44
onları təhqir etmək, yaxud kəskin tənqid etmək fikrindən uzağam.
Lakin fikirləşirəm ki, onların indi əldə
etdikləri imkanlarının son həddidir. Bu adamları indiki vəziyyətləri qane edir – maddi vəziyyətləri çox yaxşıdır,
müxtəlif ziyafətlərə dəvət olunurlar, xarici səfirliklərə ziyafətlərə getməyi çox xoşlayırlar, mətbuatda, qəzetlərdə
onların haqqında yazırlar. Bu onların nail ola bildiklərinin son həddidir. Onların ölkəni idarə etmək imkanı
olmuşdur, lakin hər şeyi dağıtdılar. Odur ki, belə adamların müxalifətdə olması həm özləri, həm də bütövlükdə
ölkə üçün daha yaxşıdır.
S u a l: Siz prezident ola biləcəyinizin mümkünlüyü barədə ilk dəfə nə vaxt düşünməyə başladınız?
C a v a b: Bilirsiniz, bu proseslərin hamısı zamanın hökmüdür. Həyatın özü uzun müddət məni
istiqamətləndirmişdir. Mən beynəlxalq məsələlərlə məşğul olmağa başladım, parlamentə seçildim. Əlbəttə,
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini seçilməyim mənim üçün ən mühüm addım oldu. Hər
şey təbii alınırdı. On il ərzində bütün neft layihələri ilə məşğul olmuşam. Buna görə də bütün işlər qaydasınca
gedirdi, bu fikir isə beynimə, bəlkə də 2000-ci ildəki parlament seçkilərindən sonra gəldi. Seçkiqabağı
kampaniya dövründə partiya siyahısına başçılıq etməyim partiyada aparıcı mövqedə olduğuma dəlalət edirdi.
Bax, elə o zaman mən belə bir imkan barədə düşünməyə başladım.
S u a l: Çoxları Sizin nə vaxtsa prezident olacağınızı alqışlayır. Lakin bəziləri deyirlər ki, Siz əvvəldən
bunun əleyhinə olmusunuz. Bu doğrudurmu?
C a v a b: Xeyr, doğru deyil. Mən həmişə fikirləşmişəm
və indi də o fikirdəyəm ki, ən başlıcası bu siyasətin
davam etməsidir. Əgər bu vəzifəyə məndən də yaxşı namizəd olsaydı, mən heç bir halda öz namizədliyimi irəli
sürməzdim. Mənim üçün, zənn edirəm ki, ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin
davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab
edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram. Mən bundan qaçmağa cəhd göstərməmişəm, hərçənd,
əlbəttə, çox böyük məsuliyyətdir. Bir var ki, kiçik sahəyə cavabdeh olasan, bir də var bütün ölkəyə. Mənə ina-
nın, bu hisslə yaşamaq o qədər də asan deyildir. Mən çoxlarını tanıyıram ki, mühüm bir
vəzifəyə keçən kimi
yaxşı tanıdıqları adamlara münasibəti, həyatda baş verən hadisələrə münasibəti tamamilə dəyişmişdir. Mən
normal insan kimi qalmaq üçün əlimdən gələni edəcəyəm.
S u a l: Siz dediniz ki, atanızın vəziyyəti yaxşıdır. Onun səhhəti ilə bağlı son məlumatlar haqqında
konkret nə deyə bilərsiniz?
C a v a b: Dünən mən onunla danışdım. Təəssüf ki, bu gün həmin rayonda elektriklə bağlı problemlər
olduğundan ona zəng edə bilmədim. Dünən mən həkimlərlə də danışdım. Danışıqların ikisi də çox nikbin oldu.
Həkimlər deyirlər ki, Klivlendə gəldiyi gündən onun səhhəti xeyli yaxşılaşmışdır. Böyrəklərindən biri ilə bağlı
problem var idi, indi uğurla müalicə olunur. Bunun üçün çox vaxt lazımdır. Bilirəm ki, cürbəcür şayiələr və
informasiyalar yayılır ki, bəs sonra nə olacaq, cərrahiyyə əməliyyatı etmək lazım olacaq, yoxsa yox. Həkimlər
dedilər ki, terapevtik müalicə aparacaqlar və bu onun tamamilə sağalması üçün kifayət edəcəkdir. Mən bundan
çox məmnunam. Ona görə də tələsməyək, gözləyək.
45
ABŞ DÖVLƏT KATİBİNİN
BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTACLA GÖRÜŞDƏ SÖHBƏT
25 avqust 2003-cü il
Klivlend klinikasında müalicədə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət etmək üçün
ABŞ-a qeyri-rəsmi səfərə gəlmiş ölkəmizin Baş naziri İlham Əliyev avqustun 25-də Amerika Administrasiyasının
təşəbbüsü ilə Vaşinqtona bir günlük səfər etmiş və dövlət katibinin birinci müavini Riçard Armitacla görüşmüşdür.
Görüşdən sonra İlham Əliyev və Riçard Armitac jurnalistlər qarşısında açıqlama vermişlər.
R i ç a r d A r m i t a c: Mənim üçün şərəf idi ki,
bizim dostumuz, Baş nazir İlham Əliyev yenidən Dövlət
Departamentindədir. Biz regionda vəziyyəti, eləcə də qarşıdan gələn seçkiləri müzakirə etdik və əlbəttə ki,
görüşdən məmnunuq.
S u a l: Cənab Baş nazir, bugünkü görüşünüz barədə nə deyə bilərsiniz?
İ l h a m Ə l i y e v: Etiraz etməsəniz, hamının anlaması üçün ingiliscə cavab verərdim. Mən dövlət
katibinin birinci müavininə çox minnətdaram. Bir daha bir-birimizi görmək imkanı yaratdı. Mən həmişə
Vaşinqtona gələndə bizim görüşlərimiz çox yaxşı keçir. Bu da ona görədir ki, biz tərəfdaşıq, dostuq. Biz birlikdə
çox
işləyirik ki, regionda təhlükəsizliyi təmin edək. Azərbaycanda demokratik dövlət quruculuğunun davam
etdirilməsi üzrə birlikdə çox işləyirik. Münasibətlərimizin gələcəyi haqqında, üzümüzə gələn seçkilər haqqında
çox yaxşı söhbətimiz oldu. Bu seçkilər Azərbaycanın gələcək inkişafının müəyyən olunmasında çox önəmlidir.
Azərbaycan üçün çox vacibdir ki, seçkilər azad, ədalətli şəraitdə keçsin. Biz hökumət olaraq əlimizdə olan bütün
imkanlardan istifadə edəcəyik ki, seçkilərin bu cür keçirilməsi təmin olunsun. Həm də əlavə etmək istərdim ki,
bu günə qədər ölkəmizə verdiyi dəstəyə görə, birgə fəaliyyətimizə görə Birləşmiş Ştatlara minnətdarıq. Bir daha
qeyd
etmək istəyirəm ki, Azərbaycan bu yöndəki siyasətini davam etdirəcək və gələcəkdə də Birləşmiş Ştatların
həqiqi və etibarlı tərəfdaşı olacaqdır.
46
KURT UELDONUN BAŞÇILIĞI İLƏ
ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT
29 avqust 2003-cü il
İ l h a m Ə l i y e v: ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox sürətlə və hərtərəfli inkişaf
edir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və artıq bunun nəticələrini görürük. Amerika hökumətinin dəstəyi
olmasaydı, regionda və Azərbaycanda həyata keçirilən böyük enerji layihələrinin reallaşması da mümkün
olmazdı.
Bilirsiniz ki, Azərbaycan öz karbohidrogen ehtiyatlarının işlənilməsində böyük uğurlar əldə etmişdir.
Ölkəmizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırılmışdır və bunun əhəmiyyətli bir hissəsi Birləşmiş
Ştatların şirkətlərinin payına düşür. Digər sahələrdə də əməkdaşlığımız yüksək səviyyədədir. Xüsusilə terrora
qarşı mübarizədə Azərbaycan ABŞ ilə birlikdədir. İraqdakı son hadisələr zamanı ölkəmiz Birləşmiş Ştatları
birmənalı şəkildə dəstəkləmişdir. İndi biz bir koalisiyadayıq və ölkələrimiz arasında mövcud olan əməkdaşlığın
daha da inkişaf etdirilməsini arzulayırıq.
Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Biz dəfələrlə bəyan etmişik
ki, hökumət bu seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsi üçün əlindən gələni edəcəkdir. Beləliklə,
Azərbaycan demokratiya yolunda daha bir böyük addım atacaqdır. Bütün bu məsələləri mən bu yaxınlarda
ABŞ-da olarkən müzakirə etdim və indi sizinlə də müzakirə etmək istəyirəm.
K u r t U e l d o n: Cənab Baş nazir!
Xoş sözlərə və səmimi qəbula görə Sizə təşəkkür edirəm. Mən çox
istərdim ki, Sizi Azərbaycan dilində
salamlayım. Təəssüflər olsun ki, Sizin istedadınız məndə yoxdur və beş dildə danışa bilmirəm. Yalnız fransız və
rus dillərində bir neçə söz deyə bilərəm, türk və Azərbaycan dillərində danışmağa isə çətinlik çəkirəm.
Həqiqətən, 5 dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki,
görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünyamiqyaslı liderlə görüşürəm.
Cənab Baş nazir, bundan əvvəl mən Sizin atanızla da görüşmüşəm və bu, məndə çox böyük
təəssürat
yaratmışdır. Mən indi də bu təəssüratların təsiri altındayam. Hazırda atanız ABŞ-da müalicədədir. Yalnız bizim
qrup deyil, bütün amerikalılar dua edirlər ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönsün. Biz bunun üçün
ABŞ-da əlimizdən gələni edirik. Birləşmiş Ştatların ən yaxşı həkimləri onun səhhətinə nəzarət edirlər. Ümid
edirəm ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönəcəkdir.
Nümayəndə heyətimizin tərkibindən Sizə məlum olduğu kimi, onun üzvləri arasında həm respublikaçılar,
həm də demokratlar partiyalarından konqresmenlər vardır. Onlar Nyu-York, Pensilvaniya, Florida, Texas
ştatlarını təmsil edirlər. Bu insanların arasında mühafizəkar, liberal yönümlü siyasətçilər vardır. Lakin
hamımızın məqsədi ondan ibarətdir ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əlaqələrin
inkişafında yeni səhifə açaq.
Tanınmış siyasətçi kimi Siz yaxşı bilirsiniz, Amerika Birləşmiş Ştatlarının siyasi sistemi elə qurulmuşdur ki,
bizim ölkənin adından yalnız prezident danışa bilir. O olmadıqda, dövlət katibi və yaxud səfir ABŞ-ın
mənafelərini təmsil edir.
Eyni zamanda, konqresmenlər də Birləşmiş Ştatların adından danışa bilərlər. Bizim
sistemə görə, prezident Konqresdən yuxarı səviyyədə deyil, onunla eyni səviyyədədir. Ona görə də biz –
konqresmenlər ABŞ-ın adından demək istəyirik ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin daha
da inkişaf etməsi üçün əlimizdən gələni etməliyik.
Bildiyiniz kimi, büdcə məsələləri barədə prezident Konqresə müraciət edir və nə qədər vəsait ayırmağı
Konqres özü müəyyənləşdirir. Yalnız bundan sonra hökumət nə qədər vəsait xərclənəcəyi barədə qərar qəbul
edir ki, bu da konqresmenlərin müəyyənləşdirdiyi çərçivədə olur.
Deməliyəm ki, bu günə qədər Konqreslə Azərbaycan parlamenti arasında əlaqələr lazımi səviyyədə
olmamışdır. Bir sıra ölkələrin parlamentləri ilə bizim yüksək əlaqələrimiz mövcuddur. On iki il bundan əvvəl
mən Rusiya Dövlət Duması ilə əlaqələr yaratmağa başlamışam. Bundan əlavə, bizim Ukrayna Ali Radası ilə,
Yaponiya Parlamenti, Almaniya Bundestaqı, İsrail Knesseti ilə yüksək səviyyədə əlaqələrimiz var. Təəssüflər
olsun ki, indiyədək Azərbaycan Milli Məclisi ilə əlaqələr istənilən səviyyədə olmamışdır. Amma indi biz bu
əlaqələri yaratmışıq. Bu əlaqələrin yaradılması bizim üçün çox vacibdir. Əlaqələrimizin inkişafı üçün xüsusi bir
strukturun yaradılmasına ehtiyac vardır. Bu struktur həm də ikitərəfli münasibətlərin qurulmasına məsuliyyət
daşımalıdır.
Bizim ölkənin siyasi sisteminin xüsusiyyətlərindən
biri də ondan ibarətdir ki, prezident iki dəfədən artıq
olmamaqla, 4 il müddətinə seçilir, dövlət katibi isə üç dəfə seçilə bilər. Lakin bizim nümayəndə heyətində elə
konqresmenlər vardır ki, artıq 20 ildir bu vəzifəni daşıyırlar. Mənim özüm 17 ildir ki, konqresmenəm. Bu, uzun