İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə15/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   11   12   13   14   15   16   17   18   ...   117

 50 

əməkdaşlıq  etməyə  hazırıq,  gəlib  bütün  sərvətlərimizdən 

beynəlxalq  ticarət  və  beynəlxalq  əməkdaşlıq  prinsipləri  əsasında 

istifadə  edə  bilərsiniz.  Biz  bunu  xatırlayırıq  və  uzun  müddət 

unutmayacağıq. Hələ heç bir dövlət digər dövlətlərin mənafelərinə 

toxunan həssas məsələlərə belə açıq-aydın cavab verməmişdir. 

Beş il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsi təxminən 

5  dəfə  artmışdır.  Lakin  40  milyon  dollar  səviyyəsində  əmtəə 

dövriyyəsi  bizi  təmin  edə  bilməz.  Düşünürəm  ki,  biz  əməkdaşlıq 

edərək, iqtisadiyyatımızın yüksəlişini nəzərə alaraq, 2-3 il ərzində 

əmtəə  dövriyyəsini  yarım  milyard  dollar  səviyyəsinə  qaldıra 

bilərik.  Biz  bu  gün  bir-birimizə  daha  yaxın  olduq.  Rusiya 

Federasiyası  ilə  aramızda  baş  verən  ixtilaf  bizi  Azərbaycana 

məhsul  göndərilməsi  və  Azərbaycandan  məhsul  alınması 

marşrutlarınadək əməkdaşlıq istiqamətinin konkret yollarını işləyib 

hazırlamağa məcbur etdi. 

Bu çox qiymətlidir və Azərbaycan mütəxəssislərinə minnət-

darıq  ki,  İlham  Heydər  oğlu,  Sizin  göstərişinizlə  onlar 

xahişimizə  cavab  verdilər,  bizi  hər  vasitə  ilə  dəstəklədilər  və 

kömək etdilər. Çox şadam ki, bu gün biz təkcə dövlətlərimizin 

deyil, bütün idarələrimizin də münasibətlərini normativ hüquqi 

baza  üzərinə  keçirməyə  müvəffəq  olduq.  Bu  çox  qiymətlidir. 

Burada  olan  iri  təşkilat  və  idarə  rəhbərlərinin  hamısı 

Azərbaycanın  oxşar  qurumları  ilə  müqavilə  və  sazişlər 

imzalamışlar.  Bu çox  yaxşıdır.  Deyim  ki,  mən  biləni,  bizdə  13 

ildə  belə  hal  olmayıbdır.  Çox  yaxşı  haldır  ki,  elmi 

müəssisələrdən tutmuş  məhsul istehsal edən şirkətlərədək bila-

vasitə  rəhbərlər  birbaşa  müqavilə  və  sazişlər  imzalayırlar. 

Deməli,  razılaşdırdığımız  nə  varsa,  hamısı  həyata  keçirilə-

cəkdir.  Müdrik  bir  Azərbaycan  atalar  sözündə  deyildiyi  kimi, 

«yol addım-addım qət edilər, dama-dama göl olar». 

İlham  Heydər  oğlu,  mən  qəti  əminəm  ki,  damla-damla 

doldurmaq  əzmində  olduğumuz  həmin  göl  xalqlarımız  ara-

sındakı  qarşılıqlı  münasibətlər  və  dostluq  kimi  saf  və  şəffaf 

olacaqdır. 

Hörmətli dostlar! 




 

51 


Siz  indicə  öz  prezidentinizin  dili  ilə  dediniz  ki,  ölkəmizdə 

baş verən hadisələrə sevinir və həyəcan keçirirsiniz. Bu, Belarus 

xalqının  ruhuna  uyğundur.  Burada  biz  vaxtilə  qardaş  olan 

respublikanın,  indi  isə  müstəqil,  perspektivli,  güclü  dövlətin 

simasında  özümüzə  yeni,  mehriban,  sınaqdan  çıxmış  dost 

tapdıq. 


Cənab  Prezident,  Sizi  əmin  etmək  istəyirəm  ki,  vaxtilə 

Belarusun  etdiyi  kimi,  Siz  də  öz  seçiminizə  heyfsilənməyə-

cəksiniz. Biz həmişə Sizin etibarlı dostlarınız olacağıq. 

Bu  gün  mən,  təbii  ki,  Sizin  sağlığınıza  badə  qaldırıram  – 

hərçənd,  çox  cavan  adamın  sağlamlığından  danışmaq  yaxşı 

düşmür – bu badəni sizin xalqınızın şərəfinə, Belarus və Azər-

baycan  xalqları  arasında  dostluğun  şərəfinə,  uşaqlarınızın 

şərəfinə qaldırmaq istəyirəm, qoy gözəl uşaqlarınız Sizi həmişə 

sevindirsinlər,  ailənizə  nəinki  qüssə-kədər,  hətta  pis  ovqat  da 

gətirməsinlər. 

Sizin şərəfinizə, ailənizin şərəfinə, xalqınızın şərəfinə, döv-

lətinizin şərəfinə. Artıq biz də Azərbaycanı müşahidə edəcək və 

onun bütün sahələrdə uğurlarına sevinəcəyik. 

 



 52 

 

 

 

BELARUS RESPUBLİKASININ PREZİDENTİ  

ALEKSANDR LUKAŞENKO HEYDƏR ƏLİYEV 

FONDUNDA  

 

Heydər Əliyev Fondu 



 

3 may 2007-ci il 

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 



mayın 3-də Heydər Əliyev Fondunda olmuşdur. 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı, fondun prezi-

denti Mehriban Əliyeva ali qonağı səmimiyyətlə salamlayaraq, 

onu  müstəqil  Azərbaycan  dövlətinin  qurucusu  və  memarı, 

ümummilli  lider  Heydər  Əliyevin  adını  daşıyan  fondda 

görməkdən məmnun qaldıqlarını bildirdilər. 

Dövlət başçıları və Mehriban xanım Əliyeva əvvəlcə Heydər 

Əliyev  Fondunun  yaranması,  məqsədi,  fəaliyyəti,  həyata 

keçirdiyi layihələr,  beynəlxalq  əlaqələri  barədə  sənədli  filmə 

baxdılar. 

Prezident  Aleksandr  Lukaşenko  fondun  genişmiqyaslı 

fəaliyyətini yüksək qiymətləndirdi. 

Sonra  dövlətimizin  başçısı  ali  qonağı  fondun  ekspozisiyası 

ilə tanış etdi. 

Ulu öndərin uşaqlıq, təhsil illərinə aid fotoşəkillər, sənədlər, 

vaxtilə  çəkdiyi  rəsmlər,  xüsusi  xidmət  orqanlarında  çalışdığı 

dövrü, respublikaya rəhbərliyinin hər iki mərhələsindəki, habelə 

Moskvadakı  fəaliyyətini  əks  etdirən  eksponatlar  Aleksandr 

Lukaşenkoda  xüsusi maraq  oyatdı.  O,  keçmiş  SSRİ-nin 

rəhbərlərindən  biri  kimi  yüksək  nüfuz  qazanmış  görkəmli 

şəxsiyyətin  Azərbaycanın  dövlət  müstəqilliyinin  qorunub 

saxlanmasında və bunun təməli olan iqtisadi islahatların həyata 

keçirilməsində həlledici rolunu yüksək dəyərləndirdi. 


 

53 


Prezident  İlham  Əliyev  həmkarını  ulu  öndərin  neft  stra-

tegiyasının  zirvəsi  olan  və  indi  onun  adını  daşıyan  Bakı–Tbi-

lisi–Ceyhan  əsas  neft  ixrac  boru  kəmərinin  maketi  ilə  də  tanış 

etdi,  bu  layihənin  nəinki  regionda,  həm  də  bütün  dünyada 

geosiyasi vəziyyətə böyük təsir göstərdiyini vurğuladı. 

Aleksandr  Lukaşenko  ümummilli  lider  Heydər  Əliyevin 

dünyanın nüfuzlu siyasi xadimləri, dövlət və hökumət rəhbərləri 

ilə  görüşlərini,  dünyanın  müxtəlif  ölkələrində  onun  xatirəsinə 

ucaldılan abidələri əks etdirən fotoşəkillərə maraqla baxdı. 

Belarus  prezidenti  Xatirə  kitabına  ürək  sözlərini  yazdı, 

görkəmli  siyasi  xadim  Heydər  Əliyevin  xatirəsinə  öz  dərin 

ehtiramını  bildirdi  və  fondla  tanışlıqdan  zəngin  təəssürat 

aldığını vurğuladı. 

Fondun  prezidenti  Mehriban  Əliyeva  ali  qonağa  xatirə 

hədiyyəsi təqdim etdi. 

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə