İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab


M  u  x  u      Ə  l  i  y  e  v



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə6/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
#50129
1   2   3   4   5   6   7   8   9   ...   117

 

21 


M  u  x  u      Ə  l  i  y  e  v:  Azərbaycana  dəvətinizə  görə  Sizə 

ürəkdən təşəkkür etmək istərdim. Biz çox böyük məmnunluqla 

buraya gəldik. 

İlk  növbədə,  demək  istəyirəm  ki,  Dağıstanda  Əliyevlər 

ailəsinə  xüsusi  münasibət  bəsləyirlər.  Böyük  Vətən  mühari-

bəsinin  getdiyi  ən  ağır  və  keşməkeşli  dövrdə,  1942-ci  ildə 

Dağıstan  Vilayət  Partiya  Komitəsinin  birinci  katibi  seçilən  və 

1948-ci ilədək həmin vəzifədə işləyən Əziz Əliyevi Dağıstanda 

xüsusən yaşlı nəsil indiyədək xatırlayır. Demək lazımdır ki, o, 

heyrətamiz  şəxsiyyət  idi.  Müharibə  illərinin  çox  ağır  dövrünə, 

Qafqazın  işğal  edilməsi  üçün  böyük  təhlükə  olmasına 

baxmayaraq, ölkə rəhbərliyinin qərarı ölçülüb-biçilmiş qərar idi. 

Vurğulamaq  istəyirəm  ki,  o  vaxtlar  Dağıstanda  fəal  mədəni 

quruculuq  işləri  gedirdi  –  ilk  teatrlar,  elmi  mərkəzlər 

yaradılmışdı  və  bir  çox  digər  işlər  görülmüşdü.  Bütün  bunlar 

Əziz  Əliyevin  adı  ilə  bağlıdır.  O,  bizim  məşhur  mədəniyyət, 

ədəbiyyat, incəsənət xadimləri ilə dostluq edirdi. 

Bu il Əziz Əliyevin anadan olmasının 110 ili tamam olur və 

mən münasibətlərimizdə xoş iz qoymuş belə gözəl övlad yetirən 

Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. 



Görüşdə  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasi-

yasının  Dağıstan  Respublikası  arasında  əməkdaşlığın  bütün 

spektri barədə ətraflı fikir mübadiləsi aparıldı. 

 

 



 

 

 



 

 



 22 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN ADINDAN RUSİYA 

FEDERASİYASI  DAĞISTAN RESPUBLİKASININ 

PREZİDENTİ MUXU ƏLİYEVİN ŞƏRƏFİNƏ 

TƏŞKİL EDİLMİŞ ZİYAFƏTDƏ NİTQ 

 

«Ulduz» sarayı 

 

30 aprel 2007-ci il 

 

        Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 



 

Əziz Muxu Gimbatoviç! 

Əziz qonaqlar! 

Sizi  Azərbaycanda,  Sizin  üçün  doğma  dövlətdə  ürəkdən 

salamlamağıma  və  Sizə,  bütün  qardaş  Dağıstan  xalqına  böyük 

uğurlar, firavanlıq, xoşbəxtlik, inkişaf arzulamağıma şadam. Bu 

gün biz  birlikdə  çox  yaxşı vaxt keçirdik,  bizi birləşdirən bütün 

məsələləri – tarixi, siyasi, iqtisadi, ictimai-humanitar məsələləri 

müzakirə etdik. Bütün istiqamətlərdə yanaşmamız eynidir ki, bu 

da  münasibətlərimizin  inkişafı,  daha  sıx  inteqrasiya,  qarşılıqlı 

surətdə  faydalı  əməkdaşlıq  və  qarşılıqlı  fəaliyyət  üçün  zəmin 

yaradır.  Bütün  bunlar  xalqlarımızın  qardaşlığının  möhkəm 

bünövrəsinə,  ümumi  tarix  və  mədəniyyətə,  ənənələrə  əsasla-

nır  və  əlbəttə  ki,  əməkdaşlığımız  üçün  əlavə  şərait  yaradır. 

Sirr  deyil  ki,  Rusiyanın  bütün  respublikaları  və  regionları 

arasında  bizə  ən  yaxını,  bizim  üçün  ən  əzizi,  ən  sevimlisi 

Dağıstan  Respublikasıdır.  Biz  onun  uğurlarını  gördükdə, 

quruculuq  işləri  getdiyini,  vəziyyətin  normallaşdığını,  sabit 

vəziyyət  yarandığını  və  insanların  daha  yaxşı  yaşamağa 

başladığını  gördükdə  çox  sevinirik.  Bax,  biz  belə  hisslərlə 




 

23 


yaşayırıq.  Yəqin  ki,  Siz  və  bütün  nümayəndə  heyətiniz  də 

Azərbaycanda  olduğunuz  vaxtda  bunu  hiss  etdiniz.  Eyni  halı 

dağıstanlıların bizə  münasibətində  də  görürük və əlbəttə,  bu  da 

bizi sevindirir. Mən bu badəni Sizin sağlığınıza qaldırmaq, Sizə 

öhdəsindən  çox  uğurla  gəldiyiniz  –  biz  bunu  görürük,  bunu 

Rusiya  rəhbərliyi  də  görür  –  çətin  işdə  böyük  nailiyyətlər 

arzulamaq,  bütün  Dağıstan  xalqına  tərəqqi  və  firavanlıq 

diləmək istəyirəm. Sizin sağlığınıza! 



 

Dağıstan prezidenti Muxu Əliyevin çıxışı 

 

Hörmətli İlham Heydər oğlu! 

Əziz dostlar! 

Mən ilk növbədə, Azərbaycana dəvətimə görə Sizə bir daha 

ürəkdən  təşəkkür  etmək  istəyirəm.  Biz  öz  fəaliyyətimizlə 

əlaqədar  müxtəlif  regionlarda  və  müxtəlif  ölkələrdə  oluruq. 

İnanın ki, belə qardaşcasına qarşılanmanı və bütün gün ərzində 

hiss etdiyimiz belə diqqəti heç vaxt heç yerdə görməmişik. Biz 

gözəl başa düşürük ki, bu Sizdən, rəhbərdən, prezidentdən gəlir. 

Mən bir daha demək istəyirəm ki, bu Sizin sələflərinizdən gəlir. 

Dağıstana  bu  işıqlı  və  səmimi  münasibət  atanızdan,  babanız 

Əziz  Əliyevdən  gəlir.  Ona  görə  də  dağıstanlılar  bunu  çox 

yüksək qiymətləndirirlər, Dağıstanlılar Azərbaycanda baş verən 

müsbət dəyişiklikləri görməkdən çox şaddırlar. Mən bu badəni 

Azərbaycan  xalqının,  çox  yaxşı,  çox  gözəl  xalqın  şərəfinə 

qaldırmaq  istəyirəm.  Mən  bu  badəni  Azərbaycanın  şərəfinə, 

ayaq üstə möhkəm dayanan suveren, müstəqil dövlətin şərəfinə 

qaldırmaq  istəyirəm.  Mən  bu  badəni  şəxsən  Sizin  şərəfinizə 

qaldırmaq  istəyirəm.  Sizə,  ölkənizə,  xalqınıza  uğurlar, 

xoşbəxtlik  arzulamaq  istəyirəm.  Dağıstanlılar  həmişə  sizinlə 

olacaqlar. Sizə ən xoş diləklərimizi bildirirəm. Çox sağ olun! 

 

 



 

 

 



 

 



 24 

* * * 


 

Aprelin  30-da  Rusiya  Federasiyası  Dağıstan  Respublika-

sının  Prezidenti  Muxu  Əliyevin  Azərbaycana  səfəri  başa 

çatmışdır. 

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  hörmətli 

qonağı  Azərbaycan  Baş  nazirinin  birinci  müavini  Yaqub 

Eyyubov,  Dağıstanın  ölkəmizdəki  Daimi  nümayəndəliyinin 

rəhbəri Məhəmməd Qurbanov, Rusiyanın Bakıdakı səfiri Vasili 

İstratov və digər rəsmi şəxslər ehtiramla yola saldılar. 

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə