İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab


Belarus Respublikasının Prezidenti



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə11/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   7   8   9   10   11   12   13   14   ...   117

 38 

Belarus Respublikasının Prezidenti  

Aleksandr Lukaşenkonun bəyanatı 

 

Sağ olun, hörmətli İlham Heydər oğlu! 



Mən  hələ  gəncliyimdə  Bakıya  gəlməyi  arzulayırdım, 

amma iş elə gətirmişdi ki, bir dəfə də burada olmamışdım. Bu 

şəhəri  gördükdə  ona  heyran  qaldım.  Təsəvvür  etməzdim  ki,  o 

belədir,  bura  nəinki  dərə-təpəli  yerdir,  həm  də  dağlıqdır.  Dağ 

ətəklərində,  təpələrin  üstündə  yerləşən  şəhərləri  çox  sevirəm. 

Düzənlikdə  böyümüş  adam  kimi,  bu  gün  müşahidə  etdiyimiz 

mənzərəni  görmək  mənə  çox  xoşdur.  Dostum  İlham  Heydər 

oğluna  dedim  ki,  bu  çox  perspektivli  şəhərdir,  bənzərsiz 

gözəlliyi  olan  şəhərdir.  Əgər  sahil  parkı  ilə  bağlı  və  haqqında 

mənə şəhər merinin və ölkə prezidentinin danışdıqları layihələr 

həyata  keçirilsə,  bura  Şərqdə,  Cənubi  Qafqazda  insanların 

həyatı üçün çiçəklənən gözəl bir yer olacaqdır. Bu şəhər bizim 

üçün kəşf oldu. 

Burada olmaq, sizin səmimiliyinizi duymaq bizə çox xoşdur. 

Bunlar  protokol  sözləri  deyildir.  Dövlət  başçısının  səfərini 

hazırlayan  şəxslər  mənə  məlumat  verdilər:  heç  bir  problem 

olmadı,  bütün  istiqamətlərdə  adamlar  köməyə  gəlir  və  təklif 

edirdilər ki, buraya baxın, orada olun. Bizi gözəl ölkənizlə tanış 

etməyə  çalışırdılar.  Biz  də  sizə  eynilə  bu  cür  yanaşırıq.  Bu  da 

ondan irəli gəlir ki, bu yaxınlaradək bir ölkədə yaşamış  qardaş 

xalqlarımız  arasında  ənənəvi  olaraq  xoş  münasibətlər 

yaranmışdır.  

Belarusda  on  minlərlə  azərbaycanlı  yaşayır,  onlardan  heç  biri 

deməz  ki,  ikinci  vətənində  vəziyyəti  pisdir.  Onlar  bizim 

azərbaycanlılarımızdır, özlərini çox yaxşı və rahat hiss edirlər. Ona 

əsas  var  –  bu,  xalqlarımız  arasındakı  qarşılıqlı  münasibətlərdir. 

Bunu  hökumətlərimizin  üzvlərinin  –  mən  hələ  prezidentləri 

demirəm – yaxşı şəxsi münasibətləri də tamamlayır. 

Sizin  prezidentinizlə  biz  özümüzü  istənilən  səviyyədə  – 

beynəlxalq konfranslarda, simpoziumlarda, danışıqlarda, MDB-

də tamamilə rahat hiss edirik. Biz, sadəcə olaraq dostuq. Bizim 



 

39 


müzakirə  üçün  qapalı  mövzularımız  yoxdur.  Bir-birimizə  tam 

etibar edirik. Bilirəm ki, Azərbaycan prezidenti heç vaxt sözünə 

xilaf çıxmaz, heç vaxt arxanca pis söz deməz. Heç vaxt belə şey 

olmayıb.  Çox  şadam  ki,  bu  insan  mənim  yaxın  dostum  olan 

Heydər Əliyevin ən yaxşı keyfiyyətlərini irsən özündə təcəssüm 

etdirir. Yaş fərqinə baxmayaraq, Heydər Əliyevlə çox dost idik, 

o, gənclik illərimdən mənim üçün həm hami-tərbiyəçi, həm də 

örnək  idi.  Bu,  xüsusi  hisslərdir,  onlar  məndə  artıq  çoxdan, 

həyatımın hələ prezidentlikdən əvvəlki dövründən yaşayır. Bu, 

şəxsi  məqamdır,  lakin  o,  indiki  vaxtda  dövlətlərimiz  arasında 

yaxşı münasibətlərin olmasına kömək edir. 

Biz – Azərbaycan və Belarus prezidentləri danışıqlar zamanı 

belə  bir  fikirlə  razılaşdıq  ki,  münasibətlərimizin  inkişaf  sürəti, 

dinamikası  əsasən  bundan  irəli  gəlir  və  mən  artıq  rəsmi 

nümayəndə  heyətlərinin  görüşündə  dedim  ki,  Azərbaycanla 

əməkdaşlıqda  bizim  qapalı  mövzularımız  yoxdur.  Əgər  söz 

vermişiksə,  vədimizə  əməl  edəcəyik.  Bir  ölkənin  tərkibində 

yaşadığımız  dövrlərdən  bizdə  yaxşı  hisslər  qalmışdır  və  bu, 

artıq  təsdiq  edilmişdir.  Ona  görə  də,  inanın  ki,  Siz  Avropanın 

mərkəzində  yaxşı  dayaq,  yaxşı  etibarlı  dostlar  tapmısınız.  Biz 

isə  əminik  ki,  iqtisadi,  siyasi,  diplomatik  baxımdan  burada, 

Cənubi  Qafqazda  çox  yaxşı  dayaq  tapmışıq.  Bu  da 

əhəmiyyətlidir  ki,  bizim  münasibətlərimiz  hər  cür  vicdansız 

siyasətdən  uzaqdır.  Biz  tamamilə  əminik  ki,  əgər  əməkdaşlıq 

ediriksə  –  istər  qaz  üzrə,  istər  neft  üzrə,  istərsə  də  sənayedə, 

digər  sahələrdə  olsun,  fərqi  yoxdur  –  bu,  digər  dövlətlərlə 

əməkdaşlıqda tez-tez olduğu kimi, heç bir siyasi təzyiqə, siyasi 

nəticələrə gətirib çıxarmayacaqdır. Bu da çox qiymətlidir. 

Odur ki, irəliyə doğru getmək üçün bizim bütün əsaslarımız 

var  və  bunu  etmək  əzmindəyik.  Mən  iki  ölkənin  hökumət 

üzvlərinə  baxıram,  çox  cavan,  perspektivli,  amma  təcrübəli 

adamlardır. İndi regionlarda, ilk növbədə dövlətlərimiz arasında 

mövcud  olan  problemləri  başqaları  yox,  məhz  biz  həll 

etməliyik.  Belarus  tərəfi  buna  hazırdır.  Səmimiyyətə  görə, 




 40 

xeyirxahlığa görə çox sağ olun. Digər göstəricilər bunu daha da 

artıracaqdır. 

 

* * * 



Dövlət  başçıları  bəyanatlarla  çıxışlardan  sonra  jurnalistlə-

rin suallarına cavab verdilər.  

M ü x b i r: Hörmətli İlham Heydər oğlu, lütfən söyləyin, 

yanacaq-energetika kompleksində əməkdaşlığa dair Belarus 

prezidenti  ilə  razılaşmanız  oldumu?  Əgər  oldusa,  onda  bu 

istiqamətdə hansı perspektivlər var? 

İ l h a m   Ə l i y e v: Bu istiqamətdə müvafiq qurumlarımız 

fəal  işləyirlər.  Ötən  ilin  oktyabrında  mənim  Belarusa  səfərim 

zamanı  onlara  tapşırıqlar  verilmişdi  və  o  vaxtdan  bəri  bu 

mövzuda  bir  neçə  mərhələdə  məsləhətləşmələr  aparılmışdır. 

Bizim  tərəfimizdən  və  Belarus  rəhbərliyi  tərəfindən  bu 

məsələyə  ümumi  yanaşma  var.  Biz  bu  istiqamətdə  səmərəli 

əməkdaşlıq  etmək  istəyirik.  Azərbaycan  iri  neft  və  qaz 

hasilatçısı  olan  ölkəyə  çevrilir.  Bu  il  neft  hasilatının həcmi  43 

milyon ton, gələn il 50 milyondan çox olacaqdır. Qaz hasilatı da 

yüksək  sürətlə  gedir  və  dediyim  kimi,  yaxın  vaxtlarda 

Azərbaycan  iri  karbohidrogen  ixracçısına  çevriləcəkdir.  Ona 

görə  də  biz  nəqlin  şaxələndirilməsi  sahəsində  əməkdaşlığa 

həmişə təbii ehtiyatlarımızdan daha səmərəli istifadə imkanları 

kimi baxmışıq. 

Hazırda Azərbaycan nefti Avropa və dünya bazarlarına üç boru 

kəməri  ilə  daşınır.  Neftin  Avropaya  Odessa–Brodi  marşrutu  ilə 

nəqlinin  perspektivləri  müzakirə  olunur.  Bildiyiniz  kimi,  biz  bu 

layihəni  siyasi  baxımdan  dəstəkləmişik  və  hazırda  kommersiya 

xarakterli məsələlərin müzakirəsi gedir. 

Ölkələrimiz  arasında  energetika  sahəsində,  yəni  neft-qaz 

əməliyyatları  sahəsində  əməkdaşlıq  haqqında  Azərbaycanda 

siyasi  qərarlar  qəbul  edilmişdir.  Hazırda  söz  müvafiq  qu-

rumların  mütəxəssislərinindir,  onlar  iqtisadi  göstəriciləri, 

mümkün  layihələrin  kommersiya  tərəfini  hesablamalıdırlar. 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə