İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə5/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   2   3   4   5   6   7   8   9   ...   86

13 
 
* * * 
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri  vəzifəsinə təyin edilməsinə razılıq 
verilməsi haqqında  Azərbaycan Respublikası Milli Məclisinin qərarı 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-
cu bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır: 
İlham Heydər oğlu  Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə  təyin edilməsinə razılıq 
verilsin. 
 
MURTUZ ƏLƏSGƏROV 
Azərbaycan Respublikası Milli Məclisinin sədri 
 
Bakı şəhəri, 4 avqust 2003-cü il 


14 
 
 
NAZİRLƏR KABİNETİNDƏ  
AZƏRBAYCAN RESPUBLİKASININ  
YENİ TƏYİN OLUNMUŞ BAŞ NAZİRİ  
İLHAM ƏLİYEVİN HÖKUMƏT ÜZVLƏRİNƏ  
TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ ÇIXIŞ 
 
4 avqust 2003-cü il 
 
R a m i z   M e h d i y e v (Prezidentin İcra Aparatının rəhbəri): Siz hamınız bu gün çox mühüm ictimai-
siyasi hadisənin  şahidi olmusunuz. Artıq məlumdur ki, bu gün Milli Məclisin iclası keçirilmişdir və hörmətli 
cənab Prezidentin təqdimatı  əsasında Milli Məclis hörmətli  İlham  Əliyevin Azərbaycan Respublikasının Baş 
naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxmışdır. 
Onu qeyd etmək istəyirəm ki, Milli Məclisin iclası çox gözəl keçdi və çıxış edən bütün deputatlar hörmətli 
İlham müəllim haqqında çox dəyərli fikirlər söylədilər. Hamının yekdil bir fikri oldu ki, cənab prezident Heydər 
Əliyev çox müdrik bir qərar qəbul edərək,  İlham  Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə 
tövsiyə edibdir.  
Respublikamızın ictimaiyyəti, dövlət adamları  və eləcə  də ölkədən kənarda  İlham  Əliyev haqqında, onun 
şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş  məlumata malikdirlər.  İlham  Əliyev 
dərin intellektə malik, dövlətçiliklə bağlı bir şəxsiyyətdir.  İlham  Əliyevin Azərbaycan xalqı qarşısında böyük 
xidmətləri vardır. Bu xidmətləri Azərbaycan cəmiyyəti, ictimaiyyəti, xarici ölkələrdə də çox yaxşı bilirlər və onu 
müasir bir siyasətçi kimi qəbul edirlər.  
Cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, 
səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro 
üzvü vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirilir.  
Bir neçə müddət idi cəmiyyətdə fikir mübadiləsi aparılırdı, söhbətlər gəzirdi, insanlar narahat idi. Demək 
olar, bütün xalqımız cənab Prezidentin xəstəliyi ilə bağlı narahatlıq keçirirdi. Bütün xalqımız düşünürdü ki, 
cənab Prezidentin 34 illik fəaliyyəti nəticəsində Azərbaycanda  əldə olunmuş  uğurları, bu xətti kim davam 
etdirəcək, nə cür olacaq, Azərbaycanın taleyi kimlə bağlı olacaqdır? Bu gün cənab Prezident artıq öz 
fərmanlarını imzalayıbdır. Deyə bilərəm ki, bu gün saat 4-də Ankaradan təyyarə gəldi və həmin fərmanlar bizə 
təqdim olundu. Biz bunu artıq cəmiyyətə, ictimaiyyətə çatdırmışıq. İndi də sizə bildirmək istəyirəm. 
Demək istəyirəm ki, bu, cəmiyyətdə çox böyük sevinclə qarşılanmışdır. Sizə açıq deyim ki, bu gün Prezident 
Aparatına dövlət adamlarından, adi insanlar içərisindən yüzlərlə telefon zəngi olubdur. Mənə  zəng olubdur, 
bizim Aparatın başqa işçilərinə, şöbə müdirlərinə zənglər olubdur. İnsanlar öz sevincini, razılığını bildirir və 
cənab Prezidentə bir daha dərin hörmət və  təşəkkürlərini bildirirlər ki, çox ağıllı, müdrik bir qərar qəbul 
edibdir. Ona görə biz cənab Prezidentə cansağlığı arzu edirik. Arzu edirik ki, o, müalicəsini başa çatdırıb 
tezliklə ölkəyə qayıtsın, prezident seçkilərində iştirak etsin.  
Xalq artıq cənab Prezidentin seçkilərdə iştirakı  ilə bağlı öz münasibətini bildiribdir. 
Çoxsaylı mitinqlərdə, iclaslarda, görüşlərdə xalq öz fikrini bildiribdir. Cənab Prezident, demək olar ki, 
yenidən ölkənin başçısı seçilibdir. Formal tərəfi qalıb, oktyabrın 15-də seçki keçiriləcək və heç şübhə yoxdur ki, 
cənab Prezident növbəti beş il üçün də dövlətin başçısı seçiləcəkdir. 
Sənədlərin göndərilməsi ilə bağlı  mənə Ankaradan zəng oldu. Mənə  məlumat verdilər ki, cənab Prezident 
parlamentin bugünkü iclasına televiziya vasitəsilə baxıb, onu çox yüksək qiymətləndiribdir. O insanlar ki, 
dövlətçilik mövqeyindən öz münasibətini bildirib, İlham  Əliyev haqqında söylənilən fikirləri bəyəniblər – 
möhtərəm Prezident onlara öz razılığını, təşəkkürünü bildiribdir.Qeyd edibdir ki, parlamentin iclası bir daha 
onu  təsdiq etdi ki, o, düzgün qərar qəbul edibdir. 
Ona görə icazə verin, belə bir mühüm hadisə ilə bağlı sizin  hamınızı təbrik edim. İlk növbədə hörmətli İlham  
müəllimi təbrik edim, ona cansağlığı arzulayım. Biz hamımız əminik ki, İlham Əliyev öz yeni vəzifəsində cənab 
Prezidentin xəttini bundan sonra da davam etdirəcəkdir. Deyə bilərəm ki, o, indiyədək cənab Prezidentin 
tapşırıqları, göstərişləri əsasında bütün  vəzifələrin öhdəsindən çox ləyaqətlə gəlmişdir. 
Heç  şübhə yoxdur, o, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinin öhdəsindən də layiqincə 
gələcək, cənab Prezidentin etimadını, bizim xalqımızın etimadını doğruldacaqdır. Bu vəzifədə, bu işdə ona 
böyük-böyük uğurlar arzulayırıq. 
Mən inanıram ki, bu gün burada iştirak edən dövlət və hökumət adamları hörmətli İlham müəllimin ətrafında 
birləşəcəklər və Nazirlər Kabinetinin qarşısında Prezident tərəfindən qoyulan bütün vəzifələrin öhdəsindən 
canla-başla gələcəklər. Əsas məsələ odur ki, bundan sonra da öz vəzifəmizə çox ciddi və məsuliyyətlə yanaşaq, 
cənab Prezident tərəfindən bizə göstərilən hörməti və etimadı doğruldaq. Təşəkkür edirəm. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə