq 
Qarabağda tarixi abidələrin, mədəniyyət abidələrinin dağıdılmasına dair Azərbaycan nümayəndə heyəti Avropa 
Şurasında bütövlükdə 30-dan çox sənəd yaymışdır. 
Bu sənədlər nəticəsində  və  İlham  Əliyevin təşəbbüsü ilə Avropa Şurası Ermənistanın Azərbaycana qarşı 
işğalçı siyasətini tanımış  və Ermənistanı  işğalçı dövlət kimi qəbul etmişdir. Bütün bunlar İlham  Əliyevin 
səmərəli işinin nəticəsidir. Hesab edirəm ki, bunlar, bütövlüklə digər sahələrdə İlham müəllimin apardığı işlər 
tədqirəlayiqdir. Mən xüsusilə Milli Olimpiya  Komitəsinin rəhbərliyi ilə son illər idman sahəsində əldə etdiyimiz 
nailiyyətlərin göz qabağında olduğunu qeyd etmək  istəyirəm. İdmanın elə bir sahəsi yoxdur ki, o, Azərbaycanda 
inkişaf etməsin. Respublikanın bir sıra rayonlarında olimpiya kompleksləri tikilib  istifadəyə verilmiş, bir sıra 
rayonlarda isə bu işlər davam etdirilir. 
Heydər  Əliyevin neft strategiyasının həyata keçirilməsində  İlham müəllim Dövlət Neft Şirkətinin birinci  
vitse-prezidenti kimi geniş fəaliyyət göstərir. Bu fəaliyyət ona qısa müddətdə Azərbaycan xalqı qarşısında böyük 
nüfuz qazandırmışdır. Xalqımız, bütün Azərbaycan zəhmətkeşləri, gənclər İlham müəllimə dərin rəğbət bəsləyir. 
Mən onun Baş nazir vəzifəsinə təyin olunmasına ürəkdən tərəfdaram və bu təklifi alqışlayıram. 
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası öz iclasını 
keçirmişdir. İslasda 10 nəfər iştirak etmişdir. Komissiya yekdilliklə bu təklifin lehinə səs vermişdir, yəni İlham 
Heydər oğlu Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilməsinə öz münasibətini bildirmişdir
*

 
* * * 
Əlbəttə ki, çıxış etmək istəyən deputatlar çoxdur. Artıq 15 nəfər çıxış etmişdir. Mən hesab edirəm ki, qalan 
deputatlarımız da deyilən təkliflər və səslənən fikirlərlə tam razıdırlar. Doğrudan da İlham Əliyev elə bir səviyyəyə 
çatmışdır ki, o, Azərbaycan xalqının sevimlisinə çevrilmişdir. Ötən əsrin 80-ci illərində Heydər Əliyev Kremlin ən 
uca zirvəsinə yüksəlmişdisə, bu gün İlham  Əliyev Avropa Şurasının yüksək zirvəsini fəth edib. Bu  bizim üçün  
böyük fəxrdir. Mən hesab edirəm, İlham Əliyev siyasəti, iqtisadiyyatı, eləcə də  diplomatiya tarixini gözəl bilən 
dövlət xadimidir və buradakı çıxışlardan aydın olur ki, biz onun çoxşaxəli fəaliyyətinin bir sıra sahələrini hələ bil-
mirik. 
İnanıram ki, İlham  Əliyev Nazirlər Kabinetinin başçısı, Baş nazir kimi digər keyfiyyətlərini də nümayiş 
etdirəcəkdir. Mən  İlham  Əliyevə  uğurlar arzulayıram. Arzum budur ki, bu vəzifədə o, Azərbaycanın xoşbəxt 
gələcəyini  təmin etsin, xalqımızın böyük istəklərini yerinə yetirmək üçün dava yüksək zirvələri fəth etsin. Bu 
təklifə hamımız səs verək, İlham Əliyevi təbrik edib ona uğurlar arzulayaq. 
 
 
 
                                                 
       
*
 Müzakirələrdə deputatlardan Əli Hüseynov, Əli  Əhmədov, Sirus Təbrizli, Eldar İbrahimov, Hadi Rəcəbli, Bahar 
Muradova, Mübariz Qurbanlı, Rəbiyyət Aslanova, Anar Rzayev, Aydın Mirzəzadə, Gülçöhrə  Məmmədova, Bəxtiyar 
Əliyev,  İsmayıl Ömərov, Arif Rəhimzadə  çıxış etdilər və  İlham  Əliyevin Baş nazir vəzifəsinə  təyin edilməsi haqqında 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin parlamentə təqdim etdiyi müraciəti yekdilliklə dəstəklədilər. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə