İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə12/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   8   9   10   11   12   13   14   15   ...   117

 

41 


Əgər  bu,  iqtisadi  baxımdan  qarşılıqlı  surətdə  faydalı  olsa, 

şübhəsiz ki, biz bu istiqamətdə fəal işə başlayacağıq. 

Onu  da  bilirik  ki,  Belarus  şirkətləri  Azərbaycanın  neft 

yataqlarına  maraq  göstərir.  Biz  onların  marağını  alqışlayırıq. 

Bilirəm  ki,  hazırda  Belarus  şirkətlərinin  Azərbaycanın  neft 

layihələrində  iştirakı  ilə  bağlı  müvafiq  qurumlarımız 

səviyyəsində məsləhətləşmələr aparılır. Biz öz tərəfimizdən bu 

məsələni  tamamilə  dəstəkləyirik  və  əminəm  ki,  bu,  danışıqlar 

çərçivəsində öz həllini tapa bilər. 

Fürsətdən  istifadə  edib  demək  istəyirəm  ki,  artıq  iqti-

sadiyyatın  bir  neçə  sektorunu  əhatə  edən  əməkdaşlığımıza 

olduqca hərtərəfli, çoxplanlı əməkdaşlıq kimi baxırıq. Yəqin ki, 

iqtisadiyyatın  hələlik  maraq  dairəmizə  düşməyən  sektorları  da 

gələcəkdə 

əhatə 

olunacaqdır. 



Buna 

ölkələrimizin 

rəhbərliklərinin  böyük  marağı,  siyasi  iradəsi  və  müvafiq 

qurumların  birgə  işləmək  arzusu  var.  Ona  görə  də  əminəm  ki, 

iqtisadiyyat və energetika istiqamətlərində əməkdaşlığımız çox 

fəal və qarşılıqlı surətdə faydalı olacaqdır. 



M  ü  x  b  i  r:  Mənim  sualım  Belarus  Respublikasının 

prezidentinədir.  Cənab  Prezident,  Sizin  dediyiniz  kimi, 

ölkələrimiz  arasında  münasibətlər  müxtəlif  istiqamətlərdə, 

xüsusilə iqtisadi sahədə uğurla inkişaf edir. Ölkələrimiz ara-

sında  humanitar  və  mədəni  əlaqələrin  bundan  sonra  da 

genişləndirilməsi üçün hansı addımlar atıla bilər? 

A l e k s a n d r   L u k a ş e n k o: Zənnimcə əməkdaşlığın 

bu  sahəsində,  ümumiyyətlə,  heç  bir  problemimiz  yoxdur. 

Mədəni mübadilələrə, dövlətlər arasında mədəniyyət sahəsində 

ənənəvi əməkdaşlığa gəldikdə isə münasibətlərimizi heç zaman 

kəsməmişik.  Əgər  kütləvi  informasiya  vasitələrimiz  burada  və 

Belarusda xalqlarımız haqqında – mənim Azərbaycana səfərim 

çərçivəsində  olduğu  kimi  –  lazımınca  söhbət  açsalar,  onda, 

ümumiyyətlə,  heç  bir  problem  olmayacaqdır.  Zənnimcə 

belaruslar səfərim ərəfəsindəki son həftədə kütləvi informasiya 

vasitələrindən Azərbaycan haqqında bütün əvvəlki illərlə müqa-

yisədə daha çox məlumat almışlar. Bu yəqin ki, jurnalistlərimizi 



 42 

–  televiziya  şirkətlərini,  yazarları  dövlət  səviyyəsində  qəbul 

etməyiniz  sayəsində  mümkün  olmuşdur  və  onlar  da  sizin 

haqqınızda  çox  geniş  məlumat  vermişlər.  Adamlarımız  hiss 

etmişlər ki, xalqlarımız arasında əlaqə heç vaxt qırılmamışdır və 

bizi  burada  gözləyirlər.  Bu  isə  əsas  məsələdir  və  çox  vacibdir. 

Zənnimcə  Azərbaycanda  da  münasibətlərimizi  elə  belə  başa 

düşürlər. 

Mədəniyyət  sahəsinə  gəldikdə  isə  burada  heç  bir  problem 

yoxdur.  Humanitar  əməkdaşlığın  digər  istiqamətlərində  –  elm, 

səhiyyə,  təhsil  sahələrində  də  problemlər  yoxdur.  Bir  daha 

vurğulayıram  ki,  zəngin  olduğumuz,  fəxr  edə  bildiyimiz, 

sərvətimiz  hesab  etdiyimiz  nə  varsa,  hamısını  həm  də 

Azərbaycanın  sərvəti  saya  bilərsiniz.  Yəqin  ki,  mədəni-

humanitar  sahə  əməkdaşlığın  ən  asan  sahəsidir.  Biz  həmişə 

düşünmüşük  ki,  iqtisadi  əməkdaşlıq  daha  çətin  olacaq  və 

əslində də belədir. Lakin burada da  yolu çox sürətlə qət etdik. 

Ona görə də mədəni və humanitar sahədə problem olmayacaq, 

üstəlik  sabah  Heydər  Əliyev  Fonduna  gedəndə  və 

Azərbaycanda  Belarus  sərgisinin  açılışında  da  bu  barədə 

danışacağıq. Qoy bu, əməkdaşlığımızın davamı olsun. 

 

* * * 



Belarus  Respublikasının  Prezidenti  Aleksandr  Lukaşenko 

mayın 2-də Fəxri xiyabana gəlmişdir. 

Burada  ali  qonağı  və  nümayəndə  heyətinin  üzvlərini 

Azərbaycan  Xarici  İşlər  nazirinin  müavini  Xələf  Xələfov,  Bakı 

Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər 

rəsmi şəxslər qarşıladılar. 

Belarusun  dövlət  başçısı  türk  dünyasının  görkəmli  oğlu, 

ümummilli  lider  Heydər  Əliyevin  xatirəsini  ehtiramla  anaraq 

məzarı önünə əklil qoydu. 

Belarus  prezidenti  görkəmli  oftalmoloq  alim,  akademik 

Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstəsi qoydu. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi. 

 



 

43 


* * * 

Belarus  prezidenti  Aleksandr  Lukaşenko  mayın  2-də 

Şəhidlər xiyabanını ziyarət etmişdir. 

Belarusun dövlət başçısını və nümayəndə heyətinin üzvlərini 

Azərbaycan  Xarici  İşlər  nazirinin  müavini  Xələf  Xələfov,  Bakı 

Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər 

rəsmi  şəxslər  qarşıladılar.  Burada  ali  qonağın  şərəfinə  Fəxri 

qarovul dəstəsi düzülmüşdü. 

Belarus  prezidenti  Aleksandr  Lukaşenko  və  nümayəndə 

heyətinin  üzvləri  Azərbaycanın  azadlığı  və  ərazi  bütövlüyü 

uğrunda  canlarından  keçmiş  qəhrəman  övladlarımızın  məzar-

ları üstünə gül-çiçək düzdülər. 

Belarus dövlət başçısı «Əbədi məşəl» abidəsinin önünə əklil 

qoydu. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında 

Belarusun və Azərbaycanın Dövlət himnləri səsləndi. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 

ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən 

abadlıq-quruculuq işləri barədə məlumat verdi. 

Prezident  Aleksandr  Lukaşenko  Azərbaycan  paytaxtının 

mənzərəsini maraqla seyr etdi. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə