İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab



Yüklə 2,69 Mb.

səhifə8/117
tarix21.06.2018
ölçüsü2,69 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   117

 28 

 

 

BELARUS RESPUBLİKASININ PREZİDENTİ  

ALEKSANDR LUKAŞENKONUN  

AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ 

 

1 may 2007-ci il 

 

Mayın 1-də Belarus Respublikasının Prezidenti Aleksandr 



Lukaşenko Azərbaycana rəsmi səfərə gəlmişdir.  

Azərbaycanın və Belarusun Dövlət bayraqları ilə bəzədilmiş 

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanında  ali  qonağın 

şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. 

Belarus  dövlətinin  başçısını  təyyarənin  pilləkəni  yanında 

Azərbaycanın Baş naziri Artur Rasizadə, Xarici İşlər nazirinin 

müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar. 

Milli geyimli uşaqlar Belarus prezidentinə gül dəstəsi təqdim 

etdilər. 

Azərbaycan  və  Belarusun  dövlət  başçılarının  aparacaqları 

danışıqlarda  müxtəlif  sahələrdə  qarşılıqlı  əlaqələrin  genişlən-

dirilməsi  məsələləri  diqqət  mərkəzində  olacaqdır.  Bakıda 

keçiriləcək  görüşlərdə  Azərbaycan–Belarus  ticarət-iqtisadi 

əməkdaşlığının  gücləndirilməsi və birgə layihələrin gerçəkləş-

dirilməsi istiqamətində konkret tədbirlər müəyyən ediləcəkdir. 

Belarus  nümayəndə  heyətinə  respublikanın  aparıcı  müəs-

sisələrinin, nazirlik və baş idarələrinin rəhbərləri daxildir. Da-

nışıqların yekunlarına əsasən bir sıra sazişlər imzalanacaqdır. 

 

* * * 



Mayın  2-də  Prezident  sarayında  Belarus  prezidenti  Alek-

sandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur. 

Sarayın  qarşısındakı  rəsmi  qarşılanma  mərasimlərinin 

keçirildiyi və hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı 

meydanda  ali  qonağın  şərəfinə  Fəxri  qarovul  dəstəsi  düzül-

müşdü. 


 

29 


Fəxri  qarovul  dəstəsinin  rəisi  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyevə raport verdi. 

Azərbaycan  dövlətinin  başçısı  İlham  Əliyev  Belarus  prezi-

denti Aleksandr Lukaşenkonu səmimiyyətlə qarşıladı. 

Fəxri  qarovul  dəstəsinin  rəisi  Belarus  prezidentinə  raport 

verdi. 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında 

Belarusun və Azərbaycanın Dövlət himnləri səsləndi. 

Dövlət  başçıları  Fəxri  qarovul  dəstəsinin  qarşısından  keç-

dilər. Belarus prezidenti Azərbaycan əsgərlərini salamladı. 

Azərbaycan  dövləti  və  hökumətinin  rəsmi  şəxsləri  Belarus 

prezidenti  Aleksandr  Likaşenkoya,  Belarus  nümayəndə  heyəti-

nin üzvləri Azərbaycan prezidenti İlham Əliyevə təqdim edildi. 

Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər. 


 30 

 

 



 

BELARUS RESPUBLİKASININ PREZİDENTİ  

ALEKSANDR LUKAŞENKO İLƏ  

GÖRÜŞ 

 

Prezident sarayı 



 

2 may 2007-ci il 

 

Mayın  2-də  Prezident  sarayında  rəsmi  qarşılanma  məra-



simindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əli-

yevin  və  Belarus  Respublikasının  Prezidenti  Aleksandr  Luka-

şenkonun təkbətək görüşü oldu. 

Görüşdə Azərbaycan–Belarus əlaqələrinin bütün sahələrdə – 

siyasi,  iqtisadi  və  mədəni  sahələrdə  uğurla  inkişaf  etdiyi  vur-

ğulandı.  Bildirildi  ki,  Belarus  rəhbərinin ölkəmizə indiki  səfəri 

bu münasibətlərin daha da genişlənməsinə təkan verəcəkdir. 

Dövlət  başçıları  Azərbaycan–Belarus  əlaqələrinin  bundan 

sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər. 

 

 



 

31 


 

 

 

AZƏRBAYCAN VƏ BELARUS  

PREZİDENTLƏRİNİN GENİŞ  

TƏRKİBDƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

2 may 2007-ci il 

 

Mayın  2-də  Prezident  sarayında  Azərbaycan  prezidenti 



İlham  Əliyevin  və  Belarus  prezidenti  Aleksandr  Lukaşenkonun 

nümayəndə  heyətlərinin  iştirakı  ilə  geniş  tərkibdə  görüş  ol-

muşdur. 

İ l h a m   Ə l i y e v: Hörmətli Aleksandr Qriqoryeviç! 

Hörmətli qonaqlar! 

Sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Ölkəmizə 

xoş  gəlmisiniz!  Sizin  səfərinizi  səbirsizliklə  gözləyirdik  və  bu 

səfəri  ikitərəfli  dostluq  münasibətlərimizin  inkişafının  çox 

mühüm amili kimi qiymətləndiririk. Münasibətlərimiz xüsusən 

son vaxtlar çox dinamik inkişaf edir. Biz çox qısa bir müddətdə 

iqtisadi  əməkdaşlığa,  qarşılıqlı  əlaqələrimizə  dair  mühüm 

layihələri  müəyyən  edə  və  artıq  həyata  keçirə  bilmişik  və  indi 

sıx inteqrasiya yolu ilə inamla irəliləyirik. 

Mən  ölkənizə  səfərimi  və  orada  olduğum  günləri  böyük 

səmimiyyətlə  xatırlayıram.  İmzalanmış  sənədlər,  aparılmış 

danışıqlar  münasibətlərimizə  güclü  təkan  vermişdir.  Ölkəmizə 

bugünkü  səfəriniz,  eləcə  də  Sizin  ölkənizə  mənim  səfərim 

ikitərəfli münasibətlərimizin tarixində ilk səfərlərdir. Sevindirici 

haldır  ki,  Siz  Azərbaycana  böyük  nümayəndə  heyəti  ilə 

gəlmisiniz.  Nümayəndə  heyətinizin  üzvlərinin  mövcud 

məsələləri  bizim  nümayəndə  heyətimizin  üzvləri  ilə  öz 

səviyyələrində  müzakirə  etmək,  qarşılıqlı  əlaqələrin  gələcək 

yollarını müəyyənləşdirmək imkanı olacaqdır. 






Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə