İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə17/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   ...   13   14   15   16   17   18   19   20   ...   117

 

57 


cündə  1  ədəd  yüksək  gərginlikli  transformator  quraşdırılmış, 

həcmi  500  kubmetr  olan  iki  su  anbarı  və  bir  nasosxana  tikil-

mişdir.  

Yeni qəsəbənin salınması üçün Dövlət Neft Fondundan 37,4 

milyon manat məbləğində vəsait ayrılmışdır. Bunun 18,4 milyon 

manatı  sosial-texniki  infrastruktur  obyektlərinə  xərclənmişdir. 

Qəsəbədə  məskunlaşmış  400  ailə  Şuşadan,  qalan  50  ailə  isə 

Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarındandır.    

Prezident  İlham  Əliyev  əvvəlcə  Şuşa  Rayon  Mədəniyyət  və 

Turizm  Şöbəsinin  Malıbəyli  kənd  uşaq  musiqi  məktəbi  ilə  tanış 

oldu. Prezidentə və xanımına gül dəstələri təqdim olundu.  

Dövlətimizin başçısı musiqi məktəbində təhsil alan uşaqların 

çıxışlarını dinlədi. Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın 

həsrətində  olan  balaca  xanəndələrin  ifasında  «Qarabağ 

şikəstəsi»  alqışlarla  qarşılandı.  Məlumat  verildi  ki,  22 

müəllimin  çalışdığı  musiqi  məktəbində  tar,  kamança,  qarmon, 

nağara,  fortepiano  və  xor  şöbələrində  148  uşaq  təhsil  alır. 

Onlar  respublikamızda  keçirilən  müxtəlif  festival  və  müsa-

biqələrdə  fəal  iştirak  edir,  Qarabağımızın  qədim  musiqi  ən-

ənələrinə yiyələnirlər.  

Prezident  İlham  Əliyev  musiqi  məktəbində  «Şuşa  uşaq 

musiqi məktəbləri bu gün», «Heydər Əliyev Şuşada. 1982-ci il», 

«Şuşa  tarixi  abidələr  şəhəridir»  adlı  fotoguşələrlə  tanış  oldu, 

ulu  öndərimizin  ötən  əsrin  80-ci  illərinin  əvvəllərində  Şuşaya 

səfəri  və  orada  keçirdiyi  görüşləri  əks  etdirən  fotoşəkillərə 

maraqla  baxdı.  Dövlətimizin  başçısı  xor  kollektivinin  ifasında 

səslənən  mahnılara  da  qulaq  asdı  və xanımı  ilə  birlikdə  uşaq-

larla xatirə şəkli çəkdirdi.  

Azərbaycan  prezidenti  İlham  Əliyev  qəsəbə  sakini,  3  otaqlı 

mənzillə  təmin  edilmiş  malıbəylili  məcburi  köçkün  Tacir 

Cəfərovun  qonağı  oldu.  Dövlətimizin  başçısı  və  xanımı  çay 

süfrəsi arxasında ev sahibləri ilə söhbət etdilər.  

T a c i r   C ə f ə r o v: Cənab Prezident, bu gün bizim üçün 

şərəfli  və  tarixi  bir  gündür.  Bu  elə  bir  gündür  ki,  bizim  ailədə 

xoş xatirə kimi yadda qalacaq, həyatımız boyu unutmayacağıq. 



 58 

Siz bizim üçün gözəl şərait yaratmısınız. Biz yararsız bir yerdə 

yaşayırdıq.  İndi  belə  bir  qəsəbə  salmısınız.  Bunun  üçün  Sizə 

minnətdarıq.  



İ l h a m   Ə l i y e v: Sağ olun. Gözəl qəsəbədir, burada bü-

tün  şərait  var,    yaxşı  evlər  tikilib,  məktəblər  var.  Mən  gedib 

baxdım, uşaqlar çox gözəl mahnılar ifa edirlər. Yaşamaq üçün 

hər cür şərait var. İşıq, qaz, su, kanalizasiya  – bütün xidmətlər 

var.  

T ü n z a l ə   C ə f ə r o v a: Cənab Prezident, bunların ha-

mısı Sizin sayənizdədir. Sevincimizin həddi-hüdudu yoxdur. 



T a c i r   C ə f ə r o v: Bunların qiyməti yoxdur, əvəzolun-

maz bir şeydir. Bunu sözlə ifadə etmək qeyri-mümkündür.  



Ə l i   H ə s ə n o v: Drenaj xətti də çəkilibdir.  

İ l h a m   Ə l i y e v: Ümumiyyətlə, bu qəsəbə qısa müddət 

ərzində  tikilibdir.  450  evdən  ibarətdir.  Arzu  edirəm  ki,  siz 

burada xoşbəxt yaşayasınız.  

T ü n z a l ə   C ə f ə r o v a: İnana bilmirik ki, biz şəxsən 

Sizinlə üzbəüz görüşürük.  



T a c i r   C ə f ə r o v: Çox sağ olun. Biz inanırıq ki, Şuşaya 

qayıdacağıq.  



İ l h a m   Ə l i y e v: Biz buna nail olacağıq. Bütün torpaq-

larımız  işğalçılardan  azad  edilməli,  bizim  insanlarımız  öz 

yurdlarına,  o  cümlədən  Dağlıq  Qarabağa,  Şuşaya  qayıtma-

lıdırlar.  



T a c i r   C ə f ə r o v: Biz Sizə inanırıq, bütün xarici və da-

xili  siyasətinizi  dəstəkləyirik.  Həmişə  Sizə  arxa-dayağıq. 

Arzumuz ancaq və ancaq torpağımıza, yurdumuza qayıtmaqdır.  

İ l h a m   Ə l i y e v: Bu, təbii tələbdir. Azərbaycan xalqı 

da, dövləti də haqlı olaraq bunu tələb edir. Biz çalışırıq məsə-

ləni  danışıqlar  yolu  ilə  həll  edək.  Amma  əfsuslar  olsun  ki, 

hələlik  ciddi  irəliləyiş  yoxdur.  Bununla  bərabər,  hər  bir  başqa 

varianta  da  hazır  olmalıyıq.  Azərbaycanın  artan  qüdrəti  indi 

qarşı tərəfə də təsir göstərir.  



T a c i r   C ə f ə r o v: Ölkəmiz qüvvətlənir, iqtisadiyyatı-

mız yüksəlir. İndi inkişaf etmiş dünya dövlətləri artıq ölkəmizlə 




 

59 


hesablaşır. Bu bizim üçün şərəfli bir haldır. Şəhərimiz böyüyür, 

genişlənir,  yeni-yeni  körpülər,  binalar,  məktəblər  tikilir.  Əsas 

odur ki, elmə, təhsilə böyük fikir verilir.  

İ l h a m   Ə l i y e v: Torpaqlarımız işğalçılardan azad olu-

nandan sonra orada da gözəl binalar tikəcəyik. Artıq indidən bu 

barədə fikirləşirik. Ən müasir, Baş plana uyğun şəkildə. Çünki 

bilirsiniz ki, orada hər şey dağıdılıbdır. Bir dənə də salamat bina 

qalmayıbdır. 

Ağdam,  Füzuli,  Şuşanın  özü  tamamilə 

dağıdılıbdır.  Biz  gərək  onların  hamısını  yenidən  tikək,  özü  də 

yüksək səviyyədə. Təcrübəmiz də var. Bu cür böyük qəsəbələr 

tikirik.  Biz  tarixi  yerlərimizi  mütləq  bərpa  edəcəyik,  maddi 

imkanlarımız da var.  



T a c i r   C ə f ə r o v: Biz bilirik ki, oranı hansı vəziyyətə 

salıblar. Malıbəyli kəndindən çıxanda gözlərimizlə gördük. Mən 

özüm  Xocalıdan  çıxdım.  Bizim  yeddi  şəhidimiz  var,  o 

cümlədən oğlum şəhid olubdur. Həyat isə davam edir. Biz Sizə 

inanırıq.  

İ l h a m   Ə l i y e v: Ədalət mütləq bərpa olunacaqdır.  

T  a  c  i  r      C  ə  f  ə  r  o  v:  Əvvəlki  illərə  baxanda  çox  şey 

dəyişibdir. 90-cı illərdə vəziyyət çətin idi.  



İ l h a m   Ə l i y e v: O vaxt hərc-mərclik, xaos, anarxiya 

idi.  Elə  torpaqlarımız  da  o  vaxt  getdi.  Bir-biri  ilə  savaşırdılar, 

torpaqlarımız da əldən gedirdi.  

T a c i r    C ə f ə r o v:  Möhtərəm prezidentimiz Heydər 

Əliyev hakimiyyətə gələndən sonra hər şey düzəldi. 20 Yanvar 

faciəsinə,  Xocalı  hadisələrinə  siyasi  qiymət  verilməmişdi.  İndi 

bunların hamısını görürük, başa düşürük.  



İ l h a m   Ə l i y e v: İndi Xocalı soyqırımı haqqında bütün 

dünyada geniş məlumatlar vardır.  



T a c i r   C ə f ə r o v: Bilirik ki, YUNESKO-nun xətti ilə 

də məlumat yayılır.  



İ l h a m   Ə l i y e v: Əlbəttə, hamı bilməlidir. Ermənilər 

həmişə tarixi təhrif etməklə məşğul olublar, özlərini qurban ki-

mi göstərmək istəyiblər. Halbuki, onlar ən qatı cinayət törətmiş, 

orada günahsız insanları qəddarcasına öldürmüşlər.  




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə