İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

22 
 
C a v a b:  Əslində, mən hesab etmirəm ki, tənqidçilər çoxdur. Əksinə, eşitdiklərimiz, gördüklərimiz onu 
deyir ki, təyinat cəmiyyətdə  rəğbətlə qarşılanıbdır. Azərbaycanda  əhali ilk növbədə sabitliyin qorunub 
saxlanmasını istəyir.  İnsanlar xüsusi biliyi, bacarığı, qabiliyyəti olmayan adamların yenidən hakimiyyətə 
gəlməsini ən pis hal kimi görürlər. Bu, əvvəllər baş vermişdir. Sizin dediyiniz müxalifət Azərbaycanda 1992-ci 
ildə hakimiyyətdə olub, amma bircə il tab gətiriblər. Hakimiyyətlərini bircə il qoruya biliblər, çünki idarəetmə 
üsulları ilə özlərini biabır ediblər. İndi isə budur, on ildir ki, çalışırlar Prezidenti tənqid, təhqir etsinlər. Yalnız 
prezidenti yox, elə hökuməti də, hakimiyyətdə olan başqalarını da. Beləliklə, bu təyinatla bağlı  tənqid yalnız 
müxalifətdən gəlir. 
Müxalifətə  gəldikdə isə, onlar istədiklərini deyə bilərlər. Bütün hüquqi prosedura, Konstitusiyanın 
tələblərinə, hüquqi normalara riayət olunub, pozuntu yoxdur. üstəgəl, onu da əlavə edim ki, İlham  Əliyev 
Azərbaycan siyasətində yeni sima deyildir. Mən 1995-ci ildən Azərbaycan parlamentinin üzvüyəm
hakimiyyətdə olan partiya sədrinin birinci müaviniyəm. Bu təyinatadək 10 ilə  qədər ARDNŞ-in birinci vitse-
prezidenti, beynəlxalq  əlaqələrin inkişaf etdirilməsinə cavabdeh şəxs olmuşam. Mən Azərbaycanın Olimpiya 
Komitəsinin prezidentiyəm. Bu, o deməkdir ki, bütün bunlar - həm ölkə daxilindəki, həm də beynəlxalq 
aləmdəki fəaliyyətim mənim bu vəzifəyə təyin olunmağıma əsas verir. Amma bir də onu deyim ki, müxalifət nə 
deyirsə, bu məni o qədər də narahat etmir.  
S u a l:  Yəqin ki, bu illər  ərzində atanız kimi, Siz də müxalifət tərəfindən  çox tənqidə  məruz 
qalmısınız. Xüsusilə  də, son bir neçə gün ərzində müxalifətin Sizin atanızın artıq həyatda olmadığı ilə 
bağlı bəyanatlarına necə cavab verərdiniz? Bu Sizə toxunur və yəqin ki, Sizi acıqlandırır. 
C a v a b: Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu, adamı hirsləndirməyə bilməz. Amma özümü məcbur 
edib, bu adamlara hirslənə bilmirəm. Elə bilirəm ki, belə  şeyləri yazanlar insanlığa xas olan son hisslərini də 
itiriblər. Mən siyasi mübarizəni də, yenidən hakimiyyətə gəlmək istəyini də başa düşə bilərəm, amma hər şey 
sivil formada olmalıdır. Biz insanıq, başqa məxluq deyilik. Son iki-üç ay müddətindəki müxalifət qəzetlərinə 
baxsanız, hər gün yalan, təhqir, Prezidentin səhhəti ilə bağlı tamamilə qeyri-etik yazılar görərsiniz. Prezident 
ölkənin simvoludur. Xüsusilə  də Heydər  Əliyev kimi Prezident! Onu tənqid edənlərin fəaliyyəti nəticəsində 
parçalanmaqda olan, uçuruma sürüklənmiş ölkəni xilas edən Prezident!  
Müxalifətdəki bu adamlara ən yaxşı cavab bizim praktiki işlərimiz,  əməli addımlarımız ola bilər.  Əgər 
geriyə, 1992-ci ilə, bu adamların, müxalifətin hakimiyyətdə olduğu zamankı Azərbaycana baxsanız və bugünkü 
günlə müqayisə etsəniz, böyük fərq görünəcəkdir.  
Bu gün biz dünyada hörmət qazanmış ölkəyik. İnsanların həyat şəraitinin günbəgün yaxşılaşdığı ölkədir. Özü 
də bütün bunlar bizim əhalimizin 1 milyonunun qaçqın-köçkün olduğu bir şəraitdə baş verir. Bildiyiniz kimi
Ermənistanın bizim ölkəyə qarşı  təcavüzü nəticəsində  ərazimizin bir hissəsi işğal olunmuşdur. Biz dünyada 
əhalinin sayı ilə müqayisədə, qaçqın-köçkünlərin  ən yüksək faiz təşkil etdiyi ölkəyik. Hər 8 nəfərdən biri 
qaçqın-köçkündür, amma buna baxmayaraq, inkişaf prosesi gedir. Beləliklə, yenə deyirəm, onlara ən yaxşı 
cavab bizim fəaliyyətimiz, görülən işlərdir. Güclü iqtisadiyyat yaratmaq və güclü siyasi sistem qurmaq 
yolundakı xidmətlərimizdir. 
S u a l:  Bəzi müxalifət üzvləri bildirirlər ki, onlara hədə-qorxu gəlinir, onlar döyülürlər, həbs 
olunurlar və bu da Sizin hökumətin razılığı ilə edilir. Bu həqiqətdirmi? 
C a v a b: Bu da həqiqətə uyğun deyil, onlar həbs olunmurlar, onlar azaddırlar. Özləri təhrik edirlər ki, onları 
həbs etsinlər. İndiki siyasətləri, – xüsusilə də başa düşdükdən sonra ki, sivil, demokratik yollarla hakimiyyətə 
gəlmək şansları yoxdur, – onların əlində olan yeganə mexanizm özlərini yazıq kimi qələmə verməkdir. 
J u r n a l i s t: Doğrudur. 
İ l h a m   Ə l i y e v: Onlar çalışırlar ki, hüquq-mühafizə orqanları tərəfindən döyülsünlər, qorxudulsunlar. 
Amma mən  əminəm ki, bizim hüquq-mühafizə orqanları onların planının həyata keçməsinə imkan 
verməyəcəklər. Ona görə  də, gəlin onların dediyinə görə yox, həqiqi hadisələr  əsasında mühakimə yürüdək. 
Onların heç biri həbs olunmayıb, özlərini rahat hiss edirlər, hamısının  əla yaşayış  şəraiti var, siyasi 
fəaliyyətlərini davam etdirmək üçün şərait var. Ona görə  də, yəqin özlərini xoşbəxt sayırlar, vəziyyətdən razı 
olmalıdırlar. Bu onların ən çox əldə edə biləcəkləridir. Sizə deyim ki, onlar bu siyasi mühitdən ayrılsalar, aralı 
düşsələr, cəmiyyətdə öz yerlərini tapa bilməyəcəklər. Bunun sübuta ehtiyacı yoxdur. Onların heç biri, təkrar 
edirəm, heç biri, – adbaad, ayrılıqda götürək, – hansısa bir sahədə özlərini heç bir cəhətdən büruzə verə 
bilməyib, heç biri ölkə üçün yaxşı bir iş görə bilməyibdir. Onlar küçələrdən gəliblər, bu da ki, ümumiyyətlə, 
bütün cəmiyyətin sovet sisteminə qarşı narazılıq dalğası fonunda baş vermişdir. O vaxt küçələrdə narazılıqlarını 
bildirən insan kütlələri yığışırdı, onların da ən zil səslə qışqıranları mövqe tutdular. Sizə deyə bilərəm ki, parla-
mentin keçmiş spikeri Qəmbərov, - hansı ki, indi özünü müxalifət lideri kimi qələmə verməyə çalışır, - 12 il 
müddətində elmi-tədqiqat institutunda aspirant olaraq qalırdı. O bu müddət ərzində elmi işin öhdəsindən gələ 
bilmirdi.  İndi müxalifətdə olan o vaxtkı Baş nazir bir vaxtlar bazarda qarpız satırmış. Siyahını uzatmaq olar. 
Özünü müxalifət lideri sayan başqa birisi universitetdə SSRİ tarixi müəllimi idi. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə