İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə16/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   12   13   14   15   16   17   18   19   ...   117

 54 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  

İLHAM ƏLİYEV VƏ  

BELARUS RESPUBLİKASININ PREZİDENTİ 

ALEKSANDR LUKAŞENKO AZƏRBAYCANDA 

BELARUS MİLLİ SƏRGİSİNİN AÇILIŞINDA 

 

Respublika Olimpiya Kompleksi 

 

3 may 2007-ci il 

 

Mayın  3-də  Bakıda,  Respublika  Olimpiya  Kompleksində 



Azərbaycanda  Belarus  milli  sərgisinin  rəsmi  açılışı  olmuşdur. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Belarus  prezidenti 

Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər. 

Milli geyimli belaruslu qızlar dövlət başçılarını duz-çörəklə 

qarşıladılar. 

Açılışı  bildirən  qırmızı  lenti  kəsdikdən  sonra  prezidentlər 

ekspozisiya  ilə  tanış  oldular.  Belarus  Dövlət  Yeyinti  Sənayesi 

Şirkəti  («Belqospişşeprom»),  «Babuşkina  krınka»  ASC,  Orşa 

«Ətkonservkombinatı»  ASC,  Minsk  avtomobil  zavodu,  «Amko-

dor»  ASC,  Qomel  kənd  təsərrüfatı  maşınqayırması  zavodu 

(«Qomselmaş»),  «Mogilyovliftmaş»,  «Mərkəz»  Elm-İstehsal 

Birliyi,  «Stroydetali»  ASC  və  başqa  müəssisələrin  təmsilçiləri 

buraxdıqları məhsullar haqqında Azərbaycan və Belarus prezi-

dentlərinə ətraflı məlumat verdilər. 

Belarusun  İnformasiya  nazirinin  müavini  İqor  Laptyonok 

Azərbaycan  prezidenti  İlham  Əliyevə  qarşıdakı  9  May  Qələbə 

günü  münasibətilə  ikicildlik  «Pobeda»  kitabını  hədiyyə  etdi. 

Nazirliyin sərgidəki stendində 500-dən çox adda kitab, jurnal və 

qəzet nümayiş etdirilir. 

Kompleksin  həyətində  Gəncə  avtomobil  zavodunda  bura-

xılmış Belarus avtomobilləri və traktorlarının sərgisində prezi-


 

55 


dentlərə müəssisənin fəaliyyəti, iki ölkənin maşınqayıranlarının 

əməkdaşlığının  inkişaf  etdirilməsi  istiqamətində  görülən  işlər 

barədə  məlumat  verildi.  Kənd  Təsərrüfatı  naziri  İsmət  Abasov 

bildirdi  ki,  «Aqrolizinq»  ASC  xətti  ilə  ilin  sonunadək  Gəncə 

avtomobil  zavodundan  8  milyon  manatlıq  382  traktor 

alınacaqdır. 

Prezident  İlham  Əliyev  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 

başçısı  Hacıbala  Abutalıbova  «Mogilyovliftmaş»  zavodu  ilə 

müvafiq  danışıqlar  aparıb  paytaxtın  lift  təsərrüfatını  qaydaya 

salmaq barədə tapşırıq verdi. 

Sərginin  açılışında  nazirlər,  dövlət  komitələri  və  şirkət-

lərinin  rəhbərləri,  Milli  Məclisin  deputatları,  diplomatik 

korpusun, yerli və xarici kütləvi informasiya vasitələrinin təm-

silçiləri iştirak edirdilər. 

 

* * * 


 

Mayın  3-də  Belarus  Respublikasının  Prezidenti  Aleksandr 

Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatmışdır. 

Azərbaycanın və Belarusun Dövlət bayraqları ilə bəzədilmiş 

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  ali  qonağın 

şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Təyyarənin  pilləkəni  yanında  Belarus  prezidenti  Aleksandr 

Lukaşenkonu  Azərbaycanın  Baş  naziri  Artur  Rasizadə,  Xarici 

İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola 

saldılar. 


 56 

 

 



 

BAKININ SABUNÇU RAYONUNDA MƏCBURİ 

KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ YENİ 

QƏSƏBƏNİN AÇILIŞ  MƏRASİMİNDƏ  

 

Bakı, Sabunçu rayonu 

 

4 may 2007-ci il 

 

Mayın  4-də  Bakının  Sabunçu  rayonunda  Ramana  qəsə-

bəsi  yaxınlığında  məcburi  köçkün  ailələri  üçün  tikilmiş  yeni 

qəsəbənin açılışı olmuşdur.  

Azərbaycan  prezidenti  İlham  Əliyev  mərasimdə  iştirak  et-

mişdir.  

Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban 

Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.  

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov 

prezidentə  məlumat  verdi  ki,  yeni  qəsəbəyə  Əzizbəyov  rayo-

nundakı «Zuğulba» sanatoriyasında, yaşayış üçün tam yararsız, 

heç  bir  kommunal  şəraiti  olmayan  binalarda  müvəqqəti 

məskunlaşmış  450  məcburi  köçkün  ailəsi  köçürülmüşdür.  80 

hektar  ərazidə  salınmış  qəsəbənin  tikintisinə  ötən  ilin  de-

kabrında  başlanmış  və  bu  il  aprelin  10-da  istifadəyə  verilmiş-

dir.  450  yaşayış  evinin  ümumi  sahəsi  29  min  kvadratmetrdir. 

Evlərin 90-ı birotaqlı (46,7 kvadratmetr, dəyəri 22 min manat), 

222-si  ikiotaqlı  (63,1  kvadratmetr,  dəyəri  29  min  344  manat), 

134-ü üçotaqlı (77,8 kvadratmetr, dəyəri 33 min manat) və 4-ü 

dördotaqlı  (91  kvadratmetr,  dəyəri  38  min  224  manat) 

mənzillərdən  ibarətdir.  Burada  360  şagirdlik  məktəb  binası, 

musiqi  məktəbi,  ambulatoriya,  poçt  şöbəsi,  inzibati  bina  da 

vardır.  16  kilometr    asfalt  yol,  21  kilometr  su,  19  kilometr 

elektrik,  27  kilometr  qaz,    34  kilometr  kanalizasiya  və  drenaj 

xətləri çəkilmiş, 400 və 250 kilovatlıq 10 ədəd və 10 meqavat gü-


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə