İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


“LİDER” YARIMDALMA ÜZƏN QAZMA QURĞUSU İLƏ TANIŞLIQDAN SONRA



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   2   3   4   5   6   7   8   9   10   ...   86

17 
 
 
“LİDER” YARIMDALMA ÜZƏN QAZMA QURĞUSU İLƏ TANIŞLIQDAN SONRA 
JURNALİSTLƏRƏ MÜSAHİBƏ  
 
7 avqust 2003-cü il 
 
S u a l: İlham müəllim, “Lider” yarımdalma qurğusu ilə tanışlıq sizdə hansı təəssüratı yaratdı? 
C a v a b: Çox gözəl təəssürat bağışlayır. Nəhəng bir qurğudur. Xəzər dənizində analoqu olmayan 
yarımdalma qazma qurğusudur.  Əlbəttə, bu qurğu Azərbaycan xalqına uzun illər xidmət edəcəkdir. Suyun 
böyük dərinliyində qazma işlərini aparacaq və əminəm ki, Azərbaycan üçün yeni neft yataqlarını kəşf edəcəkdir. 
S u a l:  İlham müəllim, mətbuatda Prezident Heydər  Əliyevin Klivlendə getməsi ilə bağlı 
informasiyalar verildi. İstərdik, bu məsələyə müəyyən aydınlıq gətirəsiniz, vəziyyət necədir? 
C a v a b: Vəziyyət belədir ki, cənab Prezident dünən təyyarə ilə Klivlendə uçdu və bu gün Bakı vaxtı ilə 
hardasa, gecə saat 3-4 radələrində oraya çatdı. Mən də  dərhal bu barədə  məlumat aldım ki, cənab Prezident 
Klivlend xəstəxanasındadır. Hər şey də qaydasındadır.  
S u a lGeri dönməsi nə zaman gözlənilir? 
C a v a b:  Əlbəttə, onu gərək həkimlər desinlər.  İndi Klivlenddə  hələ ki, gecədir. Bir neçə saatdan sonra 
müayinə başlanacaq və ondan sonra nəsə demək mümkün olacaqdır.  
S u a l: İlham müəllim, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sizi səfərə dəvət edibdir. Siz bu 
səfəri reallaşdıracaqsınızmı? 
C a v a b: Bəli, əlbəttə, mən o dəvəti məmnunluqla qəbul etdim. Hörmətli Baş nazir cənab Ərdoğan mənimlə 
telefon söhbətində də bu dəvəti etmişdi. Ondan sonra bu, təbrik məktubunda da öz əksini tapmışdır. Mən də ona 
bildirdim ki, böyük məmnuniyyətlə yaxın günlərdə çalışacağam ki, qardaş ölkəyə səfər edim. 
S u a l:  İlham müəllim, prezidentin diaqnozu ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif 
məlumatlar yayılır.  Qabırğasının sınması ilə bağlı, ümumiyyətlə, vəziyyəti necədir? 
C a v a b: Özünü yaxşı hiss edir. Əlbəttə, qabırğalarının sınması cənab Prezidentin ümumi fiziki vəziyyətinə 
təsir edir. Yəqin siz də bunu hiss edirdiniz. Bir də ki, o, tam sağalmadan işə başlamışdı. Əlbəttə, bu, həkimlərin 
məsləhətlərinə zidd addım idi. Amma ümumiyyətlə, vəziyyəti normaldır. Lakin müəyyən bir müalicəyə ehtiyac 
var.  
S u a l: Cərrahiyyə əməliyyatının aparılacağı barədə də məlumat var? 
C a v a b: Bu barədə müxtəlif möhtəkirliklər ola bilər. Mən bir şey deyə bilmərəm. Hesab edirəm ki, buna 
ehtiyac olmayacaqdır.  Əgər ehtiyac olarsa, orada çalışan həkimlər çox yüksək peşəkarlığa malikdirlər, bu 
ediləcəkdir. Amma bu günə qədər belə bir ehtiyac yoxdur. 
S u a l: İlham müəllim, məlumatlar yayılır ki, seçkilər ərəfəsində müxalifət ölkədə çaşqınlıq yaratmaq 
məqsədi ilə müxtəlif addımlar atmaq istəyir. Dünən bəyan elədilər ki, respublikanın bütün şəhər və 
rayonlarında etiraz aksiyalarına başlamaq haqqında qərar veriblər. Bu barədə nə deyərdiniz? 
C a v a b: Bilirsiniz, bu məni maraqlandırmır. Onların etiraz aksiyaları göz qabağındadır. Bu aksiyalara iki-
üç mindən çox adam gəlmir, gələnlərin də yarısı pul alandan sonra çıxıb gedir. Yəni belə bir hərəkətlər nə məni
nə də hökuməti, iqtidarı narahat etmir və etməyəcək də. Hesab edirəm ki, müxalifət gərək daha çox öz təbliğatı 
ilə məşğul olsun, seçkiqabağı kampaniyada iştirak etsin. Mənim onlara məsləhətim budur. O ki qaldı kimi isə 
tanımaq, kimi isə tanımamaq məsələsinə, hansısa aclıq aksiyaları elan etməyə, bu məndə yalnız gülüş doğurur. 
Mən bilirəm ki, aclıq aksiyasını elan edən şəxs axşam gedib öz kababını da yeyir, başqa şey də içir, səhər yenə 
də davam edir. 
S u a l: İlham müəllim, ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərini  lobbiçilik fəaliyyəti ilə məşğul 
olmaqda ittiham edirlər. Hətta BP kimi konkret adlar da çəkirlər. Buna münasibət necədir? 
C a v a b: Hesab edirəm ki, bu, onların xarici neft şirkətlərinə qarşı növbəti təxribatıdır. Azərbaycanda 
fəaliyyət göstərən neft şirkətləri heç vaxt siyasi proseslərə müdaxilə etmirlər. Mən də köhnə  vəzifəmdə, 
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışarkən onlarla söhbətimdə  də 
dəfələrlə bunu israrla xahiş etmişdim ki, onlar siyasi proseslərdən kənarda durmalıdırlar. Onlar burada 
Azərbaycanın hökuməti ilə kommersiya işləri aparılması üçün müqavilələr imzalayıblar və fəaliyyətləri də məhz 
bu çərçivədə  həyata keçirilməlidir. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bizim birgə  fəaliyyətimizin lap 
əvvəlindən bu günə qədər heç vaxt nə  BP, nə də başqa xarici neft şirkəti siyasi proseslərə müdaxilə etməmişdir 
və etməyəcək də.  
Müxalifətin onlara qarşı belə bir çirkin böhtandan istifadə etməsi də yeni deyildir. Bundan əvvəl də 
müxalifətin bəzi liderləri Azərbaycanda neft şirkətlərini təşvişə salmaqdan ötrü, çalışmaq üçün ki, onlar öz 
fəaliyyətini dayandırsınlar – müxtəlif ideyalarla çıxış edirdilər. Bəziləri deyirdilər ki, onlar hakimiyyətə 
gəldikləri təqdirdə Bakı–Tbilisi–Ceyhan layihəsini dayandıracaq, Azərbaycanın imzaladığı bütün müqavilələri 


18 
 
ləğv edəcəklər. Buna oxşar hədələri neft şirkətlərinə ünvanlayırdılar. Amma çox şadam ki, Azərbaycanda 
işləyən böyük neft şirkətləri bu tezislərə,  iddialara daim biganə qalmışdır. Yəni bir daha demək istəyirəm ki, 
burada heç bir lobbiçilikdən söhbət getmir və gedə də bilməz. Buna heç ehtiyac da yoxdur. 
S u a l: İlham müəllim, Baş nazir seçilməyinizə reaksiyalar Sizi razı salırmı  və bu reaksiyalar 
qənaətbəxşdirmi? 
C a v a b: Məni razı salır. Hesab edirəm ki, ümumiyyətlə, mənim fəaliyyətim üçün reaksiyaların o qədər də 
önəmli mənası yoxdur. Amma əlbəttə, mən bir insan kimi çox məmnunam ki, həmkarlarım, inkişaf etmiş 
ölkələrin hökumətlərinin başında duran şəxslər məni təbrik edirlər. Bu mənim üçün çox xoşdur, böyük şərəfdir. 
Məni  əsas maraqlandıran ölkə daxilindəki reaksiyadır. Mənim məlumatlarıma görə, bu da çox müsbətdir. Bu 
təyinat müsbət qarşılanıb, insanlarda arxayınçılıq hissi yaranıbdır.  
Mən bilirəm, bizim xalqımızı düşündürən  əsas məsələlərdən biri də odur ki, Azərbaycanda ictimai-siyasi 
asayiş qorunub saxlanılsın, sabitlik pozulmasın, hərc-mərclik, xaos yaranmasın. İnsanlarımız bundan çox ehtiyat 
edirlər. Əlbəttə, bu nöqteyi-nəzərdən bu təyinat, hesab edirəm, çox məqsədəuyğundur və düzgün təyinatdır. Ona 
görə bu reaksiya mənim üçün daha önəmlidir. Çox şadam ki, ümumiyyətlə, ictimaiyyət tərəfindən buna müsbət 
münasibət var.  
S u a l:  İlham müəllim, Siz cənab Prezidentlə birgə seçkilərə gedəcəksiniz. Bu gün siz müxalifətdən 
olan və digər namizədləri özünüzə və Prezidentə rəqib görürsünüzmü? 
C a v a b: Bilirsiniz, mən hesab edirəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Şəxsi fikrim belədir 
ki, Azərbaycanda Heydər  Əliyev tərəfindən həyata keçirilən siyasətə alternativ yoxdur. Bu, yeganə düzgün  
siyasətdir və öz nəticələrini verir. Azərbaycan inkişaf edir, qüdrətli dövlətə çevrilir. Azərbaycanda irimiqyaslı 
beynəlxalq layihələr həyata keçirilir. İndi gördüyünüz kimi nəhəng qazma qurğuları tikilir. Ümumiyyətlə, 
Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir. Ona görə hesab edirəm, Azərbaycanın gələcəyi 
naminə, gələcək inkişafı üçün bu siyasət gərək davam etdirilsin.  
Şəxsən mən prezident olmaq iddiasına düşən müxalifət nümayəndələrinin şanslarına nikbinliklə baxmıram. 
Hesab edirəm ki, cəmiyyətdə onların dəstəyi çox aşağı  səviyyədədir. Amma eyni zamanda, hesab edirəm və 
siyasi etika da bunu tələb edir ki, hər bir namizədə gərək hörmətlə yanaşasan.  
S u a l:  İlham müəllim, Siz ödənişsiz məzuniyyət götürdünüz ki, seçkilərdə  iştirak edə biləsiniz. 
Maraqlıdır, Qarabağ problemi ilə bağlı İlham Əliyevin seçki platforması necə olacaqdır? 
C a v a b:  Mən dəfələrlə  bəyan etmişəm, indi də demək istəyirəm ki, mənim prezidentliyə namizədliyim 
barədə  təklifə razılıq verməyimin məqsədi ondan ibarətdir ki, cənab Prezidentin seçki kampaniyasında fəal 
iştirak edə bilim.  
Əlbəttə, mənim mövqeyim də, platformam da, dünyagörüşüm də yalnız cənab Prezidentin həyata keçirdiyi 
siyasətin çərçivəsindədir. Burada hansısa əsaslı fərqlərdən söhbət gedə bilməz.  
O ki qaldı Qarabağ məsələsinə, əlbəttə, mən fikirləşirəm ki, biz gərək çalışaq bunu sülh yolu ilə həll edək. 
Azərbaycan xalqı sülh istəyir, müharibə istəmir. Atəşkəs müddəti ərzində Azərbaycan çox böyük addımlar atıb, 
çox böyük uğurlar qazanıbdır. Əgər biz Ermənistanla müqayisə etsək, görərik ki, bu müddət orada tənəzzüllə 
müşayiət olunubdur. Bəzən mənə sual verirlər ki, müharibənin nəticələri nədir? Mən çox ciddi deyirəm, hesab 
edirəm müharibənin nəticələri – bəlkə  də bu, təzadlı  səslənə bilər – Azərbaycanın xeyrinədir. Düzdür, 
Azərbaycan öz torpaqlarının müəyyən hissəsini itiribdir. Azərbaycanda bir milyondan çox qaçqın,  köçkün var. 
Amma eyni zamanda, bu müddət  ərzində, atəşkəs rejimi ərzində Azərbaycan həm siyasi səhnədə, həm də 
iqtisadiyyatda çox uğurlu addımlar atıbdır. Ermənistanla Azərbaycanın iqtisadi vəziyyəti arasındakı uçurum 
getdikcə  dərinləşəcəkdir. Azərbaycan bir neçə ildən sonra qüdrətli, imkanlı bir dövlətə çevriləcəkdir. 
Ermənistanın isə elə bir perspektivi yoxdur. Onların perspektivi yalnız və yalnız hansısa xarici dövlətin 
ətəyindən yapışıb özlərinə gün ağlamaqdır ki, acından ölməsinlər. Ona görə hesab edirəm, indiki siyasət 
Azərbaycanda dəstəklənir və bizə imkan verəcək ki, sülh danışıqlarında istədiyimizə nail ola bilək. Yox, əgər 
gördük ki, bütün imkanlar artıq tükəndi, onda hesab edirəm, Azərbaycanın tam hüququ var ki, öz ərazi 
bütövlüyünü bərpa etmək üçün hər bir addımı atsın. 
S u a l: İlham müəllim, Siz Türkiyənin Baş naziri ilə görüşəcəksiniz. Türkiyə ilə Ermənistan arasında 
sərhədlərin açılması məsələsinə toxunacaqsınızmı?  
C a v a b: Bilirsiniz, hesab edirəm bu məsələ bir az şişirdilir. Mən inanmaram ki, belə bir fikirlər, meyllər 
olsun.  Əlbəttə, iki ölkəyə aid hər bir məsələ, o cümlədən bu məsələ  də müzakirə olunacaqdır. Amma bu elə 
ciddi məsələ deyil ki, sizə deyim ki, bu, gündəlikdə durur. Bu, bəzi dairələr tərəfindən süni şəkildə  şişirdilir. 
Hesab edirəm, burada hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Türkiyə–Azərbaycan münasibətləri dostluq, 
qardaşlıq əsasında qurulubdur. Biz bir millət, iki dövlətik. Bizim aramızda yalnız və yalnız qarşılıqlı anlaşma, 
mehribanlıq, xoş niyyət əhval-ruhiyyəsi var və bundan sonra da hökm sürəcəkdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə