İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə3/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   ...   117

 

11 


 

 

 



XANIM QALİNA VİŞNEVSKAYAYA 

 

Hörmətli Qalina Pavlovna! 



Həyat  yoldaşınız,  həmyerlimiz,  dünya  musiqi  mədəniy-

yətinin  görkəmli  xadimi  Mstislav  Leopoldoviç  Rostropoviçin 

vəfatı xəbəri məni dərindən kədərləndirdi. 

Azərbaycan  xalqı  adından  və  şəxsən  öz  adımdan  Sizə, 

Mstislav  Rostropoviçin  bütün  doğmalarına  və  yaxınlarına  ən 

dərin hünzlə başsağlığı verir və dərdinizə şərik çıxıram. 

Dünya  şöhrətli  musiqiçi-ifaçı,  Tanrı  vergisi  olan  violon-

çelçalan,  dirijor,  planetin  ən  yaxşı  simfonik  orkestrləri  ilə 

misilsiz  uğurla  çıxış  etmiş  Mstislav  Rostropoviçin  adı  dünya 

musiqi sənətinin xəzinəsinə əbədi daxil olmuşdur. 

Mstislav  Rostropoviç  həqiqətən,  dünya  vətəndaşı,  görkəmli 

ictimai  xadim,  humanizmin  və  ümumbəşəri  dəyərlərin  ülvi 

amallarını həmişə və hər yerdə qoruyan ən yüksək mənəviyyata 

malik  insan  olmuşdur.  O  bizim  xatirəmizdə  həmişə  parlaq, 

qeyri-adi  şəxsiyyət,  gözəl,  son  dərəcə  cəzbedici  və  xariqüladə 

bir insan kimi qalacaqdır. 

Bizim  hamımıza  ağır,  əvəzsiz  itki  üz  vermişdir.  Mən  və 

Mehriban  xanım  bu  dərdi  Sizinlə  bölüşür,  dərindən  kədərlənir 

və Sizə səmimiyyətlə başsağlığı veririk. 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 27 aprel 2007-ci il 




 12 

 

 



 

AZƏRBAYCAN PREZİDENTİ   

İLHAM ƏLİYEVİN  DÜNYA ŞÖHRƏTLİ  

MUSİQİÇİ VƏ DİRİJOR MAESTRO  MSTİSLAV 

ROSTROPOVİÇİN DƏFN MƏRASİMİNDƏ 

İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA  

SƏFƏRİ 

 

28 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



dünya  şöhrətli  musiqiçi  və  dirijor  maestro  Mstislav  Rostro-

poviçin  dəfn  mərasimində  iştirak  etmək    üçün  aprelin  28-də 

Moskvaya yola düşmüşdür. 

Azərbaycan  prezidentini  Heydər  Əliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş    nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev,  Bakı  Şəhər  İcra  Haki-

miyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 

 

* * * 


 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Moskvaya 

gəlmişdir. 

Azərbaycan dövlətinin başçısını və xanımı Mehriban Əliye-

vanı  «Vnukovo-2»  hava  limanında  Rusiya  Xarici  İşlər  Nazir-

liyinin  yüksək  vəzifəli  şəxsləri,  ölkəmizin  Rusiyadakı  səfiri 

Polad Bülbüloğlu qarşıladılar. 

 

* * * 


 

Azərbaycan  dövlətinin  başçısı  və  xanımı  Mehriban  Əliyeva 

aprelin  29-da  böyük  musiqiçinin  ruhuna  dua  oxunması 

mərasiminin  keçirildiyi  Xilaskar  İsa  Məsih  kilsəsinə  gəldilər. 

Prezident İlham Əliyev və xanımı Mstislav Rostropoviçin həyat 


 

13 


yoldaşı  Qalina  Vişnevskayaya,  mərhumun  doğmaları  və 

yaxınlarına  dərin  hüznlə  başsağlığı  verdilər,  onların  kədərinə 

şərik olduqlarını bildirdilər. 

 Dövlətimizin  başçısı  və  xanımı  mərhumun  tabutu  yanında 

dayanaraq, görkəmli həmyerlimizə son borclarını verdilər. 

Böyük  musiqiçinin  xatirəsini  yad  etməyə  gələn  insan 

axınının ardı-arası kəsilmirdi. Xilaskar İsa Məsih kilsəsinə dua 

mərasiminə  gələnlər  arasında  İspaniya  kraliçası  Sofiya, 

tanınmış incəsənət, siyasət, elm xadimləri vardı. Dünya musiqi 

tarixində silinməz iz qoymuş Mstislav Rostropoviç parlaq, hər-

tərəfli şəxsiyyət, əsl dünya miqyaslı insan idi. Onun uçurulmuş 

Berlin divarı  yanında  violonçeldə ifası,  habelə  1991-ci ilin  av-

qustunda  «QKÇP»-yə  qarşı  etirazı  məşhur  musiqiçinin  huma-

nist mövqeyinin, onun despotizmlə barışmazlığının sübutudur. 

Bakılı  Mstislav  Rostropoviç    azərbaycanlıların  yaddaşında 

dost  kimi  qalmışdır.  Azərbaycanın  yaradıcı  gənclərinə  daim 

kömək  etmiş,  geniş  xeyriyyəçilik  fəaliyyəti  ilə  məşğul  olmuş, 

uşaqların  sağlamlığının  qorunmasına  yönəlmiş  humanitar 

proqramları  dəstəkləyən  insanı  ölkəmizdə  məhz  belə  adlan-

dırırlar. Prezident İlham Əliyevin Qalina Vişnevskayaya ünvan-

ladığı  başsağlığı  teleqramında  deyilir:  «Mstislav  Rostropoviç 

həqiqətən,  dünya  vətəndaşı,  görkəmli  ictimai  xadim, 

humanizmin  və  ümumbəşəri  dəyərlərin  ülvi  amallarını  həmişə 

və  hər  yerdə  qoruyan  ən  yüksək  mənəviyyata  malik  insan 

olmuşdur.  O  bizim  xatirəmizdə  həmişə  parlaq,  qeyri-adi  şəx-

siyyət, gözəl, son dərəcə cəzbedici və xariqüladə bir insan kimi 

qalacaqdır. Bizim hamımıza ağır, əvəzsiz itki üz vermişdir». 

Azərbaycan dövlətinin başçısı və xanımı həmin gün Mstislav 

Rostropoviçin Novodeviçya qəbiristanlığında dəfn mərasimində 

iştirak etdilər. Onlar böyük musiqiçini son mənzilə yola salaraq 

məzarına  torpaq  tökdülər,  Qalina  Vişnevskayaya  bir  daha 

başsağlığı verdilər. 

 

* * * 


 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə